"Kristal Bakı"nın səhmdarlarının yığıncağı keçiriləcək .....                     Şeyx Əbdül və bitməyən narazılıq akademiyası .....                     “Yollardakı diqqətsizlik bəzi ailələrin bayram sevincini yarımçıq qoydu” .....                     Qərbin “sonuncu erməniyə qədər” prinsipi... .....                     Ermənistanın yeni siyasətində YENİ GERB .....                     Şotlandiya Böyük Britaniyadan ayrılmaq istəyir .....                     Brüssel Azərbaycana qarşı səhvini nə vaxt düzəldəcək? .....                     Naxçıvan Rəssamlar Birliyinə sədr seçildi .....                     Yaxın Şərq üçün “son müharibə” vədləri: böyük savaşa hazırlıq .....                     “Ermənilərin Bakıya geri qayıtmasını tələb etməməliyik” .....                     Qusarda polis silahlı şəxsi zərərsizləşdirdi .....                     İrəvana TƏHDİD YAĞIŞI bitmir... .....                     "Bakı gecələri" kafesində içkili qadınlar saçyolduya çıxdı .....                     Bütün sənədsiz evlərin qısa müddətdə tam sənədləşdirilməsi real görünmür .....                     “Kreditlə, borcla qurban kəsmək olmaz” .....                     "Kredit Evi"nin səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Çarəsiz vəziyyətdə qalmışıq, nə edəcəyimizi bilmirik..." .....                     "Şərur"- MTK 200-dən artıq ailəyə bayram sovqatı payladı .....                     “Azercell” rəsmən ABUNƏÇİLƏRİNİ SOYUR... .....                     Azərbaycan nefti 106 dollar səviyyəsində ticarət olunur .....                     İsrail HƏMAS-ın yeni hərbi liderinin öldürüldüyünü bildirib .....                     İrəvan aeroportunda imzalanmış üç sənəd və "Meğri təslim edildi" nə demək? .....                     Kreml Ermənistana qaz və neft xəbərdarlığı etdi .....                     Ermənistan İranın o gizli silahını alan İLK ÖLKƏ oldu .....                     Qayıqla Avropaya keçmək istəyən Azərbaycan vətəndaşları saxlanıldı .....                     Sabah Ermənistanın taleyi Astanada həll olunur .....                     Aktrisa Ulduz Süleymanova vəfat edib .....                     İsrail səfirliyi Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib .....                     Saleh Məmmədovun korrupsiya bataqlığında kimlər boğulacaq? .....                     Kişi sahibkarları yarıtmışdılar... qalmışdı qadın sahibkarlar... .....                     "Əvvəllər bir sabunla həm çimmək, həm də paltar yumaq olurdu" .....                     SOCAR-da işçiyə NÖKƏR gözündə baxırlar... .....                     "Bu sullara cacab verən baba-igid məmur varmı?!" .....                     Burda SAXTA DOLLAR satılır? .....                     Paşinyan Astanada keçiriləcək Aİİ sammitinə qatılmayacaq .....                     Azərbaycan və Latviya qiymətləndiriciləri arasında əməkdaşlıq müqaviləsi imzalanıb .....                     Təhsilimiz Bağırovlardan qurtula bilmir .....                     “Kontakt Home” camaatla MƏZƏLƏNİR .....                     "Suraxanı bazarı”nın qanunsuz genişlənməsi təsdiqləndi .....                     Qubada ŞƏHİD RUHUNA sayğısızlıq! .....                 

Əmrullayev hər il HESABAT VERSİN: Nə iş görüb, nə iş görməyib... - ÇAĞIRIŞ
Tarix: 1-09-2025, 11:34 | Çap et

Aktuallığını nəzərə alaraq təhsil eksperti, ADPU-nun dosenti İlham Əhmədovun Azərbaycan təhsilinin problemlərinə həsr olunmuş növbəti məqaləsini dəyərli "DİA-AZ" oxucularının ixtiyarına buraxırıq:
Yeni dərs ilinin başlanmasına az qalıb. Bu ərəfədə təhsil problemləri gündəmi daha çox zəbt edir. Amma təhsilimizdə o qədər problem var ki, bu mövzu mövsümi yox, gündəlik müzakirə obyektidir. Təəssüf ki, təhsildə problemlərimiz azalmaq əvəzinə ilbəil artır...
İctimaiyyətdə belə təsəvvür var ki, təhsilin real durumu və onun həll yolları barədə təhsil məmurlarında aydın təsəvvür yoxdur. Bu haqda heç düşünən də yoxdur.
Nazirin ayda bir dəfə hamının da bildiyi hansısa problemi səsləndirməsi, amma sonralar onun həllinə heç bir cəhd etməməsi də artıq ənənə halını alıb. Bu halda nə inkişaf ola bilər? Təklif edirik ki, ildə bir dəfə- Bilik Günü(15 sentyabr) və yaxud Beynəlxalq Təhsil Günü(24 yanvar) Elm və Təhsil Nazirliyi(ETN) ölkə təhsilinin durumu barədə xalqa, parlamentə və hökumətə geniş hesabat versin, bu sahədə ilbəil artan problemlərin səbəblərini və həll yollarını (əgər bilirsə) ictimailəşdirsin.
Bu yanaşma həm də ənənə halını almalıdır. Bəlkə bu halda təhsilin inkişafı az da olsa mümkün olar.
Neft dövrü bitir, biz postneft erasına hazırıqmı? Yeni eranı — iqtisadiyyatın qeyri-neft sektorunu qura bilirikmi? Təbii ki, bu yeni erada təhsil sistemi həlledici rol oynayacaq. Bizim təhsil sistemi bu çağırışlara cavab verə biləcəkmi? ETN ölkə rəhbərliyinin “Neft kapitalını insan kapitalına çevirmək” siyasətini reallaşdıra bildimi? Hansı potensialla? Bu barədə hökumətə hesabat verdimi?
25 ildir ölkədə təhsil islahatları gedir. Təhsil islahatlarının vəziyyəti, ümumən ölkə təhsilinin durumu, ETN-nin fəaliyyəti bu onilliklər ərzində heç hökumət tərəfindən kompleks monitorinq edilibmi? Təhsildəki acınacaqlı durum göstərir ki, 25 il ərzində xərclənən milyardlarla pul “Neft kapitalını insan kapitalına çevirmək” siyasətini reallaşdıra bilmədi. Niyə belə oldu? Kimdir günahkar?
Düşünürəm ki, hər ilin qeyd edilən günlərdən biri ölkənin təhsil sistemi üçün “ümummilli sertifikasiya günü” elan edilsin. Parlament, hökumət və ictimaiyyət bu sahədəki problemləri tam şəffaf şəkildə görməli, bilməli, hiss etməli, millətin gələcəyinin hansı peşəkarlar tərəfindən və necə qurulduğu xalqa məlum olmalıdır. İctimaiyyət, müstəqil ekspertlər ümummilli əhəmiyyətli monitorinqlər və hesabat barədə öz fikirlərini bildirməli, ölkə rəhbərinin tələb etdiyi kimi davamlı müzakirələr olmalıdır.
Rusiya Federasiyasında "İctimai Palata" adlı qurum var. Bu qurum tez-tez ölkə təhsilindəki vəziyyətə dair dinləmələr keçirdir, ictimai nəzarət, vətəndaş cəmiyyəti institutlarının inkişafı və dövlət orqanları ilə cəmiyyət arasında dialoqu təmin edir. Onun əsas məqsədi dövlət siyasətinə ictimai maraqların daxil edilməsini təmin etməkdir. İctimai Palata təhsil sahəsində mövcud problemləri müzakirəyə çıxarır, təkliflər hazırlayır və hökumətlə əməkdaşlıq edərək bu təkliflərin həyata keçirilməsinə töhfə verir. O, təhsil sisteminin şəffaflığını və keyfiyyətini artırmaq üçün ictimai nəzarəti təmin edir və mütəxəssislərin, valideynlərin, tələbələrin rəyini nəzərə alaraq təhsil siyasətinə təsir göstərir.
Konkret olaraq Rusiya İctimai Palatası təhsil sahəsində də bu fəaliyyətləri göstərir:
İctimai nəzarət və ekspertiza — təhsil qanunvericiliyinin və dövlət proqramlarının həyata keçirilməsini izləyir, təhsil sahəsində islahatlarla bağlı qanun layihələrinə ictimai rəy hazırlayır.
Dialoq platforması — təhsil məsələləri ilə bağlı müzakirələr, forumlar, dəyirmi masalar təşkil edir, təhsil sistemində çalışan mütəxəssisləri, müəllimləri, valideynləri və digər maraqlı tərəfləri bir araya gətirir.
Problemlərin həlli və təşəbbüslər — təhsil sahəsində mövcud problemləri araşdırır və onların həlli ilə bağlı təkliflər irəli sürür, məktəb və ali təhsil müəssisələrində tədrisin keyfiyyətinin artırılması üçün layihələr hazırlayır.
Vətəndaş hüquqlarının qorunması — təhsil hüquqlarının pozulması ilə bağlı şikayətləri qəbul edir və həll yolları axtarır, əlillər və sosial müdafiəyə ehtiyacı olan digər qruplar üçün təhsilin əlçatanlığını təmin etməyə çalışır.
Təhsilin inkişafı üçün tövsiyələr — təhsil sisteminin modernləşdirilməsi ilə bağlı dövlət orqanlarına tövsiyələr verir, məktəblərdə və ali təhsil müəssisələrində rəqəmsallaşma və yeni texnologiyaların tətbiqi ilə bağlı layihələr dəstəkləyir.
Maarifləndirici fəaliyyət — təhsil sahəsində ictimaiyyətin məlumatlılığını artırmaq üçün konfranslar, seminarlar və kampaniyalar təşkil edir, vətənpərvərlik tərbiyəsi, mədəni dəyərlərin qorunması və innovativ təlim metodlarının inkişafı ilə bağlı layihələr həyata keçirir.
Hesab edirik ki, bizim ölkəmizdə də belə geniş və səmərəli fəaliyyət göstərə bilən İctimai Palatanın yaranmasına ehtiyac var. Onun tərkibinə ziyalılar, alimlər, incəsənət və ictimai xadimlər, ekspertlər daxil edilməlidir. Bu həm də təhsilə müstəqil nəzarət forması ola bilər.
6 il əvvəl ETN nəznində yaradılan İctimai Şura ictimaiyyətin gözləntilərini doğrultmadı, bu müddət ərzində təhsilin vəziyyəti barədə heç bir kompleks monitorinqlər aparmadı, təhsildəki real vəziyyət haqqında xalqa heç bir məlumat vermədi. Bu qurumun da tərkibi, ETN tərkibi kimi, əsasən təhsilə aidiyyatı olmayan, amma ETN-ə yaxın olan şəxslərdən formalaşdı…
Ölkə əhalisinin 50%+ hissəsi bu və ya digər formada təhsil sistemi ilə əlaqəlidir. Bu sistemin mükəmməl işləməsində hamı maraqlıdır. Amma reallıq tam başqa mənzərə göstərir. Bizim təhsil sistemimiz bu gün tam qapalı bir quruma çevrilib. Əvvəllər qapıları hamının üzünə açıq olan məktəb indi qapalı bir obyekt olub. Təbii ki, sinif otaqlarının boş olması, uşaqların çoxusunun məktəbdə yox, repetitor yanında olması faktını ictimaiyyətdən gizlətmək üçün edilib bu qapalı rejim. Amma 25 il davam edən bu durum ölkədə hamıya məlumdur, aşkar işin gizlədilməsinə nə ehtiyac?..
Təhsilə ayrılan 5 milyard büdcə də qeyri-şəffaf və səmərəsiz xərclənir. Artan təhsil büdcəsinin real nəticəsi heç cür hiss edilmir. Bu sahədəki islahatlar artıq 25 ildir davam edir, hər hansı inkişaf oldumu? Yox, əksinə işlək təhsil sistemi söküldü və əvəzində səmərəsiz, yarımçıq mexanizm yaradıldı. Təhsilə dair bütün reytinqlərdə çox aşağı yerlərdəyik. Hətta qonşu ölkələrdən də geridəyik.
Postneft erasının, biliklərə əsaslanan iqtisadiyyatın, innovativ iqtisadiyyatın qurulmasına elm-təhsil sistemi nə təklif edə bilər, bu yeni eraya təhsilimiz hazırdırmı? ETN ölkə iqtisadiyyatına hansı töhfələr verə bilər? Bir daha təklif edirəm ki, bizim ölkədə də İctimai Palata yaradılsın, hər il beynəlxalq təhsil günü ETN ölkə təhsilinin durumu barədə ictimai hesabat versin...”
Moderator.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Kristal Bakı"nın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 12:36
Şeyx Əbdül və bitməyən narazılıq akademiyası - Saffari yazır…
Bu gün, 12:27
“Yollardakı diqqətsizlik bəzi ailələrin bayram sevincini yarımçıq qoydu” - Rövşən Tağıyev
Bu gün, 12:20
Qərbin “sonuncu erməniyə qədər” prinsipi... - NƏ BAŞ VERİR?
Bu gün, 12:16
Ermənistanın yeni siyasətində YENİ GERB - FOTO
Bu gün, 12:14
Şotlandiya Böyük Britaniyadan ayrılmaq istəyir - DETALLAR
Bu gün, 12:09
Brüssel Azərbaycana qarşı səhvini nə vaxt düzəldəcək? - Bakının şərti qüvvədə qalır
Bu gün, 12:06
Naxçıvan Rəssamlar Birliyinə sədr seçildi - FOTO
Bu gün, 11:52
Yaxın Şərq üçün “son müharibə” vədləri: böyük savaşa hazırlıq - İNCƏLƏMƏ
Bu gün, 11:48
“Ermənilərin Bakıya geri qayıtmasını tələb etməməliyik” - Paşinyan
Bu gün, 11:43
Qusarda polis silahlı şəxsi zərərsizləşdirdi - TƏFƏRRÜAT
Bu gün, 11:39
İrəvana TƏHDİD YAĞIŞI bitmir... - “RİA Novosti”
Bu gün, 11:26
"Bakı gecələri" kafesində içkili qadınlar saçyolduya çıxdı - TƏFƏRRÜAT
Bu gün, 11:04
Bütün sənədsiz evlərin qısa müddətdə tam sənədləşdirilməsi real görünmür - ÇÜNKİ...
Bu gün, 11:02
“Kreditlə, borcla qurban kəsmək olmaz” - Hacı Surxay
Bu gün, 10:57
"Kredit Evi"nin səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 10:47
"Çarəsiz vəziyyətdə qalmışıq, nə edəcəyimizi bilmirik..." - GİLEY
Bu gün, 10:45
"Şərur"- MTK 200-dən artıq ailəyə bayram sovqatı payladı - FOTO
Bu gün, 10:42
“Azercell” rəsmən ABUNƏÇİLƏRİNİ SOYUR... - BU DA FAKT!
Bu gün, 10:39
Azərbaycan nefti 106 dollar səviyyəsində ticarət olunur
Bu gün, 10:25
İsrail HƏMAS-ın yeni hərbi liderinin öldürüldüyünü bildirib
Bu gün, 10:23
İrəvan aeroportunda imzalanmış üç sənəd və "Meğri təslim edildi" nə demək? - GƏLİŞMƏ
Bu gün, 10:18
Kreml Ermənistana qaz və neft xəbərdarlığı etdi - “Kommersant”
Bu gün, 10:16
Ermənistan İranın o gizli silahını alan İLK ÖLKƏ oldu - 500 milyonluq RAZILAŞMA
Bu gün, 10:09
Qayıqla Avropaya keçmək istəyən Azərbaycan vətəndaşları saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 10:05
Sabah Ermənistanın taleyi Astanada həll olunur - AKTUAL
Bu gün, 10:01
Aktrisa Ulduz Süleymanova vəfat edib
Bu gün, 09:57
İsrail səfirliyi Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib
Bu gün, 09:51
Saleh Məmmədovun korrupsiya bataqlığında kimlər boğulacaq? – Sabiq sədrlə bağlı yeni məlumatlar yayıldı
Bu gün, 09:45
Kişi sahibkarları yarıtmışdılar... qalmışdı qadın sahibkarlar... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:42
"Əvvəllər bir sabunla həm çimmək, həm də paltar yumaq olurdu" - Nura Suri
Bu gün, 08:18
SOCAR-da işçiyə NÖKƏR gözündə baxırlar... - NARAZILIQ VAR...
Bu gün, 08:13
"Bu sullara cacab verən baba-igid məmur varmı?!" - ŞƏRH
Bu gün, 07:31
Burda SAXTA DOLLAR satılır? - TƏFƏRRÜAT
Bu gün, 07:18
Paşinyan Astanada keçiriləcək Aİİ sammitinə qatılmayacaq - Rusiya mediası
Bu gün, 06:52
Azərbaycan və Latviya qiymətləndiriciləri arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Bu gün, 06:45
Təhsilimiz Bağırovlardan qurtula bilmir - MALƏSƏF...
Bu gün, 06:33
“Kontakt Home” camaatla MƏZƏLƏNİR - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 06:28
"Suraxanı bazarı”nın qanunsuz genişlənməsi təsdiqləndi - Araşdırma aparılır
Bu gün, 06:25
Qubada ŞƏHİD RUHUNA sayğısızlıq! - BU NƏDİ BELƏ?
Bu gün, 06:19
AFFA PFL-in prezidenti postuna onu gətirmək istəyir -İDDİA
Bu gün, 06:17
"Kim 100-200 manat üçün işləməkdən imtina edər?" - ETİRAZ
Bu gün, 06:13
Xaricdə təhsil alan nazir Məcnun Məmmədovun diplomu təsdiq olunacaq? - İLGİNC
Bu gün, 06:09
Bu pulları dəyişsəz, itirə bilərsiniz – Gözlənilməz problem yarandı
Bu gün, 06:02
"Arvad" sözünü dilimizdən çıxaraq? - Dilçi və psixoloqdan deputata reaksiya
Bu gün, 06:00
"Diplomatın bu cür tənqidi çıxışını həm də bir siqnal kimi yozmaq mümkündür" - GƏLİŞMƏ
Bu gün, 05:58
Masada 3 ssenari var: Hansı ağır gələcək? - İNCƏLƏMƏ
Bu gün, 05:55
Moskva Ermənistan xalqının Rusiyayönlü mövqedə olduğunu göstərməyə çalışır - AMMA...
Bu gün, 05:53
Öz pulumuzu özümüzə satan banklar: Komissiya haqqı niyə yüksəkdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:51
Rusiyadan qaçan bankir: - “Hamı onun ölümünü gözləyir”
Bu gün, 05:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru