Putin son nəfəsinə qədər çalışacaq: Tramp Paşinyanı qoruya biləcək? .....                     Ukrayna Ali Radası Aİ ilə imzalanmış 90 mlrd. avro kreditlə bağlı sazişi ratifikasiya edib .....                     Bakının da üzv olduğu "Şülh Şurası"nın milyardları haradadır? .....                     “Mənə görə Zaurun verilişinə zəng etmişdi, xaricdə masajist işləyir” .....                     Sabunçuda park içində tikinti özbaşınalığı .....                     “Aygünün mahnılarını radioda səsləndirmədilər, .....                     Akopyandan Paşinyanla bağlı .....                     Daha bir Azərbaycan vətəndaşı Gürcüstandan .....                     20 illik əlillik hüququ LƏĞV OLUNDU... .....                     Köçəryan İlham Əliyevin siyasətinə möhtac qaldı .....                     35 illik münaqişədən sonra... .....                     Erməni baş nazir xalqını əmin edir ki... .....                     Əkbər Hacıyevin müavini NƏ İŞLƏR ÇEVİRİR? .....                     Komitə sədri daha bir şöbə müdirini işdən çıxardı .....                     “Azərbaycan xalqı 28 Mayı Novruzdan daha böyük sevinclə qeyd etməyə başlayacaqsa…” .....                     “Ermənistan bu imza ilə Rusiyanın əlindən getdi” .....                     NDU-da rüşvət də KORRUPSİYAYA UĞRAYIB... .....                     Heç vaxt bunu Azərbaycanla müzakirə etməmişik .....                     Azərbaycan nefti 102 dollar səviyyəsində ticarət olunur .....                     Vahid Əhmədov Tamerlan Qarayevlə bağlı tarixi detalı açdı .....                     SEPAH ABŞ hərbi hava qüvvələri bazasını hədəf aldığını açıqlayıb .....                     "Murad Dadaşovun qadağaları Balakişi Qasımovun qadağalarından daha şiddətlidir..." .....                     Şəhid adını daşıyan küçədə ACINACAQLI MƏNZƏRƏ... .....                     Durduğun yerdə borclanırsan... .....                     Kinematoqrafçılar İttifaqında DAVAya səbəb nə olub? .....                     "Hesablama Palatası 5 gündür oturub ittifaqda Əli İsa ilə bağlı yoxlama aparır..." .....                     “300 min azərbaycanlı” iddiası: Karapetyandan seçkiöncəsi qorxu siyasəti .....                     Bahalı geyinib-gecinən başçı internetə 15 min ödəyir... .....                     Paşinyan seçkidən sonra nə edəcəyini açıqladı .....                     Tramp Paşinyanı Ermənistan seçkilərində dəstəklədiyini açıqlayıb .....                     DİQQƏT: Bu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər... .....                     “Azərbaycan qlobal ərzaq böhranına daha hazırlıqlı yaxınlaşır” .....                     Masallıdakı özbaşınalıqdan Azər Məmmədova şikayət olundu... .....                     “Unibank” sənin bankın deyil... OLMAYIB DA... .....                     Goranboy sakini iş üçün DAĞA-DAŞA DÜŞÜB... .....                     ABŞ İranın hərbi obyektinə zərbə endirib .....                     Ermənistan konstitusiyası dəyişir... .....                     Türk Cem Özdəmir Almaniyanın ikinci ən nüfuzlu siyasətçisi oldu .....                     MİNLƏRLƏ CAN QURBAN OLDU... .....                     Rubionun səfəri Paşinyana seçki dəstəyinin verilməsinə hesablanıb .....                 

Kreml və Tehranın qorxulu yuxusu – Ağ Evdə sıxılan əl regionu dəyişir
Tarix: 11-08-2025, 05:36 | Çap et

Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan Bakı ilə İrəvan arasında münaqişənin sülh yolu ilə həlli ilə bağlı birgə bəyannamə imzalayıblar.

Ermənistan və Azərbaycan diplomatik münasibətləri bərpa etmək və hərbi qarşıdurmaya son qoymaq barədə razılığa gəliblər.

Tramp bəyan edib ki, imzalanmış razılaşmalar çərçivəsində Azərbaycan və Ermənistan hərbi əməliyyatları birdəfəlik dayandırmaq, bir-birinin suverenliyi və ərazi bütövlüyünü qarşılıqlı olaraq tanımaq öhdəliyi götürüblər.

Bu razılaşma sayəsində nəhayət ki, biz sülhə nail olduq. Az öncə Oval kabinetdən çıxdıq, burada həcmi böyük sənədləri və razılaşmanın çox vacib elementlərini imzaladıq”, – deyə Tramp bildirib.

Ermənistan və Azərbaycan bütün hərbi əməliyyatları birdəfəlik dayandırmaq, ticarət, səfərlər və diplomatik münasibətləri bərpa etmək, həmçinin bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanımaq öhdəliyini üzərlərinə götürürlər”, – Tramp əlavə edib.

Bundan başqa, belə görünür ki, Zəngəzur dəhlizinin istismar şərtləri ilə bağlı çətin məsələ də aradan qaldırılıb. ABŞ Prezidenti Donald Tramp təsdiqləyib ki, Ermənistandakı Zəngəzur dəhlizinin adı “Tramp Marşrutu” olaraq dəyişdirilib. O, bu marşrutun Azərbaycanı Naxçıvanla birləşdirəcəyini vurğulayıb və qeyd edib ki, ABŞ ilə bu dəhliz üzrə əməkdaşlıq 99 il davam edəcək.

Onun sözlərinə görə, amerikalı şirkətlər Ermənistanda və Azərbaycanda geniş infrastruktur inkişafı planlaşdırır və bu məqsədlə əhəmiyyətli sərmayə yatırmağa hazırdırlar.

Şübhəsiz ki, Vaşinqtonda baş verənləri iki qonşu ölkə arasında tamhüquqlu sülh yolunda mühüm irəliləyiş kimi qiymətləndirmək olar. Bu, böyük ölçüdə ABŞ-nin nüfuzunun və Ağ Evin hazırkı sahibinin qətiyyətinin nəticəsidir. Aydındır ki, biz ABŞ-nin Cənubi Qafqazdakı mövcudluğunun güclənməsinin və bunun nəticəsində Rusiyanın regiondan müəyyən qədər sıxışdırılmasının şahidi oluruq.

Bəs baş verənləri necə qiymətləndirmək olar və bütün bunlar regionumuza, ümumilikdə isə postsovet məkanına necə təsir göstərəcək?

Tanınmış xarici ekspertlər bununla bağlı fikirlərini Pressklub.az-la bölüşüblər.

Kiyev Dünya Siyasəti İnstitutunun direktoru Yevgen Maqdanın fikrincə, Vaşinqtonda baş verənlər maraqlı hadisədir. Çünki Azərbaycan və Ermənistan kifayət qədər uzun müddət sülh müqaviləsini imzalamaq yollarını axtarıblar.

Bu prosesin sponsorları müxtəlif dövlətlər olub – silahı hər iki tərəfə verən Rusiyadan tutmuş, əsasən Ermənistana yaxın olmağa çalışan Fransaya qədər. Türkiyə isə Azərbaycanla açıq yaxın əlaqələrinə görə bu prosesdə aktiv rol oynaya bilmədi. ABŞ isə öz marağını nümayiş etdirməyi bacardı, Trampın adını daşıyan sülh dəhlizini əldə etdi, bəyannamədə Trampın roluna dair kifayət qədər söz yazdırdı. Mənim fikrimcə, bütün bunlar Rusiyanın Cənubi Qafqazdakı mövqelərini tədricən itirməsinə gətirib çıxaracaq. Amma başa düşmək lazımdır ki, o, regionun üç ölkəsindən biri olan Gürcüstanda təsir imkanlarını qoruyacaq. Çox simvolikdir ki, bu sənədin imzalanması (hətta deklarativ olsa belə) Rusiyanın Gürcüstana hücumunun ildönümünə təsadüf etdi. Düşünürəm ki, Cənubi Qafqaz ölkələri ABŞ-la sülh prosesinin siyasi sponsoru kimi əməkdaşlığı bundan sonra da davam etdirərkən bu əlamətdar faktdan öz maraqları naminə istifadə edə bilərlər”, – deyə Maqda vurğulayıb.

Rusiyalı siyasi ekspert, Tbilisidə yaşayan Yeqor Kuroptev isə bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Ağ Evdə sülh sazişini paraflaması, ilk növbədə region və dünya üçün əsl bayram və tarixi hadisədir, digər tərəfdən isə Kreml və şübhəsiz ki, İran üçün qorxulu yuxudur. İran artıq tələsik şəkildə bəyan edib ki, ABŞ-ın Zəngəzur yolunu “icarəyə götürməsini” hansısa inanılmaz yolla “bloklayacaq”.

İranda “eko-aktivlər” yoxdur, ona görə bu bəyanat gülməli səslənir. ABŞ-nin rolu hələ ki, kiçik görünə bilər, çünki Bakı və İrəvan sənədin imzalanmasına onsuz da yaxın idilər. Kremlin prosesdən kənarlaşdırılmasından sonra ikitərəfli danışıqlar uğurla davam edirdi. Amma prinsipial fikir ayrılığı məhz Zəngəzur yolu ilə bağlı idi və görünür ki, bu problemi ABŞ prezidenti aradan qaldıra bildi. Həm Bakı, həm də İrəvan dəhlizi Amerika şirkətinə icarəyə verməyi təklif edən Trampa (yalnız qarşıdurma yaratmaq və öldürməyi bacaran Kremldən fərqli olaraq) güvəndi. Tramp bununla da, yalnız Cənubi Qafqazı deyil, daha geniş regionları əhatə edən yeni ikitərəfli və çoxtərəfli tərəfdaşlıq səhifəsi açdı. Nəhayət, real sülhməramlı uğur qazandı və bölgədəki güc balansını tam dəyişdirərək həm Cənubi Qafqaz ölkələrinin, həm Rusiya və İranın, həm də ilk növbədə Türkiyənin maraqlarını kəsişdiyi prinsipial yerdə ABŞ-nin strateji mövcudluğunu təsdiqlədi”, – deyə ekspert vurğulayıb.

Onun fikrincə, Gürcüstan da bu kontekstdən kənarda qala bilməyəcək. Hazırda bu ölkənin hökuməti qorxaq şəkildə Kreml qarşısında əyilsə də, yaxın vaxtlarda ya Moskvadan təkbaşına asılı qalmaq, ya da Türkiyə və Vaşinqtonun himayəsində olan daha nüfuzlu regional dövlətlər birliyinə qoşulmaq barədə qərar verməli olacaq.

Risklər çoxdur, həm İrandan, həm də ilk növbədə Kreml tərəfindən yeni yaranan sülh prosesini pozmaq, dağıtmaq cəhdləri çox olacaq. İndi, Moskvadan göndərilən milyarder Karapetyanın təcili şəkildə Ermənistanda müxalif partiyası yaratmaq qərarına gəlməsi və Rusiya güc strukturlarının ölkənin müxtəlif şəhərlərində azərbaycanlılara qarşı reydlər keçirməsi, hətta diaspor nümayəndələrindən ikisini işgəncə ilə öldürməsinin səbəbi bəlli olur. Görünür, Moskvanın təzyiqləri davam edəcək.

Sülh müqaviləsinin özü də hələ imzalanmayıb, amma bu gün həqiqətən bayram etmək üçün əsas var. Ermənistan və Azərbaycan liderləri heç bir əl sıxmasının və sənəd imzalanmasnın bir qəpiklik də olsun dəyəri olmayan Moskvada deyil, məhz Ağ Evdə əl sıxdılar – bu, iki xalqın, eləcə də bütün regionun gələcəyi üçün yeni səhifə açır.

Şübhəsiz ki, burada Prezident Əliyev və Baş nazir Paşinyanın çox riskli, amma bir o qədər də vacib tarixi missiyanı üzərinə götürməsi mühüm rol oynayıb. Bu missiya uğrunda hələ mübarizə aparmaq lazım olacaq. Amma tunelin sonunda görünən işıq artıq göz qamaşdırır. Azərbaycan və Ermənistana uğurlu yol arzulayıram. Onilliklər boyu bu gözəl ölkələrin xalqlarını parçalayan münaqişəyə baxmaq çox ağrılı idi”, – Kuroptev etiraf edib.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Putin son nəfəsinə qədər çalışacaq: Tramp Paşinyanı qoruya biləcək? - İNCƏLƏMƏ
Bu gün, 13:02
Ukrayna Ali Radası Aİ ilə imzalanmış 90 mlrd. avro kreditlə bağlı sazişi ratifikasiya edib - “RBK-Ukrayna”
Bu gün, 12:58
Bakının da üzv olduğu "Şülh Şurası"nın milyardları haradadır? - ARAŞDIRMA
Bu gün, 12:31
“Mənə görə Zaurun verilişinə zəng etmişdi, xaricdə masajist işləyir” - “Bəyin oğurlanması” filminin Yasəməni haradadır?
Bu gün, 12:29
Sabunçuda park içində tikinti özbaşınalığı - VİDEO
Bu gün, 12:26
“Aygünün mahnılarını radioda səsləndirmədilər, bayağı müğənnilərdən pul alıb deyirlər ki...”
Bu gün, 12:19
Akopyandan Paşinyanla bağlı gözlənilməz QƏRAR
Bu gün, 12:01
Daha bir Azərbaycan vətəndaşı Gürcüstandan QOVULDU
Bu gün, 11:59
20 illik əlillik hüququ LƏĞV OLUNDU... - GİLEY
Bu gün, 11:54
Köçəryan İlham Əliyevin siyasətinə möhtac qaldı – Özü etiraf etdi
Bu gün, 11:34
35 illik münaqişədən sonra... - GƏLİŞMƏ
Bu gün, 11:33
Erməni baş nazir xalqını əmin edir ki... - KİV
Bu gün, 11:26
Əkbər Hacıyevin müavini NƏ İŞLƏR ÇEVİRİR? - İLGİNC
Bu gün, 11:17
Komitə sədri daha bir şöbə müdirini işdən çıxardı - ƏMR
Bu gün, 11:07
“Azərbaycan xalqı 28 Mayı Novruzdan daha böyük sevinclə qeyd etməyə başlayacaqsa…” - AKTUAL
Bu gün, 11:05
“Ermənistan bu imza ilə Rusiyanın əlindən getdi” -Kremlə suçlamalar
Bu gün, 10:56
NDU-da rüşvət də KORRUPSİYAYA UĞRAYIB... - BU NƏDİ BELƏ?
Bu gün, 10:38
Heç vaxt bunu Azərbaycanla müzakirə etməmişik - Paşinyan BELƏ DEYİR
Bu gün, 09:24
Azərbaycan nefti 102 dollar səviyyəsində ticarət olunur
Bu gün, 09:22
Vahid Əhmədov Tamerlan Qarayevlə bağlı tarixi detalı açdı - O gün parlamentdə nə baş vermişdi?
Bu gün, 09:03
SEPAH ABŞ hərbi hava qüvvələri bazasını hədəf aldığını açıqlayıb
Bu gün, 08:49
"Murad Dadaşovun qadağaları Balakişi Qasımovun qadağalarından daha şiddətlidir..." - keçmiş deputat
Bu gün, 08:22
Şəhid adını daşıyan küçədə ACINACAQLI MƏNZƏRƏ... - NARAZILIQ VAR...
Bu gün, 08:12
Durduğun yerdə borclanırsan... - AXI NİYƏ?..
Bu gün, 08:02
Kinematoqrafçılar İttifaqında DAVAya səbəb nə olub? - "...heç nə dəyişməyəcək"
Bu gün, 07:03
"Hesablama Palatası 5 gündür oturub ittifaqda Əli İsa ilə bağlı yoxlama aparır..." - QALMAQAL
Bu gün, 07:00
“300 min azərbaycanlı” iddiası: Karapetyandan seçkiöncəsi qorxu siyasəti - ƏSLİNDƏ İSƏ...
Bu gün, 06:56
Bahalı geyinib-gecinən başçı internetə 15 min ödəyir... - TƏFƏRRÜAT
Bu gün, 06:53
Paşinyan seçkidən sonra nə edəcəyini açıqladı - "Görəcəksiniz ki..."
Bu gün, 06:49
Tramp Paşinyanı Ermənistan seçkilərində dəstəklədiyini açıqlayıb - “Truth Social”
Bu gün, 06:40
DİQQƏT: Bu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər... - ƏGƏR...
Bu gün, 06:37
“Azərbaycan qlobal ərzaq böhranına daha hazırlıqlı yaxınlaşır” - AKTUAL
Bu gün, 06:35
Masallıdakı özbaşınalıqdan Azər Məmmədova şikayət olundu... - MÜRACİƏT
Bu gün, 06:32
“Unibank” sənin bankın deyil... OLMAYIB DA... - FAKT BUDUR!
Bu gün, 06:26
Goranboy sakini iş üçün DAĞA-DAŞA DÜŞÜB... - bu, rəsmən belədir...
Bu gün, 06:23
ABŞ İranın hərbi obyektinə zərbə endirib - "Reuters"
Bu gün, 06:01
Ermənistan konstitusiyası dəyişir... - Əgər Paşinyan qalib gələrsə...
Bu gün, 05:59
Türk Cem Özdəmir Almaniyanın ikinci ən nüfuzlu siyasətçisi oldu - INSA
Bu gün, 05:56
MİNLƏRLƏ CAN QURBAN OLDU... UĞRUNA...
Bu gün, 05:54
Rubionun səfəri Paşinyana seçki dəstəyinin verilməsinə hesablanıb - ŞƏRH
Dünən, 17:30
Ermənistan İranla münasibətlərində ciddi problemlərlə üzləşə bilər - Köçəryan
Dünən, 17:27
İran dövlət televiziyası ABŞ-la mümkün anlaşmanın ilkin detallarını açıqlayıb - AKTUAL
Dünən, 17:07
Bakı ilə barışığa Rusiya ZƏMANƏT verəcək? – Ayının MİN oyunu...
Dünən, 16:52
Mariya Zaxarova Ermənistan nazirinə belə cavab verdi - GƏRGİNLİK
Dünən, 16:50
Pentaqon İrandakı əlavə hədəflərin siyahısını hazırlayıb – NBC
Dünən, 15:31
Cahangir Əsgərov "Premium Bank"dakı payını artırıb
Dünən, 15:29
Litva Rusiyaya nota verdi
Dünən, 15:24
"Müqavilənin ləğvini qaz nəhəngindən soruşun" – Peskovdan İrəvanı şoka salacaq bəyanat
Dünən, 15:18
"AFB Bank" səhmdarlarına 4 milyon manatdan çox dividend ödəyib
Dünən, 15:15
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
Dünən, 15:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru