Ağdərədə 46 yaşlı kişi minaya düşüb.
"Report"un Qarabağ bürosunun xəbərinə görə, Şıxarx sakini 1979-cu il təvəllüdlü Quliyev Qulu Tufan oğlu rayonun Həsənqaya adlı ərazisində mal-qara otara zaman minaya düşüb.
Yaralı Tərtər Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma başlanıb.