Ermənistan Baş naziri Nikol Paşinyan belçikalı həmkarı Bart De Veverlə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.
Qeyd olunub ki, onlar ikitərəfli münasibətlərlə yanaşı, regional hadisələr, o cümlədən Azərbaycan - Ermənistan sülh prosesi ilə bağlı fikir mübadiləsi aparıblar.