Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Abşeron rayonunun Saray qəsəbəsində yeni yaşayış kompleksinin tikintisinə sərf olunacağı proqnozlaşdırılan vəsaitin həcmi açıqlanıb.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, qəsəbə ərazisində 4,5 ha torpaq sahəsində yeddi çoxmərtəbəli yaşayış binasının, eləcə də qeyri-yaşayış binalarının tikintisinə 63 milyon 600 min manatdan çox vəsaitin xərclənəcəyi ehtimal olunur.
Tikintisi nəzərdə tutulan 1, 4 və 5 nömrəli bina 12 mərtəbəli, 2, 3, 6 və 7 nömrəli bina isə 16 mərtəbəli olacaq.
MİDA hazırda tikinti işlərinin icrasını həyata keçirəcək podratçı şirkət axtarışındadır.
Xatırladaq ki, Saraydakı yeni yaşayış kompleksinin tikinti layihəsinin hazırlanması işləri hələ ötən ilin sentyabrında “Arch-tikinti” şirkəti həvalə olunub.