Azərbaycan nefti bahalaşıb .....                     Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir .....                     Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir .....                     Müştərinin sifarişini OĞURLADILAR VƏ... .....                     Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... .....                     Dəymiş ziyanı tam ödəmək istəmirlər... .....                     Ağzını açdı və... .....                     Məşhurluq artıq zəhmətlə qazanılmır: .....                     İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” .....                     4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir .....                     Dollar güclənir, neft bahalaşır, bazar dalğalanır: Azərbaycanı nə gözləyir? .....                     Paşinyandan 28 may ANONSU: Mesaj kimədir? .....                     Tramp İranı təslim olmağa məcbur edə biləcəyinə inanır .....                     Qarabağda 41 milyonluq layihə məmur şirkətinə verildi .....                     Starmer könüllü olaraq istefa verə bilər .....                     Məqsədimiz bu idi və Putin bacarmadı .....                     Şikayət etmək qadağandır... etsən də xeyri yoxdur... .....                     "Bizi adam yerinə qoymurlar..." .....                     Binəqədidə sakinlər buna görə narazılıq edir... .....                     ABŞ kartellərlə əlaqəli Meksika məmurlarını terrorçu kimi tanıyacaq .....                     Talıbovun kadrını Budaqov HİMAYƏ EDİR? .....                     Elmi işçi ilə qardaşı oğlu vətəndaşın pulunu vermir .....                     İtaliya ordusunun minaaxtaran gəmiləri Hörmüz boğazına doğru yola çıxıb .....                     Formatın süqutu: Rusiya nəyə ümid edir? .....                     Rusiya-Ukrayna savaşında həlak olan azərbaycanlıların məzarına “şəhid” sözü yazılmamalıdır .....                     “ “Avroviziya”-da qalib gələnlər orada-burada, restoranlarda pul qazanırlar, bu yarışmada iştirak etməməliyik” .....                     Ermənistan: müxalifət milyonçu, hakimiyyət “dilənçi” .....                     Köçəryan özünü tam olaraq Putinin vassalı hesab edir... .....                     “Qərb Paşinyanın sərt addımlarına göz yuma bilər” .....                     İcra Hakimiyyətinin 213 min manatlıq "alış-veriş"i ləğv olundu .....                     "Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ .....                     Qazancımızı basıb yeyirik, yoxsa qazancımız ancaq YEMƏYƏ ÇATIR? .....                     ABŞ İrana qarşı intensiv hücumları bərpa etməyə hazırlaşır .....                     Agentlik Neftçalada 20 ədəd mənzilin alınmasına 1,9 milyon manat xərcləyəcək .....                     Bağçalara elektron sənəd qəbulu dayandırılır .....                     Xoşqədəmin əri Doğuşdan şok ETİRAF .....                     Rasim Balayevin yerinə sədr bu tarixdə seçiləcək .....                     ADY-dən 258 min manatlıq tender .....                     “ATƏT-in Minsk qrupu diplomatiya tarixində uğursuz…” .....                     114 nömrəli avtobusun bitməyən problemləri... .....                 

Ceyms Uorlikin xarakteri və ABŞ siyasətinin keyfiyyəti - TƏHLİL
Tarix: 2-05-2014, 08:47 | Çap et
Ceyms Uorlikin xarakteri və ABŞ siyasətinin keyfiyyəti
Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov ATƏT-in Minsk Qrupunun 22 illik uğursuz missiyası ərzində heç vaxt rast gəlinməyən hadisənin anonsunu verib. Prezidentin Qarabağ məsələsi üzrə xüsusi səlahiyyətli nümayəndəsi mətbuat üçün bəyanatla çıxış edərək bildirib ki, rəsmi Bakı Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorilikin geri çağırılması barədə məsələ qaldırmağa hazırlaşır.

Virtualaz.org saytı xəbər verir ki, A.Əzimov Azərbaycanın amerikalı həmsədrin fəaliyyəti ilə bağlı ciddi narazılığını bildirərək deyib ki, onun Qarabağ münaqişəsi ilə bağlı açıqlamaları və Amerikadakı erməni diasporu ilə sıx təmasları rəsmi Bakı üçün başqa seçim imkanı qoymur. İlk dəfədir ki, münaqişə tərəflərindən biri həmsədrlərdən birinin, xüsusən də Minsk Qrupundakı Amerika təmsilçisinin geri çağrılması məsələsini qoyur.

Araz Əzimovdan əvvəl Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Novruz Məmmədov da Ceyms Uorlikin fəaliyyətindən narazı olduğunu bildirib. Başqa sözlə, Azərbaycan rəhbərliyi amerikalı diplomatla işləmək istəmir və danışıqlar prosesinin son üç ildə faktiki olaraq dayandığı, ABŞ-ın postsovet məkanında mövqelərini sürətlə əldən verdiyi bir vaxtda Ceyms Uorlikin geri çağrılmasını tələb edir.

Con Kerri Ceyms Uorliki necə təqdim edirdi

Ceyms Uorlik Minsk Qrupunda təcrübəli amerikalı diplomat, Balkan sülh razılaşmasının memarlarından biri olan, ancaq Qarabağ nizamlanmasında heç bir ciddi performans ortaya qoya bilməyən Robert Bradtkeni əvəz edib. 2013-cü ildə AB Ş dövlət katibi Con Kerri C.Uorlikin Minsk Qrupunda yeni həmsədr təyin olunması ilə bağlı bəyantından sitat: “Səfir Ceyms Uorlik bu vəzifədə işləmək üçün Avropa və Avrasiyada geniş iş təcrübəsinə malikdir. Bu yaxınlarda o ABŞ-ın Əfqanıstan və Pakistan üzrə xüsusi nümayəndəsi olub, Əfqanıstanda təhlükəsizliyə dair ikitərəfli danışıqlarda vasitəçilik edib. O, 2009-2012-ci illərdə ABŞ-ın Bolqarıstandakı səfiri işləyib, dövlət katibinin beynəlxalq təşkilatlarla iş üzrə birinci köməkçisi olub, 2005-2006-cı illərdə Dövlət Departamentinin Avropa təhlükəsizliyi və siyasi məsələlər İdarəsinin direktoru vəzifəsini icra edib. Birləşmiş Ştatlar əvvəlki kimi tərəflərə Dağlıq Qarabağ münaqişəsinin sülh yoluyla nizamlanmasında yardım göstərməyə sadiqdir. Səfir Uorlik tərəflərə bu məsələdə kömək etmək üçün təcrübəyə, biliyə və peşəkarlığa malikdir”.

Məmmədyarovun piti qonaqlığı və ya Bakıda yaxşı xalçanı haradan tapmaq olar

Bəyanatdan dərhal belə təəsürat yaranırdı ki, səfir Uorlik Azərbaycanın yerləşdiyi regionu bilən münaqişələrin nizamlanmasında vasitəçilik etmək qabiliyyəti olan peşəkar diplomatdır. Hərçənd ki, həmsədrlərin bir-birini əvəzləməsiDağlıq Qarabağ münaqişəsinin nizamlanmasında uzun illərdir ki, heç bir ciddi əhəmiyyət kəsb etməmişdi.

Bu baxımdan yeni amerikalı vasitəçinin kimliyi Azərbaycanda çox az adamı maraqlandırırdı. Ancaq çox keçmədən Ceyms Uorlik ortaya fərq qoya bildi. Məlum oldu ki, səfir Uorlik digər amerikalı həmsədrlərdən fərqli olaraq sosial şəbəkələrdə fəaldır və bəyanatlarını Twitter-dən yayır. Özü də bu bəyanatlar bütün region üçün ciddi təhlükəyə çevrilmiş münaqişə barədə yox, piti və toğlu əti, yaxud Bakıda yaxşı xalçanı hardan almağın mümkünlüyü barədə olur.

Beləliklə, Səfir Uorlik missiyasına başlayandan sonra ilk dəfə ötən ilin oktyabrında Bakıya gəldi. Prezident İlham Əliyevlə və xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb ilk bəyanatlarını Twitter-dən yaydı.

Uorlikin ilk tviti belə idi: : “Azərbaycanın xarici işlər naziri ilə əla nahar etdim – piti yedim. Toğlu əti mükəmməl idi!”.

Diplomatın ikinci tvitindən isə məlum olurdu ki, o, Bakıda xalça axtarır: “Bakıda belə gözəl xalçaları haradan tapa bilərəm?.. Ənənəvi Azərbaycan xalçaları, əl işi…”.

Ledi Qaqa, ağdamlı “qaqalar” və Ceyms Uorlik

Çox keçmədən səfir Uorlik yenidən təəcübləndirməyi bacardı. Bu dəfə o, “Azadlıq” radiosunun erməni xidmətinə müsahibəsində amerikalı estrada ulduzu, özünün ekstravaqant hərəkətləri ilə məşhur olan Ledi Qaqadan danışırdı. Sitat: “Mənim Ledi Qaqa ilə görüşmək imkanım olub. Hər kəs onun fantastik aktrisa olduğunu bilir, lakin düşünürəm ki, az adam müğənninin həm də yaxşı adam olmasından məlumatlıdır”.

Uorlik Ledi Qaqa ilə çəkdirdiyi şəkli də Twitter-də yaydı. Lakin heç cür anlaşılmırdı ki, missiyası Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik olan səfir Uorlik Ledi Qaqa ilə bu münaqişə arasında hansı əlaqə görüb? Bəlkə diplomat Bakıda nazir Elmar Məmmədyarovla yağlı toğlu ətindən bişən pitini yeyəndə (bu cür yağlı yeməyi araqsız yemək diplomatik normalara uyğun olmazdı) Ledi Qaqanın əslən işğal altındakı Ağdamdan olduğu barədə Azərbaycanda yaranmış zarafatı eşidib və bunu ciddi qəbul edib?

Ceyms Uorlikin xarakteri və ABŞ siyasətinin keyfiyyəti

Bakı gecələri və romantik üslubda diplomatiya

Olduqca maraqlıdır ki, Uorlik missiyasının icrasına başlayandan sonra təkbaşına Bakıya bir neçə dəfə səfər etdi. Dekabr ayında Bakıya növbəti gəlişində səfir piti və xalça haqda yazmasa da xeyli romantik görünürdü. Onun növbəti tviti belə oldu: “Gecələr Bakının üfüqü necə də füsunkardır”.

Amerikalı həmsədrin ilk kəşfi, Uorlik münaqişə tərəflərini necə “tapdı”

Nəhayət bu ilin martında Haaqada keçirilən nüvə təhlükəsizliyi sammitində Azərbaycan və Ermənistan prezidentləri, xarici işlər nazirləri ilə görüşlərdən sonra Ceyms Uorlik Qarabağ münaqişəsi ilə bağlı “möhtəşəm kəşfini” açıqladı. Amerikalı diplomatın Haaqa tviti belə oldu: “Bu gün mənə düzəliş verdilər. Bu münaqişə Dağlıq Qarabağla Azərbaycan arasındadır. Biz Qarabağ münaqişəsinin bütün tərəflər üçün dinc yolla nizamlanmasını istəyirik”.

Ceyms Uorlikə bu düzəlişi kim vermişdi? Əlbətdə ki, Ermənistan xarici işlər naziri Edvard Nalbəndyan və prezident Serj Sərkisyan.Diplomatın münaqişə barədə bu qeyri-ciddi, sərsəm şərhinə Bakıdan əvvəlcə yüngül etiraz etdilər, onu açıqlamalarında diqqətli olmağa çağırdılar. Gözləmək olardı ki, səfir bu etirazdan sonra öz səhvinə düzəliş verəcək.

Ceyms Uorlikin xarakteri və ABŞ siyasətinin keyfiyyəti

Brayza dediklərini təkzib edirdi, Uorlik heç bunu da ermədi

Hansı ki, ABŞ-ın Minsk Qrupundakı keçmiş nümayəndəsi Metyu Brayza da vaxtilə ya Qarabağda, ya İrəvanda yağlı kababdan, tut arağından sonra bu cür “ethiyatsızlıqlar” edirdi. Ancaq Brayza ayılan kimi səhvini düzəltməyə çalışırdı və günahı jurnalistlərin üzərinə ataraq deyirdi ki, onun dediklərini təhrif ediblər. Ancaq C.Uorlik heç bunu da etmədi.

Əslində nəyi təkzib edəsən? Axı Uorlikin əvəzindən bu tviti jurnalistlər və ya bir başqası yazmamışdı. Nəticədə amerikalı diplomatın nəhayət Qarabağ münaqişəsinin tərəflərini “kəşf edən” bu açıqlaması Azərbaycanda ona ciddi etimadsızlığın əsasını qoydu.

Bakının səbri daşır

Ardınca C.Uorlik Sumqayıt hadisələrinin ildönümünü yad etdi, ancaq Xocalı soyqırımının ildönümü çatanda səsini çıxarmadı. Nə baş verirdi? Keçmiş ermənipərəst senator Con Kerrinin seçib təyin etdiyi diplomatın bu əcaib fikirləri və mövqeyi ermənilərə gizli simpatiyadan xəbər vermirdi ki?

Nəhayət Uorlik rəsmi Bakının səbrini daşırdı və indi prezidentin Qarabağ üzrə xüsusi səlahiyyətli nümayəndəsi bildirir ki, diplomat Amerikadakı erməni diasporunun nümayəndələri ilə sıx təmasdadır. Missiyasına zidd olaraq erməni diasporunun qondarma “DQR”i tanıtmağa yönələn tədbirlərinə qatılır və üstəlik onun Qarabağ münaqişəsi ilə bağlı son şərhləri, Ukraynadakı situasiya ilə bu münaqişə arasında paralellik aparması Azərbaycana onu geri çağırmaq tələbi qoymaqdan başqa seçim buraxmır.

Con Kerri etimadını itirmiş səfiri geri çağıracaqmı

Bəs rəsmi Bakının amerikalı vasitəçiyə etimadsızlığını bu cür açıq ortaya qoymasından sonra nə baş verəcək? Əslində diplomatik etiket tələb edir ki, ABŞ Uorlikin Minsk Qrupundan kənarlaşdırılması üçün rəsmi prosedurun başlamasını gözləmədən onu geri çağırsın. Çünki münaqişə tərəflərindən biri ona açıq etimadsızlıq göstərib və diplomat belə şəraitdə missiyasını davam etdirə bilməz.

FTB-nin qəfil yoxlaması: Uorlik və xanımı niyə geri çağrıldılar

Əgər Uorlik vaxtından əvvəl Minsk Qrupundan geri çağrılsa bu, onun diplomatik karyerasında ilk belə hal olmayacaq. Belə ki, bundan əvvəl C.Uorlik ABŞ-ın Bolqarıstandakı səfiri vəzifəsindən vaxtından əvvəl geri çağrılıb. Özü də ABŞ Federal Təhqiqatlar Bürosunun apardığı yoxlamalardan sonra.

Virtualaz.org saytı müəyyən edib ki, ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) 2012-ci ilin aprelində Birləşmiş Ştatların Bolqarıstan və Serbiyadakı səfirliklərində yoxlamalar aparıb. Bu yoxlama barədə məlumatı ilk dəfə “New Europe” nəşri yayıb.

Maraqlıdır ki, həmin vaxt ABŞ-ın Belqraddakı səfiri də hansısa başqası yox, məhz Ceyms Uorlikin xanımı Meri Uorlik idi. Amerika təcrübəsində FTB-nin xaricdəki diplomatik missiyaları yoxlaması nadir hallarda baş verir və bu işlə adətən Mərkəzi Kəşfiyyat İdarəsi məşğul olur.

Ceyms Uorlikin xarakteri və ABŞ siyasətinin keyfiyyəti

Bəs hansı səbəb, yaxud səbəblər FTB-ni Sofiya və Belqrad səfirliklərini yoxlamağa məcbur etmişdi? Bu məsələ qaranlıq qalıb. Ancaq çox keçmədən məlum olub ki, ABŞ-ın Sofiyadakı səfiri Ceyms Uorlik və onun xanımı, Belqraddakı səfir Meri Uorlik vaxtından əvvəl geri çağrılırlar.

Vaşinqton da bu məsələyə heç cür münasibət bildirməyib. C.Uorlik isə “New Europe” nəşrinin xəbəri ilə bağlı Twitter-də yazıb: ““New Europe” bildirir ki, mən vaxtından əvvəl geri çağrılıram. Bu, belə deyil. Ancaq mənim Bolqarıstandakı vaxtım də həddən artıq sürətlə keçir(!)”.

Ceyms Uorlikin xarakteri və ABŞ siyasətinin keyfiyyəti

Səfir nə özünün, nə xanımının vaxtından əvvəl geri çağrılmasının səbəblərinə, nə FTB-nin apardığı yoxlamalara toxunmayıb. Hərçəndə ki, 2012-ci il aprelin 12-də ABŞ artıq Bolqarıstana göndəriləcək yeni səfirin aqremanını rəsmi Sofiyaya təqdim etmişdi.

Dərhal Bolqarıstan mətbuatı C.Uorlikin vaxtından əvvəl geri çağrılması ilə bağlı çoxsaylı fərziyyələri və öz mənbələrindən aldıqları məlumatları yaymağa başladılar. Belə fərziyyələrdən birində deyilir ki, səfir ABŞ-ın Bolqarıstandakı enerji maraqlarını yaxşı qoruya bilməyib. Yaxud digər iddiaya görə Uorlikin Bolqarıstanın daxili məsələləri ilə bağlı həddən artıq açıq bəyanatlar verməsi, bu ölkə siyasətçiləri ilə polemikaya girməsi Vaşinqtonu qəzəbləndirib.

“Şüşə ev”də qəribə rəqs və Uorlikin göz yaşları

Başqa bir məlumatda isə deyilirdi ki, Ceyms Uorlikin Bolqarıstanın kommersiya telekanallarından birində nümayiş olunan populyar “Şüşə ev” şousunda iştirakı, orada öz-özünə oynaması və xarici görkəmi Dövlət Departamentində yaxşı qəbul edilməyib. 2012-ci ilin aprelində Bolqarıstanı vaxtından əvvəl tərk edən Uorlik jurnalistlər üçün vida brifinqi keçirəndə də geri çağrılmasının səbəbini açıqlamayıb.

Buna baxmayaraq mətbuat konfransının sonunda onun göz yaşları tökməsi, sarsılaraq başını tərcüməçinin çiyninə qoyması hamını təəcübləndirib. Jurnalistlər Uorlikin qəfildən hönkürəcəyini gözləyərək kameralarını ona tuşlayıblar. Səfir hönkürməkdən özünü güclə saxlayaraq zalı tərk edib və Bolqarıstanda “ağlağan Amerika səfiri” kimi yadda qalıb. Deyəsən cənab Uorlik tezliklə Bakıda da belə qəmli vida brifinqi keçirməli olacaq. Əgər geri çağrıldığı haqda əmri alandan sonra jurnalistlərin qarşısına çıxa bilsə...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan nefti bahalaşıb
Bu gün, 09:59
Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir - İsrafil Kərimovun yazısı
Bu gün, 09:54
Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir - MƏQALƏ
Bu gün, 09:53
Müştərinin sifarişini OĞURLADILAR VƏ... - FOTOFAKT
Bu gün, 09:50
Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... - BU DA FAKT
Bu gün, 09:45
Dəymiş ziyanı tam ödəmək istəmirlər... - AXI NİYƏ?
Bu gün, 09:35
Ağzını açdı və... - REPLİKA
Bu gün, 09:24
Məşhurluq artıq zəhmətlə qazanılmır: - Ani şöhrətin görünməyən təhlükələri…
Bu gün, 09:19
İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:22
4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir - NƏ ETMƏLİ?
Bu gün, 08:21
Dollar güclənir, neft bahalaşır, bazar dalğalanır: Azərbaycanı nə gözləyir? - AKTUAL
Bu gün, 08:19
Paşinyandan 28 may ANONSU: Mesaj kimədir? - GƏLİŞMƏ
Bu gün, 08:17
Tramp İranı təslim olmağa məcbur edə biləcəyinə inanır
Bu gün, 08:14
Qarabağda 41 milyonluq layihə məmur şirkətinə verildi - BU NƏDİ BELƏ?
Bu gün, 08:12
Starmer könüllü olaraq istefa verə bilər - "Telegraph"
Bu gün, 07:12
Məqsədimiz bu idi və Putin bacarmadı - Şolts
Bu gün, 07:08
Şikayət etmək qadağandır... etsən də xeyri yoxdur... - NARAZILIQ VAR...
Bu gün, 06:52
"Bizi adam yerinə qoymurlar..." - ETİRAZ VAR!
Bu gün, 06:37
Binəqədidə sakinlər buna görə narazılıq edir... - MÜRACİƏT
Bu gün, 05:48
ABŞ kartellərlə əlaqəli Meksika məmurlarını terrorçu kimi tanıyacaq - NYT
Bu gün, 05:42
Talıbovun kadrını Budaqov HİMAYƏ EDİR? - İLGİNC FAKTLAR
Bu gün, 05:35
Elmi işçi ilə qardaşı oğlu vətəndaşın pulunu vermir - GİLEY
Bu gün, 05:12
İtaliya ordusunun minaaxtaran gəmiləri Hörmüz boğazına doğru yola çıxıb - KİV
Bu gün, 05:05
Formatın süqutu: Rusiya nəyə ümid edir? - AKTUAL
Bu gün, 05:03
Rusiya-Ukrayna savaşında həlak olan azərbaycanlıların məzarına “şəhid” sözü yazılmamalıdır - ETİRAZ
Bu gün, 05:02
“ “Avroviziya”-da qalib gələnlər orada-burada, restoranlarda pul qazanırlar, bu yarışmada iştirak etməməliyik” - ÇAĞIRIŞ
Bu gün, 04:59
Ermənistan: müxalifət milyonçu, hakimiyyət “dilənçi” - ARAŞDIRMA
Bu gün, 04:56
Köçəryan özünü tam olaraq Putinin vassalı hesab edir... - GƏLİŞMƏ
Bu gün, 04:54
“Qərb Paşinyanın sərt addımlarına göz yuma bilər” - ÇÜNKİ...
Bu gün, 04:50
İcra Hakimiyyətinin 213 min manatlıq "alış-veriş"i ləğv olundu - BUNA GÖRƏ
Bu gün, 04:48
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ - Ofşor mülklər, qarşılıqsız çeklər və HƏBS SSENARİSİ
Bu gün, 04:46
Qazancımızı basıb yeyirik, yoxsa qazancımız ancaq YEMƏYƏ ÇATIR? - "Bu rəqəm Afrika ölkələrinə yaxındır..."
Bu gün, 04:29
ABŞ İrana qarşı intensiv hücumları bərpa etməyə hazırlaşır - "The New York Times"
Bu gün, 04:19
Agentlik Neftçalada 20 ədəd mənzilin alınmasına 1,9 milyon manat xərcləyəcək
Dünən, 17:41
Bağçalara elektron sənəd qəbulu dayandırılır - Səbəb
Dünən, 17:40
Xoşqədəmin əri Doğuşdan şok ETİRAF - "Münasib olmayan yerlərimdən bıçaqlanmışam, kişi belə..."
Dünən, 17:02
Rasim Balayevin yerinə sədr bu tarixdə seçiləcək
Dünən, 16:59
ADY-dən 258 min manatlıq tender - Saqqız, kəkliklotu, mixək alır
Dünən, 16:58
“ATƏT-in Minsk qrupu diplomatiya tarixində uğursuz…” - deputat
Dünən, 16:56
114 nömrəli avtobusun bitməyən problemləri... – Niyə tədbir görülmür?
Dünən, 16:51
Qısqanc arvadını döyən kişiyə elektron qolbaq taxıldı
Dünən, 16:14
Azərbaycana qarşı vuruşan erməni general Almaniyada öldü - Ermənistan mediası
Dünən, 16:07
62 milyon manatlıq mal satan “Giltex” 770 MİN MANAT ZƏRƏR AÇIQLADI - TƏFƏRRÜAT
Dünən, 16:06
Tikinti şirkəti ilə sakin arasında GƏRGİNLİK - Yasamalda gərgin məhkəmə işi
Dünən, 16:00
Gürcüstanda qəzada ölən azərbaycanlıların sayı 8-ə çatdı
Dünən, 15:57
Bakıxanov qəsəbəsində ağaclar kəsilib? - Hacı Rasim Nəbiyevin qanunsuz obyekt tikintisi….
Dünən, 15:38
Alim Qasımov "Eurovision"a gedə bilər? - Xalq artistindən açıqlama
Dünən, 15:21
Tramp İranın nüvə proqramının 20 il müddətinə dayandırılmasına razıdır
Dünən, 15:20
"Gələn il Avroviziyaya getməsək, yaxşıdır, ya da Alim Qasımovu göndərib Avropanı təəccübləndirək" - Baba Vəziroğlu
Dünən, 15:06
Azərbaycanlı xanım məhkəməni uddu - vətəndaşlığı qaytarıldı
Dünən, 15:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru