Ukrayna Ryazan neft emalı zavoduna PUA zərbəsi endirib .....                     "Heç bir səbəb olmadan kartlarımın bloku davam edir.." .....                     Əslində Xudayarın xatirəsinə hörmətsizlik edən kimdir? .....                     "Rəsmi qurumlar ciddi olmalıdır, ciddiyətini qorumalıdır" .....                     "Heç kim sizi işdən azad edə bilməz!" .....                     "Sifarişlərimi ləğv edib, hesabımı bloklayıblar..." .....                     Trampın gerçək Rusiya siyasəti... .....                     Hər yandan bir təhlükə gəlir... .....                     Pentaqon rəhbəri İranı hədələdi .....                     "Guya Azərbaycanda dini ayrı-seçkiliyə məruz qalıblar..." .....                     Moskvanın Ermənistan üçün hazırladığı təzyiq ssenarisi .....                     Rusiya və ABŞ nümayəndələrinin müzakirə etdiyi məsələ məlum olub .....                     “Azərbaycan Ordusu başımızın üstündədir, hər yeri görür” .....                     Universitetlər bu rayonlara köçürülə bilər .....                     Bakıda 21 yaşlı gənc “niyə işləmirsən?” deyən atasını döydü .....                     Hələ Avropa İttifaqına üzv olmağa hazır deyilik .....                     "Süni şəkildə düşmənçilik yaradılır" .....                     "Edənlər nə qazandı ki, sən də qazanasan..." .....                     Putin üç gün ərzində Kiyevə zərbə endirməmək barədə göstəriş verib .....                     Vensin Azərbaycanla bağlı o cümləsi və Bakıya qarşı hücum cəhdi .....                     Yenicag.az saytının 19 yaşı tamam olur .....                     Cahid Şahbazovun DAHA BİR QURBANI... .....                     Kredit kartları ilə əməliyyatlar niyə azalıb? .....                     Putinin həbsdə öldürtdüyü Navalnının adamı Ermənistana sığındı... .....                     Səlim Müslümovun bu evi yarı qiymətə satışa çıxarıldı .....                     Ermənistanın “komplementar siyasəti” .....                     "Ehdiparfum"u bu qədər həbs cəzası gözləyir .....                     Səbrin də bir həddi var .....                     Budaqova vətəndaşların dərdini bu dəfə İMADƏDDİN NƏSİMİ ÇATDIRASI OLDU... .....                     Azərbaycanlı jurnalistin qızı Amerika ordusunda xidmət edir .....                     Adil Əliyev yaxşı başçı olsaydı... .....                     Anar Bayramovdan yeni təyinat .....                     "Sabah" "Barselona" ilə hansı stadionda oynayacaq? .....                     Bakıda ərinin xəyanətini öyrənən qadın maşınını çilik-çilik etdi .....                     “Aqrarkredit”in “Milyonerlər məhəlləsi”ndəki hoteli satılır .....                     Narışkindən Bakı və MDB paytaxtlarına xəbərdarlıq... .....                     Tanınmış azərbaycanlı aktrisa kinostudiyanın direktoru ilə “qırğına çıxıb” .....                     “Guya konsolidasiya zamanı vətəndaşların torpaqları məcburi qaydada onların əlindən alınacaq” .....                     Xark adasında İrana məxsus tanker hədəfə alınıb .....                     Gümrüdəki Rusiya bazası çıxarılsa, Türkiyə hücum etməyəcək .....                 

İsrail-İran davası: Münaqişənin sonu necə görünür? - “İzvestiya”
Tarix: 20-06-2025, 13:03 | Çap et

İsrail Tehrandan raket hücumları fonunda İrana zərbələri gücləndirəcəyini vəd edir. Yəhudi dövləti düşməni mülki hədəflərə, o cümlədən Beer-Şebadakı Soroka xəstəxanasına hücumda ittiham edir. İran isə iddia edir ki, onun hədəfləri yalnız hərbi obyektlərdir.

Birləşmiş Ştatlar da münaqişəyə qoşula bilər: Donald Trampın artıq İrana zərbə endirmək planı var, söhbət sadəcə, əmr verməkdən gedir.

İrana indiki zərbələrin haqlı olub-olmaması sual olaraq qalır. Axı, 2003-cü ildə regionun başqa bir ölkəsi olan İraqa analoji hücumlar kimi, onlar da ölkənin nüvə proqramına malik olduğuna dair şübhələrlə əsaslandırılırlar. Lakin 2003-cü ildə ABŞ administrasiyası sonda öz arqumentlərinin əsassız olduğunu etiraf etdi. IAEA (Beynəlxalq Atom Agentliyi-red.) bu gün Tehranın nüvə silahı yaratmaq üzərində işlədiyinə dair heç bir rəsmi sübuta malik deyil.

Reyting.az xəbər verir ki, bu barədə “İzvestiya” yazıb.

Rusiya nəşrinin təhlilində qeyd olunur:

İslam İnqilabı Keşikçiləri Korpusu (Sepah) iyulun 19-da səhər saatlarında bildirib ki, Tehran kamikadze pilotsuz uçan aparatlar və strateji raketlərdən istifadə etməklə “Doğru vəd 3” birgə əməliyyatının 14-cü dalğasına başlayıb. Əməliyyat zamanı İran İsrail ərazisinə 20-yə yaxın raket zərbəsi endirib.

“Mehr” agentliyinin məlumatına görə, hücumun əsas hədəfləri İsrail ordusu (IDF) Baş Qərargahının C4I korpusu və xəstəxananın yaxınlığında yerləşən Qav Yam texnoparkında ordunun kəşfiyyat düşərgəsi olub. İsrail tərəfi xəstəxananın ərazisində heç bir hərbi hədəfin olmadığını iddia edir.

Soroka xəstəxanasına hücuma görə İsrailin baş naziri Benyamin Netanyahu İrandan qisas alacağını vəd edərək "Tehranın tiranları bunun əvəzini tam ödəyəcəklər",- deyib.

Demək olar ki, eyni zamanda Müdafiə naziri İsrael Katz İrandakı strateji və hökumət obyektlərinə qarşı hücumları gücləndirmək niyyətində olduğunu açıqlayıb. Onun sözlərinə görə, İranın ali lideri Xamnənin mövcudluğunun qarşısını almaq məqsədlərdən biridir. Eyni zamanda, əməliyyatın əvvəlində İsrail hakimiyyəti israr edirdi ki, İslam Respublikasında rejim dəyişikliyi onların planlarına daxil deyil.

İyunun 19-da İsrail İranın İsfahan və Nətənzdəki nüvə obyektlərinə zərbələr endirib. İsrail ordusunun mətbuat katibi səhvən Buşehr atom elektrik stansiyasının (AET) adını çəkib. Daha sonra ordudakı mənbə bu məlumatı TASS-a təkzib edib. Buna baxmayaraq, “Rosatom”un rəhbəri Aleksey Lixaçev bildirib ki, bəzi rusiyalı əməkdaşları Buşehrdən təxliyə ediblər və tam təxliyənin başlamasına bir neçə addım qalıb.

A. Lixaçev bildirib ki, tikilməkdə olan Buşehr AES-ə hücum Çernobılla müqayisə edilən fəlakətə səbəb ola bilər. O, ümid edir ki, İsrail rəhbərliyi "Buşehr stansiyası ərazisində təsadüfi zərbənin, insidentin qarşısını almaq üçün kifayət qədər anlayışa və sağlam düşüncəyə malik olacaq".

“İran-İsrail münaqişəsini, Dövlət Dumasının deputatları eskalasiyanın yeni mərhələsini həyəcan və narahatlıqla izləyirlər. Biz həm İran, həm də İsrail parlamentariləri ilə əlaqə saxlayırıq. Güclü ssenarinin məhdudlaşdırılmasının və tərəflərin danışıqlar masasına qaytarılmasının tərəfdarıyıq. O cümlədən hərbi həlli olmayan İranın nüvə proqramı”, - bunu Rusiya Liberal Demokrat Partiyasının lideri Leonid Slutski "İzvestiya"ya bildirib.

İyunun 19-na keçən gecə İsrail Hərbi Hava Qüvvələri də İranda onlarla hədəfə silsilə zərbələr endirib. Hədəflər arasında Ərak şəhəri yaxınlığında fəaliyyət göstərməyən nüvə reaktoru, Nətənzdə “nüvə silahı inkişaf etdirmə obyekti”, həmçinin hava hücumundan müdafiə batareyaları, ballistik raket anbarları və radar sistemləri olub. Hücumlarda İsrail Hərbi Hava Qüvvələrinin 40 qırıcısı iştirak edib və 100-dən çox döyüş sursatı istifadə edilib.

Yaxın Şərqdə eskalasiya mövzusu Rusiya prezidenti Vladimir Putinlə Çin sədri Si Cinpin arasında telefon danışığı zamanı qaldırılıb. Çin lideri qeyd edib ki, əsas vəzifə atəşkəs rejiminə kömək etməkdir.

Münaqişənin eskalasiyası kontekstində ABŞ-nın ona daxil olması məsələsi açıq qalır. Donald Tramp İslam Respublikasına zərbə endirmək planını artıq təsdiqləyib, lakin onun həyata keçirilməsi üçün hələ ki, göstəriş verməyib. Bundan əvvəl respublikaçı prezident İrandan tamamilə təslim olmağı və nüvə inkişaflarından qeyd-şərtsiz imtinanı tələb edib. Amerikalı analitiklərin fikrincə, ABŞ-nın münaqişədə iştirakı Trampdan onun sülhməramlı rolunu bəyənən komandasının və elektoratının üz döndərməsinə səbəb ola bilər.

Hər iki tərəfdən davam edən zərbələr fonunda “Qırmızı Xaç” humanitar vəziyyətdən narahatlığını ifadə edir.

“Hər iki ölkədə mülki əhali hərbi əməliyyatların genişlənməsindən birbaşa və dolayısı ilə əziyyət çəkir və münaqişə davam etdikcə nəticələr daha da artacaq. Hazırda vəziyyət qeyri-stabildir. Qızıl Xaç və Qızıl Aypara Hərəkatındakı tərəfdaşlarımız yaranan ehtiyaclara cavab verir”,- qurumun Yaxın Şərq üzrə sözçüsü Suhair Zakkut bildirib.

O, münaqişənin ardıcıl təsirlərinin döyüşlər dayandırıldıqdan çox sonra həyat və dolanışıq vasitələrini pozaraq, döyüş meydanından çox uzaqlara çata biləcəyindən dərin narahatıq ifadə edib.

Zakkut qeyd edib ki, hərbi əməliyyatların intensivləşməsi çox güman ki, daha çox insanın öz ölkələrində və xaricdə didərgin düşməsinə səbəb olacaq.

Davam edən əməliyyatın nəticələrindən biri də İranın beynəlxalq internetlə əlaqəsinin kəsilməsidir. İslam Respublikasının səlahiyyətli orqanlarından bunun rəsmi təsdiqi yoxdur, lakin müntəzəm olaraq trafikə nəzarət edən şirkətlər İrandan gələn trafikin kəskin şəkildə azaldığını qeyd ediblər.

Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Yaxın və Orta Şərq ölkələrinin tədqiqi mərkəzinin baş elmi işçisi Vladimir Sajin belə izah edir ki, İran orada möhkəmlənmiş İsrail xüsusi xidmət orqanları ilə fəal mübarizə aparır. Bunun üçün, xüsusən də səlahiyyətlilər interneti məhdudlaşdıra bilər.

Ekspertin sözlərinə görə, ölkədə gərginlik həddən artıq yüksəkdir.

Tehran hakimiyyəti 2019-cu il etirazları zamanı məhdudiyyətlərə əl atmışdı. Mitinqlər benzinin qiymətinin kəskin artması ilə bağlı olub və onların yatırılması nəticəsində azı 304 nəfər həlak olub. O zaman İranda insanlar yerli sosial şəbəkələrdən istifadə edə, dövlət saytlarına daxil ola, proqramlarda taksi sifariş edə və onlayn bankçılıq apara bilərdilər. Bununla belə, ölkənin faktiki olaraq informasiya baxımından dünyanın qalan hissəsi ilə əlaqəsi kəsilmişdi.

“Rejimin yıxılacağını düşünmürəm, amma bütün bu hadisələrdən sonra rejim ciddi şəkildə dəyişəcək. Bütün İslami sifətlər və Xomeyni ideologiyasının bəzi cəhətləri qalsa belə, bütün daxili quruluş dəyişəcək. İslahatlara ehtiyac var və bu müharibə İranda artıq gedən prosesləri başlatdı. İranda rejimi devirə biləcək ciddi müxalifət yoxdur, lakin bəzi hesablamalara görə, əhalinin 70 faizinin hazırkı hakimiyyətə münasibəti mənfidir”, - Sajin hesab edir.

Lakin bütün ekspertlər bu qiymətləndirmə ilə razılaşmır. Şərqşünas Fərhad İbrahimovun fikrincə, hazırda İranda dövlət ətrafında möhkəmlənmə müşahidə olunur, çünki indiki vəziyyətdə respublikanın gələcək mövcudluğu təhlükə altındadır.

“Bəzi insanlar Xamnəidən narazı ola bilər, amma hətta onlar daha çox deyirlər ki, necə yaşamalı olduqlarına İsrail qərar vermir. Bu, əvvəllər demokratik islahatların tərəfdarı olanlara aiddir. Baxmayaraq ki, hətta indiki vəziyyətdə də teokratiyanın süqutunu gözləyən qruplara rast gəlmək olar, - ekspert "İzvestiya"ya izahat verib. - Bütün bunların fonunda İsrail milli aspektə güvənir, bəzi millətlərin digərlərinə təcavüz etməsi fikrini irəli sürür. Yəni İsrailin vəzifəsi millətlərarası nifaq salmaq, müəyyən dairələr arasında separatçılıq əhval-ruhiyyəsini gücləndirməkdir.

Digər tərəfdən, biz başa düşməliyik ki, Xamnəi öldürülsə belə, bu, çətin ki, dövlət sisteminin tam çökməsinə gətirib çıxarsın. Onun ölümü halında fövqəladə şəkildə yeni rəhbərin seçkisini təşkil edəcək fövqəladə parlament toplanacaq”,- Fərhad İbrahimov davam edib.

Rusiya hakimiyyəti də hazırkı vəziyyətdə cəmiyyətin ölkənin siyasi rəhbərliyi ətrafında cəmləşməsini görür.

“Bu gün İranda baş verən daxili siyasi proseslərin mürəkkəbliyinə baxmayaraq, biz bilirik ki, təfərrüatlara varmağın mənası yoxdur, amma yenə də cəmiyyətin ölkənin siyasi rəhbərliyi ətrafında birləşməsi var”,- Vladimir Putin beynəlxalq xəbər agentliklərinin rəhbərləri ilə görüşündə deyib.

“Tehranın çox güman ki, nüvə silahı yoxdur, lakin İsrail onlarla dolayısı ilə bağlı olan hər şeyi məhv etməyənə qədər dincəlməyəcək. Bu müddət ərzində İrana dəyəcək zərəri hələ qiymətləndirə bilməmişik, lakin bu vəziyyətdə Qəzzanın nümunəsi məyusedicidir, - Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun İsrail və Yəhudi İcmaları şöbəsinin rəhbəri Viktor Smirnov hesab edir.

Ekspert qeyd edib ki, indi yəhudi dövləti İrana qarşı mübarizə mövzusu ətrafında o qədər birləşib ki, hakimiyyət dəyişikliyi ilə bağlı müzakirələr yaranmır. Baxmayaraq ki, əvvəllər Benyamin Netanyahuya qarşı, xüsusən də israillilərin Qəzzada əsirlikdən geri qaytarıla bilməməsi səbəbindən genişmiqyaslı etirazlar olub. Demək olar ki, müxalifətin yeganə namizədi Yaitz Lapidin güclü dəstəyi yoxdur. Bundan əlavə, o, baş nazir Netanyahunun hərəkətlərini tam dəstəkləyir, - Viktor Smirnov qeyd edib.

Lakin Fərhad İbrahimovun sözlərinə görə, hərbi uğursuzluq halında Netanyahu impiçmentlə üzləşə bilər:

“İsrail xalqı qələbə gözləyir - onların fikrincə, uzun illərdir ki, müharibəyə hazırlaşdıqları İrana uduzsalar, müxalifət vəziyyətdən istifadə edib baş naziri hakimiyyətdən uzaqlaşdıra bilər”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ukrayna Ryazan neft emalı zavoduna PUA zərbəsi endirib - “Exilenova Plus”
Dünən, 09:37
"Heç bir səbəb olmadan kartlarımın bloku davam edir.." - ETİRAZ VAR!
Dünən, 09:31
Əslində Xudayarın xatirəsinə hörmətsizlik edən kimdir? - Şəhid anası bütün Bərdəni boğaza yığıb, bu dəfə də…
Dünən, 09:13
"Rəsmi qurumlar ciddi olmalıdır, ciddiyətini qorumalıdır" - Partiya sədrindən ÇAĞIRIŞ
Dünən, 09:03
"Heç kim sizi işdən azad edə bilməz!" - MÜRACİƏT
Dünən, 08:50
"Sifarişlərimi ləğv edib, hesabımı bloklayıblar..." - GİLEY
Dünən, 08:42
Trampın gerçək Rusiya siyasəti... - AKTUAL
Dünən, 08:34
Hər yandan bir təhlükə gəlir... - Beli sınan millət olacaq...
Dünən, 08:22
Pentaqon rəhbəri İranı hədələdi
Dünən, 08:17
"Guya Azərbaycanda dini ayrı-seçkiliyə məruz qalıblar..." - deputat
Dünən, 07:53
Moskvanın Ermənistan üçün hazırladığı təzyiq ssenarisi - Pul, qaz və 300 minlik təhlükə
Dünən, 07:49
Rusiya və ABŞ nümayəndələrinin müzakirə etdiyi məsələ məlum olub - "Reuters"
Dünən, 07:45
“Azərbaycan Ordusu başımızın üstündədir, hər yeri görür” – Zəngəzurun Şıxovuz və Kilsəkənd sakinləri
Dünən, 07:42
Universitetlər bu rayonlara köçürülə bilər - AKTUAL
Dünən, 07:39
Bakıda 21 yaşlı gənc “niyə işləmirsən?” deyən atasını döydü - TƏFƏRRÜAT
5-09-2026, 16:35
Hələ Avropa İttifaqına üzv olmağa hazır deyilik - Ermənistan Prezidenti
5-09-2026, 16:33
"Süni şəkildə düşmənçilik yaradılır" - İlahiyyatçıdan “Çevik” olayına maraqlı ŞƏRH
5-09-2026, 16:24
"Edənlər nə qazandı ki, sən də qazanasan..."
5-09-2026, 16:17
Putin üç gün ərzində Kiyevə zərbə endirməmək barədə göstəriş verib - AÇIQLAMA
5-09-2026, 16:13
Vensin Azərbaycanla bağlı o cümləsi və Bakıya qarşı hücum cəhdi - İNCƏLƏMƏ
5-09-2026, 13:23
Yenicag.az saytının 19 yaşı tamam olur
5-09-2026, 13:21
Cahid Şahbazovun DAHA BİR QURBANI... - NARAZILIQ VAR...
5-09-2026, 13:15
Kredit kartları ilə əməliyyatlar niyə azalıb? - AKTUAL
5-09-2026, 13:06
Putinin həbsdə öldürtdüyü Navalnının adamı Ermənistana sığındı... - FOTO
5-09-2026, 13:03
Səlim Müslümovun bu evi yarı qiymətə satışa çıxarıldı - TƏFƏRRÜAT
5-09-2026, 13:01
Ermənistanın “komplementar siyasəti” - “Qafqaz evi” olacaqmı?
5-09-2026, 12:56
"Ehdiparfum"u bu qədər həbs cəzası gözləyir – Tanınmış vəkil AÇIQLADI
5-09-2026, 12:55
Səbrin də bir həddi var - Daha bəsdir, oyunu dayandırın!
5-09-2026, 12:52
Budaqova vətəndaşların dərdini bu dəfə İMADƏDDİN NƏSİMİ ÇATDIRASI OLDU... - İŞ ALLAHA QALIB...
5-09-2026, 12:39
Azərbaycanlı jurnalistin qızı Amerika ordusunda xidmət edir - FOTO
5-09-2026, 12:33
Adil Əliyev yaxşı başçı olsaydı... - Sakinlər deyir ki...
5-09-2026, 12:25
Anar Bayramovdan yeni təyinat - ƏMR
5-09-2026, 12:04
"Sabah" "Barselona" ilə hansı stadionda oynayacaq? - AÇIQLAMA
5-09-2026, 12:02
Bakıda ərinin xəyanətini öyrənən qadın maşınını çilik-çilik etdi - ANBAAN VİDEO
5-09-2026, 11:57
“Aqrarkredit”in “Milyonerlər məhəlləsi”ndəki hoteli satılır - Görün, neçəyə...
5-09-2026, 11:50
Narışkindən Bakı və MDB paytaxtlarına xəbərdarlıq... - "Onlar ölkənizdə...”
5-09-2026, 11:47
Tanınmış azərbaycanlı aktrisa kinostudiyanın direktoru ilə “qırğına çıxıb” - “Arvadı deyirdi ki, Rənanı kinoya çəkmə”
5-09-2026, 11:36
“Guya konsolidasiya zamanı vətəndaşların torpaqları məcburi qaydada onların əlindən alınacaq” - deputat
5-09-2026, 11:28
Xark adasında İrana məxsus tanker hədəfə alınıb - “Daneşcu”
5-09-2026, 11:16
Gümrüdəki Rusiya bazası çıxarılsa, Türkiyə hücum etməyəcək - Stepan Qriqoryan
5-09-2026, 10:58
Rusiya Azərbaycanın tərəfində olacaq - Mehman Əliyevdən PROQNOZ
5-09-2026, 10:55
“Köçəri olmayan" qonşularımız indi niyə Dünya Köçəri Oyunlarını bu qədər sevirlər? - HƏQİQƏTƏN DƏ...
5-09-2026, 10:52
"Ailəli qadınlar məndən açıq geyinirlər" - ETİRAZ
5-09-2026, 10:40
Azərbaycanlı uşaq ögey atasını öldürdü - TƏFƏRRÜAT
5-09-2026, 10:36
Rusiya qoşunlarını Ermənistan sərhədindən çəkə bilər - Yeni rəsmi bəyanat
5-09-2026, 10:29
ABŞ-də xarici dövlət qulluqçularının uşaqlarına vətəndaşlıq verilməsi məhdudlaşdırıla bilər - KİV
5-09-2026, 08:47
“Alkagesta” və Rusiyanın kölgə donanması: Aİ limanlarına gedən gizli neft dəhlizi - ARAŞDIRMA
5-09-2026, 08:41
ADSEA-nın bu idarəsi TƏFTİŞ OLUNDU - Rafiq Aslanovun taleyi həll olunur
5-09-2026, 08:37
“Ermənistanda zəhərli ideologiya hələ də qalır” - FAKT BUDUR!
5-09-2026, 08:32
Rəşad İsmayılovun şəxsi biznesinə görə meşələr məhv edilir - BU NƏDİ BELƏ?
5-09-2026, 08:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru