Moskvanın yeni "stavkası" .....                     ABŞ Ermənistana 9 milyard dollar sərmayə yatırır .....                     "Hüriyyət TV" və "Hüriyyət" qəzetinin baş redaktoru barəsində seçilmiş .....                     DTX-nın saxladığı Məmməd İbrahimin həbs müddəti .....                     Ramiz Mehdiyevin köməkçisinin həbs müddəti uzadılıb .....                     Fəzail Ağamalı vəfat edib .....                     Əli Kərimlinin həbs müddəti uzadılıb .....                     Məktəblərdə şagirdlərin yoxlanılması GÜNDƏMDƏ .....                     İnsidentdən sonra "Okuklu Holding"in tikinti cəhdi dayandırılıb .....                     "Məni otağa kilitləyib, qızılla dolu çantamı oğurladı" .....                     Qərbin “sülh masası”ndan artıq “barıt qoxusu” gəlir .....                     Xalq artistləri Rəqsanəyə muğam öyrədir .....                     “Aristokrat” Tibb Mərkəzi sertifikatsız həkimlərə görə cərimələndi .....                     ABŞ-ın vitse-prezidentinin Cənubi Qafqaz SƏFƏRİ .....                     Neftçala icra hakimiyyətinin hesabat yığıncağında himn qalmaqalı .....                     Dövlət Ehtiyatları Agentliyi bir maşını 2500 manata təmir etdirəcək .....                     Şeyx Əbdüllə nazir də maraqlanıb: Rasim Balayevdən başqa... .....                     Yazıçılar Birliyinə üzvlük qaydaları .....                     "Nar"ın tərəfdaşlığı ilə "GəncVİZYON" ideyatonu uğurla başa çatıb .....                     Məktəblər boşdur .....                     Vaşinqton artıq Azərbaycanı əsas tərəfdaş kimi görür .....                     "Elə gözəl yola verdi ki..." .....                     Tahir Budaqov Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib .....                     Avaralar 20 manat cərimə olunurlar .....                     Danışıqlar bu ölkələrin dəstəyi ilə baş tutdu .....                     Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq .....                     Tanınmış alim nazirliyin institutuna şöbə müdiri təyin edildi .....                     Erməni məhsulları Azərbaycan bazarına daxil olacaq .....                     Hərbi Prokurorluqdan Vahid Mustafayevə bahalı saat .....                     Əmisinin baltaladığı yeniyetmə evə buraxıldı .....                     Anar məhkəməyə verdiyi şairlə yenə barışa bilmədi .....                     Nazir Mərkəz direktorunu rəis əvəzi təyin etdi .....                     Naxçıvan MR Baş naziri kollektivə təqdim edilib .....                     ““Siyasi məhbus” məsələsini gündəmə gətirmək cəhdi dövlət maraqlarımıza ziyan vurur” .....                     “Aristokrat” tibb mərkəzinin sahibinin qətl törədən oğlu... .....                     Eldar Quliyev həm deputatdır, həm rektor: Bu necə olur? .....                     Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə rəis müavini təyin olunub .....                     Saleh Məmmədova Kür sahilində villa tikən sevimli kadrı da yola salınacaqmı? .....                     Ermənistanda əsgər vəhşicəsinə döyülüb .....                     Kirayədə qalan ƏMƏKDAR ARTİST .....                 

Kahramanmaraşdan verilən mesajlar: həssas bölgədə iradə nümayişi - NƏ BAŞ VERİR?
Tarix: 20-06-2025, 15:25 | Çap et

Məlum olduğu kimi, iyunun 19-da Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimi keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə iştirak ediblər. Açılışda prezidentlərin etdiyi çıxışlar əsas diqqət mərkəzindədir.

İki qardaş ölkələrin liderləri mesajlarında birlik, qardaşlıq mesajlarını təkrarlamaqla yanaşı, iki ölkə münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini bildiriblər. Ekspertlər bildirirlər ki, liderlərin bəyanatlarında beynəlxalq aləmə də mesajlar səsləndirilib və Türkiyə-Azərbaycan birliyinin bölgə və dünya üçün, türk dünyası üçün nə qədər əhəmiyyətli olduğu bir daha ortaya çıxıb.

Mövzu istiqamətində AYNA.AZ-a danışan Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib ki, zəlzələ bölgəsində Azərbaycanın köməyi ilə inşa edilən, minlərlə insanın evlə təmininə səbəb olan humanitar addımın mahiyyəti böyükdür:

- Amma biz buna qardaşların bir-birinə yardımı kimi sadə don geydirə bilmərik. Bu, köklü, konseptual məsələdir. Birincisi, biz biz dünya nümunəsinə baxsaq, çoxsaylı eyni kökdən gələn dövlətlər var ki, köklü, təməl diplomatik münasibətlər qura bilməyiblər. Yaxud, biz görürük ki, bu gün eyni kökdən olan qardaş dövlətlər arasında genişmiqyaslı, çoxsaylı insan tələfatları ilə müşahidə olunan müharibələr gedir. Buna bir çox misal gətirmək olar. İkincisi, bəli, Azərbaycanla Türkiyə eyni kök, eyni din, eyni dil, eyni milli-mənəvi dəyərlərə malikdir. Amma 1990-cı ildə iki ölıkə arasındakı münasibətlər indiki səviyyədə idimi? Əlbəttə, yox. Elə bir vəziyyət idi ki, iki helikopter verilmədi. Reallıqları açıq deməık lazımdır. Ona görə də, hesab edirəm ki, indiki münasibətlər təkcə qardaş xalqlar məsələsi ilə bağlı deyil. Bu münasibətlər eyni din, dil, ortaq dəyərlərlə yanaşı, həm də liderlərin qətiyyəti üzərində dayanır.

Əsas məqamlardan biri də odur ki, Azərbaycan liderinin zəlzələdən dərhal sonra Türkiyəyə kömək təklif etməsi yox, Türkiyənin köməyinə çatması birmənalı şəkildə qəbul olunmalıdır ki, Azərbaycan ümumbəşəri dəyərlərə göstərilən münasibət idi. Azərbaycan insan amilinə qiymət verdi. Eyni zamanda, Azərbaycan göstərdi ki, beynəlxalq birliyin ədalətli, qərəzsiz üzvü olmaqla yanaşı, həm də humanist dəyərləri öndə tutan ölkədir.

Baxın, Türkiyədə zəlzələ olan zaman Azərbaycan müharibəni yenicə başa çatdırmışdı. Həmçinin ölkəmizin ərazisində separatizm ocağı qalmaqda idi. Bunun üzərində isə dünyanın özünü beynəlxalq ictimaiyyət adlandıran dövlətləri ölkəmizə qarşı hücuma keçilmişdi. Az qala hər həftə Azərbaycan məsələsi BMT Təhlükəsizlik Şurasında müzakirə olunurdu, separatçıların şouları davam edirdi. Azərbaycan bu problemlərin yaşandığı vəziyyətdə Türkiyənin yardımına çatdı. Bu bizim gücümüzün, imkanımızın, Azərbaycanın cənab İlham Əliyevin rəhbərliyi altında doğru yolla irəlilədiyinin göstəricisi idi.

- Prezidentlərin çıxışlarında beynəlxalq ictimaiyyətə mesajlar verildi. Bu mesajların mahiyyəti nədən ibarətdir?

- Əvvəllər qütblərarası ziddiyyətlər bu qədər dərinləşməmişdi. Ayırıcı xətlər bu qədər aydın görünmədiyi dövrlərdə niyyətləri ifadə etmək o qədər də çətin deyildi. Lakin bugünkü geosiyasi şəraitdə nəinki hansısa addım atmaq, bütövlükdə iradə nümayiş etdirmək, niyyət ortaya qoymaq çətin məsələdir. Xüsusilə də geosiyasi həssas bölgələrdə. Azərbaycan və Türkiyə liderləri mesajları ilə, bəyanatlarııyla, imzalanan sənədlərlə, xüsusilə də Şuşa Bəyannaməsi ilə göstəriblər ki, biz nəinki müstəqil iradəyə sahibik, eyni zamanda, iradəmizi aydın şəkildə ifadə edə bilirik, iradəmizi rəsmiləşdirə, bu istiqamətdə addımlar ata bilirik. İki ölkə arasında Şuşa Bəyannaməsinədək ən azı iki sənəd imzalanmışdı. Amma həmin vaxtlar ölkəmizin əraziləri işğalda idi, ərazimizdə separatizm vardı, iqtisadi müstəqilliyimiz tam təmin olunmamışdı. Bütün bu problemləri aradan qaldırmaq zəruri idi. 44 günlük Vətən müharibəsi başa çatdıqdan sonra Azərbaycan bölgədə yeni konfiqurasiya yaratdı. Yeni konfiqurasiya bəşəri güclər tərəfindən ilk dövrlərdə qəbul olunmurdu. Məsələn, ümidlər vardı ki, separatizm ocağı qalacaq. Lakin unudurdular ki, qarşılarındakı İlham Əliyevdir. Nəzərə almalı idilər ki, cənab Prezident təkcə bir Qafqaz ölkəsinin lideri deyil, bötüvlükdə hesablaşılan qlobal liderdir. İlham Əliyevin incə gedişləri, miqyaslı siyasəti ilə yeni reallıqlarda Azərbaycanın bölgədə iradəsinin həlledici olduğunu göstərdi. Azərbaycanın iradəsi isə Türkiyə ilə birliyin daha da möhkəmləndirilməsi idi. Şuşa Bəyannaməsi ilə bu birlik daha da möhkəmləndi və indi verilən mesajlarda da bu aydın göstərilir.

- Yəni liderlərin mesajlarında Şuşa Bəyannaməsinə hər zaman istinadlar var...

- Əlbəttə, Şuşa Bəyannaməsi önəmli sənəddir və bu sənədə istinadlar olmadan mümkün deyil. Nəzərə almaq lazımdır ki, Şuşa Bəyannaməsi bütövlükdə regionun təhlükəsizliyinin əsas zəmanətidir. Onu da unutmayaq ki, Cənubi Qafqaz elə də asan bölgə deyil. Bu region tarixən çətin, mürəkkəb region olub. Məhz cənab Ali Baş komandan, Prezident İlham Əliyevin rəhbərliyi altındakı Azərbaycanın qələbələri sayəsində bu coğrafiyanın dvidentlərini istifadə edə bilirik. Nəhayət ki, biz öz təbii sərvətlərimizi öz kapitalımıza çevirə bilmişik. Belə bir məqamda əlbəttə, Türkiyə-Azərbaycan əməkdaşlığlı vacibdir və bu, dünyaya mesajdır. Vacib olan odur ki, kifayət qədər ciddi, radikal mesajlarda Şuşa Bəyannaməsinə istinad var. Onu da unutmayaq ki, bu Bəyannamənin bir müddəasında belə ikinci, üçüncü dövlətə yönəlik addımlar yoxdur. Biz bu sənəddə beynəlxalq hüququn aliliyini rəhbər tutmuşuq, sülhün, insanlıq dəyərlərinin qorunmasına yönəlik addımlar atacağımızı bəyan etmişik.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Moskvanın yeni "stavkası" - Karapetyan niyə Paşinyana alternativ kimi önə çıxarılır?
Bu gün, 20:30
ABŞ Ermənistana 9 milyard dollar sərmayə yatırır - ABŞ texnologiyası Ermənistana gələcək
Bu gün, 20:14
"Hüriyyət TV" və "Hüriyyət" qəzetinin baş redaktoru barəsində seçilmiş həbs qətimkan müddəti uzadılıb
Bu gün, 20:11
DTX-nın saxladığı Məmməd İbrahimin həbs müddəti ARTIRILDI
Bu gün, 20:07
Ramiz Mehdiyevin köməkçisinin həbs müddəti uzadılıb - 4 ay müddətinə...
Bu gün, 20:05
Fəzail Ağamalı vəfat edib
Bu gün, 20:04
Əli Kərimlinin həbs müddəti uzadılıb - QƏRAR
Bu gün, 20:03
Məktəblərdə şagirdlərin yoxlanılması GÜNDƏMDƏ - Bu mexanizm tətbiq olunmalıdır...
Bu gün, 18:14
İnsidentdən sonra "Okuklu Holding"in tikinti cəhdi dayandırılıb - TƏFƏRRÜAT
Bu gün, 18:10
"Məni otağa kilitləyib, qızılla dolu çantamı oğurladı" - Hicablı qadının ŞOK CİNAYƏTİ
Bu gün, 18:03
Qərbin “sülh masası”ndan artıq “barıt qoxusu” gəlir - Yeni qlobal “savaş üçbucağı” dünyanı fəlakətə sürükləyir
Bu gün, 17:59
Xalq artistləri Rəqsanəyə muğam öyrədir - "Pul istəmir, sənətinə dəstək istəyir"
Bu gün, 17:55
“Aristokrat” Tibb Mərkəzi sertifikatsız həkimlərə görə cərimələndi
Bu gün, 17:45
ABŞ-ın vitse-prezidentinin Cənubi Qafqaz SƏFƏRİ – Hansı razılaşmalar əldə olunacaq?
Bu gün, 17:43
Neftçala icra hakimiyyətinin hesabat yığıncağında himn qalmaqalı – Başçı təxribatdan şübhələnir...
Bu gün, 17:28
Dövlət Ehtiyatları Agentliyi bir maşını 2500 manata təmir etdirəcək - DETALLAR
Bu gün, 17:22
Şeyx Əbdüllə nazir də maraqlanıb: Rasim Balayevdən başqa... - AÇIQLAMA
Bu gün, 17:21
Yazıçılar Birliyinə üzvlük qaydaları SƏRTLƏŞDİRİLİR
Bu gün, 17:20
"Nar"ın tərəfdaşlığı ilə "GəncVİZYON" ideyatonu uğurla başa çatıb - FOTO
Bu gün, 17:18
Məktəblər boşdur - “Şagirdlər bal ardınca hazırlığa gedir”
Bu gün, 17:15
Vaşinqton artıq Azərbaycanı əsas tərəfdaş kimi görür - ŞƏRH
Bu gün, 17:09
"Elə gözəl yola verdi ki..." - BAŞÇIDAN NARAZILIQ!
Bu gün, 17:03
Tahir Budaqov Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib - SƏRƏNCAM
Bu gün, 16:56
Avaralar 20 manat cərimə olunurlar – Kimlər avara hesab edilir?
Bu gün, 16:52
Danışıqlar bu ölkələrin dəstəyi ilə baş tutdu - Pezeşkian
Bu gün, 16:51
Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq - TƏFƏRRÜAT
Bu gün, 16:45
Tanınmış alim nazirliyin institutuna şöbə müdiri təyin edildi - FOTO
Bu gün, 16:42
Erməni məhsulları Azərbaycan bazarına daxil olacaq - Risk var yoxsa...?
Bu gün, 16:40
Hərbi Prokurorluqdan Vahid Mustafayevə bahalı saat SİFARİŞİ
Bu gün, 16:28
Əmisinin baltaladığı yeniyetmə evə buraxıldı - AÇIQLAMA
Bu gün, 16:17
Anar məhkəməyə verdiyi şairlə yenə barışa bilmədi – Bu dəfə araya hakim girdi
Bu gün, 16:14
Nazir Mərkəz direktorunu rəis əvəzi təyin etdi - FOTO
Bu gün, 16:09
Naxçıvan MR Baş naziri kollektivə təqdim edilib - FOTO
Bu gün, 16:02
““Siyasi məhbus” məsələsini gündəmə gətirmək cəhdi dövlət maraqlarımıza ziyan vurur”
Bu gün, 15:55
“Aristokrat” tibb mərkəzinin sahibinin qətl törədən oğlu... - CƏZASI YÜNGÜLLƏŞDİRİLDİ
Bu gün, 15:49
Eldar Quliyev həm deputatdır, həm rektor: Bu necə olur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 15:47
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə rəis müavini təyin olunub - BUNDAN SONRA...
Bu gün, 15:42
Saleh Məmmədova Kür sahilində villa tikən sevimli kadrı da yola salınacaqmı? - İLGİNC
Bu gün, 15:34
Ermənistanda əsgər vəhşicəsinə döyülüb - KİV
Bu gün, 15:26
Kirayədə qalan ƏMƏKDAR ARTİST - “Ərzaq baha, qazanc yox”
Bu gün, 15:19
Azərbaycan İranla sərhədi açır? - AKTUAL
Bu gün, 15:17
Azərbaycanda hazırda 7 icra başçısı vəzifəsi boşdur - SİYAHI - SİYAHI
Bu gün, 15:13
Xaricdən sifariş olunan məhsullar buna görə gecikirmiş – Vacib detallar
Bu gün, 15:06
Meliorasiya və Su Təsərrüfatına məxsus idarələr ləğv edilir - SİYAHI
Bu gün, 15:03
Dövlət teatrlarında ştat cədvəllərinin yenilənməsinə başlanıb, "Azdrama"da yeni təyinatlar olub - ADLAR
Bu gün, 15:01
İstanbul prosesini pozan İran Omanda böyük nəticə əldə edə bilmədi - Əli Mustafa
Bu gün, 14:57
Təbrizdə Xalq Mücahidlərinin 7 üzvü həbs edildi
Bu gün, 14:50
Həccə gedənlər azalıb - Azərbaycanlılar üçün qiymət ucuzlaşacaq?
Bu gün, 14:42
“Zəngəzur bizsiz açılsa...” – Kremldən QORXUNC təhdid
Bu gün, 14:39
Bu şəxslər də vəzifədən gedəcək - İLGİNC GƏLİŞMƏ
Bu gün, 14:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru