Neftçilər rəsmən BLOKADA ŞƏRAİTİNDƏ... .....                     Müştərinin qəpik-quruşuna da TAMAH SALIRLAR... .....                     Ermənistanla sərhədin açılması üçün Ərdoğanın şərti məlum oldu .....                     Bu şirkət yol təmir edəcək .....                     Azərbaycan: İsrail və Suriya arasında sülh körpüsü... .....                     Mənhus 907-ci düzəliş dayandırıldı: bu, Bakıya nə verəcək? .....                     Tanışını kafedə bakalla vuran şəxslə bağlı hökm ləğv edildi .....                     “Kəpəz” BOKT-un yarımillikdə mənfəəti 2 dəfə azalıb .....                     Rusiyadan Zəngəzur mesajı: İran müdaxilə edə bilməyəcək, Moskva isə... .....                     “BakuBus” avtobuslarında XİDMƏT SIFIR... .....                     Əsgər Bəkiyevin intiharının detalları .....                     “Bakcell” “11-ci Milli Seçim Konfransı”nın əsas tərəfdaşıdır .....                     İranın Azərbaycana qeyri-neft məhsulları ixracı azalıb .....                     İRAN NƏ İSTƏYİR... .....                     9 saylı türmədən Prezidentə məktub var: Komissiya rəhbəri hüquqlarımızı pozur .....                     Keçmiş əri tərəfindən döyülən qadın məhkəmədə onu bağışladı .....                     Ermənistan-Türkiyə sərhədinin açılması: Ankara Bakını gözləyir .....                     Dövlət Agentliyinin 3 milyon manatlıq tenderi niyə ləğv edildi? .....                     Rusiyanın Zəngəzur həyəcanı: bunu heç kim gözləmirdi .....                     Rusiya və ABŞ ərazi mübadiləsini müzakirə edir .....                     Dövlət qurumu sosioloji sorğu aparmaq üçün 300 minlik müqavilə bağladı .....                     SEPAH generalı Azərbaycan və Ermənistanı hədələdi .....                     "Bir az rəqiblərinizi ÖRNƏK ALIN..." .....                     "Ömrümdə gördüyüm ən iyrənc xidmət idi..." .....                     Diqqətli olun, pulunuzu oğurlaya bilərlər... .....                     Onda şarlatan ruhanilər idi, indi isə quşəppəyi alimlər... .....                     Razi Nurullayev də özünə BELƏ GÜN AĞLAYIR... .....                     Rusiya əgər Azərbaycana aid hədəfləri BOMBALAYIRSA... .....                     Tarixə yazılan səfər .....                     Azərbaycanın növbəti diplomatik Zəfəri .....                     Rusiyanı qorxuda saxlayan məhz budur .....                     Özünü model kimi təqdim edən "Ömrü Sultani -777" vətəndaşa qarşı dələduzluq edib? .....                     İran Zəngəzura görə hərəkətə keçir: iki istiqamətdən “hücum” .....                     Kreml və Tehranın qorxulu yuxusu .....                     Bu gün Ərdoğanın iştirakı ilə Azərbaycan-Ermənistan münasibətləri .....                     Tramp və onun komandası olmasaydı... .....                     Oğlu xəstəxanalıq oldu, özü avtomobil qəzası keçirtdi .....                     Türkiyənin mini qanadlı raketi yunanları qorxuya saldı... .....                     Azərbaycan Rusiyanın zərbələrinə cavab hazırlayır .....                     Onları bir araya gətirən Tramp olmalıdır .....                 

Tarixə yazılan səfər - MƏQALƏ
Tarix: Bu gün, 08:13 | Çap et

Avqustun 8-də Vaşinqtonda baş tutan görüş ABŞ–Azərbaycan münasibətlərində yeni mərhələnin başlanğıcı oldu. Prezident Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevi Ağ Evdə yüksək ehtiramla qarşılaması, iki ölkə arasında strateji tərəfdaşlığın dərinləşməsi üçün güclü siyasi siqnal kimi dəyərləndirilir.
Cənab Trampın haqsız və köhnəlmiş 907-ci düzəlişi ləğv etməsi, Azərbaycanla hərbi-texniki əməkdaşlığın qarşısındakı süni maneələri aradan qaldırması, Vaşinqtonun Cənubi Qafqaz siyasətində yeni yanaşma formalaşdırdığını göstərir. Bu addım həm də ABŞ-ın regionda güc balansına daha realist baxışının nəticəsi kimi çıxış edir.
Postmüharibə dövründə Prezident İlham Əliyevin yaratdığı yeni geosiyasi reallıqlar, Azərbaycanın ərazi bütövlüyünün bərpası, regional nəqliyyat-kommunikasiya layihələrinin canlandırılması və sülh gündəliyinin təşviqi artıq supergüc dövlətlər tərəfindən yüksək qiymətləndirilir. Vaşinqton üçün Bakı yalnız enerji təhlükəsizliyinin təminatçısı deyil, həm də Qafqazda sabitliyin açar oyunçusudur.
Son illərdə iki ölkə arasında enerji əməkdaşlığı yenidən yüksəlişə keçib. ABŞ şirkətləri Xəzərin enerji resurslarının işlənməsi və ixracı üzrə yeni layihələrdə maraqlıdır. Bütün bunlar ABŞ–Azərbaycan münasibətlərinin yüksələn xətt üzrə inkişaf etdiyini təsdiqləyir. Vaşinqtonun Bakıya strateji tərəfdaş kimi baxması, qarşılıqlı iqtisadi, hərbi və siyasi layihələrin daha da genişlənməsinə zəmin yaradır. İlham Əliyevin liderliyi ilə Azərbaycan artıq təkcə regional oyunçu deyil, qlobal proseslərdə söz sahibi olan mühüm tərəfdaş kimi qəbul olunur.
Vaşinqtonda imzalanan birgə bəyanat isə Cənubi Qafqazda onilliklərdir davam edən münaqişənin diplomatik həllində tarixi mərhələ kimi dəyərləndirilir.
Dünya Azərbaycan Prezidenti və Ermənistan Baş naziri, ABŞ Prezidenti Donald Trampın iştirakı ilə sülh və dövlətlərarası münasibətlərin təsis olunmasına dair sazişin paraflanmasına şahidlik etdi və bu tarixi hadisə idi.
Sənəd hələ imzalanma və ratifikasiya mərhələsinə keçməsə də, prosesin artıq sonuncu və həlledici fazaya daxil olduğunu göstərir. Bu bəyannamə sadəcə atəşkəsin təsdiqi deyil, tammiqyaslı diplomatik münasibətlərin qurulmasına yönəldiyini aydın ortaya qoyur. Bəyanatın mühüm siyasi elementlərindən biri ATƏT-in Minsk Qrupu və onunla əlaqəli strukturların bağlanmasına dair Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-ə ünvanladıqları birgə müraciət oldu. Bu addım otuz ilə yaxın davam edən beynəlxalq vasitəçilik formatının formal olaraq sona çatması deməkdir. Minsk Qrupunun ləğvi, münaqişənin bundan sonra ABŞ-ın rəhbərliyi ilə və iki ölkə arasında birbaşa formatda həll olunacağını göstərir.
İmzalanmış sənəddə regiondaxili kommunikasiya xətlərinin açılması xüsusi yer tutur. Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında maneəsiz quru əlaqəsinin təmin edilməsi, Ermənistan üçün isə beynəlxalq və daxili nəqliyyat imkanlarının genişlənməsi nəzərdə tutulur. Bu istiqamətdə “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” adlı yeni layihə elan edilib ki, bu da Vaşinqtonun prosesdə həm siyasi, həm də iqtisadi marka yaratmaq istəklərini nümayiş etdirir. Bəyanatda BMT Nizamnaməsi və 1991-ci il Almatı Bəyannaməsinə istinadla dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri bir daha təsdiqlənir. Qisasçılıq və revanşizmə qarşı qəti mövqe bildirilməsi isə gələcəkdə silahlı toqquşma riskini minimuma endirməyə yönəlmiş mühüm diplomatik mesajdır.
Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına səfəri çərçivəsində liderlər tərəfindən Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumunun imzalanması, iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçdiyini və strateji əməkdaşlığın əsaslı şəkildə dərinləşdiyini göstərir.
Beləliklə, 44 günlük Zəfər savaşından və bir günlük lokal antiterror tədbirlərindən sonra qalib xalqın qalib lideri kimi Prezident İlham Əliyevin ABŞ-a səfəri Azərbaycanın irəli sürdüyü bütün şərtlərin diplomatik masada qeyri-şərtsiz qəbul olunması ilə nəticələndi.
Döyüş meydanından qalib ayrılan Ali Baş Komandan İlham Əliyev diplomatik danışıqlarda da eyni iradə və uzaqgörənliklə ölkəmizin milli maraqlarını tam şəkildə təmin etdi. Hərbi zəfərlərini siyasi uğurlarla tamamlayan Azərbaycan lideri bütün savaşlardan ardıcıl olaraq qalib çıxmaqla tariximizdə analoqu olmayan bir ilkə imza atdı.
Təqvimin bu günü xalqımızın yaddaşına müasir tariximizin ən şərəfli və qürurverici səhifələrindən biri kimi həkk olundu. Prezident İlham Əliyevin dəmir iradəsi və qətiyyətli liderliyi sayəsində qalib yenə də Azərbaycan oldu. Qarabağın Fatehinin rəhbərliyi ilə biz bir daha azərbaycanlı olmağın qürurunu və xoşbəxtliyini yaşadıq.

Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası

"DİA-AZ"











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Neftçilər rəsmən BLOKADA ŞƏRAİTİNDƏ... - NARAZILIQ VAR...
Bu gün, 11:09
Müştərinin qəpik-quruşuna da TAMAH SALIRLAR... - GİLEY
Bu gün, 11:05
Ermənistanla sərhədin açılması üçün Ərdoğanın şərti məlum oldu - "...konkret müddət yoxdur"
Bu gün, 10:57
Bu şirkət yol təmir edəcək - müqabilində 674 MİN QAZANACAQ
Bu gün, 10:49
Azərbaycan: İsrail və Suriya arasında sülh körpüsü... - "The Jerusalem Post"
Bu gün, 10:43
Mənhus 907-ci düzəliş dayandırıldı: bu, Bakıya nə verəcək? - İNCƏLƏMƏ
Bu gün, 10:39
Tanışını kafedə bakalla vuran şəxslə bağlı hökm ləğv edildi – Prokurorun tələbi
Bu gün, 10:33
“Kəpəz” BOKT-un yarımillikdə mənfəəti 2 dəfə azalıb - HESABAT
Bu gün, 10:25
Rusiyadan Zəngəzur mesajı: İran müdaxilə edə bilməyəcək, Moskva isə... - GƏLİŞMƏ
Bu gün, 10:17
“BakuBus” avtobuslarında XİDMƏT SIFIR... - AXI NİYƏ?
Bu gün, 10:13
Əsgər Bəkiyevin intiharının detalları - Cibindən məktub çıxıb...
Bu gün, 10:09
“Bakcell” “11-ci Milli Seçim Konfransı”nın əsas tərəfdaşıdır - FOTO
Bu gün, 10:02
İranın Azərbaycana qeyri-neft məhsulları ixracı azalıb - DETALLAR
Bu gün, 10:00
İRAN NƏ İSTƏYİR... - ƏSLİNDƏ...
Bu gün, 09:58
9 saylı türmədən Prezidentə məktub var: Komissiya rəhbəri hüquqlarımızı pozur - BU NƏDİ BELƏ?
Bu gün, 09:38
Keçmiş əri tərəfindən döyülən qadın məhkəmədə onu bağışladı - TƏFƏRRÜAT
Bu gün, 09:34
Ermənistan-Türkiyə sərhədinin açılması: Ankara Bakını gözləyir - “RİA Novosti”
Bu gün, 09:32
Dövlət Agentliyinin 3 milyon manatlıq tenderi niyə ləğv edildi? - TƏFƏRRÜAT
Bu gün, 09:25
Rusiyanın Zəngəzur həyəcanı: bunu heç kim gözləmirdi – Sürpriz qərar
Bu gün, 09:24
Rusiya və ABŞ ərazi mübadiləsini müzakirə edir - KİV
Bu gün, 09:18
Dövlət qurumu sosioloji sorğu aparmaq üçün 300 minlik müqavilə bağladı - DETALLAR
Bu gün, 09:16
SEPAH generalı Azərbaycan və Ermənistanı hədələdi - “Zelenski kimi səhvə yol verdilər”
Bu gün, 09:08
"Bir az rəqiblərinizi ÖRNƏK ALIN..." - ÇAĞIRIŞ
Bu gün, 09:00
"Ömrümdə gördüyüm ən iyrənc xidmət idi..." - GİLEY
Bu gün, 08:56
Diqqətli olun, pulunuzu oğurlaya bilərlər... - İDDİA
Bu gün, 08:47
Onda şarlatan ruhanilər idi, indi isə quşəppəyi alimlər... - ETİRAZ
Bu gün, 08:39
Razi Nurullayev də özünə BELƏ GÜN AĞLAYIR... - Nə seçici?.. Nə xalq?..
Bu gün, 08:31
Rusiya əgər Azərbaycana aid hədəfləri BOMBALAYIRSA... - AKTUAL
Bu gün, 08:21
Tarixə yazılan səfər - MƏQALƏ
Bu gün, 08:13
Azərbaycanın növbəti diplomatik Zəfəri - İsrafil Kərimovun yazısı
Bu gün, 08:10
Rusiyanı qorxuda saxlayan məhz budur - Qrem
Bu gün, 07:10
Özünü model kimi təqdim edən "Ömrü Sultani -777" vətəndaşa qarşı dələduzluq edib? - İTTİHAM VAR...
Bu gün, 06:26
İran Zəngəzura görə hərəkətə keçir: iki istiqamətdən “hücum” – Nələr yaşanır?
Bu gün, 06:21
Kreml və Tehranın qorxulu yuxusu – Ağ Evdə sıxılan əl regionu dəyişir
Bu gün, 05:36
Bu gün Ərdoğanın iştirakı ilə Azərbaycan-Ermənistan münasibətləri müzakirə ediləcək
Bu gün, 05:22
Tramp və onun komandası olmasaydı... - deputat
Bu gün, 05:19
Oğlu xəstəxanalıq oldu, özü avtomobil qəzası keçirtdi - Fotolar
Bu gün, 05:14
Türkiyənin mini qanadlı raketi yunanları qorxuya saldı... - KİV
Bu gün, 05:10
Azərbaycan Rusiyanın zərbələrinə cavab hazırlayır - İLGİNC İDDİA
Bu gün, 05:07
Onları bir araya gətirən Tramp olmalıdır - Vens
Dünən, 19:10
"Bu ritual özümü toparlamağa kömək edir"
Dünən, 19:08
33 il sonra bu qadağalar aradan qaldırıldı - AKTUAL
Dünən, 19:02
Rusiya yeni silahlarla HƏDƏLƏDİ - Harada yerləşdirəcək?
Dünən, 18:59
Rusiyanın anti-Azərbaycan siyasəti iflasa uğrayacaq - ÇÜNKİ...
Dünən, 18:55
Xameneidən Zəngəzur dəhlizinin açılmasına reaksiya? - NARAHATDIR
Dünən, 18:52
Molla rejimi Zəngəzur dəhlizinin açılmasına yas tutur - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:35
İnterpolun axtardığı azərbaycanlı Gürcüstanda saxlanıldı
Dünən, 14:32
Öz gözlərimlə görmüşəm: Azərbaycan Ordusu Şuşada… – İoannisyandan İLGİNC ETİRAF
Dünən, 13:06
Əliyev və Paşinyan Rusiyaya qarşı... - Zatulin ŞƏRH EDİR
Dünən, 13:04
Ukrayna Donetskdən geri çəkilərsə... - BÖYÜK TƏHLÜKƏ
Dünən, 11:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru