Əmək pensiyası alan şəxslərin - orqanizmin funksiyalarının pozulması faizi dəyişdikdə və ya əmək qabiliyyəti bərpa olunduqda, əmək pensiyasının verilməsi müddəti və qaydası qanunla necə həll edilir?
Əmək Pensiyaları haqqında AR - sı Qanunun 36-cı maddəsinə əsasən:
36.1. Orqanizmin funksiyalarının pozulması faizi dəyişdikdə, əmək pensiyasının məbləği orqanizmin funksiyalarının pozulmasıfaizinin dəyişdiyi aydan sonrakı ayın 1-dən yenidən təyin edilir.
36.2. Təkrar müayinədən keçirilən əmək pensiyaçısı əmək qabiliyyətli hesab edildikdə, əmək pensiyasının verilməsi əmək qabiliyyətli hesab edildiyi aydan sonrakı ayın 1-dən dayandırılır.
Azər Quliyev
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının
Eksperti - (dia-az.icu)