Əsas Səhifə > Güney Press > “Qafqaz Kredit” BOKT bu göstəricilər üzrə gerilədi
“Qafqaz Kredit” BOKT bu göstəricilər üzrə gerilədi2-06-2025, 17:39 |
"Qafqaz Kredit" BOKT 2024-cü ilin maliyyə vəziyyətini açıqlayıb. FED.az xəbər verir ki, təşkilatın ötən il effektiv faiz metodu ilə hesablanmış faiz gəlirləri 357 min manat təşkil edib. Bu göstərici 2023-cü illə müqayisədə 122 min manat artıb (51,9%). Faiz xərcləri isə 132 manat olub ki, bu da ötən illə müqayisədə 12 manat (8,3%) azalma. Nəticədə, xalis faiz gəlirləri 357 min manat təşkil edib, bu da əvvəlki illə müqayisədə 122 min manat (51,9%) artım demək olub. Kreditlərin dəyərsizləşməsi üzrə ehtiyat 40 min manat olub. Bu xərc 2023-cü ildə qeydə alınmayıb. Ehtiyat ayırmalarından sonra xalis faiz gəlirləri 317 min manata bərabər olub. İllik illə müqayisədə 82 min manat (34,9%) artıb. Haqq və komissiya xərcləri 71 manat (3,7%) artımla 2 min manat yüksəlib. İnzibati və digər əməliyyat xərcləri 227 min manat təşkil edib.Son bir il ərzində bu xərclər 33 min manat (17,0%) artıb. Digər gəlirlər 13 min manat olub. Bu göstəricilər üzrə 2 min manat (13,3%) azalma baş verib. Köhnəlmə xərcləri 1 min manat (25,0%) azalaraq 3 min manata düşüb. Silinmə xərcləri isə 32 min manat təşkil edib, lakin 2023-cü ildə bu götərici qeydə alınmayıb. Bütün bu göstəricilər nəzərə alındıqda, vergidən əvvəlki mənfəət 67 min manata çatıb. Bu da ötən illə müqayisədə 17 min manat (34,0%) artım demək olub. Mənfəət vergisi xərci 13 min manat olub. Bu xərclər illik müqayisə ilə 2 min manat (18,2%) çoxdir. Nəticədə, "Qafqaz Kredit" 2024-cü il üzrə 54 min manat xalis mənfəət əldə edib. Bu da əvvəlki illə müqayisədə 14 min manat (35,0%) çoxdur.. İl üzrə digər məcmu gəlirlər illik müqayisədə müqayisədə 17 min manat (48,6%) azalaraq 18 min manata düşüb. Cəmi məcmu mənfəət isə 2023-cü illə müqayisədə 4 min manat (5,3%) azalaraq 71 min manat təşkil edib. Geri qayıt |