Regionlardakı 3 böyük xəstəxanada, Bakıda isə 5 poliklinikada rentgen kabinetlərinin fəaliyyəti dayandırılıb.
Teleqraf xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Bayramov "Xəzər Xəbər"- ə müsahibəsində deyib.
Onun sözlərinə görə, indiyə qədər bu problemlərin aradan qaldırılması ilə bağlı ciddi islahatlar aparılmayıb:
"Bakı şəhəri və regionlarda bir çox dövlət tibb müəssisələrində yoxlamalar artıq bitib. Əslində, bu problem bu günün problemi deyil. Bu tibb müəssisələrinin çoxu Sovet dövründə inşa edilmiş, indiyə qədər fəaliyyətdə olan müəssisələrdir.
İndiyə qədər bu problemlərin aradan qaldırılması ilə bağlı ciddi islahatlar aparılmayıb. Fövqəladə Hallar Nazirliyinin bu prosesi artıq sürətli şəkildə həyata keçirməsi çox xoş haldır. Regionlardakı 3 böyük xəstəxanamızda rentgen xidməti dayandırılıb.
Hazırda bu müəssisələrdə rentgen kabinetlərinin fəaliyyətinin bərpası üçün işlər gedir, qısa müddətdə qüsurlar aradan qaldırılacaq, rentgen xidmətləri istifadəyə veriləcək. Bakı şəhərində 5 poliklinikada da bu xidmət tam olaraq dayandırılıb. Hazırda vətəndaş bu xidmətdən istifadə üçün yaxınlıqdakı tibb müəssisələrinə yönləndirilir", - o bildirib.