Ermənistan Avrasiya İqtisadi İttifaqı və Avropa İttifaqı arasında qərar verməzdən əvvəl bütün amilləri ölçüb-biçməlidir.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib.
"Paşinyan bu yaxınlarda bildirib ki, eyni zamanda Aİİ və Aİ-yə üzv olmaq mümkün deyil. Ə gər nə vaxtsa belə bir qərar qəbul olunarsa, o zaman əminəm ki, bu və ya digər istiqamətdə qərarların qəbuluna təsir edən müxtəlif amillər ölçüb-biçəcək", - deyə Rusiya baş nazirinin müavini vurğulayıb.