[b] Biz Azərbaycanın ATƏT-in Minsk qrupunun buraxılması barədə şərti ilə razıyıq. Bunu Ermənsitanın Baş naziri Nikol Paşinyan deyib. O bildirib ki, bu, ümumilikdə, rəsmi İrəvan üçün qəbulediləndir: "Biz əmin olmaq istəyirik ki, Azərbaycanın niyyəti, belə demək olarsa, bu münaqişəni öz ərazisində bağlayıb, onu Ermənistan ərazisinə köçürmək deyil. Bunun da həlli yolu var. Bunun üçün bizim təklif etdiyimiz yol budur ki, sülh razılaşması və ATƏT-in Minsk qrupunun buraxılması barədə müraciət eyni yerdə, eyni vaxtda imzalansın". Ermənistan baş nazirinin fikrincə, bu, qarşılıqlı etimadın yaradılması və bölgədə stabilliyin qorunması üçün mühüm jest olardı. Politoloq Sahil Kərimli [color=#FF0000]Sherg.az[/color]-a söyləyib ki, Baş nazir Nikol Paşinyanın son açıqlamaları Ermənistanın qeyri-real mövqeyini bir daha ortaya qoyur: “Nikol Paşinyan beynəlxalq ictimaiyyəti çaşdırmaq, özünü sülh tərəfdarı göstərmək kimi manipulyasiyalarla məşğuldur. Ermənistanın Minsk qrupunun buraxılmasına razı olmasını bəyan etməsi hələ sülh prosesinə dəstək demək deyil. Çünki bu, Azərbaycanın Ermənistana təklif etdiyi haqlı və ədalətli təklifin yalnız bir hissəsidir. Azərbaycanın təklif etdiyi digər məsələlər isə hələ də həllini tapmayıb. Ermənistan konstitusiyasına dəyişiklik etməklə bağlı prosesi uzatmaqla qeyri-konstruktiv mövqe sərgiləyir. Azərbaycanın əsas tələblərindən biri Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından əl çəkməsidir. Yəni konkret olaraq Ermənistan konstitusiyasına dəyişiklik edilməlidir. Bundan sonra Ermənistanla Azərbaycan arasında ədalətli, uzunömürlü və dayanıqlı sülhdən danışmaq olar”. Ekspert qeyd edib ki, Azərbaycan Ermənistanın ərazi bütövlüyünü dəfələrlə tanıdığını beyan edib və bölgədə sülhün, təhlükəsizliyin əldə olunmasına ciddi dəstək verib: "Ermənistan isə bu prosesi uzatmaqla sülh və təhlükəsizlik üçün ciddi maneələr yaradır, bölgədə hərbi qarşıdurma formalaşdırmaq istiqamətində bir çox neqativ addımlar atır. Azərbaycanla şərtli sərədlərdə tez-tez atəşkəsin pozulması, Ermənistanda revanşist qüvvələrin ayaqlanması və hakimiyyətinin bunlara göz yumması Ermənistanın öz beyanatlarında səmimi olmadığını sübuta yetirir. Dayanıqlı sülhdən, qarşılıqlı ehtimaddan o zaman danışmaq olar ki, Ermənistan Azərbaycanın tələblərinə əməl etsin. Azərbaycana qarşı ərazi idiyalarından əl çəkmək, sərədlərin delimitasiya və demarkasiya prosesində konstruktiv mövqe tutmaq, bölgədə nəqliyyət kommunikasiya xətlərinin açılması, zəngəzur dəhlizinin reallaşdırılması prosesində Ermənistan ciddi addımlar atmalıdır”.[/b]