"O məzar mənim üçün məktəbdir, dərsdir, ibrətdir..." .....                     Lerikdə itkin düşmüş 35 yaşlı kişini öldürməkdə şübhəli bilinən qazi saxlanılıb .....                     “Vətən müharibəsində on min düşmən əsgəri “ağıllı tərpənərək” aradan çıxdı” .....                     “Elə janrlar var ki, qulaq asmıram amma pisləmirəm də” .....                     Tanınmış həkim nazirliyi heçə saydı, video paylaşdı .....                     Qərbi Azərbaycan İcmasından anlaşılmaz addım: Vəsiqə paylayan təşkilat? .....                     Kiyevə sülh lazım deyil .....                     Rusiya və Ukrayna arasında humanitar kanallar üzrə real irəliləyiş var .....                     Bələdiyyə sədri sabiq məmurdan şikayət etdi: Qohumları onu təhdid edir? .....                     Siyəzəndə “zəhərli yem” FACİƏSİ: 100 minlik ziyan, saxta sənədlər, vergidən yayınma .....                     “Nəsibə xanım burada olub, bu evi necə satım? .....                     Ermənistanda Azərbaycan postuna tapança tuşlayan şəxsə qarşı cinayət işi açılıb .....                     İş adamı Emin Hüseynov dövlətə olan vergi borcunu ödəmir .....                     Ölkəni silkələyən 2 milyardlıq araşdırma: .....                     Son bir ildə Azərbaycanda 64 orta məktəb bağlanıb .....                     Ukraynaya hücumlarda İran və Şimali Koreya silahları istifadə olunur .....                     Azərbaycan-Ermənistan danışıqları başlayıb? .....                     ƏÜO-da "Komando başlanğıc kursu"nun növbəti buraxılış mərasimi keçirilib .....                     Bakıda üç narkotik istifadəçisinin şok əməlləri: “Sovetski”dən adam oğurladılar, dənizdə... .....                     SOCAR-a yaxın daha bir şirkət təsis edilib .....                     Azadə Hüseynovaya vəzifə verildi .....                     Ərdoğanla Pezeşkian regional və qlobal məsələləri müzakirə edib .....                     “Qumar kralı”nın həbsi uzandı .....                     Ermənistan polisinin 10 əməkdaşı narkotik istifadəsinə görə işdən qovulub .....                     “Elə janrlar var ki, qulaq asmıram amma pisləmirəm də” .....                     “Milyonlarla istifadəçisi var, amma böyük məbləğlərlə qazanmaq üçün hər şeyi hesablayıb” .....                     Ermənistan hakimiyyətində demokratik böhran dərinləşir .....                     “AXC xalqla yox, mafiya ilə işləyirdi” .....                     Ermənistan Baş nazirindən etiraf: .....                     Bakıda tikiləcək yeni parkın layihə sənədlərinə 2,4 milyon xərclənəcək .....                     “Kredit Servis BOKT”nin mənfəəti azalıb .....                     “AFB Bank”da SİNFİ BƏRABƏRSİZLİK!!! .....                     Dövlət qurumu illik audit üçün “RSM Azerbaijan” şirkətini seçdi .....                     2400 manat gəlirlə kim reklama müftə çəkilməz ki?! .....                     Nail Mehbalıyev mərkəzə direktor təyin edildi .....                     Tanınmış hotelin pulunu mənimsəməkdə təqsirləndirilən şəxsə hökm oxunub .....                     Daha bir tiktoker azadlığa buraxıldı .....                     İctimaiyyətdən “Azercell”-ə etirazlar davam edir .....                     Nazir müavininin anası 103 yaşında vəfat edib .....                     Moskvada çeçenlərin oğurladığı şəxsin həyatında Azərbaycanın rolu... .....                 

İrəvanın səmimiyyətinə şübhə və: sülh mesajları fonunda savaşa hazırlıq - NƏ BAŞ VERİR?
Tarix: 3-06-2025, 10:23 | Çap et

Son günlər rəsmi İrəvan tərəfindən sülh sazişi ilə bağlı pozitiv mesajlar verilıməkdədir. Ermənistan rəsmiləri, başda Baş nazir Nikol Paşinyan olmaqla az qala hər gün “sülhə hazırıq” bəyanatı səsləndirməkdədir. Fransa, Almaniya, ABŞ kimi beynəlxalq güclər tərəfindən də Bakı və İrəvana sülh çağırışları edilir. Rusiyanın timsalında isə sülh sazişi danışıqlarına, sərhədlərin delimitasiya və demarkasiyası işində vasitəçilik təklifləri səsləndirilir.

Azərbaycan isə İrəvandan verilən mesajlara və beynəlxalq aləmdən gələn çağırışlara səbirli davranış nümayiş etdirir. Rəsmi Bakının tələskənliyə yol verməməsinin səbəbi isə bəllidir: Ermənistan tərəfi Azərbaycanın sülh sazişi ilə bağlı şərtlərini, xüsusilə, Ermənistan Konstitusiyasının dəyişdirilməsi və Minsk Qrupunun ləğvi ilə bağlı ATƏT-ə birgə müraciəti hələ də icra etməyib. Bununla yanaşı, Ermənistan sülh bəyanatları fonunda hücum silahları ilə silahlanır ki, bu da Azərbaycanın qarşı tərəfə haqlı olaraq inamsızlığına zəmin yaradır.

Mövzu ilə bağlı AYNA.AZ-ın suallarını cavablandıran Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi ekspert Ramil Məmmədli deyib ki, əslində Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı səsləndirilən fikirlər məsələnin bir tərəfidir:

- Əsas amil hərbi məqamdır ki, bu məsələyə Azərbaycan olduqca həssaslıqla yanaşmalıdır. 44 günlük Vətən müharibəsindən sonra hərbi istiqamətdə atılan addımlar da ondan xəbər verir ki, Azərbaycan Ermənistanın gələcək niyyətlərindən xəbərdardır. Bilirsiniz, Paşinyan sonadək Ermənistanın rəhbəri olmayacaq. İstər-istəməz Azərbaycan post-Paşinyan dövrünə də hazır olmalıdır. Ermənistan elə bir ölkə deyil ki, hakimiyyət monolitliyi olsun, stabil hakim qüvvələr olsun. Bu siyasi Eyni zamanda, Ermənistan dövlətinin strateji xətti dəyişkəndir. Bu gün sülh danışıqları, hətta sülh sazişinin özü belə bizim üçün əhəmiyyətli və önəmli deyil. Önəmli olan Ermənistanın sülh müqaviləsinə qədər və sülh müqaviləsindən sonra atacağı addımlardır. Bu addımlar prosesin hansı istiqamətdə gedəcəyini müəyyənləşdirəcək.

Hesab edirəm ki, Ermənistanın İkinci Qarabağ müharibəsindən sonra hərbi imkanlarını artırması istiqamətində atdığı addımlar bu ölkənin Azərbaycana münasibətdə səmimi olmamasından xəbər verir. Digər tərəfdən, özünü regionda sülh və sabitliyin tərəfdarı kimi təqdim edən kənar qüvvələrin əsl niyyətləri fərqlidir. Hansı ki, həmin qüvvələr Ermənistanı beynəlxalq siyasi arenada Azərbaycanla qarşı-qarşıya təmaslarda dəstəkləyirlər, rəsmi İrəvana kömək edirlər. Deməli sülh və sabitlikdə səmimi deyillər və onların çağırışlarına şübhələr haqlıdır. Bunlar Azərbaycanı ehtiyyatlı davranmağı vadar edir.

- Eyni zamanda, sülhə hazır olduğunu bəyanatı edən Ermənistan silahlanmadan da geri qalmır...

- Əlbəttə, bu amil inama zərbə vuran əsas amildir. Ermənistanın aldığı hərbi-texniki avadanlıqlar, silah-sursatların böyük əksəriyyəti hücum təyinatlıdır. Hesab edirəm ki, bu texnika sülhpərvər yanaşma ilə ziddiyyət təşkil edir. Ermənistanın hücum silahları ilə silahlanması İrəvanın sülhdə səmimi olmadığının bariz nümunəsidir. Bundan başqa, Ermənistan Azərbaycanla şərti sərhəddə, Kəlbəcərdən Zəngilanadək ərazidə yeni hərbi hissələr formalaşdırır. Hətta bir yox, iki, biri ehtiyyat, biri isə hücum üçün nəzərdə tutulan hissələri formalaşdırması faktı var. Hücum təyinatlı hərbi hissələrin dislokasiya edilməsi və onların yeni silahlarla təminatı Ermənistanın hansı niyyətdə olduğunu göstərir.

Başqa bir maraqlı məlumat odur ki, Ermənistan 1990-cı illərdə Rusiyadan və digər ölkələrdən aldığı bəzi silah-sursatın, hərbi texnikaları satışa çıxarır, onların satışı üçün müqavilələr bağlayır. Bu hal ondan xəbər verir ki, Ermənistan köhnə texnika ilə vidalaşmaq, ordusunun hərbi texniki cəhətdən müasir silahlarla təmin etməkdədir. Biz yaxın vaxtlarda Ermənistan ordusunun müasir silahlarla təmin olunacağının şahidi olacağıq. Bu amillər Ermənistanın gələcəyə hesablanmış addımlar atdığından xəbər verir. Ona görə də, hesab edirəm ki, Azərbaycan sülh sazişini imzalamağa tələsməməkdə haqlıdır. Çünki qarşı tərəfə etibar etmək çətindir.

- Yəni ehtimal etmək olar ki, qarşı tərəf əslində sülhə yox, müharibəyə hazırlaşır?

- Mən deyə bilmərəm ki, sabah Ermənistan Azərbaycana qarşı müharibəyə başlayacaq. Ermənistanın indi Azərbaycanla müharibə aparmaq potensialı qətiyyən yoxdur. İrəvandakılar anlayırlar ki, üçüncü müharibə Ermənistanın tamamilə məhvi ilə nəticələnə bilər. Amma sabah üçün planlar qururlar və ordularını inkişaf etdirmək də məhz bunun göstəricisidir. Biz qarşı tərəfi tanıyırıq və hansı zehniyyətdə olduqlarını bilirik. Ola bilsin ki, indiki məqamda Paşinyan hökuməti müharibə istəmir, həqiqətən də bu fikrində səmimidir. Amma unutmayaq, Ermənistanda revanşist qüvvələr var və onlar hər bəyanatlarında təhdidlər səsləndirirlər. Dediyim kimi, sabah Paşinyan hakimiyyətdən gedə bilər, onun yerinə həmin revanşistlər gələ bilərlər. O revanşistlər də xarici havadarlarının göstərişi ilə, bölgədə sabitlikdə maraqlı olmayan qüvvələrin əmri ilə işğalçılıq niyyətinə düşə bilərlər. Faktiki olaraq, Ermənistan Konstitusiyasında Azərbaycana qarşıp ərazi iddiası qalır. Rəsmi Bakının da tələbi ona görədir ki, həmin iddiaya rəsmi şəkildə son qoyulsun. Sabah revanşistlər hakimiyyətə gələrlərsə, indi alınan hücum silahlarına əl atmayacaqlarına təminat yoxdur. Bu baxımdan, düşünürəm ki, Azərbaycanın sülh çağırışlarına səbirli yanaşması doğrudur. Sülh sazişində tələskənliyə yol vermək olmaz. Dərindən düşünəndə, sülh Azərbaycandan çox Ermənistana lazımdır. Əgər Ermənistan bunu dərk edirsə, Bakının şərtlərini dinməz-söyləməz qəbul etsin.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"O məzar mənim üçün məktəbdir, dərsdir, ibrətdir..."
Bu gün, 05:39
Lerikdə itkin düşmüş 35 yaşlı kişini öldürməkdə şübhəli bilinən qazi saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 00:05
“Vətən müharibəsində on min düşmən əsgəri “ağıllı tərpənərək” aradan çıxdı” - AKTUAL
Bu gün, 00:02
“Elə janrlar var ki, qulaq asmıram amma pisləmirəm də” - Ağamirzədən Hacı Aqil Məlikova ETİRAZ
Dünən, 21:39
Tanınmış həkim nazirliyi heçə saydı, video paylaşdı - VİDEO
Dünən, 21:34
Qərbi Azərbaycan İcmasından anlaşılmaz addım: Vəsiqə paylayan təşkilat? - NƏ BAŞ VERİR?
Dünən, 19:04
Kiyevə sülh lazım deyil - Rusiya Prezidenti
Dünən, 19:00
Rusiya və Ukrayna arasında humanitar kanallar üzrə real irəliləyiş var - Lavrov
Dünən, 18:14
Bələdiyyə sədri sabiq məmurdan şikayət etdi: Qohumları onu təhdid edir? - TƏFƏRRÜAT
Dünən, 18:01
Siyəzəndə “zəhərli yem” FACİƏSİ: 100 minlik ziyan, saxta sənədlər, vergidən yayınma – AQTA məsuliyyəti niyə BOYNUNDAN ATIR?
Dünən, 17:57
“Nəsibə xanım burada olub, bu evi necə satım? - “Yuxu” filminin çəkildiyi həyətdə...
Dünən, 17:52
Ermənistanda Azərbaycan postuna tapança tuşlayan şəxsə qarşı cinayət işi açılıb - erməni mediası
Dünən, 17:47
İş adamı Emin Hüseynov dövlətə olan vergi borcunu ödəmir - TƏFƏRRÜAT
Dünən, 17:44
Ölkəni silkələyən 2 milyardlıq araşdırma: - “Mətbuat azadlığı”, “insan haqları” və “demokratiya”...
Dünən, 17:41
Son bir ildə Azərbaycanda 64 orta məktəb bağlanıb – Rayonlar üzrə siyahı
Dünən, 17:37
Ukraynaya hücumlarda İran və Şimali Koreya silahları istifadə olunur - Zelenski
Dünən, 17:33
Azərbaycan-Ermənistan danışıqları başlayıb? – “Real nəticələr ola bilər”
Dünən, 17:31
ƏÜO-da "Komando başlanğıc kursu"nun növbəti buraxılış mərasimi keçirilib
Dünən, 17:27
Bakıda üç narkotik istifadəçisinin şok əməlləri: “Sovetski”dən adam oğurladılar, dənizdə... - TƏFƏRRÜAT
Dünən, 17:25
SOCAR-a yaxın daha bir şirkət təsis edilib - DETALLAR
Dünən, 17:21
Azadə Hüseynovaya vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 17:17
Ərdoğanla Pezeşkian regional və qlobal məsələləri müzakirə edib
Dünən, 17:06
“Qumar kralı”nın həbsi uzandı - Şikayəti rədd edildi
Dünən, 16:29
Ermənistan polisinin 10 əməkdaşı narkotik istifadəsinə görə işdən qovulub
Dünən, 16:22
“Elə janrlar var ki, qulaq asmıram amma pisləmirəm də” - Ağamirzədən Hacı Aqil Məlikova ETİRAZ
Dünən, 16:17
“Milyonlarla istifadəçisi var, amma böyük məbləğlərlə qazanmaq üçün hər şeyi hesablayıb” - Deputat “Azercell”i tənqid etdi
Dünən, 16:11
Ermənistan hakimiyyətində demokratik böhran dərinləşir - GƏLİŞMƏ
Dünən, 16:05
“AXC xalqla yox, mafiya ilə işləyirdi” - Zərdüşt Əlizadə
Dünən, 16:01
Ermənistan Baş nazirindən etiraf: - Bunu ölüm təhlükəsi altında etdim
Dünən, 15:57
Bakıda tikiləcək yeni parkın layihə sənədlərinə 2,4 milyon xərclənəcək
Dünən, 15:53
“Kredit Servis BOKT”nin mənfəəti azalıb
Dünən, 15:49
“AFB Bank”da SİNFİ BƏRABƏRSİZLİK!!! - İşçi maaşı azalıb, rəhbərlik isə...
Dünən, 15:34
Dövlət qurumu illik audit üçün “RSM Azerbaijan” şirkətini seçdi
Dünən, 15:21
2400 manat gəlirlə kim reklama müftə çəkilməz ki?! - “Çünki o Rasim Balayevdir”
Dünən, 15:18
Nail Mehbalıyev mərkəzə direktor təyin edildi - BUNDAN SONRA...
Dünən, 15:16
Tanınmış hotelin pulunu mənimsəməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Dünən, 15:11
Daha bir tiktoker azadlığa buraxıldı
Dünən, 15:10
İctimaiyyətdən “Azercell”-ə etirazlar davam edir - DETALLAR
Dünən, 13:11
Nazir müavininin anası 103 yaşında vəfat edib
Dünən, 13:09
Moskvada çeçenlərin oğurladığı şəxsin həyatında Azərbaycanın rolu... - TƏFƏRRÜAT
Dünən, 13:06
Müğənninin ƏN BÖYÜK ARZUSU: - “İstəyirəm, pullarımı ora xərcləyim”
Dünən, 12:59
Vaşinqton Qafqaza böyük diplomatik diqqət yetirir - “Eurasia.net”
Dünən, 12:56
Daha bir tikinti şirkəti hakim qarşısında… - Nə qərar veriləcək?
Dünən, 12:52
Ermənistanda indikindən daha legitim hökumət olmayıb - Paşinyan
Dünən, 12:48
Bu kreditlər silinir? - AÇIQLAMA
Dünən, 12:45
"Finoko" BOKT-un zərəri 2 dəfəyə yaxın artıb, kapitalı müflislik həddinə düşüb
Dünən, 12:41
“Roşka” ləqəbli tiktokerin həbs müddəti uzadılıb
Dünən, 12:38
Bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var - belə deyirlər...
Dünən, 12:34
BDU-nun nümayəndə heyəti “QS EduData Summit-2025” tədbirində iştirak edir
Dünən, 12:30
"Dövlət başçımızın uzaqgörən siyasətinin davamıdır" - deputat
Dünən, 12:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru