“Rusiya Gürcüstanla hər iki tərəf üçün faydalı olan sağlam praqmatik əməkdaşlığı inkişaf etdirməyə hazırdır”.
Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.
“Gürcüstanla hər iki tərəf üçün faydalı olan sağlam praqmatik tərəfdaşlığın inkişafına sadiq qalırıq və Tbilisi ilə ikitərəfli münasibətlərin normallaşdırılması yolunu tutmağa hazırıq. Bundan sonrakı hərəkətləri barədə qərarı Tbilisi verə bilər”, - diplomat bildirib.