"Qafqaz Kredit" BOKT 2024-cü ilin maliyyə vəziyyətini açıqlayıb.
FED.az xəbər verir ki, təşkilatın ötən il effektiv faiz metodu ilə hesablanmış faiz gəlirləri 357 min manat təşkil edib. Bu göstərici 2023-cü illə müqayisədə 122 min manat artıb (51,9%).
Faiz xərcləri isə 132 manat olub ki, bu da ötən illə müqayisədə 12 manat (8,3%) azalma.
Nəticədə, xalis faiz gəlirləri 357 min manat təşkil edib, bu da əvvəlki illə müqayisədə 122 min manat (51,9%) artım demək olub.
Kreditlərin dəyərsizləşməsi üzrə ehtiyat 40 min manat olub. Bu xərc 2023-cü ildə qeydə alınmayıb. Ehtiyat ayırmalarından sonra xalis faiz gəlirləri 317 min manata bərabər olub. İllik illə müqayisədə 82 min manat (34,9%) artıb.
Haqq və komissiya xərcləri 71 manat (3,7%) artımla 2 min manat yüksəlib.
İnzibati və digər əməliyyat xərcləri 227 min manat təşkil edib.Son bir il ərzində bu xərclər 33 min manat (17,0%) artıb.
Digər gəlirlər 13 min manat olub. Bu göstəricilər üzrə 2 min manat (13,3%) azalma baş verib.
Köhnəlmə xərcləri 1 min manat (25,0%) azalaraq 3 min manata düşüb.
Silinmə xərcləri isə 32 min manat təşkil edib, lakin 2023-cü ildə bu götərici qeydə alınmayıb.
Bütün bu göstəricilər nəzərə alındıqda, vergidən əvvəlki mənfəət 67 min manata çatıb. Bu da ötən illə müqayisədə 17 min manat (34,0%) artım demək olub.
Mənfəət vergisi xərci 13 min manat olub. Bu xərclər illik müqayisə ilə 2 min manat (18,2%) çoxdir.
Nəticədə, "Qafqaz Kredit" 2024-cü il üzrə 54 min manat xalis mənfəət əldə edib. Bu da əvvəlki illə müqayisədə 14 min manat (35,0%) çoxdur..
İl üzrə digər məcmu gəlirlər illik müqayisədə müqayisədə 17 min manat (48,6%) azalaraq 18 min manata düşüb.
Cəmi məcmu mənfəət isə 2023-cü illə müqayisədə 4 min manat (5,3%) azalaraq 71 min manat təşkil edib.