“Milli Məclisin üzvlərinin və əməkdaşlarının daxil olduğu həmkarlar ittifaqının üzvü olmuşam, indi də üzvüyəm. Bütün deputatlar pensiyaya çıxandan sonra həmkarlar ittifaqının üzvü olurlar. Milli Məclisdə 500-dən yuxarı əməkdaş çalışır. Deputatlar da onlarla birgə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına (AHİK-red) üzvlük haqqı ödəyirlər”.
Bunu Pravda.az-a açıqlamasında sabiq deputat Tahir Kərimli bildirib.
T.Kərimlinin sözlərinə görə, üzvlük haqqı ödəyən hər kəs həmkarlar ittifaqına müraciət edə, faydalana bilər: “Heç kimə dəxli yoxdur ki, biz hər il göndəriş almışıq, ya almamışıq. Bütün həyatım boyu - 70 illik ömrümdə göndərişlərdən cəmi dörd dəfə faydalanmışam. Hərşeyşünaslar başları çıxdı-çıxmadı, hər şeydən danışırlar, populist fikirlər irəli sürürlər. Belə insanlara cavab verməyə dəyməz. Mənim müraciətim əsasında hər hansı qanunsuzluq halı bəlli deyil. Belə hal varsa, deyin”, - o bildirib.