Kremlin qorxunc planı: .....                     Kılıçdaroğlu Özgür Özelin CHP-də qurultay çağırışına cavab verib .....                     “Qarabağdan olan “general”ların kütləvi həbsinə hazırlıq gedir” .....                     Samvel Karapetyanın partiyasının 8 tərəfdarı saxlanılıb .....                     "Kristal Bakı"nın səhmdarlarının yığıncağı keçiriləcək .....                     Şeyx Əbdül və bitməyən narazılıq akademiyası .....                     “Yollardakı diqqətsizlik bəzi ailələrin bayram sevincini yarımçıq qoydu” .....                     Qərbin “sonuncu erməniyə qədər” prinsipi... .....                     Ermənistanın yeni siyasətində YENİ GERB .....                     Şotlandiya Böyük Britaniyadan ayrılmaq istəyir .....                     Brüssel Azərbaycana qarşı səhvini nə vaxt düzəldəcək? .....                     Naxçıvan Rəssamlar Birliyinə sədr seçildi .....                     Yaxın Şərq üçün “son müharibə” vədləri: böyük savaşa hazırlıq .....                     “Ermənilərin Bakıya geri qayıtmasını tələb etməməliyik” .....                     Qusarda polis silahlı şəxsi zərərsizləşdirdi .....                     İrəvana TƏHDİD YAĞIŞI bitmir... .....                     "Bakı gecələri" kafesində içkili qadınlar saçyolduya çıxdı .....                     Bütün sənədsiz evlərin qısa müddətdə tam sənədləşdirilməsi real görünmür .....                     “Kreditlə, borcla qurban kəsmək olmaz” .....                     "Kredit Evi"nin səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Çarəsiz vəziyyətdə qalmışıq, nə edəcəyimizi bilmirik..." .....                     "Şərur"- MTK 200-dən artıq ailəyə bayram sovqatı payladı .....                     “Azercell” rəsmən ABUNƏÇİLƏRİNİ SOYUR... .....                     Azərbaycan nefti 106 dollar səviyyəsində ticarət olunur .....                     İsrail HƏMAS-ın yeni hərbi liderinin öldürüldüyünü bildirib .....                     İrəvan aeroportunda imzalanmış üç sənəd və "Meğri təslim edildi" nə demək? .....                     Kreml Ermənistana qaz və neft xəbərdarlığı etdi .....                     Ermənistan İranın o gizli silahını alan İLK ÖLKƏ oldu .....                     Qayıqla Avropaya keçmək istəyən Azərbaycan vətəndaşları saxlanıldı .....                     Sabah Ermənistanın taleyi Astanada həll olunur .....                     Aktrisa Ulduz Süleymanova vəfat edib .....                     İsrail səfirliyi Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib .....                     Saleh Məmmədovun korrupsiya bataqlığında kimlər boğulacaq? .....                     Kişi sahibkarları yarıtmışdılar... qalmışdı qadın sahibkarlar... .....                     "Əvvəllər bir sabunla həm çimmək, həm də paltar yumaq olurdu" .....                     SOCAR-da işçiyə NÖKƏR gözündə baxırlar... .....                     "Bu sullara cacab verən baba-igid məmur varmı?!" .....                     Burda SAXTA DOLLAR satılır? .....                     Paşinyan Astanada keçiriləcək Aİİ sammitinə qatılmayacaq .....                     Azərbaycan və Latviya qiymətləndiriciləri arasında əməkdaşlıq müqaviləsi imzalanıb .....                 

"Cəmil Həsənli kimi kətçi-küççülər, lümpenlər, pariyalar hələ də Anara bir büt kimi baxır" - REPLİKA
Tarix: 1-09-2025, 09:59 | Çap et

“Ədəbiyyat qəzeti”ndə Anar Rzayevin geniş müsahibəsini oxudum. Əslində, müsahibə sözünün əvəzinə çərənləmək sözündən istifadə etməli idim, lakin Anar müəllimin yaşına hörmət qoyaraq çərənləmək sözündən istifadə etmədim. Bütün hallarda ağsaqqal adamdır, nə qədər çətin olsa da, gərək ədəb qaydalarından kənara çıxmayaq.

Tanımayan, bilməyən, xəbərsiz adam Anar Rzayevin müsahibəsini oxusa, onda belə bir təəssürat, belə bir təsəvvür yarana bilər ki, bu Anar Rzayev kimdirsə, yazıq ömür boyu əzab-əziyyət çəkib, ömrü sürgünlərdə çürüyüb, əsərləri nəşriyyatlardan geri qayıdıb, əsərləri ciddi senzuralara məruz qalıb…

Anar müəllim, soruşmaq ayıb olmasın, siz nədən və kimlərdən şikayət edirsiniz? 

Rəsul Rza, Emin Sabitoğlu, Rasim Ocaqov, Ramiz Həsənoğlu və bu qəbildən olan bir batalyon adam yığışıb bütün imkanlarını səfərbər edərək bir cızmaqaraçıdan “yazıçı” düzəldiblər. Rəsul Rza, Emin Sabitoğlu, Rasim Ocaqov, Ramiz Həsənoğlu və bu qəbildən olan bir batalyon adam bütün imkanlarını səfərbər edərək bir cızmaqaraçıdan düzəltdikləri “yazıçını” xalqa, cəmiyyətə əsl yazıçı, əsl qələm adamı kimi soxuşdurublar. Bəli, məhz soxuşdurublar. Ona görə ki, sağlam rəqabət mühitində istedad cəhətdən əsgər çəkməsinə böyük hesabla uduzan Anar Rzayev uzaqbaşı, ən uzağı hansısa əyalət qəzetində müxbir işləyə bilərdi. İstedad cəhətdən əsgər çəkməsinə böyük hesabla uduzan Anar Rzayev inanın ki, hansısa əyalət qəzetində müxbir işinin öhdəsindən də çox çətinliklə gələrdi. Bəs görəsən, bu cızmaqaraçı niyə öz taleyindən narazıdır? Maraqlıdır, görəsən, o, həyatdan nə istəyirmiş ki, onu əldə edə bilməyib?

Anar Rzayev qələmə atasındanqalma bir market kimi baxıb. Çötkəni daima qarşısına qoyub hesab-dəftər aparıb: görəsən, nədən yazsam daha çox qazana bilərəm? Anarın qələmə, yaradıcılığa münasibəti tipik bir bazar alverçisinin öz piştaxtasına münasibətindən zərrə qədər də seçilməyib.

Adamın üstündə Allah var, gərək İmam üçün ağlayanda, Yezid üçün də ağlayasan. Anar müəllim arvad qeybətlərini, xırda məişət intriqalarını çox gözəl yazıb. Mən Azərbaycan ədəbiyyatını çox yaxşı oxumuşam, tam qətiyyətlə öz tərəfimdən bəyan edirəm ki, Azərbaycan ədəbiyyatında arvad qeybətlərini, xırda məişət intriqalarını Anar qədər heç kim elə gözəl, dəqiq, koloritlə yazmayıb. Bu isə sırf onun təbiətindən qaynaqlanır. Bu təbiət, kreslo xəstəliyi, kreslodan dörd əllə, dörd ayaqla yapışmaq, kreslodan ötəri ağlamaq-sızlamaq, yalvarmaq, göz yaşı tökmək Anar müəllimə müdrikləşməyə imkan vermədi və verə bilməzdi də.

87 yaş zarafat deyil. 87 yaş bir yox, iki yox, üç igidin ömrüdür. 87 yaşlı insan yerlə-göylə əlləşməlidir, ağır-ağır suallara cavablar axtarmalıdır. 87 yaşlı insanı günah hissi, vicdan əzabı amansızcasına qamçılamalıdır. 87 yaşlı insan bu və ya digər şəkildə etiraflar etməlidir. Günah hissi, ağır vicdan əzabı onu mərhəmətli, müdrik olmağa vadar etməlidir. 87 yaşlı insan kin-küdurəti, nifrəti ən azı ürəyindən qovub çıxarmağa cəhdlər etməlidir. Çünki 87 yaşlı insan məchulluğun, əbədi və əzəli suallara cavablar tapmağın astanasındadır. Amma 87 yaşlı Anar müəllim təndirdə çörək yapan kənd… Nəsə!

Əsgər çəkməsindən daha istedadsız olan Anar Rzayev hotel-motel, “finski mebel”, “çexski servis”, “yuqoslavski kostyum”, “italyanski ayaqqabı”, fransız ətirləri, fransız konyakları-zadı söhbətləri və “elitar qaqulik” ədaları, nazları, forsları ilə Cəmil Həsənli kimi kətçi-küççülərin, lümpenlərin, pariyaların gözünün odunu aldı. Necə aldısa, Cəmil Həsənli kimi kətçi-küççülər, lümpenlər, pariyalar hələ də Anara quyunun dibindən baxırlar. Anarın hotel-motel, “finski mebel”, “çexski servis”, “yuqoslavski kostyum”, “italyanski ayaqqabı”, fransız ətirləri, fransız konyakları-zadı söhbətləri sovet dövründə kətçi-küççülərin, lümpenlərin, pariyaların gözünə başqa planetdən yazılmış reportajlar kimi görünürdü. Çünki onlar “finski mebelin”, “italyanski ayaqqabının”, fransız konyakının adını eşitmişdilər, amma üzün görməmişdilər. Tale onlara belə bir lütf bəxş etməmişdi.

Sovet hökuməti, az qala, yarım əsrdir dağılıb, az qala, yarım əsrdir sərhədlər açılıb, kim hara istəsə, gedə bilir, pulun varsa, hər cürə ətir, mebel, kostyum, ayaqqabı, konyak ala bilərsən, daha heç bir mal “altdan” satılmır, Allahın Sədərək bazarına getsən, ürəyin nə istəsə, tapa bilərsən, amma Anarın hotel-motel, “finski mebel”, “çexski servis”, “yuqoslavski kostyum”, “italyanski ayaqqabı”, fransız ətirləri, fransız konyakları söhbətləri Cəmil Həsənli kimi kətçi-küççülərin, lümpenlərin, pariyaların gözünə hələ də başqa planetdən yazılmış reportajlar kimi görünməkdədir. Elə adamlar var ki, lap Londonun göbəyində əlli il yaşasalar da, kətçilik, lümpenlik, pariyalıq onun canından çıxmır. Məhz buna görə də Cəmil Həsənli kimi kətçi-küççülər, lümpenlər, pariyalar hələ də Anara bir büt kimi baxır və bu bütdən dəhşətli dərəcədə qorxurlar. Anar Rzayev hakimiyyətə hər cürə yaltaqlanır, müxalifəti hər cürə təhqir edir, Cəmil Həsənli isə onu dostum adlandırır. Bu xalis kətçi sevgisidir.

Mən təxminən buna oxşar vəziyyəti şəhər qızları ilə evlənən kətçi oğlanlarda görmüşəm. Qız oğlanın boynuna xalta keçirib ora-bura sürüyür, dolayır, bəzən mədəni formada, bəzən lap açıq formada təhqir edir, bu münasibət illərlə davam edir və oğlan bu münasibəti sevgi iztirabları, sevgi yolunda maneələr, sınaqlar, imtahanlar kimi qiymətləndirir. Ona elə gəlir ki, əsl ər-arvad münasibəti, əsl sevgi elə belə də olmalıdır.

Bəli, buna kətçi sevgisi deyirlər.

Seymur Baycan - yenisabah.az











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kremlin qorxunc planı: - Rusiya Avropada yeni müharibə ocaqları yandırır
Bu gün, 13:20
Kılıçdaroğlu Özgür Özelin CHP-də qurultay çağırışına cavab verib
Bu gün, 13:14
“Qarabağdan olan “general”ların kütləvi həbsinə hazırlıq gedir” - “İravunk”
Bu gün, 12:55
Samvel Karapetyanın partiyasının 8 tərəfdarı saxlanılıb
Bu gün, 12:44
"Kristal Bakı"nın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 12:36
Şeyx Əbdül və bitməyən narazılıq akademiyası - Saffari yazır…
Bu gün, 12:27
“Yollardakı diqqətsizlik bəzi ailələrin bayram sevincini yarımçıq qoydu” - Rövşən Tağıyev
Bu gün, 12:20
Qərbin “sonuncu erməniyə qədər” prinsipi... - NƏ BAŞ VERİR?
Bu gün, 12:16
Ermənistanın yeni siyasətində YENİ GERB - FOTO
Bu gün, 12:14
Şotlandiya Böyük Britaniyadan ayrılmaq istəyir - DETALLAR
Bu gün, 12:09
Brüssel Azərbaycana qarşı səhvini nə vaxt düzəldəcək? - Bakının şərti qüvvədə qalır
Bu gün, 12:06
Naxçıvan Rəssamlar Birliyinə sədr seçildi - FOTO
Bu gün, 11:52
Yaxın Şərq üçün “son müharibə” vədləri: böyük savaşa hazırlıq - İNCƏLƏMƏ
Bu gün, 11:48
“Ermənilərin Bakıya geri qayıtmasını tələb etməməliyik” - Paşinyan
Bu gün, 11:43
Qusarda polis silahlı şəxsi zərərsizləşdirdi - TƏFƏRRÜAT
Bu gün, 11:39
İrəvana TƏHDİD YAĞIŞI bitmir... - “RİA Novosti”
Bu gün, 11:26
"Bakı gecələri" kafesində içkili qadınlar saçyolduya çıxdı - TƏFƏRRÜAT
Bu gün, 11:04
Bütün sənədsiz evlərin qısa müddətdə tam sənədləşdirilməsi real görünmür - ÇÜNKİ...
Bu gün, 11:02
“Kreditlə, borcla qurban kəsmək olmaz” - Hacı Surxay
Bu gün, 10:57
"Kredit Evi"nin səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 10:47
"Çarəsiz vəziyyətdə qalmışıq, nə edəcəyimizi bilmirik..." - GİLEY
Bu gün, 10:45
"Şərur"- MTK 200-dən artıq ailəyə bayram sovqatı payladı - FOTO
Bu gün, 10:42
“Azercell” rəsmən ABUNƏÇİLƏRİNİ SOYUR... - BU DA FAKT!
Bu gün, 10:39
Azərbaycan nefti 106 dollar səviyyəsində ticarət olunur
Bu gün, 10:25
İsrail HƏMAS-ın yeni hərbi liderinin öldürüldüyünü bildirib
Bu gün, 10:23
İrəvan aeroportunda imzalanmış üç sənəd və "Meğri təslim edildi" nə demək? - GƏLİŞMƏ
Bu gün, 10:18
Kreml Ermənistana qaz və neft xəbərdarlığı etdi - “Kommersant”
Bu gün, 10:16
Ermənistan İranın o gizli silahını alan İLK ÖLKƏ oldu - 500 milyonluq RAZILAŞMA
Bu gün, 10:09
Qayıqla Avropaya keçmək istəyən Azərbaycan vətəndaşları saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 10:05
Sabah Ermənistanın taleyi Astanada həll olunur - AKTUAL
Bu gün, 10:01
Aktrisa Ulduz Süleymanova vəfat edib
Bu gün, 09:57
İsrail səfirliyi Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib
Bu gün, 09:51
Saleh Məmmədovun korrupsiya bataqlığında kimlər boğulacaq? – Sabiq sədrlə bağlı yeni məlumatlar yayıldı
Bu gün, 09:45
Kişi sahibkarları yarıtmışdılar... qalmışdı qadın sahibkarlar... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:42
"Əvvəllər bir sabunla həm çimmək, həm də paltar yumaq olurdu" - Nura Suri
Bu gün, 08:18
SOCAR-da işçiyə NÖKƏR gözündə baxırlar... - NARAZILIQ VAR...
Bu gün, 08:13
"Bu sullara cacab verən baba-igid məmur varmı?!" - ŞƏRH
Bu gün, 07:31
Burda SAXTA DOLLAR satılır? - TƏFƏRRÜAT
Bu gün, 07:18
Paşinyan Astanada keçiriləcək Aİİ sammitinə qatılmayacaq - Rusiya mediası
Bu gün, 06:52
Azərbaycan və Latviya qiymətləndiriciləri arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Bu gün, 06:45
Təhsilimiz Bağırovlardan qurtula bilmir - MALƏSƏF...
Bu gün, 06:33
“Kontakt Home” camaatla MƏZƏLƏNİR - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 06:28
"Suraxanı bazarı”nın qanunsuz genişlənməsi təsdiqləndi - Araşdırma aparılır
Bu gün, 06:25
Qubada ŞƏHİD RUHUNA sayğısızlıq! - BU NƏDİ BELƏ?
Bu gün, 06:19
AFFA PFL-in prezidenti postuna onu gətirmək istəyir -İDDİA
Bu gün, 06:17
"Kim 100-200 manat üçün işləməkdən imtina edər?" - ETİRAZ
Bu gün, 06:13
Xaricdə təhsil alan nazir Məcnun Məmmədovun diplomu təsdiq olunacaq? - İLGİNC
Bu gün, 06:09
Bu pulları dəyişsəz, itirə bilərsiniz – Gözlənilməz problem yarandı
Bu gün, 06:02
"Arvad" sözünü dilimizdən çıxaraq? - Dilçi və psixoloqdan deputata reaksiya
Bu gün, 06:00
"Diplomatın bu cür tənqidi çıxışını həm də bir siqnal kimi yozmaq mümkündür" - GƏLİŞMƏ
Bu gün, 05:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru