Putin son nəfəsinə qədər çalışacaq: Tramp Paşinyanı qoruya biləcək? .....                     Ukrayna Ali Radası Aİ ilə imzalanmış 90 mlrd. avro kreditlə bağlı sazişi ratifikasiya edib .....                     Bakının da üzv olduğu "Şülh Şurası"nın milyardları haradadır? .....                     “Mənə görə Zaurun verilişinə zəng etmişdi, xaricdə masajist işləyir” .....                     Sabunçuda park içində tikinti özbaşınalığı .....                     “Aygünün mahnılarını radioda səsləndirmədilər, .....                     Akopyandan Paşinyanla bağlı .....                     Daha bir Azərbaycan vətəndaşı Gürcüstandan .....                     20 illik əlillik hüququ LƏĞV OLUNDU... .....                     Köçəryan İlham Əliyevin siyasətinə möhtac qaldı .....                     35 illik münaqişədən sonra... .....                     Erməni baş nazir xalqını əmin edir ki... .....                     Əkbər Hacıyevin müavini NƏ İŞLƏR ÇEVİRİR? .....                     Komitə sədri daha bir şöbə müdirini işdən çıxardı .....                     “Azərbaycan xalqı 28 Mayı Novruzdan daha böyük sevinclə qeyd etməyə başlayacaqsa…” .....                     “Ermənistan bu imza ilə Rusiyanın əlindən getdi” .....                     NDU-da rüşvət də KORRUPSİYAYA UĞRAYIB... .....                     Heç vaxt bunu Azərbaycanla müzakirə etməmişik .....                     Azərbaycan nefti 102 dollar səviyyəsində ticarət olunur .....                     Vahid Əhmədov Tamerlan Qarayevlə bağlı tarixi detalı açdı .....                     SEPAH ABŞ hərbi hava qüvvələri bazasını hədəf aldığını açıqlayıb .....                     "Murad Dadaşovun qadağaları Balakişi Qasımovun qadağalarından daha şiddətlidir..." .....                     Şəhid adını daşıyan küçədə ACINACAQLI MƏNZƏRƏ... .....                     Durduğun yerdə borclanırsan... .....                     Kinematoqrafçılar İttifaqında DAVAya səbəb nə olub? .....                     "Hesablama Palatası 5 gündür oturub ittifaqda Əli İsa ilə bağlı yoxlama aparır..." .....                     “300 min azərbaycanlı” iddiası: Karapetyandan seçkiöncəsi qorxu siyasəti .....                     Bahalı geyinib-gecinən başçı internetə 15 min ödəyir... .....                     Paşinyan seçkidən sonra nə edəcəyini açıqladı .....                     Tramp Paşinyanı Ermənistan seçkilərində dəstəklədiyini açıqlayıb .....                     DİQQƏT: Bu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər... .....                     “Azərbaycan qlobal ərzaq böhranına daha hazırlıqlı yaxınlaşır” .....                     Masallıdakı özbaşınalıqdan Azər Məmmədova şikayət olundu... .....                     “Unibank” sənin bankın deyil... OLMAYIB DA... .....                     Goranboy sakini iş üçün DAĞA-DAŞA DÜŞÜB... .....                     ABŞ İranın hərbi obyektinə zərbə endirib .....                     Ermənistan konstitusiyası dəyişir... .....                     Türk Cem Özdəmir Almaniyanın ikinci ən nüfuzlu siyasətçisi oldu .....                     MİNLƏRLƏ CAN QURBAN OLDU... .....                     Rubionun səfəri Paşinyana seçki dəstəyinin verilməsinə hesablanıb .....                 

Mənhus 907-ci düzəliş dayandırıldı: bu, Bakıya nə verəcək? - İNCƏLƏMƏ
Tarix: 11-08-2025, 10:39 | Çap et

2025-ci ilin 8 avqustu Cənubi Qafqazın siyasi xəritəsinin arxiv tozundan çıxıb yeni dövrün təzə çəkilmiş planına çevrildiyi gün kimi tarixə düşəcək. Ağ Evdə eyni masa arxasında təkcə regionun deyil, qlobal nizamın da gedişatını müəyyən edən üç siyasi fiqur toplaşdı - ABŞ Prezidenti Donald Tramp, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinən.

Bu, sadəcə əl sıxma mərasimi və diplomatik ifadələr mübadiləsi deyildi: həmin gün dünya konkret infrastruktur layihələri, beynəlxalq müşayiət zəmanətləri və dəqiq icra qrafiki ilə möhkəmləndirilmiş yeni “sülh çərçivəsi” barədə xəbər eşitdi.

Sənəd simvolizmin hüdudlarını aşaraq strateji bələdçiyə çevrildi. Burada artıq indidən gələcək nəqliyyat dəhlizlərinin marşrutları, enerji xətləri və regiondakı qüvvələr balansını dəyişməyə qadir nəzarət mexanizmləri nəzərdə tutulur. Fəqət bundan da güclü siyasi mesaj Vaşinqtonun 907-ci düzəlişin qüvvədən kənar edilməsini uzatmaq qərarı oldu - elə həmin “waiver” ki, praktik olaraq ABŞ hökumətinin Azərbaycan hökumətinə birbaşa dövlət yardımı göstərməsinə qoyulmuş qanuni qadağanı aradan qaldırır. Üstəlik, bu addım nümayişkaranə şəkildə, Prezident İlham Əliyevin ABŞ-yə səfəri fonunda, kameralar qarşısında və hər bir jestin, hər bir sözün dəqiqliklə hesablandığı zalda atıldı: artıq Azərbaycan regional sabitlik arxitekturasında tərəfdaş kimi qəbul edilir, keçmişin şərti sanksiya mexanizmlərinin obyekti kimi yox.

Bu addımın miqyasını anlamaq üçün xatırlatmaq lazımdır ki, 907-ci düzəliş 24 oktyabr 1992-ci il tarixli ABŞ qanunu - "Azadlığa Dəstək Aktı"nın (Freedom Support Act, FSA) bir hissəsidir və postsovet məkanında yalnız bir ölkəyə qarşı qanunverici diskriminasiyanın unikal nümunəsi hesab olunur. O, Azərbaycanı istisna edərək hər hansı yardımı qadağan edir, yalnız kütləvi qırğın silahlarının yayılmamasına dair proqramlar bundan kənar tutulurdu. Qadağa, ABŞ prezidentinin Konqresə “Azərbaycanın Ermənistan və Qarabağa qarşı blokadaları və digər hücum xarakterli güc tətbiqlərini dayandırmaq üçün atdığı nümayişkaranə addımlar” barədə məlumat verəcəyi vaxta qədər qüvvədə qalmalı idi.

11 sentyabr 2001 hadisələrindən sonra Vaşinqton yanaşmanı dəyişdi: 2002-ci ildən başlayaraq prezidentə, dörd şərt yerinə yetirildiyi halda, düzəlişin tətbiqini hər il dayandırmaq səlahiyyəti verildi. Bu şərtlərə Azərbaycanın beynəlxalq terrorizmə qarşı mübarizəyə və sərhəd təhlükəsizliyinə töhfəsi, həmçinin Ermənistana ziyan vurulmaması daxil idi. Ardınca Konqreslə məsləhətləşmələr, yardımın bölgüsü, hərbi balans və danışıqlar prosesinə təsir barədə məcburi hesabatlar gəlirdi. İki onillik ərzində bütün ABŞ prezidentləri - siyasi mənsubiyyətindən asılı olmayaraq - bu “waiver”i imzaladılar, Bakının ABŞ maraqları üçün əhəmiyyətini təsdiqlədilər.

ABŞ Hesablama Palatasının məlumatına görə, 2002–2020-ci illərdə Azərbaycan təxminən 808 milyon dollar yardım aldı, onun 164 milyonu yalnız prezidentin bu istisna səlahiyyəti sayəsində mümkün olan “təhlükəsizlik” istiqamətlərinə sərf olundu. Məhz buna görə 2025-ci il avqustun 8-i sadəcə diplomatik təqvimdə bir tarix deyil. Bu, köhnə baryerlərin yeni etimad səviyyəsinə yol verdiyi, Cənubi Qafqazın isə Vaşinqtonun Bakıyla strateji tərəfdaşlıq qurmağa sözdə deyil, real layihələr və siyasi təminatlar əsasında hazır olduğunu nümayiş etdirdiyi məqamdır.

2023-cü ilin payızında Vaşinqtonda siyasi barometrin oxu sanki şimal-qərb küləklərinin soyuğunda donub qalmışdı. ABŞ Dövlət Departamenti açıq mətnlə bildirirdi: “Vəziyyət yaxşılaşmayınca waiver təqdim etməyi planlaşdırmırıq”, bununla da yeni büdcə dövründə 907-ci düzəlişin tam qüvvəyə qayıtması üçün zəmin hazırlayırdı. Senat daha da irəli gedərək 2023-cü il “Armenian Protection Act” - S.3000 qanun layihəsini təsdiqlədi. Bu sənəd administrasiyanı 2024–2025-ci illərin vəsaitləri üzrə waiver hüququndan məhrum edirdi. 2024-cü ildə Nümayəndələr Palatasında bunun güzgü versiyası olan H.R.7288 layihəsi ortaya çıxdı. Hərçənd bu təşəbbüslər qanuna çevrilmədi, onların sinxron irəli sürülməsi Vaşinqtonda 907-ci düzəlişin sərt icrasını dəstəkləyən sabit koalisiyanı formalaşdırdı və Ağ Evi İrəvanın maraqlarına, regional sabitliyin məntiqindən daha çox uyğun gələn bir xəttə itələyirdi.

Amma 2025-ci il 8 avqustda siyasi ton tamamilə dəyişdi. Ağ Evdə keçirilən mərasimdə ABŞ, Azərbaycan və Ermənistan sülh çərçivəsini və Ermənistanın cənubu boyunca keçəcək irimiqyaslı tranzit infrastruktur layihəsini - "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu"nu (Trump Route for International Peace and Prosperity, TRİİP) təqdim etdilər. Sülh prosesi və dəhliz logistikasına zəmanət əsasında Prezident Donald Tramp 907-ci düzəlişin qüvvədən kənar edilməsini uzadan icra aktını imzaladı. Bu qərar eyni anda aparıcı dünya agentliklərinin lentlərinə düşdü, Azərbaycan XİN-in rəsmi şərhlərində yer aldı və vurğulandı ki, waiver təkcə bürokratik jest deyil, böyük siyasi paketın bir hissəsidir.

Hüquqi baxımdan prezident qanunu ləğv etmir, sadəcə Konqresin verdiyi səlahiyyətdən istifadə edərək müəyyən çərçivələr daxilində onu müvəqqəti tətbiq etmir. 907-ci düzəlişin tam ləğvi yalnız Konqres aktı ilə mümkündür. Amma praktiki müstəvidə yaxın büdcə dövrü ərzində birbaşa qadağa dondurulur və ABŞ-nin Azərbaycan dövlət qurumları ilə ikitərəfli əməkdaşlıq proqramları üçün kanallar yenidən açılır.

Bu isə o deməkdir ki, 907-ci düzəlişin blokladığı sahələrdə Dövlət Departamenti, Pentaqon və digər ABŞ qurumlarının Azərbaycan nazirlik və agentlikləri ilə hədəfli işi bərpa olunur: sərhəd və liman təhlükəsizliyi, mina təmizləmə fəaliyyəti, kritik infrastrukturun kibermüdafiəsi, dövlət xidmətlərinin rəqəmsallaşdırılması, məhkəmə-hüquq islahatları, ixrac nəzarəti, təchizat zəncirlərinin təhlükəsizliyi. Yenidən IMET proqramı çərçivəsində hərbi kadr hazırlığı, uyğunluq və situasiya məlumatlılığı üzrə məsləhətləşmələr, NADR-in antiterror və minatəmizləmə layihələri, FMF çərçivəsində müəyyən maliyyələşmə elementləri və ABŞ qanunvericiliyinin qüvvədə olan məhdudiyyətləri daxilində digər alətlər əlçatan olur.

İnfrastruktur və investisiya layihələri, o cümlədən TRIPP üçün waiver siyasi “qırmızı bayraq”ı aradan qaldırır, iri investorlar və sığorta şirkətləri üçün riskləri azaldır, dəmir yolu, enerji və rəqəmsal magistrallar üçün əlverişli fon yaradır. İnsan kapitalı və texnologiyalar sahəsində təqaüd proqramları, mübadilə təşəbbüsləri, birgə İT layihələri və süni intellekt üzrə əməkdaşlıq sürətlənir.

Simvolik məna daşıyan bu waiver-in məhz sülh çərçivəsinin təqdimatı və Bakı ilə İrəvanın ATƏT-in Minsk qrupu xətti üzrə birgə bəyanatı günü uzadılması regionda yeni normallıcı təsbit edir: ABŞ artıq donmuş münaqişələrin kənar müşahidəçisi deyil, sülhün, infrastrukturun və inteqrasiyanın investoru kimi çıxış edir, Azərbaycan isə geniş Qara dənizdən Mərkəzi Avrasiya qədər olan məkanın əsas tranzit qovşağı və Vaşinqtonun strateji tərəfdaşı statusunu daha da möhkəmləndirir.

2025-ci il 8 avqust qərarını Azərbaycan üçün müddətsiz “amnistiya” kimi anlamaq olmaz. Prezidentin verdiyi waiver mahiyyətinə görə illik mexanizmdir və Ağ Ev onu yalnız məcburi məsləhətləşmələr və Konqresə ətraflı hesabat təqdim etdikdən sonra uzada bilər. Formul sadə, amma sərtdir: hər on iki aydan bir - 60 günlük hesabat, profil komitələrlə daimi təmas və ITAR/EAR ixrac nəzarəti, eləcə də Leahy qanunları üzrə insan haqları filtrlərindən keçid.

Siyasi risklər isə qalır: 2023-cü ildə Senat administrasiyanı müvəqqəti olaraq waiver hüququndan məhrum etməyə hazır olduğunu göstərmişdi, 2024-cü ildə oxşar təşəbbüs Nümayəndələr Palatasında da səsləndi. Bu müqavimət ocaqları hələ də yerindədir və onları sadəcə bəyanatlarla deyil, əsas komitələr və ofislərlə sistemli iş aparmaqla neytrallaşdırmaq mümkündür. Ağ Ev isə addımını Public Law 107-115 çərçivəsində atdı - burada daimi istisnalar (demokratiya dəstəyi və Title V, TDA, OPIC/DFC, Eximbank proqramları, humanitar yardım), illik "waiver" hüququnun məcburi məsləhətləşmələrlə və hesabatlılıqla tətbiqi, həmçinin “sülhə ziyan vurmamaq və Ermənistana qarşı hücum məqsədi daşımamaq” kriteriyaları aydın şəkildə təsbit olunub. 1992-ci il Public Law 102-511 ilə birlikdə bu arxitektura, Konqres əks qərar verməyənə qədər sabit qalacaq.

ABŞ üçün 907-ci düzəliş strateji problem idi: o, postsovet məkanında balansı pozur, Azərbaycanı Dövlət Departamentinin standart institusional mexanizmlərindən kənarda saxlayır, bununla da tranzit marşrutları, enerji təhlükəsizliyi və sanksiyalardan yan keçmə yollarına nəzarət kimi kritik zonada təsir imkanlarını daraldırdı. Hətta sərt 907-ci rejimdə belə, TDA, OPIC/DFC və Eximbank vasitəsilə müəyyən “carve-out” layihələr həyata keçirilirdi, amma Bakıdakı dövlət institutları ilə birbaşa əlaqə olmadığından effekt yarımçıq qalırdı. Waiver bu boşluğu aradan qaldırır və bütövlüyü bərpa edir.

Avqust 2025-ə qədər düzəliş həm də siyasi alət idi: diaspor kampaniyaları və Konqresdə situativ dəyişkənlik onu yerindəki real vəziyyətdən asılı olmayaraq təzyiq “düyməsinə” çevirirdi. “Sülh + infrastruktur + waiver” paketi bu modeli dağıdır, sərtləşdirmə təşəbbüslərini görünən alternativ yol - ticarətdən təhlükəsizliyə qədər - fonunda qiymətləndirməyə məcbur edir.

Ancaq əsas sınaq hələ qarşıdadır - hesabatlılıq. Dövlət Departamenti 60 gün ərzində Konqresə proqramların hərbi balans və danışıqlar prosesinə təsiri barədə məruzə təqdim etməlidir. ABŞ Hesablama Palatası isə 2022-ci ildə bu hesabatların keyfiyyətini tənqid etmişdi. İndi bu zəif nöqtə səhvsiz bağlanmalıdır: sənədlərin hazırlanma səviyyəsi təkcə növbəti waiver üçün deyil, Vaşinqtonda Azərbaycan ətrafında yaranacaq ümumi siyasi fon üçün də həlledicidir.

Hətta mövcud azadolma qüvvədə olsa belə, maliyyələşmənin açarı yenə də IMET, NADR, FMF icmalları və 333-cü maddə (Building Partner Capacity) proqramlarının taleyini müəyyən edən assiqnasiya komitələrinin əlindədir. Bakı üçün bu, Konqresdə davamlı iki partiyalı dəstək tələb edir, əks halda bəzi dəstək xətləri büdcə mərhələsində kəsilə bilər. Və nəhayət, siyasi volatillik qalır: S.3000 və H.R.7288 təşəbbüslərinin təcrübəsi göstərir ki, “kranı bağlamaq” ideyası istənilən anda gündəmə qayıda bilər. Deməli, arsenalda hətta opponentlərin belə etiraz edə bilməyəcəyi layihələr olmalıdır - Xəzər limanlarının təhlükəsizliyi, mina təmizləmə fəaliyyəti, sərt ixrac nəzarəti altında tranzit. Məhz belə mövzular ətrafında həm respublikaçıları, həm də demokratları eyni dəstək xəttində saxlamaq mümkündür.

Yaxın on iki ay ərzində ABŞ–Azərbaycan Strateji İşçi Qrupunun işə düşməsi və “Strateji Tərəfdaşlıq Xartiyası”nın formalaşması gözlənilir. Bu sənədin mərkəzində regional bağlantı, rəqəmsal texnologiyalara və süni intellektə sərmayə, həmçinin müdafiə və antiterror sahəsində birgə təşəbbüslər dayanacaq. TRIPP layihəsi siyasi bəyannamə mərhələsindən çıxaraq konkret texniki-iqtisadi əsaslandırma paketləri, sığorta mexanizmləri və zəmanət alətləri mərhələsinə keçəcək, təhlükəsizlik proqramları isə - IMET və NADR-dən tutmuş kritik infrastrukturun kibermüdafiəsinə qədər - Konqres qarşısında gücləndirilmiş hesabatlılıqla praktiki rejimdə icra olunmağa başlayacaq.

Orta müddətli perspektivdə, sülh çərçivəsi qorunduğu halda, Vaşinqton Cənubi Qafqazı sanksiya intizamının dəstəklənməsi, NATO-nun şərq cinahlarının möhkəmləndirilməsi, eləcə də Avropa İttifaqının enerji və nəqliyyat marşrutlarının şaxələndirilməsi üçün strateji investisiya kimi görəcək. Bununla belə, waiver-in hərillik uzadılması prosesi Konqres 907-ci düzəlişi tamamilə ləğv etməyənə və ya yenidən işlənmiş versiyasını qəbul etməyənə qədər siyasi prosedur olaraq qalacaq. Lakin belə şəraitdə belə, hər bir uzadılma Ağ Ev üçün ABŞ hakimiyyət dəhlizlərindəki əsas oyunçularla incə və davamlı iş tələb edəcək.

Ümumiyyətlə, 907-ci düzəliş 90-cı illərin əvvəllərinin məhsuludur - Vaşinqtonun Qafqaz reallığını siyasi konjonkturanın təhrif olunmuş prizmasından gördüyü dövrün. 2001–2002-ci illərdə yaranmış waiver mexanizmi bu disbalansı qismən düzəltməyə imkan verən kompromis aləti oldu. 2023-cü ilə gəldikdə isə, siyasi rüzgar yenidən Azərbaycanı simvolik şəkildə “cəzalandırmaq” istiqamətində əsdi, lakin 2025-ci ilin avqustu bərabərliyi yenidən praqmatizmə qaytardı: sülh çərçivəsi, tranzit dəhlizi, institusional dialoq və hüquqi açar kimi 907-ci düzəlişdən azadolmanın uzadılması. Bu, diplomatik xeyriyyəçilik jesti deyil, hər iki tərəf üçün sərt, amma faydalı çərçivəni quran dəqiq hesablanmış qarşılıqlı fayda alətidir - Xəzər təhlükəsizliyindən və mina təmizləmədən tutmuş rəqəmsal inteqrasiya və ticarətə qədər proqramları əhatə edir.

İndi isə uğurun əsas amili qanun mətnlərində deyil, razılaşmaların icra keyfiyyətində və hesabatlılığın şəffaflığındadır.

Məhz bunlar müəyyən edəcək ki, 2025-ci ilin avqust impulsu dönüş nöqtəsinə çevriləcək, yoxsa ABŞ-nin Qafqaz siyasətinin uzun tarixində sadəcə parlaq, amma ötəri bir epizod olaraq qalacaq.

Elçin Alıoğlu - Trend










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Putin son nəfəsinə qədər çalışacaq: Tramp Paşinyanı qoruya biləcək? - İNCƏLƏMƏ
Bu gün, 13:02
Ukrayna Ali Radası Aİ ilə imzalanmış 90 mlrd. avro kreditlə bağlı sazişi ratifikasiya edib - “RBK-Ukrayna”
Bu gün, 12:58
Bakının da üzv olduğu "Şülh Şurası"nın milyardları haradadır? - ARAŞDIRMA
Bu gün, 12:31
“Mənə görə Zaurun verilişinə zəng etmişdi, xaricdə masajist işləyir” - “Bəyin oğurlanması” filminin Yasəməni haradadır?
Bu gün, 12:29
Sabunçuda park içində tikinti özbaşınalığı - VİDEO
Bu gün, 12:26
“Aygünün mahnılarını radioda səsləndirmədilər, bayağı müğənnilərdən pul alıb deyirlər ki...”
Bu gün, 12:19
Akopyandan Paşinyanla bağlı gözlənilməz QƏRAR
Bu gün, 12:01
Daha bir Azərbaycan vətəndaşı Gürcüstandan QOVULDU
Bu gün, 11:59
20 illik əlillik hüququ LƏĞV OLUNDU... - GİLEY
Bu gün, 11:54
Köçəryan İlham Əliyevin siyasətinə möhtac qaldı – Özü etiraf etdi
Bu gün, 11:34
35 illik münaqişədən sonra... - GƏLİŞMƏ
Bu gün, 11:33
Erməni baş nazir xalqını əmin edir ki... - KİV
Bu gün, 11:26
Əkbər Hacıyevin müavini NƏ İŞLƏR ÇEVİRİR? - İLGİNC
Bu gün, 11:17
Komitə sədri daha bir şöbə müdirini işdən çıxardı - ƏMR
Bu gün, 11:07
“Azərbaycan xalqı 28 Mayı Novruzdan daha böyük sevinclə qeyd etməyə başlayacaqsa…” - AKTUAL
Bu gün, 11:05
“Ermənistan bu imza ilə Rusiyanın əlindən getdi” -Kremlə suçlamalar
Bu gün, 10:56
NDU-da rüşvət də KORRUPSİYAYA UĞRAYIB... - BU NƏDİ BELƏ?
Bu gün, 10:38
Heç vaxt bunu Azərbaycanla müzakirə etməmişik - Paşinyan BELƏ DEYİR
Bu gün, 09:24
Azərbaycan nefti 102 dollar səviyyəsində ticarət olunur
Bu gün, 09:22
Vahid Əhmədov Tamerlan Qarayevlə bağlı tarixi detalı açdı - O gün parlamentdə nə baş vermişdi?
Bu gün, 09:03
SEPAH ABŞ hərbi hava qüvvələri bazasını hədəf aldığını açıqlayıb
Bu gün, 08:49
"Murad Dadaşovun qadağaları Balakişi Qasımovun qadağalarından daha şiddətlidir..." - keçmiş deputat
Bu gün, 08:22
Şəhid adını daşıyan küçədə ACINACAQLI MƏNZƏRƏ... - NARAZILIQ VAR...
Bu gün, 08:12
Durduğun yerdə borclanırsan... - AXI NİYƏ?..
Bu gün, 08:02
Kinematoqrafçılar İttifaqında DAVAya səbəb nə olub? - "...heç nə dəyişməyəcək"
Bu gün, 07:03
"Hesablama Palatası 5 gündür oturub ittifaqda Əli İsa ilə bağlı yoxlama aparır..." - QALMAQAL
Bu gün, 07:00
“300 min azərbaycanlı” iddiası: Karapetyandan seçkiöncəsi qorxu siyasəti - ƏSLİNDƏ İSƏ...
Bu gün, 06:56
Bahalı geyinib-gecinən başçı internetə 15 min ödəyir... - TƏFƏRRÜAT
Bu gün, 06:53
Paşinyan seçkidən sonra nə edəcəyini açıqladı - "Görəcəksiniz ki..."
Bu gün, 06:49
Tramp Paşinyanı Ermənistan seçkilərində dəstəklədiyini açıqlayıb - “Truth Social”
Bu gün, 06:40
DİQQƏT: Bu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər... - ƏGƏR...
Bu gün, 06:37
“Azərbaycan qlobal ərzaq böhranına daha hazırlıqlı yaxınlaşır” - AKTUAL
Bu gün, 06:35
Masallıdakı özbaşınalıqdan Azər Məmmədova şikayət olundu... - MÜRACİƏT
Bu gün, 06:32
“Unibank” sənin bankın deyil... OLMAYIB DA... - FAKT BUDUR!
Bu gün, 06:26
Goranboy sakini iş üçün DAĞA-DAŞA DÜŞÜB... - bu, rəsmən belədir...
Bu gün, 06:23
ABŞ İranın hərbi obyektinə zərbə endirib - "Reuters"
Bu gün, 06:01
Ermənistan konstitusiyası dəyişir... - Əgər Paşinyan qalib gələrsə...
Bu gün, 05:59
Türk Cem Özdəmir Almaniyanın ikinci ən nüfuzlu siyasətçisi oldu - INSA
Bu gün, 05:56
MİNLƏRLƏ CAN QURBAN OLDU... UĞRUNA...
Bu gün, 05:54
Rubionun səfəri Paşinyana seçki dəstəyinin verilməsinə hesablanıb - ŞƏRH
Dünən, 17:30
Ermənistan İranla münasibətlərində ciddi problemlərlə üzləşə bilər - Köçəryan
Dünən, 17:27
İran dövlət televiziyası ABŞ-la mümkün anlaşmanın ilkin detallarını açıqlayıb - AKTUAL
Dünən, 17:07
Bakı ilə barışığa Rusiya ZƏMANƏT verəcək? – Ayının MİN oyunu...
Dünən, 16:52
Mariya Zaxarova Ermənistan nazirinə belə cavab verdi - GƏRGİNLİK
Dünən, 16:50
Pentaqon İrandakı əlavə hədəflərin siyahısını hazırlayıb – NBC
Dünən, 15:31
Cahangir Əsgərov "Premium Bank"dakı payını artırıb
Dünən, 15:29
Litva Rusiyaya nota verdi
Dünən, 15:24
"Müqavilənin ləğvini qaz nəhəngindən soruşun" – Peskovdan İrəvanı şoka salacaq bəyanat
Dünən, 15:18
"AFB Bank" səhmdarlarına 4 milyon manatdan çox dividend ödəyib
Dünən, 15:15
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
Dünən, 15:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru