Azərbaycan nefti bahalaşıb .....                     Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir .....                     Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir .....                     Müştərinin sifarişini OĞURLADILAR VƏ... .....                     Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... .....                     Dəymiş ziyanı tam ödəmək istəmirlər... .....                     Ağzını açdı və... .....                     Məşhurluq artıq zəhmətlə qazanılmır: .....                     İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” .....                     4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir .....                     Dollar güclənir, neft bahalaşır, bazar dalğalanır: Azərbaycanı nə gözləyir? .....                     Paşinyandan 28 may ANONSU: Mesaj kimədir? .....                     Tramp İranı təslim olmağa məcbur edə biləcəyinə inanır .....                     Qarabağda 41 milyonluq layihə məmur şirkətinə verildi .....                     Starmer könüllü olaraq istefa verə bilər .....                     Məqsədimiz bu idi və Putin bacarmadı .....                     Şikayət etmək qadağandır... etsən də xeyri yoxdur... .....                     "Bizi adam yerinə qoymurlar..." .....                     Binəqədidə sakinlər buna görə narazılıq edir... .....                     ABŞ kartellərlə əlaqəli Meksika məmurlarını terrorçu kimi tanıyacaq .....                     Talıbovun kadrını Budaqov HİMAYƏ EDİR? .....                     Elmi işçi ilə qardaşı oğlu vətəndaşın pulunu vermir .....                     İtaliya ordusunun minaaxtaran gəmiləri Hörmüz boğazına doğru yola çıxıb .....                     Formatın süqutu: Rusiya nəyə ümid edir? .....                     Rusiya-Ukrayna savaşında həlak olan azərbaycanlıların məzarına “şəhid” sözü yazılmamalıdır .....                     “ “Avroviziya”-da qalib gələnlər orada-burada, restoranlarda pul qazanırlar, bu yarışmada iştirak etməməliyik” .....                     Ermənistan: müxalifət milyonçu, hakimiyyət “dilənçi” .....                     Köçəryan özünü tam olaraq Putinin vassalı hesab edir... .....                     “Qərb Paşinyanın sərt addımlarına göz yuma bilər” .....                     İcra Hakimiyyətinin 213 min manatlıq "alış-veriş"i ləğv olundu .....                     "Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ .....                     Qazancımızı basıb yeyirik, yoxsa qazancımız ancaq YEMƏYƏ ÇATIR? .....                     ABŞ İrana qarşı intensiv hücumları bərpa etməyə hazırlaşır .....                     Agentlik Neftçalada 20 ədəd mənzilin alınmasına 1,9 milyon manat xərcləyəcək .....                     Bağçalara elektron sənəd qəbulu dayandırılır .....                     Xoşqədəmin əri Doğuşdan şok ETİRAF .....                     Rasim Balayevin yerinə sədr bu tarixdə seçiləcək .....                     ADY-dən 258 min manatlıq tender .....                     “ATƏT-in Minsk qrupu diplomatiya tarixində uğursuz…” .....                     114 nömrəli avtobusun bitməyən problemləri... .....                 

Ordudakı korrupsiya ilə bağlı şok faktlar açıqlandı - həbsxanadan məktub
Tarix: 2-05-2014, 09:08 | Çap et
Ordudakı korrupsiya ilə bağlı şok faktlar açıqlandı
Hərbi-Dəniz Qüvvələrinin sabiq komandiri, vitse-admiral Şahin Sultanovun şikayəti əsasında həbs edilən “İnamla hüquq” MMC-nin direktoru, hüquq müdafiəçisi, vicdan məhbusu Bəxtiyar Məmmədov məhbəsdən redaksiyamıza məktub yollayıb.
Qeyd edək ki, 2011-ci ildə B.Məmmədovu həbs etdirən Ş.Sultanov da artıq həbsdədir.

“Baş vermiş cinayətlərdən general Məmməd Beydullayevin də xəbəri olub”
Ş.Sultanovun şikayəti əsasında 8 il müddətinə azadlıqdan məhrum edilən B.Məmmədov yazır:

- Hərbi Prokurorluq tərəfindən Müdafiə Nazirliyi (MN) Hərbi Dəniz Qüvvələrinin (HDQ) vəzifəli şəxsləri barədə 301626 saylı cinayət işi başlanıb və bu günə qədər Şahin Sultanov - HDQ komandanı; Yunis Məmmədov- HDQ-nin keçmiş qərargah rəisi; Elxan Hacıyev - keçmiş miçman, mülki şəxs; İlkin Əsgərov - təminedici gəmilər divizionunun komandan müavini; Seyfi Hüseynov - HDQ-nin keçmiş baza komandiri; Hafiz Bauşev - HDQ-nin keçmiş ərzaq xidməti rəisi; Qasım Quliyev - HDQ-nin keçmiş Hidroqrafiya rəisi və adını bilmədiyim HDQ vəzifəliləri həbs olunublar.

Azadlıqda olarkən və həbsdə olduğum 2 il 4 ay müddətində başda HDQ-nin sabiq komandanı Şahin Sultanovun təşkilatçılığı ilə törədilmiş bütün cinayət faktları barədə və bu cinayət faktlarının törədilməsində iştirakçı və vasitəçilər barədə MN-in Hüquq İdarəsinin rəisi Rauf Kişiyevə dəfələrlə saysız-hesabsız müraciətlər etmişəm. Buna baxmayaraq, heç bir tədbir görülməyib. Əksinə, cinayət faktları barədə araşdırma aparmaq əvəzinə cidd-cəhdlə gizlədib, bütün bu cinayət faktlarını öz şəxsi maddi maraqları zəminində ört-basdır edib.

HDQ-də baş vermiş cinayətlərdən bu qurumun sabiq hüquqşünası Rauf Zeynalovun və mətbuatda gedən yazılara əsasən MN-in keçmiş inspeksiya rəisi, general Məmməd Beydullayevin də xəbəri olub. Lakin onlar da kimlərinsə tapşırığı və öz şəxsi maraqları zəminində bütün bu cinayət faktlarının üstünü ört-basdır ediblər və bundan şirniklənən Şahin Sultanov, onun qanunsuz əmrlərini yerinə yetirən şəxslər hər gün dövlət əmlakını külli miqdarda və davamlı olaraq mənimsəməyi daha da sürətləndiriblər. Bu hərbi hissə ilə yaxından tanışlığım isə 2011-ci ilin avqust ayında Bayıl qəsəbəsində evləri plana düşmüş hərbçi və məcburi köçkün ailələrinin hüquqi yardım üçün mənə müraciət etməsindən sonra olub.

2011-ci ilin avqust ayında Səbayel rayonu, A.Quliyev küçəsi 4a və 4b ünvanlarında yaşayan və evləri plana düşmüş 6 hərbçi və 1 məcburi köçkün ailəsi mənə hüquqi yardım üçün müraciət etmişdi. Sonradan müxtəlif təzyiqlər nəticəsində 4 nəfər geri çəkildi və yalnız 2 hərbçi və 1 məcburi köçkün ailəsi mənimlə müqavilə bağlayaraq hüquqlarının qorunmasını xahiş etdilər. Onları dinlədikdən, müvafiq qanunvericiliyin tələblərinə nəzər saldıqdan, evlər plana düşən və yol çəkilən əraziyə vizual baxış keçirdikdən sonra əmin oldum ki, sakinlər haqlıdır və onlara mənzilləri əvəzinə ya digər yaşayış sahəsi, ya da bazar qiymətlərinə uyğun kompensasiya ödənilməlidir. 600 saylı h/h-nin keçmiş komandiri Ş.Sultanov köçürülmə prosesinə qanunsuz şəkildə qoşularaq sakinlərə hərtərəfli təzyiqlər göstərirdi ki, onlara təklif olunan 10 min manat müqabilində mənzilləri tərk etsinlər. Razılaşmadıqda isə onları cinayət işi başladacağı ilə hədələyirdi".

“Şahin Sultanov bu prosesə şəxsi tamahkarlığı üzündən qoşulmuşdu”

B.Məmmədov yazır ki, işğal altındakı Zəngilan rayonundandır və evsiz-eşiksiz qalmağın ağrı-acısını çəkib: “Əfqanıstan və Qarabağ savaşlarının iştirakçısı kimi hələ də inana bilmirdim ki, komandir kreslosunda oturan, vitse-admiral rütbəsi daşıyan bir şəxs öz zabitlərinə qarşı bu cür düşmənçilik münasibəti bəsləsin. Şübhəsiz ki, Şahin Sultanov bu prosesə şəxsi tamahkarlığı üzündən qoşulmuşdu. Onun hərəkətləri tam şəkildə qanunsuzluq olmaqla dövlətçiliyin kötüyünə balta vuran dəhşətli cinayət idi. Mən onun bu qanunazidd hərəkətləri barədə dövlət başçısına, Heydər Əliyev Fonduna, MTN-ə, Baş Prokurorluğa, Milli Məclisə, Hərbi Prokurorluğa, ombudsmana və digər dövlət qurumlarına müraciətlər ünvanlamışdım. Şahin Sultanov gördükdə ki, zabitlər müdafiəsiz deyil, məni susdurmaq, onları isə qorxutmaq üçün MN-dəki havadarları, ilk növbədə isə hüquq idarəsinin rəisi Rauf Kişiyevin ssenarisi ilə məni şərləyib tutdurmaq qərarına gəldilər. 18 noyabr 2011-ci ildə MN-ə dəvət olundum. Keçmiş nazir Səfər Əbiyevin tapşırığı ilə Şahin Sultanov barəsində daxili araşdırma aparıldığını bildirərək şikayətləri dayandırmağım(?) və onlardan imtina etməyim(?) tələb olundu.

Bundan əvvəl isə bu mövzulu xahişlər nazirliyin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu, nazir müavini Çingiz Məmmədov, Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində dərs deyən doğma qardaşım Bayram Məmmədov tərəfindən də edilmişdi. Mən çoxsaylı xahişləri, nazirliyin nüfuzunu nəzərə alaraq himanistlik göstərdim və şikayətlərdən imtina etməyim barədə izahat yazdım və cəmi 1 aydan sonra da sifarişli şəkildə həbs edildim. Şahin Sultanov istintaqa ərizə ilə müraciət edərək bildirmişdi ki, guya ondan 18 min manat pul istəmişdim. Tam şəkildə absurd olmaqla çox ağılsız bir addım idi. Ali təhsilli hüquqşünasam, Polis Akademiyasını bitirmişəm, uzun müddət əməliyyat-axtarış sahəsində işləmişəm. Şahin Sultanovun Bayılda törətdiyi bütün cinayətlərin ən xırda təfərrüatlarına qədər bələdəm və heç vaxt onların yalandan uydurduğu işlərə qol qoya bilməzdim".

Sizin zabitlərin hüquqlarını müdafiə etmişdim də...

B.Məmmədov Müdafiə Nazirliyi Hüquq İdarəsinin rəisi Rauf Kişiyevə səslənərək yazır: “Bir hüquq müdafiəçisinin ölkənin Müdafiə Nazirliyinə tərəf atdığı humanist addımın qarşılığı şərlənərək həbs olunmaq və günahsız şəkildə 8 il cəza almaqdır? Mən nə etmişdim ki? Sizin zabitlərin hüquqlarını müdafiə etmişdim də... O hüquqları ki, onları qorumaq sizin vəzifə borcunuzdur və buna görə dövlət sizə yüksək rütbə verib, hər ay yüksək məvacib verir.
Bildiyiniz kimi. Azərbaycan Respublikası CM-in 30.1-ci maddəsinə əsasən “Cinayəti başa çatdırmaq imkanına malik olduğunu dərk edən şəxs tərəfindən cinayətə hazırlıq hərəkətlərinin və ya bilavasitə cinayət törətməyə yönəldilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) dayandırılması, cinayəti törətməkdən könüllü imtina etmə sayılır”.
Həmin məcəllənin 30.2-ci maddəsinə əsasən cinayəti başa çatdırmaqdan könüllü olaraq qəti imtina edən şəxs cinayət məsuliyyətinə cəlb olunmur”.

Rauf Kişiyevlə Şahin Sultanov “sövdələşiblər”?

Yəni əgər fərz etsək ki, mən təqsirli bilindiyim cinayət əməlini həqiqətən də törətmək istəmişəm və həbsdən əvvəl nazirliyə dəvət olunaraq rəsmi şəkildə şikayətlərdən imtina etmişdimsə, deməli, qanunvericiliyin tələbinə görə cinayət məsuliyyətinə cəlb olunmamalıydım. Lakin artıq 3 ilə yaxındır ki, Şahin Sultanov barəsində aparılmış(?) araşdırmanın nəticəsi olaraq tərtib edilmiş ARAYIŞ-MƏRUZƏNİN və ya QƏRARIN surətini nə mən, nə də vəkillərim əldə edə bilmirlər. Çünki Müdafiə Nazirliyinin Hüquq İdarəsinin rəisi Rauf Kişiyev bütün var gücü ilə bundan imtina edir!!! Əvvəla bilinmir ki, belə bir araşdırma həqiqətən də aparılıbmı? Bəlkə Rauf Kişiyevlə Şahin Sultanov “sövdələşiblər”?
Görəsən, onun marağı nədir bu işlərdə?

Hansı sənədə əsasən gətirib 290 min manat paylayırdınız?

Çoxsaylı qanun pozuntularına yol vermiş, cinayət əməllərinin törədilməsində təqsirli bilinən Şahin Sultanov artıq ölkə prezidentinin sərəncamı ilə hərbi xidmətdən də “xidməti uyğunsuzluğa görə” qovularaq ona hərbi geyim forması daşımaq qadağan olunub. 23 aprel 2014-cü il tarixində isə vəzifə saxtakarlığı və mənimsəmə (külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinərək Hərbi Məhkəmənin qərarı ilə həbs olunub. Belə bir adamın hansı səbəbdən müdafiə olunması çoxsaylı suallar doğurur. MN-in Hüquq İdarəsinin rəisi cinayətkarların deyil, qanunçuluğun keşiyində durmalıdr, məgər o bunu bilmir? Bilirsə hansı səbəbdən sənədləri təqdim etməkdən imtina edir? Həm hüquq müdafiəçisini həbs etdirəcəyinlə hədələ-təhdid et, həm tabeçiliyində xidmət edənləri də bu işə qoşmaqla onun qanunsuz həbsinə və azadlıqdan məhrum olunmasına nail ol, həm də zəruri sənədləri təqdim etməkdən imtina et... Hansı səbəbdən? Marağı nədir, görəsən, Rauf Kişiyevin? Eyni hal vaxtilə Səbayel rayonu A.Quliyev küçəsi 4a və 4b ünvanlarında yaşamış 28 ailəyə pul ödənişi cədvəlinin təqdim olunması ilə bağlı yaşanır. 3 ildir ki, bu sənədi heç kimə göstərmirlər. Mənə hüquqi yardım üçün müraciət etmiş bir neçə hərbçi, qeyd edirəm ki, onların sayı ilk əvvəl 6 nəfər olub, bildiriblər ki, 10 manat pul vəsaiti 12 sentyabr 2011-ci ildə HDQ Qərargahının binasında əlbəəl paylanıb. 600 saylı hərbi hissə ilə “Azvirt” şirkəti arasında pulun alınması barədə akt isə bundan 17 gün sonra - 29 sentyabr 2011-ci ildə(!) bağlanıb.

Sual olunur: - 12 sentyabr 2011-ci ldə hansı sənədə əsasən gətirib 290 min manat pul paylayırdınız? Yel əsib xəzan tökülmüşdü, siz də çamadana doldurub gətirib məcburi paylaşdırırdız?"










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan nefti bahalaşıb
Bu gün, 09:59
Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir - İsrafil Kərimovun yazısı
Bu gün, 09:54
Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir - MƏQALƏ
Bu gün, 09:53
Müştərinin sifarişini OĞURLADILAR VƏ... - FOTOFAKT
Bu gün, 09:50
Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... - BU DA FAKT
Bu gün, 09:45
Dəymiş ziyanı tam ödəmək istəmirlər... - AXI NİYƏ?
Bu gün, 09:35
Ağzını açdı və... - REPLİKA
Bu gün, 09:24
Məşhurluq artıq zəhmətlə qazanılmır: - Ani şöhrətin görünməyən təhlükələri…
Bu gün, 09:19
İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:22
4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir - NƏ ETMƏLİ?
Bu gün, 08:21
Dollar güclənir, neft bahalaşır, bazar dalğalanır: Azərbaycanı nə gözləyir? - AKTUAL
Bu gün, 08:19
Paşinyandan 28 may ANONSU: Mesaj kimədir? - GƏLİŞMƏ
Bu gün, 08:17
Tramp İranı təslim olmağa məcbur edə biləcəyinə inanır
Bu gün, 08:14
Qarabağda 41 milyonluq layihə məmur şirkətinə verildi - BU NƏDİ BELƏ?
Bu gün, 08:12
Starmer könüllü olaraq istefa verə bilər - "Telegraph"
Bu gün, 07:12
Məqsədimiz bu idi və Putin bacarmadı - Şolts
Bu gün, 07:08
Şikayət etmək qadağandır... etsən də xeyri yoxdur... - NARAZILIQ VAR...
Bu gün, 06:52
"Bizi adam yerinə qoymurlar..." - ETİRAZ VAR!
Bu gün, 06:37
Binəqədidə sakinlər buna görə narazılıq edir... - MÜRACİƏT
Bu gün, 05:48
ABŞ kartellərlə əlaqəli Meksika məmurlarını terrorçu kimi tanıyacaq - NYT
Bu gün, 05:42
Talıbovun kadrını Budaqov HİMAYƏ EDİR? - İLGİNC FAKTLAR
Bu gün, 05:35
Elmi işçi ilə qardaşı oğlu vətəndaşın pulunu vermir - GİLEY
Bu gün, 05:12
İtaliya ordusunun minaaxtaran gəmiləri Hörmüz boğazına doğru yola çıxıb - KİV
Bu gün, 05:05
Formatın süqutu: Rusiya nəyə ümid edir? - AKTUAL
Bu gün, 05:03
Rusiya-Ukrayna savaşında həlak olan azərbaycanlıların məzarına “şəhid” sözü yazılmamalıdır - ETİRAZ
Bu gün, 05:02
“ “Avroviziya”-da qalib gələnlər orada-burada, restoranlarda pul qazanırlar, bu yarışmada iştirak etməməliyik” - ÇAĞIRIŞ
Bu gün, 04:59
Ermənistan: müxalifət milyonçu, hakimiyyət “dilənçi” - ARAŞDIRMA
Bu gün, 04:56
Köçəryan özünü tam olaraq Putinin vassalı hesab edir... - GƏLİŞMƏ
Bu gün, 04:54
“Qərb Paşinyanın sərt addımlarına göz yuma bilər” - ÇÜNKİ...
Bu gün, 04:50
İcra Hakimiyyətinin 213 min manatlıq "alış-veriş"i ləğv olundu - BUNA GÖRƏ
Bu gün, 04:48
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ - Ofşor mülklər, qarşılıqsız çeklər və HƏBS SSENARİSİ
Bu gün, 04:46
Qazancımızı basıb yeyirik, yoxsa qazancımız ancaq YEMƏYƏ ÇATIR? - "Bu rəqəm Afrika ölkələrinə yaxındır..."
Bu gün, 04:29
ABŞ İrana qarşı intensiv hücumları bərpa etməyə hazırlaşır - "The New York Times"
Bu gün, 04:19
Agentlik Neftçalada 20 ədəd mənzilin alınmasına 1,9 milyon manat xərcləyəcək
Dünən, 17:41
Bağçalara elektron sənəd qəbulu dayandırılır - Səbəb
Dünən, 17:40
Xoşqədəmin əri Doğuşdan şok ETİRAF - "Münasib olmayan yerlərimdən bıçaqlanmışam, kişi belə..."
Dünən, 17:02
Rasim Balayevin yerinə sədr bu tarixdə seçiləcək
Dünən, 16:59
ADY-dən 258 min manatlıq tender - Saqqız, kəkliklotu, mixək alır
Dünən, 16:58
“ATƏT-in Minsk qrupu diplomatiya tarixində uğursuz…” - deputat
Dünən, 16:56
114 nömrəli avtobusun bitməyən problemləri... – Niyə tədbir görülmür?
Dünən, 16:51
Qısqanc arvadını döyən kişiyə elektron qolbaq taxıldı
Dünən, 16:14
Azərbaycana qarşı vuruşan erməni general Almaniyada öldü - Ermənistan mediası
Dünən, 16:07
62 milyon manatlıq mal satan “Giltex” 770 MİN MANAT ZƏRƏR AÇIQLADI - TƏFƏRRÜAT
Dünən, 16:06
Tikinti şirkəti ilə sakin arasında GƏRGİNLİK - Yasamalda gərgin məhkəmə işi
Dünən, 16:00
Gürcüstanda qəzada ölən azərbaycanlıların sayı 8-ə çatdı
Dünən, 15:57
Bakıxanov qəsəbəsində ağaclar kəsilib? - Hacı Rasim Nəbiyevin qanunsuz obyekt tikintisi….
Dünən, 15:38
Alim Qasımov "Eurovision"a gedə bilər? - Xalq artistindən açıqlama
Dünən, 15:21
Tramp İranın nüvə proqramının 20 il müddətinə dayandırılmasına razıdır
Dünən, 15:20
"Gələn il Avroviziyaya getməsək, yaxşıdır, ya da Alim Qasımovu göndərib Avropanı təəccübləndirək" - Baba Vəziroğlu
Dünən, 15:06
Azərbaycanlı xanım məhkəməni uddu - vətəndaşlığı qaytarıldı
Dünən, 15:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru