Hər şey düzələcək, bir bizdən başqa. 150 il qabaq nəyidiksə, indi də oyuq.
Onda şarlatan ruhanilər idi, indi isə quşəppəyi alimlər, riyadan törəmiş ziyalılar. Ədəbiyyata, mətbuata bir mənzil naminə ləyaqətini satmaq janrını gətirmiş ədiblər, yazarlar, saxtakarlığı öz aralarında elmi tendensiyaya çevirən, çörəyini saxta diplomlardan, oğurluqlardan çıxaran, insanlığa, tərəqqiyə kor olan heyvan xislətli alimlər, xəstəyə kəsilməli dana kimi baxmağı beyinlərinə oturtmuş həkimlər, ən əsası, şagirdə, tələbəyə bilik verməyin və ya mütərəqqi yol göstərməyin günah olduğunu çürük beyinlərinə təlqin edən dar düşüncəli müəllimlər çətin ki, xalqın sabahına ümid yaratsınlar...
İdris Abbasov
AMEA Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri,
filologiya elmləri doktoru - "DİA-AZ"