ABŞ və Azərbaycan necə dil tapacaq? .....                     Həmkarlar İttifaqında qərar verən əsas güc: NİGAR VAHABZADƏ KİMDİR? .....                     Fransa Zəngəzurda Rusiyanı qabaqladı .....                     Rusiyadan danışıqlar imitasiyası: .....                     "Ondan elə bir söz eşitmişəm ki, ürəyim sınıb" .....                     Nazir müavini vəzifəsindən azad edildi .....                     Ramiz Mehdiyevin gəlini bankdakı payını artırıb .....                     Qurban bayramı ilə bağlı Elşad Miri və Hacı Surxay nələr danışıb? .....                     Yayda restoranlar müştəriləri belə soyur: .....                     Azərbaycan və Serbiya hərbi nümayəndələri arasında görüş keçirilib .....                     “Bacı və qardaşlarımı anamla birlikdə böyütmüşəm, .....                     “Eyni sifətlərə nə qədər baxmaq olar?!” .....                     “Həkimin vəzifəsi bir saniyə də olsa ömrü uzatmaqdır, bizdə isə..” .....                     Süleyman Mikayılovun Qobustan qəsəbəsində səyyar qəbulu keçirilib .....                     Ermənistan və Gürcüstan parlamentlərinin spikerləri .....                     Müharibə daha təhlükəli fazaya keçib .....                     Paşinyan-kilsə qarşıdurması: Bu savaşın qalibi kim olacaq? .....                     BP və SOCAR “Şəfəq-Asiman”dakı paylarının bir hissəsini Türkiyə şirkətinə verdilər .....                     "Mənə rus “şpion”u dedilər, o adamlara “tupoy” demək istəyirsən ki, başa düşsün" .....                     AZCON Holdinqdə təyinat olub .....                     "İrəvan hökuməti sözdən əmələ keçmir" .....                     FHN “Mi-17”nin təmirinə 659 min manat xərcləyəcək .....                     Oxumayan şagirdləri 9-cu sinifə necə gətirirlər? .....                     Qaydalarla oynamaq: kazinoların açılması ölkəmizə nə qazandıracaq? .....                     İTS ləğv olunan tenderi yenidən keçirir .....                     “Nə dişimi müalicə edir, nə də pulumu qaytarır” .....                     Nə hesab bilir... nə də kitab: ƏT 2 DƏFƏ BAHALAŞDI... .....                     8 yaşlı qızı zorladıqdan sonra öldürməklə hədələyib .....                     Pezeşkian İranın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib .....                     Fransanın konsulluğu hansı fəaliyyəti göstərəcək? .....                     Narazılığa səbəb olan kəskin bahalaşma .....                     Bu tikintiyə Riad Qasımov icazə verib? .....                     Sabiq deputatın oğluna məhbusun 55 min manat ödəməsi gizli razılaşmanı ortaya çıxardı .....                     Hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən "Beniz" ləqəbli tiktokerin .....                     Azərbaycan bu gün təkcə regionda deyil, eləcə də dünyada əsas enerji ixracatçısı kimi tanınır .....                     “Bu təhsil deyil, travmadır” .....                     Daşkəsəndə şirkət əməkdaşı iş yerində öldü .....                     Bərdədə məktəbdə FACİƏ: .....                     İranın Bakıdakı yeni azərbaycanlı səfiri: .....                     İcra başçısına müavin gedən direktorun vəzifəsi ona tapşırıldı .....                 

Dağlarda qurulan dağ kimi birlik - Ədalət Verdiyevin yazısı
Tarix: 2-06-2025, 10:32 | Çap et

Azərbaycanın Vətən Müharibəsindəki qələbəsindən sonra sülh barədə ən çox danışan Ermənistanın baş naziri Nikol Paşinyandır. Sülh təkliflərini ilk olaraq Azərbaycan təqdim etsə də, bu barədə bəyanatları bir-birinə calayan, amma real addımlar atmayan Ermənistan hakimiyyətidir.
Son həftə ərzində Paşinyan iki dəfə, parlamentin spikeri isə bir dəfə məğlub erməni xalqına söz verib ki, Azərbaycanla müharibə olmayacaq. “Mən inanıram ki, bütün mübahisələrə, bütün təxribatlara və s. baxmayaraq, Ermənistanla Azərbaycan arasında müharibə olmayacaq. İrəvan sülh gündəminə sadiqdir... Əgər Konstitusiya Məhkəməsi Bakı ilə sülh sazişini təsdiq etməsə, Konstitusiyaya dəyişikliklərin təşəbbüskarı olacaq. Çünki sülh bağlamaq fürsətini əldən vermək olmaz”,- Nikol son açıqlamasında bildirib.

Ermənistanın baş naziri Nostradamus kimi proqnozlar verməyə çalışır, daim sülhdən danışır, amma intensiv şəkildə Hindistan və Fransadan silah alır, yerli silah istehsalını gücləndirir, şərti sərhəddə silah, texnika, heyət, vasitə və avadanlıq yerləşdirir. Bütün bunların işğalçı ölkənin “sülh” imzalamağa çalışdığı Azərbaycana qarşı istifadə üçün nəzərdə tutulduğu şübhəsizdir.

Ermənistan rəhbərliyinin “Azəbaycanla sülh olacaq” kimi müddəalarını təmin etməsi üçün hərbi, siyasi, iqtisadi və diplomatik faktorlar olmalıdır. Hazırda Ermənistanın Azərbaycana bir dənə də olsun təsir mexanizmi mövcud deyil. İrəvan Azərbaycanı hansısa fəaliyyətində azacıq belə məhdudlaşdırmaq potensialından tamamilə məhrumdur. Son cümləni daha aydın şəkildə ifadə etməyə çalışacağam: Ermənistan ictimaiyyətində Vətən Müharibəsindəki məğlubiyyətdən sonra başlayan dərin depressiya hələ də davam edir. İnsanlar qorxu icindədir, bəzilərinin gözünə hər yerdə Azərbaycan Əsgəri görünür.

Ermənistanda revanş barədə təkliflər verənlər tapılır, lakin onların əksəriyyəti 44 günlük Vətən Müharibəsi zamanı ətək altında gizlənən fərarilərdir. Hazırda ölkənin hərbi gücü yox səviyyəsindədir. Fərari erməni ordusunun mənəvi-psixoloji və döyüş hazırlığı vəziyyəti Azərbaycana qarşı nəinki ultimatum dilində, hətta bərabər səviyyədə müzakirələr aparmağa imkan vermir. Buna görə də Ermənistan rəhbərliyi sülh barədə danışmağa məcburdur.

Bundan başqa:
• Tərəfdaşlıq etdiyi ölkələr Ermənistana Azərbaycan ilə mübarizədə real təsir mexanizminə malik hərbi, siyasi, iqtisadi və diplomatik dəstək verə bilmirlər.
• Ermənistanın insan resursları, müdafiə sənayesinin potensialı, maddi-texniki təminat və təchizat zənciri Azərbaycan ilə müqayisədə xeyli qədər zəifdir.
• Yelkənsiz gəmi kimi sahildən-sahilə üzən Ermənistanın təhlükəsizliyini təmin etməyə və ya onunla birlikdə Azərbaycana qarşı döyüşməyə, bu barədə hətta danışmağa hazır olan hərbi ittifaq mövcud deyil.
• Hərbi müttəfiq kimi Ermənistan heç bir ölkə üçün maraq kəsb etmir. Onu Müstəqillik Günündə təbrik edənlər belə tapılmır.
• Ermənistan Azərbaycan ilə rəqabət aparmaq üçün maliyyə qaynaqlarına malik deyil.
• Ölkənin bütün qoşun növlərində, xüsusilə də hava hücumundan müdafiə və hərbi hava qüvvələrində ciddi boşluqlar mövcuddur. Bir sözlə, göyüaçıq vəziyyətdədir.

Mayın 28-də Paşinyan Sardarapatda yenə sülhdən danışanda Azərbaycan Prezidenti İlham Əliyev Laçın beynəlxalq aeroportunun açılışını edirdi. Üç qardaş ölkənin lideri - Azərbaycan və Türkiyə prezidentləri və Pakistanın baş naziri Qərbi Zəngəzurun giriş qapısı olan Laçında görüşdülər. Ermənilərin 28 il darmadağın etdiyi Laçın artıq dünya miqyasında nüfuza malik rəhbər siyasətçiləri və onların təyyarələrini qəbul edir. Strateji münasibətlərə malik üç ölkənin arasında yeni hərbi-siyasi ittifaqın qurulması da məhz vaxtilə Ermənistanı Qarabağ ilə birləşdirən Laçında elan edildi.

3 qardaş ölkə arasındakı hərbi əməkdaşlıq ilk növbədə Ermənistana və onu dəstəkləyən ölkələrə qarşı aşkar əzələ nümayişidir. İrəvan isə meydanda tək və köməksiz qalıb. Ermənistanı dəstəkləyən ölkələrin özləri hazırda yardıma dərindən ehtiyac duyur. Ermənistana Azərbaycan, Hindistana Pakistan, Makrona Bricit və Fransa müstəmləkələri, İrana isə İsrail və ABŞ göz açmağa imkan vermir.

Azərbaycan, Türkiyə və Pakistan liderləri isə eyni güc mövqeyindən çıxış edir və bunu aşkar göstərirlər. Fransa, ABŞ, Rusiya, İran, Hindistan, Ermənistan və başqaları bu hərbi ittifaqa təsir etmək imkanlarına malik deyil. Yaxın perspektivdə bu ittifaqa dəstək verən Çinin və Türk Dövlətləri Təşkilatının Azərbaycan, Türkiyə və Pakistan birliyinə qoşulması da mümkündür.

Belə olan vəziyyətdə Azərbaycan zəif və müdafiəsiz Ermənistanı istədiyi qədər sıxır, amma suyunu hələlik tam çıxarmaq istəmir, çünki Prezidentimiz sülhün və təhlükəsizliyin tərəfdarıdır. Qan tökülməsini, erməni gənclərin mənasız yerə ölməsini istəmir. Amma İlham Əliyevin Ermənistanın vaxt uzatmaqla kritik həddə qədər silahlanmasına uzun müddət seyrçi qalacağını düşünmürəm.


Azərbaycan Prezidentinin irəli sürdüyü tələblər adətən 3-4 ay sonra baş nazir Paşinyan tərəfindən təklif kimi səsləndirilir. Əslində bu pis hal deyil. Pis olan odur ki, Paşinyanın verdiyi bəyanatlar həyata keçirilmir, söz olaraq qalır. Odur ki, Ermənistan verdiyi sözləri və götürdüyü öhdəlikləri yerinə yetirməyənə qədər son 5 ildə olduğu kimi bundan sonra da dalanda qalmaqda davam edəcək. Ən yaxşısı budur ki, Paşinyan Nostradamus kimi proqnozlar verməkdənsə, əməli addımlar atsın. O zaman sülh təmin oluna bilər.

Ədalət Verdiyev
Hərbi ekspert
AzVision.az











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ və Azərbaycan necə dil tapacaq? - AKTUAL
Bu gün, 00:29
Həmkarlar İttifaqında qərar verən əsas güc: NİGAR VAHABZADƏ KİMDİR? - İLGİNC
Bu gün, 00:21
Fransa Zəngəzurda Rusiyanı qabaqladı - Azərbaycana qarşı yeni oyun, yoxsa, özünümüdafiə cəhdi?
Bu gün, 00:17
Rusiyadan danışıqlar imitasiyası: - Moskva Kiyev qarşısında elə tələblər qoydu ki...
Bu gün, 00:14
"Ondan elə bir söz eşitmişəm ki, ürəyim sınıb"
Bu gün, 00:04
Nazir müavini vəzifəsindən azad edildi
Dünən, 18:49
Ramiz Mehdiyevin gəlini bankdakı payını artırıb – Qardaşının payı azalıb
Dünən, 17:17
Qurban bayramı ilə bağlı Elşad Miri və Hacı Surxay nələr danışıb? - DETALLAR
Dünən, 17:12
Yayda restoranlar müştəriləri belə soyur: - “50 manat...”
Dünən, 17:09
Azərbaycan və Serbiya hərbi nümayəndələri arasında görüş keçirilib
Dünən, 17:04
“Bacı və qardaşlarımı anamla birlikdə böyütmüşəm, - FOTO
Dünən, 16:54
“Eyni sifətlərə nə qədər baxmaq olar?!” – Prodüser KİMDƏN ŞİKAYƏTLƏNDİ?
Dünən, 16:52
“Həkimin vəzifəsi bir saniyə də olsa ömrü uzatmaqdır, bizdə isə..” - Rəşid Mahmudov
Dünən, 16:49
Süleyman Mikayılovun Qobustan qəsəbəsində səyyar qəbulu keçirilib
Dünən, 16:45
Ermənistan və Gürcüstan parlamentlərinin spikerləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər
Dünən, 16:43
Müharibə daha təhlükəli fazaya keçib - “Wall Street Journal”
Dünən, 16:39
Paşinyan-kilsə qarşıdurması: Bu savaşın qalibi kim olacaq? - İNCƏLƏMƏ
Dünən, 16:35
BP və SOCAR “Şəfəq-Asiman”dakı paylarının bir hissəsini Türkiyə şirkətinə verdilər
Dünən, 16:32
"Mənə rus “şpion”u dedilər, o adamlara “tupoy” demək istəyirsən ki, başa düşsün" - Nizami Cəfərov
Dünən, 16:30
AZCON Holdinqdə təyinat olub - FOTO
Dünən, 16:25
"İrəvan hökuməti sözdən əmələ keçmir" - deputat
Dünən, 16:22
FHN “Mi-17”nin təmirinə 659 min manat xərcləyəcək – Son 25 ildə “Mi-17” qəzaları
Dünən, 16:19
Oxumayan şagirdləri 9-cu sinifə necə gətirirlər? -Ekspertdən maraqlı AÇIQLAMA
Dünən, 16:18
Qaydalarla oynamaq: kazinoların açılması ölkəmizə nə qazandıracaq? - GƏLİŞMƏ
Dünən, 16:16
İTS ləğv olunan tenderi yenidən keçirir – Məbləğ 2 dəfədən çox artırılıb
Dünən, 16:15
“Nə dişimi müalicə edir, nə də pulumu qaytarır” - NARAZILIQ VAR...
Dünən, 16:05
Nə hesab bilir... nə də kitab: ƏT 2 DƏFƏ BAHALAŞDI... - Heyvan yemi əvəzinə pambıq əkəndə BELƏ OLUR...
Dünən, 16:03
8 yaşlı qızı zorladıqdan sonra öldürməklə hədələyib - Azərbaycanda DƏHŞƏT
Dünən, 16:00
Pezeşkian İranın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib - FOTO
Dünən, 15:58
Fransanın konsulluğu hansı fəaliyyəti göstərəcək? - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:33
Narazılığa səbəb olan kəskin bahalaşma - Əhali necə dolansın?
Dünən, 15:29
Bu tikintiyə Riad Qasımov icazə verib? - VİDEO
Dünən, 15:26
Sabiq deputatın oğluna məhbusun 55 min manat ödəməsi gizli razılaşmanı ortaya çıxardı - TƏFƏRRÜAT
Dünən, 15:20
Hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən "Beniz" ləqəbli tiktokerin məhkəməsi başlayıb
Dünən, 15:17
Azərbaycan bu gün təkcə regionda deyil, eləcə də dünyada əsas enerji ixracatçısı kimi tanınır - MƏQALƏ
Dünən, 15:14
“Bu təhsil deyil, travmadır” – Valiyenlərdən summativlərə qarşı ETİRAZ
Dünən, 13:06
Daşkəsəndə şirkət əməkdaşı iş yerində öldü
Dünən, 13:04
Bərdədə məktəbdə FACİƏ: - şagird 3-cü mərtəbədən yıxıldı
Dünən, 13:00
İranın Bakıdakı yeni azərbaycanlı səfiri: - Münasibətlər yeni mərhələdə?
Dünən, 12:54
İcra başçısına müavin gedən direktorun vəzifəsi ona tapşırıldı - ƏMR
Dünən, 12:52
“Nəsimi”ni kolbasa reklamına çəkdirən DÜNYA – Cəvahir Nehru YAZIR
Dünən, 12:49
Alim Qasımov məclislərdəki bu adətdən narazıdır
Dünən, 12:43
Qərb Paşinyanı tək buraxdı - Baş nazirin siyasi taleyi Köçəryan kölgəsindədir
Dünən, 12:39
Xaricdə yaşayan 7 bloger barəsində qiyabi həbs qərarı çıxarıldı - SİYAHI
Dünən, 12:33
Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq - belə deyirlər...
Dünən, 12:31
“Sovetski”dəki evlər sökülür: Sakinlər verilən puldan narazıdır - VİDEO
Dünən, 12:28
Mərkəzi Bankın valyuta ehtiyatları 619 milyon dollar azalıb
Dünən, 12:26
“AzSığorta”nın rəhbərliyində təyinat olub - BUNDAN SONRA...
Dünən, 12:24
“Orxan, mahnıların zibillikdir” - Qalmaqal böyüdü
Dünən, 12:18
İrandan Ərdoğana Zəngəzur cavabı - Tehran da onu deyirsə...
Dünən, 12:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru