Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Nəriman Tahirovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ona şərti cəza verilib və məhkəmə iclas zalından dərhal həbsdən azad olunub.
İttihama görə, hadisə 2024-cü ilin oktyabrında paytaxt ərazisində yerləşən “Central Baku” restoranının qarşısında qeydə alınıb.
Belə ki, Nəriman Tahirov tanışı Cəmilə Səmədova (adı, soyadı şərtidir) ilə birgə zərərçəkmiş İlham Kərimzadə (soyadı şərtidir) ilə görüşüb. O, əvvəllər Cəmilə ilə sevgili olan İlhamın qadından uzaq durmasını bildirib. Bu zaman zərərçəkmiş onu təhqir edib. Sonra Nəriman xuliqanlıq niyyəti ilə qəsdən İlhamın sifət nahiyəsinə yumruqla bir dəfə zərbə endirib. Zərərçəkmiş isə zərbənin təsirindən yerdəki daş döşəmələrin üzərinə yıxılaraq bədən xəsarətləri alıb.
Hadisədən sonra Nəriman Tahirov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.