13 gündür oğlu kanalda boğulan ata fəryad ETDİ .....                     Alı müəllim dara düşdü TROL ORDUSU YIĞDI VƏ... .....                     “O, Heydər Əliyevə demişdi ki, .....                     Putin yeni nəqliyyat naziri təyin edib .....                     Boş qalan istirahət MƏKANLARI: Soyuq hava turizmi də “VURDU” .....                     Tehran-Bakı münasibətlərini pozmağa çalışırlar .....                     Trampın qərarı dolları bahalaşdırdı: Manatı nələr gözləyir? .....                     Müharibə vaxtı qonşu ölkələrin İsraillə hərbi əməkdaşlığı təsdiqlənməyib .....                     Məhkəmə Fazil Mustafaya sui-qəsd işində təqsirləndirilən şəxslərlə bağlı .....                     Sülh müqaviləsi və Zəngəzur dəhlizi üçün “yaşıl işıq” .....                     3 tender ləğv oldu, 1,3 milyon manatlıq gözlənti yarımçıq qaldı .....                     PKK üç gün sonra silahlarını təhvil verməyə başlayacaq .....                     İrəvanda bitməyən “deputat ovu”: Paşinyan onları yolundan kənarlaşdırır .....                     Bu şirkət dövlət qurumuna proqram satdı 700 minə yaxın .....                     Müxalifət onu ümumi lider səviyyəsinə qaldırmaqdan çəkinir .....                     İcra Hakimiyyəti 1,4 milyonluq texnikaları bu şirkətdən aldı .....                     Kredit faizləri artır .....                     Rəsmi Tehran Trampın dediklərini təkzib etdi .....                     Ermənilər təşvişdə: Tezliklə Zəngəzura nəzarət itə bilər .....                     Məsud Pezeşkian Azərbaycan əleyhinə iddiaları təsdiqləməyib .....                     Mingəçevirdə usta İcra Hakimiyyəti binasının damından yıxılıb öldü .....                     Qaqik Tsarukyan Antikorrupsiya Komitəsinə çağırılıb .....                     Qaqik Tsarukyan Antikorrupsiya Komitəsinə çağırılıb .....                     Azərbaycanın hava məkanında məhdudiyyətlərin tətbiqi qaydası müəyyənləşib .....                     Azərbaycanla barışdıqdan sonra pul sel kimi axacaq .....                     Azərbaycanda suçiçəyinə yoluxma sayı artıb .....                     Bakıda 3 nəfəri öldürən dəstə başçısının MƏHKƏMƏSİ .....                     Əkrəm İmamoğlunun diplom saxtakarlığı ilə bağlı məhkəməsinin vaxtı məlum olub .....                     Unibankın İdarə Heyəti sədri dəyişdirilib .....                     Azərbaycan və Səudiyyə Ərəbistanı Baş qərargah rəisləri görüşüb .....                     Mədəniyyət Nazirliyində yeni kadr təyinatı olub .....                     İrəvan Rusiyanı rədd edir, Bakı ilə birgə... .....                     "8-ci kilometr bazarı" ilə üzbəüz parkı çayxanalar zəbt edib: Sakinlər narazıdır... .....                     DTX əməliyyat keçirib, xaricdən ofis və mənzillərdə videomüşahidə kameralarına müdaxilənin qarşısı alınıb .....                     Mülayim qərb küləyi əsəcək .....                     “Bakı Metropoliteni”ndə yeni təyinat olub .....                     Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri və digərlərinin məhkəməsi başlayır .....                     “Azəriqaz” yenə də itkiyə yol verir... .....                     “Azercell” digər mobil operatorlara problem yaradır .....                     Bakıya qarşı “cəbhədə” gərginlik .....                 

Müharibəni Azərbaycan dayandıracaq? - ŞƏRH
Tarix: 20-06-2025, 12:59 | Çap et

Yaxın Şərq növbəti gərginlik içərisindədir.

İsrail - İran qarşıdurması sadəcə iki dövlət arasında olan gərginlik deyil, bütün regionun sabitliyinə yönəlmiş təhdiddir. Hərbi əməliyyatlar hər gün daha da genişlənir və bu prosesin hansı mərhələyə qədər gedə biləcəyi barədə suallar getdikcə artır.

İran daxilində yaşayan milyonlarla azərbaycanlının taleyi də bu fonda ciddi narahatlıq doğurur. Vəziyyət təkcə təhlükəsizlik deyil, həm də diplomatik müstəvidə mühüm suallar yaradır. Bu münaqişənin qarşısı necə alına bilər? Sülhə aparan yol varmı? Varsa, həmin yolda hansı ölkələr vasitəçi rolunu üzərinə götürə bilər?

Maraqlıdır ki, hazırda həm Tehranla, həm də Təl-Əvivlə münasibətlər saxlayan nadir ölkələrdən biri də Azərbaycandır. Bakı uzun illərdir bu iki qarşı tərəflə paralel şəkildə münasibət qurmağa çalışır və regionda balanslı mövqe nümayiş etdirir. Bu mənzərədə diqqəti çəkən əsas suallardan biri də budur: Azərbaycan bu münaqişədə vasitəçi rolunu oynaya bilərmi? Yoxsa tərəflərdən birinin buna hazır olmaması bu ehtimalı sıradan çıxarır?

"Cebheinfo.az"-a açıqlamasında politoloq Rufiz Hafizoğlu bildirib ki, bu gün dünyada baş verən bir çox münaqişələrdə proksi savaşların şahidi oluruq:

"Yəni bu gün Yaxın Şərqdə HƏMAS, "Hizbullah", Husilər, İraq "Hizbullah"ı, "Ceyşül Məhdili", "Vail Mehdi" və s. adlar çəkildikdə, ilk olaraq ağla gələn ölkə İran olur. Başqa sözlə desək, "Hizbullah" yazılır, İran oxunur. Eyni şəkildə İsrail yazılır, amma əslində ABŞ oxunmalıdır.

Bu baxımdan da İsrail-İran arasında alovlanan bu qarşıdurma əslində ABŞ və İran arasında gedən savaşın tərkib hissəsidir. Hətta daha geniş mənada, bu münaqişə İran və Çin kimi güc mərkəzləri ilə Qərb, xüsusilə də ABŞ arasında gedən qlobal qarşıdurmanın Yaxın Şərqdəki fraqmentlərindən biridir."

Politoloq qeyd edib ki, Azərbaycan həm İsraillə, həm də İranla diplomatik münasibətləri qoruyub saxlayan nadir ölkələrdəndir. Ancaq münasibətlər hər zaman stabil olmayıb:

"İranın Birinci və İkinci Qarabağ müharibəsində Azərbaycana qarşı sərgilədiyi mövqe, habelə dini elitanın Azərbaycan xalqının milli və demokratik dəyərlərinə yönəlik destruktiv yanaşması bu münasibətlərin soyumasına səbəb olub. Bu səbəblə Azərbaycan zaman-zaman İranla münasibətlərində ciddi gərginliklə üzləşib.

Bunun bariz nümunələrindən biri də İran tərəfindən səfirliyimizə edilən hücumdur. Əgər bu gün münasibətlər nisbətən normallaşıbsa, bu, ilk növbədə Azərbaycanın yürütdüyü balanslı və soyuqqanlı xarici siyasət nəticəsində baş verib.

Bildiyiniz kimi, Azərbaycan Xarici İşlər Nazirliyi son gərginlik fonunda rəsmi bəyanatla çıxış etdi və bildirdi ki, Azərbaycan ərazisi İranın vurulması üçün istifadə olunmayacaq. Bu, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan, balanslı və düzgün mövqeyidir.

Bundan başqa, rəsmi Bakı İsrailə çağırış etdi ki, azərbaycanlıların sıx məskunlaşdığı ərazilər hərbi hədəfə çevrilməsin. Bu da diplomatik baxımdan olduqca düzgün və vaxtında verilmiş bir çağırış idi. Təbii ki, İsrail bu çağırışa hansı səviyyədə əməl edəcək bu, başqa məsələdir. Çünki həmin ərazilərdə hərbi obyektlərin olub-olmaması məsələsi də ayrıca araşdırma tələb edir. Amma Azərbaycanın bu tip çağırışlarla çıxış etməsi regional sabitlik baxımından çox önəmlidir. "

R.Hafizoğlu vurğulayıb ki, Azərbaycan vasitəçilik missiyasına gəlincə, Azərbaycan bundan əvvəl də bəzi regional böhranlarda vasitəçi kimi çıxış edib:

"Məsələn, Prezident İlham Əliyev qeyd etmişdi ki, Azərbaycan İsrail və Türkiyə arasında "Mavi Mərmərə" böhranı zamanı vasitəçi olub. Həmçinin Suriyada baş verən bəzi hadisələr fonunda da Azərbaycan bu rolu oynayıb.

Bu mənada, Azərbaycanın diplomatik potensialı, beynəlxalq imici və hər iki tərəflə münasibətləri onu potensial vasitəçi kimi önə çıxarır. Amma burda əsas məsələ budur: tərəflər, yəni İran və İsrail, Azərbaycanın bu rolda çıxış etməsinə razılıq verərlərmi?

Məncə, bu, çox real deyil. Hazırkı İran hakimiyyəti Azərbaycanın vasitəçi olmasına isti yanaşmayacaq. Digər tərəfdən, əgər İran razılaşsa belə,İsrail, daha doğrusu, ABŞ bu razılığı qəbul etməyə bilər.

Məsələyə başqa aspektdən baxsaq, Türkiyə, Oman, İtaliya və Norveç kimi ölkələr artıq özlərini mümkün vasitəçilər kimi təklif ediblər. Amma bu da bir sual doğurur ki, əgər münaqişə İsrail və İran arasındadırsa, nə üçün danışıqlarda İsrail yox, ABŞ tərəf kimi qəbul olunur? Cavab sadədir: bu münaqişədə tərəflər əslində ABŞ və İrandır. Çin isə İranın yanında olsa da, hələlik birbaşa mövqe ortaya qoymur.

Yenə də təkrar edirəm ki, Azərbaycanın bu missiyanı üzərinə götürmək üçün bütün diplomatik imkanları və təcrübəsi var. Lakin əsas problem tərəflərin buna razı olmamasıdır. Azərbaycanın diplomatik mövqeyinə gəldikdə, açıq şəkildə deməliyəm ki, bu gün təəssüf doğuran bir məqam var: bir çoxları Azərbaycanın Yaxın Şərq siyasətini haqsız yerə tənqid edir. Guya Azərbaycanın bu bölgədə heç bir siyasəti yoxdur və ya Azərbaycan hadisələrə yalnız İsrail prizmasından yanaşır. Bu isə kökündən yanlış və absurd yanaşmadır.

Əslində Azərbaycanın olduqca düşünülmüş, praqmatik və milli maraqlara əsaslanan bir Yaxın Şərq siyasəti var. Bu siyasət heç bir halda hansısa başqa dövlətin maraqları üzərində qurulmayıb. Azərbaycanın bu istiqamətdə atdığı bütün addımlar sırf öz dövlət maraqlarına söykənir və bu baxımdan olduqca düzgün istiqamətdə qurulmuş siyasətdir.

Qeyd etmək lazımdır ki, bu gün bir çox ərəb ölkələri, xüsusilə Səudiyyə Ərəbistanı, Qətər və digərləri də eynilə bu cür praqmatik siyasət yürüdürlər. Azərbaycanın bölgədəki siyasəti onların yanaşmalarına bənzəyir və bu, müsbət haldır.

Ən mühüm məsələ isə budur: Azərbaycan bu mürəkkəb və gərgin münaqişə ocaqlarından uzaq durmağı, kənarda qalmağı bacarıb. Əgər biz bu gün Yaxın Şərqdə baş verən münaqişələrin içində deyilsəksə, bu, heç şübhəsiz ki, Azərbaycanın uğurlu və balanslı xarici siyasətinin nəticəsidir".











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
13 gündür oğlu kanalda boğulan ata fəryad ETDİ – “Nəşini tapmaq üçün bir günlük kanalı qurudun!”
Bu gün, 18:20
Alı müəllim dara düşdü TROL ORDUSU YIĞDI VƏ... - FOTO
Bu gün, 18:15
“O, Heydər Əliyevə demişdi ki, 102-ci baza Azərbaycana yox, Türkiyəyə qarşıdır...”
Bu gün, 18:03
Putin yeni nəqliyyat naziri təyin edib
Bu gün, 18:01
Boş qalan istirahət MƏKANLARI: Soyuq hava turizmi də “VURDU” - GƏLİŞMƏ
Bu gün, 18:00
Tehran-Bakı münasibətlərini pozmağa çalışırlar - Sərdar Cəlaloğlu
Bu gün, 17:51
Trampın qərarı dolları bahalaşdırdı: Manatı nələr gözləyir? - AKTUAL
Bu gün, 17:48
Müharibə vaxtı qonşu ölkələrin İsraillə hərbi əməkdaşlığı təsdiqlənməyib - Pezeşkian
Bu gün, 17:45
Məhkəmə Fazil Mustafaya sui-qəsd işində təqsirləndirilən şəxslərlə bağlı qərar verib
Bu gün, 17:17
Sülh müqaviləsi və Zəngəzur dəhlizi üçün “yaşıl işıq” - ŞƏRH
Bu gün, 17:16
3 tender ləğv oldu, 1,3 milyon manatlıq gözlənti yarımçıq qaldı - TƏFƏRRÜAT
Bu gün, 17:14
PKK üç gün sonra silahlarını təhvil verməyə başlayacaq
Bu gün, 17:13
İrəvanda bitməyən “deputat ovu”: Paşinyan onları yolundan kənarlaşdırır - İNCƏLƏMƏ
Bu gün, 17:10
Bu şirkət dövlət qurumuna proqram satdı 700 minə yaxın - PUL QAZANDI
Bu gün, 17:06
Müxalifət onu ümumi lider səviyyəsinə qaldırmaqdan çəkinir - ÇÜNKİ...
Bu gün, 17:04
İcra Hakimiyyəti 1,4 milyonluq texnikaları bu şirkətdən aldı - SİYAHI
Bu gün, 17:00
Kredit faizləri artır - Səbəb və nəticələr
Bu gün, 16:57
Rəsmi Tehran Trampın dediklərini təkzib etdi
Bu gün, 16:54
Ermənilər təşvişdə: Tezliklə Zəngəzura nəzarət itə bilər - TƏFƏRRÜAT
Bu gün, 16:50
Məsud Pezeşkian Azərbaycan əleyhinə iddiaları təsdiqləməyib - “Donya-e-eqtesad”
Bu gün, 16:47
Mingəçevirdə usta İcra Hakimiyyəti binasının damından yıxılıb öldü
Bu gün, 15:56
Qaqik Tsarukyan Antikorrupsiya Komitəsinə çağırılıb
Bu gün, 15:54
Qaqik Tsarukyan Antikorrupsiya Komitəsinə çağırılıb
Bu gün, 15:51
Azərbaycanın hava məkanında məhdudiyyətlərin tətbiqi qaydası müəyyənləşib
Bu gün, 15:34
Azərbaycanla barışdıqdan sonra pul sel kimi axacaq - Sukiasyan
Bu gün, 15:30
Azərbaycanda suçiçəyinə yoluxma sayı artıb - RƏSMİ
Bu gün, 15:25
Bakıda 3 nəfəri öldürən dəstə başçısının MƏHKƏMƏSİ - "Əl-qolunu bağlayıb işgəncə verdik"
Bu gün, 15:13
Əkrəm İmamoğlunun diplom saxtakarlığı ilə bağlı məhkəməsinin vaxtı məlum olub
Bu gün, 15:09
Unibankın İdarə Heyəti sədri dəyişdirilib - BUNDAN SONRA...
Bu gün, 15:06
Azərbaycan və Səudiyyə Ərəbistanı Baş qərargah rəisləri görüşüb
Bu gün, 13:01
Mədəniyyət Nazirliyində yeni kadr təyinatı olub - ƏMR
Bu gün, 12:59
İrəvan Rusiyanı rədd edir, Bakı ilə birgə... - Tarasov
Bu gün, 12:57
"8-ci kilometr bazarı" ilə üzbəüz parkı çayxanalar zəbt edib: Sakinlər narazıdır... - "...söyüş söyülür”
Bu gün, 12:51
DTX əməliyyat keçirib, xaricdən ofis və mənzillərdə videomüşahidə kameralarına müdaxilənin qarşısı alınıb - TƏFƏRRÜAT
Bu gün, 12:47
Mülayim qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:42
“Bakı Metropoliteni”ndə yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 12:40
Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri və digərlərinin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Bu gün, 12:29
“Azəriqaz” yenə də itkiyə yol verir... - NHMT sədri SUAL EDİR Kİ...
Bu gün, 12:26
“Azercell” digər mobil operatorlara problem yaradır - NARAZILIQ VAR...
Bu gün, 12:14
Bakıya qarşı “cəbhədə” gərginlik – Dehli ilə bağlı qərar dəyişir?
Bu gün, 12:07
Arif Mehdiyev “Kapital Bank”ın Hüquq departamentinin direktoru - TƏYİN EDİLİB
Bu gün, 12:01
Ermənistan İstintaq Komitəsi eyni vaxtda 51 ünvanda axtarış aparır
Bu gün, 11:50
Milli Məclis Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişiklikləri son oxunuşda təsdiqləyib
Bu gün, 11:36
Rusiya Cənubi Qafqazda nüfuzunu itirir - “Euronews”
Bu gün, 11:34
Neftin qiyməti hansı həddə qədər ucuzlaşacaq? - AKTUAL
Bu gün, 11:31
Ermənistanda naməlum şəxslər parlamentdə deputatlara hücum ediblər
Bu gün, 11:08
"Ailəmizin üzünə baxa bilmirik: Respublikanın rəhbərliyi hara baxır?" - Naxçıvanda TOTAL NARAZILIQ...
Bu gün, 11:07
“İnternational” BOKT-nin yarım mln. manata yaxın vergi borcu yaranıb
Bu gün, 11:02
Dövlətin də payı olduğu aqrar şirkətin direktoru dəyişdi - BUNDAN SONRA...
Bu gün, 10:59
Bakı öz milli duruşunu heç vaxt güzəştə getməyəcək - İNCƏLƏMƏ
Bu gün, 10:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru