"Qurani-Kərimdə ehsan və ya yas süfrəsi haqqında birbaşa bir ayə yoxdur" .....                     Rusiya Azərbaycandan rəsmi qaydada ÜZR İSTƏMƏLİDİR .....                     Paşinyan II Qaregini dəyişdirmək üçün təkliflə çıxış edib .....                     Bir sıra dövlət xadimlərinin adından saxta açıqlamalar yayılıb .....                     “Naxçıvan Petrol”un rəhbəri dəyişdi .....                     14 milyonluq alış dayandı: .....                     Azərbaycanın bu ərazisi üstündə İran Ermənistanla savaşacaq .....                     Məşhur prokurorun oğlu camaata pul atıb… .....                     Trampın paylaşımı və Azərbaycan prezidentindən cavab: nə baş verir? .....                     Tələbələrə verilən cəmi 7 gün: Universitetlər ciddi problem yaradır .....                     “Çox istərdim ki, birinci mərhələdə Ağdam şəhərinə köçürülənlər sırasında olum” .....                     Paşinyanın Rusiya səfərinin .....                     SOCAR-ın vitse-prezidentləri “Azər Türk Bank”ın rəhbərliyinə təyin edilib .....                     Xadimələrə maşın yuduzduran direktor “Tərəqqi”ni necə alıb? .....                     Rusiyanı məhkəməyə vermək istəyirik .....                     Dövlət Agentliyi “Bravo”ya protokol yazdı .....                     Ədliyyə Nazirliyinin İstintaq idarəsinə rəis təyin edildi .....                     Neft pulları HAVAYA SOVRULUB? .....                     İstanbulda Azərbaycan-Pakistan hərbi əməkdaşlığının yeni perspektivləri müzakirə edilib .....                     "Müştəri məmnuniyyətiniz HARDA QALDI?" .....                     “Embawood” qüsurlu malı geri götürməkdən imtina etdiyinə görə cərimələndi .....                     Təmiz poqon, təmiz vicdan .....                     "Elgizlə gedib ərəb ölkəsində dilənçilik etmək istəyirdik" .....                     FHN şefi Axundova GÖRƏV VERDİ .....                     Xarici qrant şəbəkəsi yenidən aktivləşdi .....                     Azərbaycanlı iş adamı klubu aldı, oğlunu transfer etdi .....                     Füzuli Ələkbərovun şirkəti 470 minlik borcu ödəmir .....                     Fazil Məmmədovdan sonra böhran yaşayan “Synergy Group” .....                     Magistratura səviyyəsinə elektron sənəd qəbuluna sabahdan start verilir .....                     Bəlkə Azərbaycan XİN hərəkətə keçə... .....                     Deputat sülh müqaviləsindən danışdı: .....                     "Şlyapa Zahid"in tələbi rədd edildi: 42 milyonluq MƏNİMSƏMƏ İŞİ .....                     Niderland Azərbaycana yeni səfir təyin edib .....                     Rusiyada vətəndaşların kredit borcu "qartopuna" çevrilib .....                     ABŞ senatorlarından Azərbaycana qarşı təxribat .....                     Şərura prokuror təyin olunub .....                     Beyləqanda 39 yaşlı kişi özündən 24 yaş kiçik qızla ailə qurdu: “Mənimlə birlikdə...” .....                     Cəlilabada yeni prokuror təyin edilib .....                     Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinə yeni rəis təyin olunub .....                     Ermənistan Zəngəzur dəhlizini ABŞ şirkətinə verməyə razılaşıb .....                 

Fransaya casusluqda ittiham edilən Martin Ryanın növbəti məhkəməsi keçirilib - TƏFƏRRÜAT
Tarix: Bu gün, 09:46 | Çap et

Fransaya casusluqda ittiham edilərək həbs olunmuş Martin Ryan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədlinin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

"Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Martin Ryan bildirib ki, burada məxfi əməkdaşlıq, məxfi görüşlərdən danışılır:

"Fransa dilində məxfi sözü gizli kimi qəbul edilir. Bizim gizli görüşlərimiz zamanı Frederik Devos, Loran Lödi və digər Fransa səfirliyinin əməkdaşları olub. O, cümlədən Azad Məmmədli də həmin görüşlərdə iştirak edib".

Hakim isə Martin Ryanın diqqətinə çatdırıb ki, məhkəmənin hazırkı mərhələsində onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilir, ona münasibət bildirməyə şərait yaradılacaq.

Daha sonra prosesdə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilib.

Martin Ryanın DTX-də verdiyi ifadədən məlum olub ki, Frederik Devos Azad Məmmədli və digər şəxslərlə görüşüb:
"Onların görüşləri zamanı həmin dövrdə Azərbaycan-Ermənistan arasında olan münaqişə, pakistanlı muzdlu döyüşçülərin olması barədə söhbətlər aparıblar. Frederik Davos Azad Məmmədli ilə görüşləri zamanı Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetində təhsil alan şəxslər, tələbə yoldaşları barədə məlumat istəyib. Azad Məmmədli də təhsil aldığı universitetin tələbələri, tələbə yoldaşları barədə məlumatları Frederik Devosa verib. Onlarla bağlı geniş məlumatları izah edib. Daha sonra Azad Məmmədli Frederik Devosa azərbaycanlı tanışı A.Ş. barədə məlumat verib".
Daha sonra təqsirləndirilən şəxsin mobil telefonunda aşkar olunan fotoşəkillərlə bağlı izahat verdiyi ifadəsi elan olunub.
Həmin ifadələrdən məlum olur ki, Bakıda restoranlardan birində görüşləri zamanı həmin dövrdə Azərbaycana yeni gəlmiş Loran Lödi və Loran Qrard, onların ailə üzvləri və digər şəxslərlə görüşləri barədə izahat verib. Onun ifadəsinə görə, həmin görüşdə Azad Məmmədli də iştirak edib.
Daha sonra Martin Ryan ifadəsində göstərib ki, yaradılmış Bakı Frankofoniya Assosiasiyası Fransanın Azərbaycandakı səfirliyinə tabe olub: "Bu quruma Loran Qrardın həyat yoldaşı Aleksandra rəhbərlik edib. Həmin assosiasiyaya azərbaycanlılardan ibarət üzvlər qəbul ediblər. Bu qurumun adı altında əyləncəli tədbirlər təşkil ediblər. Lakin bu tədbirlər əyləncəli xarakterli olmayıb. Orada bəzi şəxslərə yaxınlaşaraq onlarla məxfi danışıqlar aparıblar. Bu danışıqları aparanlar isə Fransa xüsusi xidmət orqanlarının əməkdaşları olublar".
Təqsirləndirilən şəxs qeyd edib ki, Loran Lödi onunla "votsap" proqramı vasitəsilə əlaqə saxlayıb, heç vaxt açıq nömrədən zəng etməməsini tapşırıb: "Loran Lödi Azərbaycan-Ermənistan barədə suallar verib. Loran Lödi haşiyədən kənara çıxaraq Əlcəzairdə Fransanın səfirliyinin təhlükəsizlik xidmətinin əməkdaşı olduğu zaman bu ölkənin vəzifəli şəxsləri ilə əlaqələrindən, onların qapalı geyimdə səfirliyə gəlmələrindən, səfirliyə daxil olandan sonra geyimlərini dəyişmələrindən, sonra görüşlər keçirmələrindən danışıb".
Təqsirləndirilən şəxs bildirib ki, jurnalist ona bir azərbaycanlı jurnalist müraciət edib və suallar ünvanlayıb: "Həmin müsahibə Ermənistanın müdafiə nazirinin Fransaya səfəri vaxtına təsadüf edib. Mən də həmin səfərlə bağlı video müsahibə verdim. Bu müsahibə yayımlanandan sonra Fransa səfirliyin qarşısında Loran Lödi ilə rastlaşdım. O, həmin müsahibənin təzyiq altında verib-vermədiyimi soruşdu. Mən də ona müsahibəni özüm verdiyimi dedim".
Daha sonra prosesdə Martin Ryanın Azad Məmmədli, həmçinin Fransa səfirliyi adı altında həmin ölkənin xüsusi xidmət orqanlarının əməkdaşları ilə aralarında olan telefon danışıqları elan edilib.
Həmin danışıqlardan biri Martin Ryan ilə Azad Məmmədli arasında Zəngəzur dəhlizi ilə bağlı söhbətləri olub. Həmin söhbətlərdən məlum olur ki, Zəngəzur dəhlizi açılandan sonra hansı ölkənin ora nəzarət etməsi ilə bağlı söhbət ediblər. Həmin söhbətlərdən məlum olur ki, Azad Məmmədli həmin dəhlizə Rusiya Federasiyasının FSB-sinin yox, Fransanın silahlı qüvvələrinin nəzarət etməsini istədiyini deyib.
Martin Ryan ilə Azad Məmmədli arasında İran-Azərbaycan, həmçinin Azərbaycan-Rusiya münasibətiləri ilə bağlı söhbətləri elan edilib.
Hakim Martin Ryanın ibtidai istintaq zamanı verdiyi ifadəsinin elanının yekunlaşdığını deyib. Hakim bildirib ki, həmin ifadələrlə bağlı müzakirə növbəti iclasda aparılacaq.
Proses sentyabrın 8-də davam edəcək.
Qeyd edək ki, Martin Ryan və digərləri 2023-cü il dekabrın 4-də həbs olunub. "Merkorama" MMC-nin baş direktoru olan Martin Ryana qarşı casusluq ittihamı irəli sürülüb.
İttihama görə, Martin Ryan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan “persona non-grata” elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib.
Həmin cinayət işi üzrə Martin Ryanla yanaşı, Azərbaycan Respublikasının vətəndaşı Azad Məmmədlinin “dövlətə xəyanət” ittihamı ilə mühakimə olunacağı bəlli olub.
Məlum olduğu kimi, geniş casus şəbəkəsinin ifşasından və xidməti uğursuzluqlardan sonra 2023-cü il dekabr ayının 20-də Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) rəisi Bernar Emye həmin vəzifəsindən azad edilib.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Qurani-Kərimdə ehsan və ya yas süfrəsi haqqında birbaşa bir ayə yoxdur" - İsrafçılığa qurulan "məclis"...
Bu gün, 18:16
Rusiya Azərbaycandan rəsmi qaydada ÜZR İSTƏMƏLİDİR - Başqa cür ola da bilməz...
Bu gün, 18:04
Paşinyan II Qaregini dəyişdirmək üçün təkliflə çıxış edib
Bu gün, 17:58
Bir sıra dövlət xadimlərinin adından saxta açıqlamalar yayılıb - MEDİA
Bu gün, 17:54
“Naxçıvan Petrol”un rəhbəri dəyişdi - BUNDAN SONRA...
Bu gün, 17:49
14 milyonluq alış dayandı: - Nazirliyin tenderləri niyə ləğv edildi?
Bu gün, 17:47
Azərbaycanın bu ərazisi üstündə İran Ermənistanla savaşacaq – Vəziyyət gərginləşir...
Bu gün, 17:44
Məşhur prokurorun oğlu camaata pul atıb… - FOTO
Bu gün, 17:38
Trampın paylaşımı və Azərbaycan prezidentindən cavab: nə baş verir? - GƏLİŞMƏ
Bu gün, 17:29
Tələbələrə verilən cəmi 7 gün: Universitetlər ciddi problem yaradır - AKTUAL
Bu gün, 17:21
“Çox istərdim ki, birinci mərhələdə Ağdam şəhərinə köçürülənlər sırasında olum” - Ağdamın sabiq deputatı
Bu gün, 17:19
Paşinyanın Rusiya səfərinin PƏRDƏARXASI
Bu gün, 17:05
SOCAR-ın vitse-prezidentləri “Azər Türk Bank”ın rəhbərliyinə təyin edilib - BUNDAN SONRA...
Bu gün, 17:01
Xadimələrə maşın yuduzduran direktor “Tərəqqi”ni necə alıb? – Nazirlik susur
Bu gün, 16:57
Rusiyanı məhkəməyə vermək istəyirik - Hökumənin atası
Bu gün, 16:51
Dövlət Agentliyi “Bravo”ya protokol yazdı – Məhsulu müştəriyə baha satıb
Bu gün, 16:49
Ədliyyə Nazirliyinin İstintaq idarəsinə rəis təyin edildi - ƏMR
Bu gün, 16:46
Neft pulları HAVAYA SOVRULUB? - NHMT sədri BU DƏFƏ...
Bu gün, 16:42
İstanbulda Azərbaycan-Pakistan hərbi əməkdaşlığının yeni perspektivləri müzakirə edilib
Bu gün, 16:33
"Müştəri məmnuniyyətiniz HARDA QALDI?" - NARAZILIQ VAR...
Bu gün, 16:31
“Embawood” qüsurlu malı geri götürməkdən imtina etdiyinə görə cərimələndi
Bu gün, 16:28
Təmiz poqon, təmiz vicdan - Müdrik hökumətimizə atəşin alqış və təşəkkürlər
Bu gün, 16:25
"Elgizlə gedib ərəb ölkəsində dilənçilik etmək istəyirdik"
Bu gün, 16:21
FHN şefi Axundova GÖRƏV VERDİ - ƏMR
Bu gün, 16:17
Xarici qrant şəbəkəsi yenidən aktivləşdi - Azərbaycana gizli gətirilən pullar BELƏ İFŞA EDİLDİ
Bu gün, 16:15
Azərbaycanlı iş adamı klubu aldı, oğlunu transfer etdi - DETALLAR
Bu gün, 16:11
Füzuli Ələkbərovun şirkəti 470 minlik borcu ödəmir - Sabiq nazirin biznesdəki problemləri
Bu gün, 16:09
Fazil Məmmədovdan sonra böhran yaşayan “Synergy Group” - 3 milyondan çox borc yaranıb
Bu gün, 16:08
Magistratura səviyyəsinə elektron sənəd qəbuluna sabahdan start verilir - DİQQƏT!
Bu gün, 15:36
Bəlkə Azərbaycan XİN hərəkətə keçə... - AKTUAL
Bu gün, 15:34
Deputat sülh müqaviləsindən danışdı: - ""Top" Ermənistandadır"
Bu gün, 14:47
"Şlyapa Zahid"in tələbi rədd edildi: 42 milyonluq MƏNİMSƏMƏ İŞİ - TƏFƏRRÜAT
Bu gün, 14:40
Niderland Azərbaycana yeni səfir təyin edib
Bu gün, 14:37
Rusiyada vətəndaşların kredit borcu "qartopuna" çevrilib
Bu gün, 14:34
ABŞ senatorlarından Azərbaycana qarşı təxribat - YENİ GƏLİŞMƏ
Bu gün, 14:24
Şərura prokuror təyin olunub - BUNDAN SONRA...
Bu gün, 14:21
Beyləqanda 39 yaşlı kişi özündən 24 yaş kiçik qızla ailə qurdu: “Mənimlə birlikdə...” - TƏFƏRRÜAT
Bu gün, 14:19
Cəlilabada yeni prokuror təyin edilib - ƏMR
Bu gün, 13:25
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinə yeni rəis təyin olunub - BUNDAN SONRA...
Bu gün, 13:17
Ermənistan Zəngəzur dəhlizini ABŞ şirkətinə verməyə razılaşıb - "Periodista Digital"
Bu gün, 13:12
Külli miqdarda vergi borcu olan şirkət Zakir Quliyev rəisi olduğu qurumdan iki tender uddu - TƏFƏRRÜAT
Bu gün, 13:07
Ermənistan hökuməti Karapetyana uduzdu - KİV
Bu gün, 13:00
Azərbaycanda 100 minə yaxın daşınmaz əmlaka “amnistiya” veriləcək - AÇIQLAMA
Bu gün, 12:57
İki aydır 200 manatlıq sifarişi icra olunmur... - MÜRACİƏT
Bu gün, 12:55
“Kişilər əsl sevginin nə olduğun onda anlayır” - Lalədən ETİRAF
Bu gün, 12:50
35 gün erməni əsirliyində qalan Mobilə vəzifə verildi - ƏMR
Bu gün, 12:47
Həbs edilən "Epi" ləqəbli reper: - "3 dəfə qeyri-etik ifadədən istifadə edilib"
Bu gün, 12:36
Bazarda yeni fırıldaq dönür: - Evi satıb sonra boşanırlar və...
Bu gün, 12:34
Elxan Əbdürrəhimov 11 il əvvəlki vəzifəsinə TƏYİNAT aldı - BUNDAN SONRA...
Bu gün, 12:31
Tahir Kərimli AHİK-lə bağlı məsələyə aydınlıq gətirdi: - “70 illik ömrümdə göndərişlərdən cəmi dörd dəfə faydalanmışam”
Bu gün, 12:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru