Əsas Səhifə > Güney Press > Belorusdan Rusiyaya KARTOF DƏSTƏYİ

Belorusdan Rusiyaya KARTOF DƏSTƏYİ


30-05-2025, 08:43

Bütün gücünü silah sənayesinə yönəldib ukraynalıların başına atəş yağdıran Rusiyada kartof qıtlığı başlayıb.
"DİA-AZ" xəbər verir ki, qıtlıq səbəbindən Rusiyada kartofun qiyməti keçən ilin müvafiq dövrü ilə müqayisədə 166, 5% bahalaşıb. İş o yerə çatıb ki, Belarus prezidenti Aleksandr Lukaşenko rəsmi media qurumları vasitəsilə xalqa müraciət edib.
"Biz həm Belarusu, həm də Rusiyanı təmin etmək üçün kifayət qədər kartof istehsal etməliyik", - deyən Lukaşenko ruslarla belarusların qohum millət olduğunu xatırladıb.
"Biz rus qohumlarımıza kömək etməliyik. Bundan əlavə, biz bundan yaxşı pul qazanacağıq", - Lukaşenko vurğulayıb.
Qeyd edək ki, Rusiya prezidenti Putinin də əsas gündəmini kartof böhranı təşkil edib. O, keçirdiyi etiraf edib ki, Rusiya zəif məhsuldarlığa görə kartof çatışmazlığı ilə mübarizə aparır.


Geri qayıt