Bələdiyyə seçkilərindən sonra sosial şəbəkələrdə iddialarla bağlı araşdırmalar aparılır.
Teleqraf xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının Sədri (MSK) Məzahir Pənahov qurumun bugünkü iclasında deyib.
"Ola bilər ki, komissiya üzvlərinin bəzilərinin işlərinə xoşagəlməz hallar yaşanıbsa, MSK üzvlərini yerlərə ezam edərək, onlara müvafiq tövsiyələr verəcəyik. Zərurət halında məntəqə seçki komissiyanın tərkibində dəyişiklik də mümkündür", - deyə o bildirib.