Rubionun səfəri Paşinyana seçki dəstəyinin verilməsinə hesablanıb .....                     Ermənistan İranla münasibətlərində ciddi problemlərlə üzləşə bilər .....                     İran dövlət televiziyası ABŞ-la mümkün anlaşmanın ilkin detallarını açıqlayıb .....                     Bakı ilə barışığa Rusiya ZƏMANƏT verəcək? .....                     Mariya Zaxarova Ermənistan nazirinə belə cavab verdi .....                     Pentaqon İrandakı əlavə hədəflərin siyahısını hazırlayıb .....                     Cahangir Əsgərov "Premium Bank"dakı payını artırıb .....                     Litva Rusiyaya nota verdi .....                     "Müqavilənin ləğvini qaz nəhəngindən soruşun" .....                     "AFB Bank" səhmdarlarına 4 milyon manatdan çox dividend ödəyib .....                     Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib .....                     Kremlin qorxunc planı: .....                     Kılıçdaroğlu Özgür Özelin CHP-də qurultay çağırışına cavab verib .....                     “Qarabağdan olan “general”ların kütləvi həbsinə hazırlıq gedir” .....                     Samvel Karapetyanın partiyasının 8 tərəfdarı saxlanılıb .....                     "Kristal Bakı"nın səhmdarlarının yığıncağı keçiriləcək .....                     Şeyx Əbdül və bitməyən narazılıq akademiyası .....                     “Yollardakı diqqətsizlik bəzi ailələrin bayram sevincini yarımçıq qoydu” .....                     Qərbin “sonuncu erməniyə qədər” prinsipi... .....                     Ermənistanın yeni siyasətində YENİ GERB .....                     Şotlandiya Böyük Britaniyadan ayrılmaq istəyir .....                     Brüssel Azərbaycana qarşı səhvini nə vaxt düzəldəcək? .....                     Naxçıvan Rəssamlar Birliyinə sədr seçildi .....                     Yaxın Şərq üçün “son müharibə” vədləri: böyük savaşa hazırlıq .....                     “Ermənilərin Bakıya geri qayıtmasını tələb etməməliyik” .....                     Qusarda polis silahlı şəxsi zərərsizləşdirdi .....                     İrəvana TƏHDİD YAĞIŞI bitmir... .....                     "Bakı gecələri" kafesində içkili qadınlar saçyolduya çıxdı .....                     Bütün sənədsiz evlərin qısa müddətdə tam sənədləşdirilməsi real görünmür .....                     “Kreditlə, borcla qurban kəsmək olmaz” .....                     "Kredit Evi"nin səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Çarəsiz vəziyyətdə qalmışıq, nə edəcəyimizi bilmirik..." .....                     "Şərur"- MTK 200-dən artıq ailəyə bayram sovqatı payladı .....                     “Azercell” rəsmən ABUNƏÇİLƏRİNİ SOYUR... .....                     Azərbaycan nefti 106 dollar səviyyəsində ticarət olunur .....                     İsrail HƏMAS-ın yeni hərbi liderinin öldürüldüyünü bildirib .....                     İrəvan aeroportunda imzalanmış üç sənəd və "Meğri təslim edildi" nə demək? .....                     Kreml Ermənistana qaz və neft xəbərdarlığı etdi .....                     Ermənistan İranın o gizli silahını alan İLK ÖLKƏ oldu .....                     Qayıqla Avropaya keçmək istəyən Azərbaycan vətəndaşları saxlanıldı .....                 

Rusiya indi də İranın təəssübünü çəkərək dəhliz üçün yeni ideya verir - Kremlin nəbz yoxlaması
Tarix: 28-08-2025, 08:53 | Çap et

“Tramp adlanan marşrutu İranın maraqlarına xələl gətirmədən təşkil etmək imkanı var”. Bunu erməni mediasına rusiyalı politoloq Andrey Areşev deyib. Onun sözlərinə görə, Cənubi Qafqazda münaqişələrin həlli ilə bağlı əvvəlki dialoqlar zamanı belə imkanlar müzakirə olunub və bu müzakirələrə bu və ya digər şəkildə Sünik (Zəngəzur) yolu da daxil edilib.

“Söhbət Zəngilan rayonundan Naxçıvanın Ordubad rayonuna 42 kilometr uzunluğunda körpünün tikintisindən gedir. Bu fikir söylənilib, bu gün də ifadə olunur. Bu körpü Ermənistan tərəfi ilə birbaşa təmas olmadan Naxçıvana və Türkiyəyə (və əks istiqamətdə) dəmir yolu və avtomobil əlaqəsini təmin edə bilər. Beləcə, Ermənistanla İran arasında quru əlaqəsi pozulmadan qalacaq. Bu, təkcə erməni tərəfinin narahatlığı baxımından deyil, həm də Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyü kontekstində vacibdir”, - Areşev əlavə edib.

Erməni politoloq Edqar Vardanyan isə deyib ki, İran ABŞ-nin Zəngəzur dəhlizinə nəzarət etməsinə qarşı deyil. Ekspertin iddiasına görə, İran Prezidenti Məsud Pezeşkianın Ermənistana səfərindən sonra Tehran bunda özünə qarşı bir təhlükə görmür:

Bəs görəsən, Areşev və ölkəsi Rusiya nə vaxtdan Zəngəzura görə İranın dərdini çəkməyə başlayıb? Yoxsa İran adı ilə öz maraqlarını gerçəkləşdirməyə çalışır? Dəhliz üstündə dəmir və avtomobil yolu olacaq. Bu, 42 km-lik körpü şəklində mümkündürmü?

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu “Yeni Müsavat”a deyib ki, Zəngəzur dəhlizi ilə bağlı məsələ Vaşinqtonda öz həllini tapıb və artıq layihənin həyata keçirilməsi üçün tərəflər üzərinə düşən öhdəlikləri yerinə yetirməlidirlər: “Bu baxımdan düşünürəm ki, İran, yaxud Rusiya tərəfindən verilən açıqlamaların heç bir əhəmiyyəti yoxdur. Məsələ ona görə Vaşinqtonda həll oldu ki, Rusiya 10 noyabr bəyanatının Zəngəzur dəhlizi ilə bağlı tələbinin yerinə yetirilməsi üçün heç bir addım atmadı. Yəni İranın Rusiyaya təzyiqləri nəticə verdi və Moskva Tehranın mövqeyini nəzərə aldı. Təbii ki, bu proses Azərbaycanın maraqlarına cavab vermirdi və Bakı konkret addımlar atmalı idi”.

Ə.Zülfüqaroğlunun fikrincə, proses dalana dirəndiyi üçün rəsmi Bakı bəyan etdi ki, digər ərazilərdən Naxçıvana maneəsiz gediş-gəlişin təmin olunması prinsipial mövqedir və nəyin bahasına olursa-olsun, Azərbaycan bunu reallaşdıracaq: “Təbii ki, prosesi mürəkkəbləşdirən həm də dəhlizə nəzarət uğrunda geosiyasi maraqların toqquşması idi. Rusiya ilə yanaşı Avropa İttifaqı və ABŞ dəhlizə nəzarət etmək istəyirdi. İran isə ümumiyyətlə, dəhlizin açılmasına qarşı idi və bunu sərhəd dəyişikliyi kimi qələmə verir və manipulyasiya ilə məşğul olurdu. Amma Vaşinqtonda imzalanan sənəd İranın bütün arqumentlərini əlindən aldı. İlk növbədə İranın uzun illər hər cür dəstək verdiyi Ermənistan ABŞ-ni öz ərazisinə gətirdi. Yəni İran bunu istəmirdisə, o zaman dəhlizin 10 noyabr bəyanatına uyğun olaraq açılmasına mane olmamalı idi. Digər tərəfdən, əgər Rusiya ABŞ-nin bölgəyə gəlməsinə qarşı idisə, prosesi yubatmadan üzərinə düşən öhdəliyi yerinə yetirməli idi. Göründüyü kimi, həm Rusiya, həm də İran hesab etdi ki, təzyiqləri nəticə verəcək və Azərbaycan bu məsələdə prinsipiallıq nümayiş etdirməyəcək. Amma həm Rusiya, həm də İran məsələyə 20 il öncəki geosiyasi vəziyyətin pəncərəsindən baxdığı üçün yanıldılar. Hesab etmədilər ki, həm dünyada, həm də bölgədə fərqli geosiyasi reallıqlar var, Azərbaycan müstəqil siyasət yürüdən güclü oyunçudur”.

Ə.Zülfüqaroğlu vurğulayıb ki, Rusiya, yaxud İranın narahatlığının prosesə hansısa formada təsiri olmayacaq: “Proses elə aparılıb ki, Rusiya və İranın əks-arqumentlərinə yer qalmayıb. Digər tərəfdən, İran və Rusiya hansısa pozucu addım atmaq niyyətinə düşərsə, o zaman həm də ABŞ ilə üz-üzə qalacaqlar. Bu baxımdan düşünürəm ki, proses istənilən formada inkişaf edəcək. İranın Ermənistanla quru əlaqələrinin kəsilməsi və digər əsassız fikirlər reallığı özündə əks etdirmir. Digər tərəfdən, İran artıq reallığı qəbul edir və İsraillə problemlərinin həlli üçün Vaşinqtonla diplomatik kanalları açıq tutmağa və ona zərər verməməyə çalışır. Rusiyanın da Ukrayna məsələsinə görə ABŞ-yə ehtiyacı var. Yəni hər şey incəliyinə qədər hesablanıb. Ona görə də, proses istək və arzulara deyil, reallıqlara əsaslanır”.

Siyasi analitik Asif Nərimanlı isə körpü ideyasını reallıqdan uzaq görür: “Zəngəzur dəhlizinin 42 kilometrlik körpüdən təşkil edilməsi fantastik görünür. Çünki bunun üçün böyük xərc lazımdır və əsas məsələ odur ki, belə bir xərci kim üzərinə götürəcək. Digər tərəfdən, Zəngəzur dəhlizinin təkcə avtomobil və dəmiryolundan ibarət olmayacağı bəllidir. Bu marşrut enerji resurslarının yeni keçidlərindən biri kimi də nəzərdən keçirilir, yəni kifayət qədər böyük layihədən söhbət gedir. Bu baxımdan, körpü iddiası reallıqdan uzaq görünür. Rusiyalı ekspertlərin İranın adı ilə belə bir ideyadan çıxış etməsi isə Moskvanın gedişidir. Kreml bir növ ictimai rəyə yeni ideya təqdim edir və bunu öncə ekspertlərin dili ilə gündəmə gətirməklə nəbzi yoxlayır. Digər tərəfdən, də belə bir fikri ortaya atmaqla bir növ İrana mesaj ötürürlər ki, quru yolunu özünə təhdid hesab edən Tehran da eyni fikri dəstəkləsin. İstisna deyil ki, körpü və buna bənzər qeyri-real ideyalar qarşıdakı dövrdə də ortaya atılacaq”.

“Yeni Müsavat”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rubionun səfəri Paşinyana seçki dəstəyinin verilməsinə hesablanıb - ŞƏRH
Bu gün, 17:30
Ermənistan İranla münasibətlərində ciddi problemlərlə üzləşə bilər - Köçəryan
Bu gün, 17:27
İran dövlət televiziyası ABŞ-la mümkün anlaşmanın ilkin detallarını açıqlayıb - AKTUAL
Bu gün, 17:07
Bakı ilə barışığa Rusiya ZƏMANƏT verəcək? – Ayının MİN oyunu...
Bu gün, 16:52
Mariya Zaxarova Ermənistan nazirinə belə cavab verdi - GƏRGİNLİK
Bu gün, 16:50
Pentaqon İrandakı əlavə hədəflərin siyahısını hazırlayıb – NBC
Bu gün, 15:31
Cahangir Əsgərov "Premium Bank"dakı payını artırıb
Bu gün, 15:29
Litva Rusiyaya nota verdi
Bu gün, 15:24
"Müqavilənin ləğvini qaz nəhəngindən soruşun" – Peskovdan İrəvanı şoka salacaq bəyanat
Bu gün, 15:18
"AFB Bank" səhmdarlarına 4 milyon manatdan çox dividend ödəyib
Bu gün, 15:15
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
Bu gün, 15:13
Kremlin qorxunc planı: - Rusiya Avropada yeni müharibə ocaqları yandırır
Bu gün, 13:20
Kılıçdaroğlu Özgür Özelin CHP-də qurultay çağırışına cavab verib
Bu gün, 13:14
“Qarabağdan olan “general”ların kütləvi həbsinə hazırlıq gedir” - “İravunk”
Bu gün, 12:55
Samvel Karapetyanın partiyasının 8 tərəfdarı saxlanılıb
Bu gün, 12:44
"Kristal Bakı"nın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 12:36
Şeyx Əbdül və bitməyən narazılıq akademiyası - Saffari yazır…
Bu gün, 12:27
“Yollardakı diqqətsizlik bəzi ailələrin bayram sevincini yarımçıq qoydu” - Rövşən Tağıyev
Bu gün, 12:20
Qərbin “sonuncu erməniyə qədər” prinsipi... - NƏ BAŞ VERİR?
Bu gün, 12:16
Ermənistanın yeni siyasətində YENİ GERB - FOTO
Bu gün, 12:14
Şotlandiya Böyük Britaniyadan ayrılmaq istəyir - DETALLAR
Bu gün, 12:09
Brüssel Azərbaycana qarşı səhvini nə vaxt düzəldəcək? - Bakının şərti qüvvədə qalır
Bu gün, 12:06
Naxçıvan Rəssamlar Birliyinə sədr seçildi - FOTO
Bu gün, 11:52
Yaxın Şərq üçün “son müharibə” vədləri: böyük savaşa hazırlıq - İNCƏLƏMƏ
Bu gün, 11:48
“Ermənilərin Bakıya geri qayıtmasını tələb etməməliyik” - Paşinyan
Bu gün, 11:43
Qusarda polis silahlı şəxsi zərərsizləşdirdi - TƏFƏRRÜAT
Bu gün, 11:39
İrəvana TƏHDİD YAĞIŞI bitmir... - “RİA Novosti”
Bu gün, 11:26
"Bakı gecələri" kafesində içkili qadınlar saçyolduya çıxdı - TƏFƏRRÜAT
Bu gün, 11:04
Bütün sənədsiz evlərin qısa müddətdə tam sənədləşdirilməsi real görünmür - ÇÜNKİ...
Bu gün, 11:02
“Kreditlə, borcla qurban kəsmək olmaz” - Hacı Surxay
Bu gün, 10:57
"Kredit Evi"nin səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 10:47
"Çarəsiz vəziyyətdə qalmışıq, nə edəcəyimizi bilmirik..." - GİLEY
Bu gün, 10:45
"Şərur"- MTK 200-dən artıq ailəyə bayram sovqatı payladı - FOTO
Bu gün, 10:42
“Azercell” rəsmən ABUNƏÇİLƏRİNİ SOYUR... - BU DA FAKT!
Bu gün, 10:39
Azərbaycan nefti 106 dollar səviyyəsində ticarət olunur
Bu gün, 10:25
İsrail HƏMAS-ın yeni hərbi liderinin öldürüldüyünü bildirib
Bu gün, 10:23
İrəvan aeroportunda imzalanmış üç sənəd və "Meğri təslim edildi" nə demək? - GƏLİŞMƏ
Bu gün, 10:18
Kreml Ermənistana qaz və neft xəbərdarlığı etdi - “Kommersant”
Bu gün, 10:16
Ermənistan İranın o gizli silahını alan İLK ÖLKƏ oldu - 500 milyonluq RAZILAŞMA
Bu gün, 10:09
Qayıqla Avropaya keçmək istəyən Azərbaycan vətəndaşları saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 10:05
Sabah Ermənistanın taleyi Astanada həll olunur - AKTUAL
Bu gün, 10:01
Aktrisa Ulduz Süleymanova vəfat edib
Bu gün, 09:57
İsrail səfirliyi Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib
Bu gün, 09:51
Saleh Məmmədovun korrupsiya bataqlığında kimlər boğulacaq? – Sabiq sədrlə bağlı yeni məlumatlar yayıldı
Bu gün, 09:45
Kişi sahibkarları yarıtmışdılar... qalmışdı qadın sahibkarlar... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:42
"Əvvəllər bir sabunla həm çimmək, həm də paltar yumaq olurdu" - Nura Suri
Bu gün, 08:18
SOCAR-da işçiyə NÖKƏR gözündə baxırlar... - NARAZILIQ VAR...
Bu gün, 08:13
"Bu sullara cacab verən baba-igid məmur varmı?!" - ŞƏRH
Bu gün, 07:31
Burda SAXTA DOLLAR satılır? - TƏFƏRRÜAT
Bu gün, 07:18
Paşinyan Astanada keçiriləcək Aİİ sammitinə qatılmayacaq - Rusiya mediası
Bu gün, 06:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru