“Serik Belediyespor”un səhmlərinin 50 faizinin sahibi olan azərbaycanlı iş adamı Tufan Sadıqov oğlunu kluba transfer edib.
“Qafqazinfo” xəbər verir ki, İlya Sadıqov 1-ci Liqa təmsilçisinin formasını geyinəcək. 24 yaşlı hücumçu ilə 2 illik müqavilə imzalanıb.
“Serik Belediyespor”un baş məşqçisi Sergey Yuran da oğlunu komandaya gətirib. 28 yaşlı sağ cinah müdafiəçisi 2025/2026 mövsümündə Antalya təmsilçisinin formasını geyinəcək.
Qeyd edək ki, “Sedrik Belediyespor” ötən mövsüm 2-ci Liqada qalib olub və 1-ci Liqaya yüksəlib.