Zaxarovanın primitiv yalanı .....                     AQTİ bu həşərat üçün tələ qurur: 66 min manat xərcləyəcək .....                     AZCON Holdinqdə yeni təyinat .....                     “Özsüt Azerbaijan”ın dövlətə 3.2 milyon manat vergi borcu var .....                     “Smart Brain Company” MMC nizamnamə kapitalını 10 dəfə azaldır .....                     Azərbaycanda tanınmış yazıçı tut ağacından yıxıldı, sümükləri sındı .....                     Azərbaycanda 600 manat dəfn pulu veriləcək .....                     Azərbaycanda sosial müavinətlər artırılır .....                     Bakıda qrup halında adam öldürənlər .....                     “Məni hədələyərək işdən çıxardılar” .....                     "İlhamə Quliyeva ilə duetdən sonra mənə nələr dedilər" .....                     "Təəssüf ki, onun itkin düşməsi ilə bağlı məlumatlar düzdür" .....                     Akademiklərin qazancını təftiş edən Etibar Əliyevin növbəti HƏDƏFİ kim OLACAQ? .....                     Ukrayna və Rusiya arasında növbəti əsir mübadiləsi olub .....                     Gömrük Komitəsinin şöbə rəisi 8 il 6 ay müddətə azadlıqdan məhrum edildi .....                     “Psixoloq falçı kimi bir şeydir” deyən ekspertə SƏRT CAVAB .....                     Səfərbərlik Xidməti bu işlərə 600 min sərf edəcək .....                     “İrşad” gömrük qaydalarını pozur .....                     Ukraynada Trampa və ABŞ-yə etimad azalır .....                     Teatrın rəhbərliyi baş mühasibə tapşırıldı .....                     İran müharibə planı hazırlayıb: .....                     "Bakı Metropoliteni" texniki yenilənməyə 1,1 milyon manat ayıracaq .....                     Toyda mahnı üstündə dava: Müğənni və qardaşı saxlanıldı .....                     Xalqlarımızın təhlükəsiz və məsud yaşam təminatı: Şuşa Bəyannaməsi .....                     Qardaşlığın rəmzi olan Şuşa Bəyannaməsi .....                     Röya Baləlinin mahnısını oxudu .....                     Qazinin pulunu kim kəsib? .....                     Bu ərazilər Azərbaycana qaytarılır: .....                     Metroda azyaşlıya qarşı qeyri-etik hərəkət .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     Bakıda rejissor 60 yaşlı sürücünün burnunu sındırdı, həbs edildi .....                     SDU-da şübhəli satınalma: Bir aylıq MMC ilə müqavilə bağlayır .....                     “Anamın və nənəmin ruhlarını sevindirdim, aktrisa olmağımı istəməsələr də...” .....                     “Bakılı Qız” dondurmasında TƏHÜLKƏ VAR... .....                     Nazim Bəydəmirlini həbs etdirən şəxs öz qardaşına da “atıb” .....                     Ermənistanı salamat saxlamaq üçün indiki kimi şansımız olmayıb .....                     Azərbaycanda sabiq məmur daha bir şirkət təsis etdi .....                     Vüqar Qurbanov ad günü şənliyi keçirən şöbə müdirini .....                     FHN-ə maşın satmaq istəyən 3 şirkət tapılmadı .....                     Elçin Quliyevin oğlu polkovnik-leytenant oldu .....                 

Ölkəmizdəki arıları oliqarxların tamahı öldürür - TƏFƏRRÜAT
Tarix: Dünən, 10:10 | Çap et

Bu il havaların qeyri-sabit keçməsi və aramsız yağan yağışların ən ciddi təsiri arıçılığa olub. Bildirilir ki, ölkədə arıçılığın inkişaf etdiyi rayonların demək olar ki, hamısında vəziyyət eynidir, arıların “çölə çıxa bilməməsi” bal istehsalında məhsuldarlığa aşağı salıb. Ekspertlərə görə, iyun başlayandan da havaların yağışlı olması arıçılara təsir edib, indi əsas ümid bundan sonra havaların stabilləşməsinədir.

O da bildirilir ki, zatən son illər ölkə üzrə bal istehsalında 30-40%-dən çox azalma vardı, arı ailələrinin də sayı azalıb. Arıçılar bunu arıların azalmasını iqlim dəyişikliyi ilə izah edirlər. Arıların azalmasının kənd təsərrüfatına da mənfi təsiri çoxdur. Bitkilərin təxminən 70%-i arıların köməyi ilə tozlanır. Məsələn, alma, armud, çiyələk və digər çiçəkli bitkilər arıların tozlanması nəticəsində yetişir. Tozlanma prosesi azalarsa, məhsul istehsalı da azalır. Yəni arıların azalması təkcə bal istehsalına deyil, kənd təsərrüfatı məhsullarının qıtlaşmasına da səbəb ola bilər.

Maraqlıdır ki, arı ailələrinin sayının azalmasını arıçıların peşəkarlıq səviyyəsinin aşağı olması ilə əlaqələndirənlər də var. Arıçılar hər mövsümdə xəstəliklərlə mübarizə aparmalıdırlar. Əgər arıçı peşəkar deyilsə və kifayət qədər biliklərə sahib deyilsə, arı ailələrinin saxlanılması və xəstəliklərlə mübarizə səmərəsiz olur. Arılara vaxtında gigiyenik tədbirlər aparılmasa, arılarda xəstəliklər artır. Həmçinin vaxtında köçürmə prosesi aparılmasa, nektar tapmaq çətinləşir. Bəzi imkanlı şəxslər pul qazanmaq məqsədilə bu sahəyə girişiblər, amma peşəkar arıçılar tapmaq çətin olduğu üçün arı ailələri bu sahədə zəif bilgiləri olanların ucbatından qırılırlar. Ona görə də hətta belə təkliflər var ki, arıçılar üçün xüsusi kurslar təşkil edilməli və burada iştirakçılar müasir texnologiyaların tətbiqini öyrənərək sertifikat almalıdırlar.

Məlumat üçün bildirək ki, ötən il 30 min 601 təsərrüfatda mövcud olan 579 min arı ailəsindən 5166,3 ton bal, 132,1 ton mum, 8,5 ton vərəmum, 16,8 ton güləm və 239,3 kiloqram arı südü əldə olunub. Dövlət Statistika Komitəsindən bildirilib ki, istehsalçılar üzrə balın 1 kiloqramının orta satış qiyməti 28,6 manat, mumun - 16,5 manat, vərəmumun - 109,7 manat, güləmin - 140,9 manat, arı südünün 1 qramının orta satış qiyməti isə 7 manat olub. 2023-cü illə müqayisədə 2024-cü ildə arı ailələrinin sayı 3,1 faiz, mum istehsalı 23,5 faiz, vərəmum istehsalı 43 faiz, arı südü istehsalı 14,9 faiz, arıçılıqla məşğul olan təsərrüfatların hər birinə orta hesabla düşən arı ailələrinin sayı 2,4 faiz azalsa da, bal istehsalı 13,5 faiz, güləm istehsalı 88,8 faiz artıb. Arı ailələrinin sayında və bəzi arıçılıq məhsullarının istehsalında azalma əsasən arı xəstəlikləri ilə əlaqədar olub.

Azərbaycan Arıçılar Assosiasiyasının İdarə Heyətinin sədr müavini Sabir Mustafayev mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Kimlərin bu işə əl qoyduğunu dəqiq deyə bilməyəcəm. Amma yaxşı arıçı özünə arı saxlayır. Onlar isə bu işə qeyri-peşəkar şəkildə yanaşırlar, həm xəstəliyi yayırlar, həm də arıları qırırlar.

Ölkəmizə keyfiyyətsiz dərmanlar gətirilir. Rusiya adı ilə Çin istehsalı olan dərmanlar gətirilir. Keyfiyyətsiz dərmanlar bu gün də problem olaraq qalır. Əsas xəstəliyi isə Varroa gənələri yayır. Dərmanlar ölkəmizə nizamsız qaydada daxil olur. Onların keyfiyyətinə cavabdeh olan bir qurum olmalıdır. Yaxud da qaçaqmalçılıqla gətirilən dərmanlar müsadirə edilməlidir. Biz dəfələrlə Rusiya istehsalı dərmanlar almışıq, həmin şirkətin nümayəndəsinə göstərmişik, onlar isə bu seriyadan dərmanın olmadığını bildiriblər. Dərmanların tərkibi düzgün deyil. Əsasən də Çin istehsalı olan dərmanlara həddən artıq zəhər vurulur - gənəni öldürmək üçün. Gənə daha güclü zəhəri gördükdən sonra artıq az dozalı dərmanlar ona təsir etmir. Həm də o dərmanların zəhəri çox olduğuna görə həm balı, həm də arının üstündəki mumu çirkləndirir. Yəni bu dərmanların hesabına ölkəmizdə keyfiyyətsiz ballar istehsal olunur".

Mütəxəssis qeyd edir ki, bu sahəyə mütləq ciddi nəzarət olunmalıdır: “Bizim öz aramızda qohumlar var ki, dörd il dalbadal arı alır, amma o biri il qırılır. Arı peşəkarların əlində olmalıdır. Qeyri-peşəkarlar həm xəstəliyi yayır, həm də mənfəət əldə edə bilmirlər. Mənim yanımdan bəlkə də ondan çox arıçı ayrılıb, işi öyrəniblər, indi isə özləri arı saxlayırlar. Yəni yaxşı arıçı özü arı saxlayır. Bu, mal-qara deyil ki, alıb saxlayasan. Arıçılıqda çox bilgili olmaq lazımdır. Təkcə Varroa gənəsi 30-35-dən çox virus yayır. Bu xəstəlikləri idarə etmək üçün daha çox bilik gərəkdir. Mən 40 ildən çoxdur ki, arıçılıqla məşğulam, amma hələ də bilmədiyim çox şey var. On il əvvəl arı saxlamaqla bu gün arı saxlamaq arasında çox fərq var. Qlobal istiləşmə arıçılığa yeni yanaşma tələb edir. Təcrübələrdən faydalanmaq lazımdır. Hazırda biz İsmayıllı zonasındayıq, bütün ana arıları izolyasiya edirik. Arıda toxum qoymanı dayandırmaq üçün bunu edirik. Bu xəstəliklər arının qoyduğu sürfələrlə yayılır.

Bütün ana s bir aylıq təcrid etmişik ki, toxum qoymasınlar. Bal süzümündən sonra dərmanlama aparacağıq. Çünki bal vaxtı dərmanlama aparsaq və içəridə sürfə olsa, onun nə xeyri olacaq, nə də bal keyfiyyətli olacaq. Əfsus ki, bəzi arıçılar buna yol verir. Məsələn, içəridə bal ola-ola dərmanlama aparılır.

Kəlbəcərdə də belə edəcəyik. Fikrimiz var ki, arıları daha soyuq yerdə qışladaq ki, sürfə qoyma dayansın. Çünki qlobal istiləşmənin təsirindədir - arılar qış yuxusuna getmir, yatmır. Qışda sürfə qoyur, bu zaman həm zəifləyir, həm də parazitlər çoxalır. Yəni tamam fərqli yanaşma lazımdır. Arıçılar təbii dərmanlardan istifadə etməlidirlər. Bu ildən istifadə etdiyimiz dərmanlar quzuqulağı və qarışqa turşusudur. Bu maddələr balı çirkləndirmir".











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Zaxarovanın primitiv yalanı
Bu gün, 18:16
AQTİ bu həşərat üçün tələ qurur: 66 min manat xərcləyəcək - BU NƏDİ BELƏ?
Bu gün, 18:10
AZCON Holdinqdə yeni təyinat - ƏMR
Bu gün, 18:08
“Özsüt Azerbaijan”ın dövlətə 3.2 milyon manat vergi borcu var
Bu gün, 18:06
“Smart Brain Company” MMC nizamnamə kapitalını 10 dəfə azaldır
Bu gün, 17:58
Azərbaycanda tanınmış yazıçı tut ağacından yıxıldı, sümükləri sındı - FOTO
Bu gün, 17:53
Azərbaycanda 600 manat dəfn pulu veriləcək
Bu gün, 17:43
Azərbaycanda sosial müavinətlər artırılır
Bu gün, 17:11
Bakıda qrup halında adam öldürənlər HAKİM QARŞISINDA
Bu gün, 16:14
“Məni hədələyərək işdən çıxardılar” - Qadın cərrah
Bu gün, 16:09
"İlhamə Quliyeva ilə duetdən sonra mənə nələr dedilər"
Bu gün, 16:05
"Təəssüf ki, onun itkin düşməsi ilə bağlı məlumatlar düzdür" - Əlikram Bayramov
Bu gün, 16:00
Akademiklərin qazancını təftiş edən Etibar Əliyevin növbəti HƏDƏFİ kim OLACAQ? – Özü AÇIQLADI
Bu gün, 15:37
Ukrayna və Rusiya arasında növbəti əsir mübadiləsi olub
Bu gün, 15:34
Gömrük Komitəsinin şöbə rəisi 8 il 6 ay müddətə azadlıqdan məhrum edildi - QƏRAR
Bu gün, 15:32
“Psixoloq falçı kimi bir şeydir” deyən ekspertə SƏRT CAVAB – “Günü falçılarda keçir”
Bu gün, 13:06
Səfərbərlik Xidməti bu işlərə 600 min sərf edəcək - QSC-nin nazirə məxsus olduğu bildirilir
Bu gün, 13:04
“İrşad” gömrük qaydalarını pozur
Bu gün, 13:02
Ukraynada Trampa və ABŞ-yə etimad azalır
Bu gün, 12:59
Teatrın rəhbərliyi baş mühasibə tapşırıldı
Bu gün, 12:53
İran müharibə planı hazırlayıb: - KİMİ VURACAQ?
Bu gün, 12:52
"Bakı Metropoliteni" texniki yenilənməyə 1,1 milyon manat ayıracaq - TENDERLƏR
Bu gün, 12:49
Toyda mahnı üstündə dava: Müğənni və qardaşı saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 12:39
Xalqlarımızın təhlükəsiz və məsud yaşam təminatı: Şuşa Bəyannaməsi - MƏQALƏ
Bu gün, 12:34
Qardaşlığın rəmzi olan Şuşa Bəyannaməsi - İsrafil Kərimovun yazısı
Bu gün, 12:31
Röya Baləlinin mahnısını oxudu - VİDEO
Bu gün, 12:28
Qazinin pulunu kim kəsib? - ETİRAZ
Bu gün, 12:25
Bu ərazilər Azərbaycana qaytarılır: - Ermənilər XƏRİTƏ yaydılar
Bu gün, 12:22
Metroda azyaşlıya qarşı qeyri-etik hərəkət - Həbs olundu
Bu gün, 12:19
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:15
Bakıda rejissor 60 yaşlı sürücünün burnunu sındırdı, həbs edildi - 202 minlik iddia
Bu gün, 12:12
SDU-da şübhəli satınalma: Bir aylıq MMC ilə müqavilə bağlayır - İLGİNC FAKTLAR
Bu gün, 12:07
“Anamın və nənəmin ruhlarını sevindirdim, aktrisa olmağımı istəməsələr də...”
Bu gün, 12:03
“Bakılı Qız” dondurmasında TƏHÜLKƏ VAR... - BU NƏDİ BELƏ...
Bu gün, 11:55
Nazim Bəydəmirlini həbs etdirən şəxs öz qardaşına da “atıb” - İLGİNC
Bu gün, 11:43
Ermənistanı salamat saxlamaq üçün indiki kimi şansımız olmayıb - Paşinyan
Bu gün, 11:41
Azərbaycanda sabiq məmur daha bir şirkət təsis etdi - TƏFƏRRÜAT
Bu gün, 11:37
Vüqar Qurbanov ad günü şənliyi keçirən şöbə müdirini İŞDƏN QOVDU
Bu gün, 11:35
FHN-ə maşın satmaq istəyən 3 şirkət tapılmadı - 827 MİNLİK TENDER LƏĞVƏ GETDİ
Bu gün, 11:31
Elçin Quliyevin oğlu polkovnik-leytenant oldu - belə deyirlər...
Bu gün, 11:28
Azərbaycanda lisenziyasız ödəniş xidmətləri göstərilməsi faktı aşkar olunub
Bu gün, 11:25
Direktor məktəbi RƏSMƏN QARƏT EDİBMİŞ... - ŞOK FAKTLAR
Bu gün, 11:21
İranın bitməyən Zəngəzur xofu - Xamneyinin adamı nəyin mesajını verir?
Bu gün, 11:14
Amerikada siyasi böhranın başlanğıcı: - texnoloji oliqarxiya hərəkətə keçib
Bu gün, 11:08
Azərbaycan Prezidenti Vladimir Putini təbrik edib
Bu gün, 11:04
Naxçıvan Həmkarlar İttifaqları Şurası milyonlarla vəsaiti mənimsəyir - HƏM DƏ BY YOLLA...
Bu gün, 11:03
Paşinyan II Qaregindən iqamətgahını dərhal tərk etməyi tələb edib
Bu gün, 10:58
İrəvanda "dövlət naziri" peyda oldu: - Ermənistan saxtakarlığı davam etdirir
Bu gün, 10:56
Əmək müqaviləsi ləğv olunan neftçilər... - Ekspert danışır...
Bu gün, 10:47
Rusiyanın ABŞ-dəki səfiri Trampla görüşüb
Bu gün, 10:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru