Zaxarovanın primitiv yalanı .....                     AQTİ bu həşərat üçün tələ qurur: 66 min manat xərcləyəcək .....                     AZCON Holdinqdə yeni təyinat .....                     “Özsüt Azerbaijan”ın dövlətə 3.2 milyon manat vergi borcu var .....                     “Smart Brain Company” MMC nizamnamə kapitalını 10 dəfə azaldır .....                     Azərbaycanda tanınmış yazıçı tut ağacından yıxıldı, sümükləri sındı .....                     Azərbaycanda 600 manat dəfn pulu veriləcək .....                     Azərbaycanda sosial müavinətlər artırılır .....                     Bakıda qrup halında adam öldürənlər .....                     “Məni hədələyərək işdən çıxardılar” .....                     "İlhamə Quliyeva ilə duetdən sonra mənə nələr dedilər" .....                     "Təəssüf ki, onun itkin düşməsi ilə bağlı məlumatlar düzdür" .....                     Akademiklərin qazancını təftiş edən Etibar Əliyevin növbəti HƏDƏFİ kim OLACAQ? .....                     Ukrayna və Rusiya arasında növbəti əsir mübadiləsi olub .....                     Gömrük Komitəsinin şöbə rəisi 8 il 6 ay müddətə azadlıqdan məhrum edildi .....                     “Psixoloq falçı kimi bir şeydir” deyən ekspertə SƏRT CAVAB .....                     Səfərbərlik Xidməti bu işlərə 600 min sərf edəcək .....                     “İrşad” gömrük qaydalarını pozur .....                     Ukraynada Trampa və ABŞ-yə etimad azalır .....                     Teatrın rəhbərliyi baş mühasibə tapşırıldı .....                     İran müharibə planı hazırlayıb: .....                     "Bakı Metropoliteni" texniki yenilənməyə 1,1 milyon manat ayıracaq .....                     Toyda mahnı üstündə dava: Müğənni və qardaşı saxlanıldı .....                     Xalqlarımızın təhlükəsiz və məsud yaşam təminatı: Şuşa Bəyannaməsi .....                     Qardaşlığın rəmzi olan Şuşa Bəyannaməsi .....                     Röya Baləlinin mahnısını oxudu .....                     Qazinin pulunu kim kəsib? .....                     Bu ərazilər Azərbaycana qaytarılır: .....                     Metroda azyaşlıya qarşı qeyri-etik hərəkət .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     Bakıda rejissor 60 yaşlı sürücünün burnunu sındırdı, həbs edildi .....                     SDU-da şübhəli satınalma: Bir aylıq MMC ilə müqavilə bağlayır .....                     “Anamın və nənəmin ruhlarını sevindirdim, aktrisa olmağımı istəməsələr də...” .....                     “Bakılı Qız” dondurmasında TƏHÜLKƏ VAR... .....                     Nazim Bəydəmirlini həbs etdirən şəxs öz qardaşına da “atıb” .....                     Ermənistanı salamat saxlamaq üçün indiki kimi şansımız olmayıb .....                     Azərbaycanda sabiq məmur daha bir şirkət təsis etdi .....                     Vüqar Qurbanov ad günü şənliyi keçirən şöbə müdirini .....                     FHN-ə maşın satmaq istəyən 3 şirkət tapılmadı .....                     Elçin Quliyevin oğlu polkovnik-leytenant oldu .....                 

Moskvanın absurd istəyi və: - Medinskinin dili ilə Bakıya göndərilən mesajın şifrələri
Tarix: Dünən, 10:30 | Çap et

“Əgər Ukrayna münaqişəsi real sülh olmadan dayandırılarsa, bu, nüvə müharibəsinə gətirib çıxara bilər. Çünki Kiyev və NATO Rusiyanın yeni ərazilərini geri almağa çalışacaq”. Bu sözləri Rusiya Prezidentinin müşaviri Vladimir Medinski deyib. Medinskinin açıqlamasının davamında Azərbaycana qarşı təxribat xarakterli fikirlər var. Belə ki, Rusiya Prezidentinin köməkçisi “Əgər münaqişəni cəbhə xəttində dayandırıb, əsl sülh olmadan, sadəcə atəşkəs bağlansa, - bilirsinizmi, Ermənistanla Azərbaycan arasında mübahisəli Qarabağ bölgəsi var idi, - bu region böyük bir Qarabağa çevriləcək” söyləyib.

“Bir müddət sonra Ukrayna NATO-ya üzv olacaq, müttəfiqləri ilə birlikdə bu əraziləri geri almağa çalışacaq və bu, planetin sonu olacaq. Bu, nüvə müharibəsi olacaq”, - Medinski əlavə edib.

Azərbaycanın Qarabağ bölgəsini “mübahisəli ərazi” adlandırmaqla rusiyalı rəsmi ölkəmizə qarşı təxribata yol vermiş olub. Rəsmi Bakıdan Medinskinin bu açıqlamasına dərhal reaksiya verilib. Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə Rusiya Prezidentinin köməkçisi Vladimir Medinskinin keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı iddialarına münasibət bildirərkən deyib ki, “Rusiya Federasiyası Prezidentinin köməkçisi Vladimir Medinskinin 9 iyun tarixində “Russia Today” kanalına müsahibəsi zamanı keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı faktların təhrif olunduğu, Qarabağ bölgəsini mübahisəli ərazi kimi təqdim edən açıqlaması təəssüf və təəccüb doğurur.”

XİN rəsmisinin sözlərinə görə təəccüblü hal odur ki, Rusiya Prezidentinin köməkçisi, habelə Rusiyanın Tarix Təhsili üzrə Qurumlararası Komissiyasının sədri olan Medinski Qarabağın heç zaman mübahisəli ərazi olmadığını bilmir: “Qarabağ əzəli Azərbaycan torpağıdır. Rusiya özü Qarabağı Azərbaycanın ərazisi kimi tanımışdır və tanıyır. Eyni zamanda, sual doğuran məqam ondan ibarətdir ki, Minsk Qrupunun həmsədri olmuş ölkənin Prezidentinin köməkçisi dövlətinin bu məsələ ilə bağlı mövqeyini ya dərk etmir, ya da dərk etmək istəmir. Təəssüf ki, Rusiya Prezidentinin köməkçisi Rusiya Ukrayna müharibəsini Qarabağda mövcud olmuş vəziyyətlə müqayisə edir. Azərbaycan heç zaman heç bir ölkənin ərazi bütövlüyünü pozmadığına görə və heç bir ölkəyə qarşı aqressiv müharibə aparmadığına görə belə müqayisə yersizdir. Azərbaycan 2020-ci və 2023-cü illərdə öz suveren və beynəlxalq birlik tərəfindən tanınmış ərazilərində Vətən müharibəsi və antiterror tədbirləri həyata keçirib. 44 günlük Vətən müharibəsi və 1 gündən az olaraq davam etmiş 2023-cü il antiterror tədbirləri Azərbaycanın tam qələbəsi və Ermənistanın məğlubiyyəti ilə nəticələnib və beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Ermənistanın işğalına son qoyulub”.

Hacızadə Medinskiyə səlahiyyətinə aid olmayan məsələlərə dair yanlış iddialar səsləndirməklə dövlətlərarası münasibətlərə xələl gətirməməyi tövsiyə edib.

“Rusiya Qarabağı rəsmən Azərbaycanın ərazisi kimi tanıyır”. Bu sözləri isə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. O Rusiya Prezidentinin müşavirinin sözlərini kontekstdən çıxarmamağa və onlara “tamamilə fərqli məna verməməyə” çağırıb.b Rusiya XİN-in rəsmi nümayəndəsi qeyd edib ki, Medinski Qarabağla bağlı şərhində vəziyyətin tarixi aspekti və sosial-mədəni xüsusiyyətlərindən danışıb.

“RİA Novosti”yə məlumatlı mənbə isə bildirib ki, Medinskinin Qarabağla bağlı bəyanatına Azərbaycan Xarici İşlər Nazirliyinin reaksiyası ilə əlaqədar Moskva Bakının Rusiyanın “yeni regionları” və Krımı tanımasına ümid edir: “Azərbaycan Xarici İşlər Nazirliyinin Rusiya Prezidentinin köməkçisi Vladimir Medinskinin Qarabağla bağlı bəyanatlarına reaksiyası ilə əlaqədar Moskva gözləyir ki, Bakı 22 fevral 2022-ci il tarixli Bəyannamədə ən yüksək səviyyədə təsbit olunmuş Rusiya-Azərbaycan arasında münasibətlərin müttəfiqlik xarakterini nəzərə alıb, Ukrayna ətrafındakı vəziyyətdə daha balanslı mövqe tutub, xüsusi hərbi əməliyyat kontekstində Rusiyanın yanaşmalarının ədalətli olduğunu və Krım, Sevastopol, “dxr”, “lxr”, Zaporojye, eləcə də Xerson vilayətlərinin ölkəmizin tərkibində olması ilə bağlı mövqeyi tanıyacaq. Necə ki, Rusiya Azərbaycanın Qarabağ üzərində suverenliyini şübhə altına almır”, - mənbə bildirib.

Ekspertlər isə bildirirlər ki, Medinskinin açıqlaması və Kremlin nəzarətində olan “RİA Novosti”də belə bir məlumatın yerləşdirilməsi Moskvanın Bakıdan gözləntisinin nə olduğunun aydınlığa çıxması deməkdir. Görünən odur ki, Rusiya Azərbaycandan Ukraynanın işğal etdiyi ərazilərinin Azərbaycan tərəfindən Rusiya ərazisi kimi tanınmasını gözləyir. Analitiklərin qənaətincə, rəsmi Bakının bu addımı atması gözlənilən deyil. Çünki bu absurd tələbdir və Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini dəfələrlə bəyan edib və bu siyasətdə dəyişiklik mümkün görünmür.

Məsələ ilə bağlı AYNA.AZ-ın suallarını cavablandıran sabiq xarici işlər naziri, diplomat Tofiq Zülfüqarov deyib ki, “RİA Novostinin” yaydığı məlumatı oxuyarkən yadına keçmiş düşür:

- Hansı ki, o vaxt Azərbaycan Rusiyadan xahiş edirdi, tələb edirdi ki, onlar prinsipial mövqeyini göstərsin, iki ölkə arasında münasibətləri əks etdirən mövqeyi bəyan etsinlər. Bakı tələb edirdi ki, Azərbaycanın ərazi bütövlüyü Moskva tərəfindən birmənalı şəkildə tanınsın və öz siyasətlərində, həmçinin Minsk Qrupunun çərçivəsində Azərbaycanın mövqeyi müdafiə olunsun. Amma Rusiya bunu etmədi, heç vaxt bizim istəklərimizə müsbət cavab verilmədi. İndi isə vəziyyət dəyişib, Rusiya böyük problemlər içərisindədir. Moskva işğal etdiyi Ukrayna ərazilərini iddia etdikləri kimi, Rusiyaya birləşdiriblərsə, o zaman niyə danışıqlar aparırlar?! Təbii ki, Azərbaycan tərəfi öz prinsiplərinə sadiqdir və Ukraynanın ərazi bütövlüyünü tanıyır. Azərbaycanın rəsmi mövqeyi budur ki, Ukraynadakı hərbi əməliyyatlar dayansın, problemlər danışıqlar yolu ilə beynəlxalq qanunlar əsasında həllini tapsın. Bu, Bakının rəsmi mövqeyidir, və dəyişməzdir. Rusiya bunu bilməlidir və bilir. Ona görə də, hansısa mənbəyə istinadən Azərbaycana mesaj verməyə ehtiyac yoxdur.

- Hər halda Medinskinin açıqlaması da Bakıya bir mesaj idi...

- Aydındır ki, Medinskinin bəyanatında mesaj var, amma bunun cavabı da var və verildi. Onun keçmiş Qarabağ münasiqşəsi ilə Ukraynadakı münaqişə arasında paralellər aparmasının özü absurddur.

Bütün hallarda, hesab edirəm ki, indiki mərhələdə problemli mövzuya Azərbaycanı süni şəkildə çəkmək uğursuz gedişdir. Düşünürəm ki, bəlkə də biz belə bəyanatlara o qədər də diqqət yetirməməliyik. Nə deyirlərsə, desinlər. Qarabağ münaqişəsi artıq keçmişdir, məsələ öz həllini tapıb. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Azərbaycan XİN rəsmi cavab verib, bundan sonra mövzunu gündəmdə saxlamaq düzgün deyil.

Ümumiyyətlə, Rusiya Prezidentinin müşavirinin bəyanatı gücü yox, zəifliyi göstərən bəyanatdır. Çünki Rusiya görürü ki, Moskvanın mövqeyi dünyada heç bir dövlət tərəfindən dəstəklənmir. Bu şəraitdə danışıqlar aparmaq, sülhə nail olmaq mümkünsüzdür. Rusiyanın mövqeyi təbii ki, atəşkəsə və sülhə nail olunmasına imkan verməyəcək. Biz görürük ki, ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi artıq gündəmdən düşür. Demək olar ki, Tramp vasitəçilikdən getri çəkilib. Bəli, Ukraynanın vəziyyəti çox ağırdır, işğala məruz qalan ölkədir. Amma Rusiyanın özünün də vəziyyəti heç də qənaətbəxş deyil. Medinskinin absurd bəyanatları da məhz bundan qaynaqlanır. Görürük ki, Rusiyanın əraziləri zərbələrə məruz qalır, eyni zamanda, apardığı əməliyyatlaristədikləri nəticəni vermir. Rusiya üçün hazırda böhranlı vəziyyətdir. Belə olan halda, Azərbaycandan nəsə tələb etmək, bizi hansısa mövqeyi müdafiə etməyə çağırmaq düzgün deyil. Azərbaycan sülhə aparan və atəşkəsə nail olunması üçün köməklik göstərməyə hazırdır. Lakin rəsmi Bakının hansısa tərəfin mövqeyini müdafiə etməsi düzgün deyil.

- Amma “RİA Novosti”nin yazdığında çağırış var ki, Azərbaycan “Rusiyanın haqlı mövqeyini” müdafiə etməlidir. Yəqin ki, Moskva bu mövqeni təkcə Azərbaycandan deyil, keçmiş postsovet ölkələrindən də gözləyir...

- Yenə deyirəm, vaxtilə biz Rusiyadan ədalətli mövqe gözləyirdik, beynəlxalq hüquqa uyğun mövqe sərgiləməsini istəyirdik. Amma bizim istəyimiz doğru idi, çünki haqlı idik. Rusiyanın istədiyi isə tamam fəqlidir. Rusiya tam əksinə, Ermənistanın işğalçı siyasətinin təkrarını həyata keçirir. Bu mənada, bizdən işğalçılığa dəstək gözləmək əsassız istəkdir.

Əlbəttə, Rusiya istəyir ki, postsovet ölkələri Rusiyanın mövqeyinə dəstək versinlər. Amma hansı ölkə işğala dəstək verəcək? Mən inanmıram ki, hansısa postsovet ölkəsi, məsələn “İttifaq Dövləti” adlandırdıqları Belarus belə bu addımı atmaz. Ona görə də, Moskvanın bu gözləntiləri mənasızdır.

Mən məsələnin başqa bir tərəfinə diqqət çəkmək istəyirəm: nəyə görə bu cür bəyanatların təşəbbüskarı Medinskidir və nəyə görə bu çağırışlar indi edilir? Ehtimallar var ki, Lavrovu o əvəzləyəıcək, Rusiya XİN-in başına Medinski gələ bilər. Onun danışıqlarda nümayəndə heyətinə rəhbərlik etməsi sanki bir sınaqdır, imtahandır. Medinski də çalışır ki, bu imtahanda özünü sübut etsin. Lakin yenə deyirəm, bu məsələdə Rusiyanın mövqeləri çox zəifdir. Moskvanın mövqeyi beynəlxalq qanunlara tamamilə ziddir. Rusiyanı açıq şəkildə dəstəkləyən ölkələr yoxdur. Heç müttəfiqlər də yoxdur. Bu baxımdan, Medinskinin qarşısında çox ciddi problemlər var.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Zaxarovanın primitiv yalanı
Bu gün, 18:16
AQTİ bu həşərat üçün tələ qurur: 66 min manat xərcləyəcək - BU NƏDİ BELƏ?
Bu gün, 18:10
AZCON Holdinqdə yeni təyinat - ƏMR
Bu gün, 18:08
“Özsüt Azerbaijan”ın dövlətə 3.2 milyon manat vergi borcu var
Bu gün, 18:06
“Smart Brain Company” MMC nizamnamə kapitalını 10 dəfə azaldır
Bu gün, 17:58
Azərbaycanda tanınmış yazıçı tut ağacından yıxıldı, sümükləri sındı - FOTO
Bu gün, 17:53
Azərbaycanda 600 manat dəfn pulu veriləcək
Bu gün, 17:43
Azərbaycanda sosial müavinətlər artırılır
Bu gün, 17:11
Bakıda qrup halında adam öldürənlər HAKİM QARŞISINDA
Bu gün, 16:14
“Məni hədələyərək işdən çıxardılar” - Qadın cərrah
Bu gün, 16:09
"İlhamə Quliyeva ilə duetdən sonra mənə nələr dedilər"
Bu gün, 16:05
"Təəssüf ki, onun itkin düşməsi ilə bağlı məlumatlar düzdür" - Əlikram Bayramov
Bu gün, 16:00
Akademiklərin qazancını təftiş edən Etibar Əliyevin növbəti HƏDƏFİ kim OLACAQ? – Özü AÇIQLADI
Bu gün, 15:37
Ukrayna və Rusiya arasında növbəti əsir mübadiləsi olub
Bu gün, 15:34
Gömrük Komitəsinin şöbə rəisi 8 il 6 ay müddətə azadlıqdan məhrum edildi - QƏRAR
Bu gün, 15:32
“Psixoloq falçı kimi bir şeydir” deyən ekspertə SƏRT CAVAB – “Günü falçılarda keçir”
Bu gün, 13:06
Səfərbərlik Xidməti bu işlərə 600 min sərf edəcək - QSC-nin nazirə məxsus olduğu bildirilir
Bu gün, 13:04
“İrşad” gömrük qaydalarını pozur
Bu gün, 13:02
Ukraynada Trampa və ABŞ-yə etimad azalır
Bu gün, 12:59
Teatrın rəhbərliyi baş mühasibə tapşırıldı
Bu gün, 12:53
İran müharibə planı hazırlayıb: - KİMİ VURACAQ?
Bu gün, 12:52
"Bakı Metropoliteni" texniki yenilənməyə 1,1 milyon manat ayıracaq - TENDERLƏR
Bu gün, 12:49
Toyda mahnı üstündə dava: Müğənni və qardaşı saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 12:39
Xalqlarımızın təhlükəsiz və məsud yaşam təminatı: Şuşa Bəyannaməsi - MƏQALƏ
Bu gün, 12:34
Qardaşlığın rəmzi olan Şuşa Bəyannaməsi - İsrafil Kərimovun yazısı
Bu gün, 12:31
Röya Baləlinin mahnısını oxudu - VİDEO
Bu gün, 12:28
Qazinin pulunu kim kəsib? - ETİRAZ
Bu gün, 12:25
Bu ərazilər Azərbaycana qaytarılır: - Ermənilər XƏRİTƏ yaydılar
Bu gün, 12:22
Metroda azyaşlıya qarşı qeyri-etik hərəkət - Həbs olundu
Bu gün, 12:19
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:15
Bakıda rejissor 60 yaşlı sürücünün burnunu sındırdı, həbs edildi - 202 minlik iddia
Bu gün, 12:12
SDU-da şübhəli satınalma: Bir aylıq MMC ilə müqavilə bağlayır - İLGİNC FAKTLAR
Bu gün, 12:07
“Anamın və nənəmin ruhlarını sevindirdim, aktrisa olmağımı istəməsələr də...”
Bu gün, 12:03
“Bakılı Qız” dondurmasında TƏHÜLKƏ VAR... - BU NƏDİ BELƏ...
Bu gün, 11:55
Nazim Bəydəmirlini həbs etdirən şəxs öz qardaşına da “atıb” - İLGİNC
Bu gün, 11:43
Ermənistanı salamat saxlamaq üçün indiki kimi şansımız olmayıb - Paşinyan
Bu gün, 11:41
Azərbaycanda sabiq məmur daha bir şirkət təsis etdi - TƏFƏRRÜAT
Bu gün, 11:37
Vüqar Qurbanov ad günü şənliyi keçirən şöbə müdirini İŞDƏN QOVDU
Bu gün, 11:35
FHN-ə maşın satmaq istəyən 3 şirkət tapılmadı - 827 MİNLİK TENDER LƏĞVƏ GETDİ
Bu gün, 11:31
Elçin Quliyevin oğlu polkovnik-leytenant oldu - belə deyirlər...
Bu gün, 11:28
Azərbaycanda lisenziyasız ödəniş xidmətləri göstərilməsi faktı aşkar olunub
Bu gün, 11:25
Direktor məktəbi RƏSMƏN QARƏT EDİBMİŞ... - ŞOK FAKTLAR
Bu gün, 11:21
İranın bitməyən Zəngəzur xofu - Xamneyinin adamı nəyin mesajını verir?
Bu gün, 11:14
Amerikada siyasi böhranın başlanğıcı: - texnoloji oliqarxiya hərəkətə keçib
Bu gün, 11:08
Azərbaycan Prezidenti Vladimir Putini təbrik edib
Bu gün, 11:04
Naxçıvan Həmkarlar İttifaqları Şurası milyonlarla vəsaiti mənimsəyir - HƏM DƏ BY YOLLA...
Bu gün, 11:03
Paşinyan II Qaregindən iqamətgahını dərhal tərk etməyi tələb edib
Bu gün, 10:58
İrəvanda "dövlət naziri" peyda oldu: - Ermənistan saxtakarlığı davam etdirir
Bu gün, 10:56
Əmək müqaviləsi ləğv olunan neftçilər... - Ekspert danışır...
Bu gün, 10:47
Rusiyanın ABŞ-dəki səfiri Trampla görüşüb
Bu gün, 10:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru