Yeni korrupsiya reytinqi: Azərbaycanın yeri ədalətlidirmi? - AÇIQLAMA
Tarix: 13-02-2025, 10:05 | Çap et
 “Transparency İnternational” təşkilatı 2024-cü il üçün Korrupsiya Qavrama İndeksinin yeni reytinqini dərc edib. Təşkilatın açıqladığı hesabatdan aydın olur ki, Danimarka 100 baldan 90, Finlandiya 88, Sinqapur 84 bal toplayaraq reytinq cədvəlinə rəhbərlik edirlər.
Region ölkələri arasında ən yaxşı yerləri Gürcüstan (53 xal, 53-cü yer), Ermənistan (47 bal, 63-cü yer) tutub. Rusiya və Azərbaycan (hər biri 22 xal, 154-cü yer), Özbəkistan 32 balla 121-ci, Qazaxıstan isə 40 balla 80-cidir. Reytinq cədvəlinin autsayderləri Cənubi Sudan (8), Somali (9) və Venesueladır.
Göründüyü kimi, Azərbaycan 100 baldan 22 bal toplayaraq 180 ölkə arasında 154-cü yeri tutub. Əvvəlki illərdəki hesabatlara nəzər yetirsək, Azərbaycanın mövqeyinin son illərdə kəskin pisləşdiyini görə bilərik. Məsələn, 2020-ci ildə Azərbaycan 30 balla 126-cı yerdə qərarlaşmışdı. Bu geriləmənin səbəbi nədir? Ölkənin hesabatda mövqeyini yaxşılaşdırmaq üçün nələr edilməlidir?
Ekspert İlham Şabanın fikrincə, hesabatda ədalətsiz yanaşma var: “Tamamilə reallıqdan uzaq bir hesabatdır. Qazaxıstanda da, Rusiyada da bir layihənin başa gəlməsi üzrə verilən rüşvət Azərbaycandan həmişə yüksək olub. Bunu görmək üçün sadəcə həyata keçirdikləri layihələrin qiymətinə baxmaq kifayətdir”.
Hüquqşünas Əkrəm Həsənovun “Yeni Müsavat”a dediyinə görə isə reytinqdə geriləmənin səbəbi korrupsiyaya qarşı kompleks mübarizənin aparılmamasıdır: “Hərdən bir hansısa qurumdakı bir korrupsioneri tuturlar, bununla da iş bitir. Bu, sistemli mübarizə deyil. Sistemli mübarizə odur ki, həm korrupsiya əməlinə yol verəni cəzalandırırsan, həm də digərlərinin bu addımı atmasının qarşısını alırsan. Bunun da yeganə yolu dövlət məmurlarının gəlir bəyannaməsi təqdim etməsidir. Artıq 20 ilə yaxındır ki, qanunun bu tələbinin yerinə yetirilməsi üçün prezident tərəfindən Nazirlər Kabinetinə bəyannamə forması hazırlayaraq təsdiqləmək tapşırılıb, amma ortada nəticə yoxdur. Digər tərəfdən, Azərbaycanda əmlak reyestrləri qapalıdır. Dünyada bəzi hallarda ödənişli olsa belə, əmlak sahibliyinə dair məlumatlar açıqdır. Azərbaycanda qapalı olduğuna görə dövlətdən pul oğurlayan məmur onu rahatlıqla əmlaka yatıra bilir. Halbuki açıq olarsa, ictimaiyyət hansı məmurun hansı əmlaklara sahib olduğunu bilər, lazım gələndə ictimai qınaq olar”.
Hüquqşünas daha bir məsələni gündəmə gətirir: “Digər bir məsələ, korrupsiyaya qarşı mübarizə qanunvericiliyi dövlət qulluqçuları üzərində qurulub. Son illərdə Azərbaycanda çoxsaylı publik hüquqi şəxslər yaradılıb, onlarda çalışanlar dövlət qulluqçusu statusundan çıxıblar. Belə qurumların əksəriyyəti dövlət büdcəsindən iri məbləğdə vəsait alırlar, vəzifəli şəxslər külli miqdarda əməkhaqqı alırlar. Amma onlar korrupsiya qanunvericiliyinin subyektləri deyil”.
Onu da qeyd edək ki, fevralın 6-da Azərbaycan Korrupsiyaya qarşı mübarizə üzrə komissiyasının iclası keçirilib. Rəsmi məlumata əsasən, komissiyanın sədri Samir Nuriyev çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində əldə edilən nailiyyətlərin möhkəmləndirilməsi baxımından korrupsiyaya qarşı mübarizə mühüm əhəmiyyət daşıyır.
Milli Məclisdə isə “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsinin müzakirələri gedir. Layihəyə əsasən, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən işçiyə belə məlumat verdiyinə görə birbaşa və ya dolayı yolla qisas almaq məqsədilə tənbeh tətbiq etmə, əmək müqaviləsinə xitam vermə, vəzifədən azad etmə, başqa işə keçirmə, əməkhaqqından qanunsuz tutulmalar aparma, vəzifədə irəli çəkilməyə və ya həvəsləndirilməyə aktiv və ya passiv formada maneçilik törətmə, mənfi cəhətdən xarakterizə etmə və digər bu cür tədbirlər tətbiq edilə bilməz.
Hesab olunur ki, bu dəyişikliklər korrupsiyaya qarşı mübarizə və şəffaflıq sahəsində həyata keçirilən tədbirlərin effektivliyini daha da artıracaq.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Sərhədimizdəki “casuslar” gedir, amma... – İLGİNC PLAN
Bu gün, 11:41 |
|
|
|
| • Sakinlər özlərini TƏHLÜKƏDƏ HİSS EDİR... - VİDEO
Bu gün, 11:35 |
|
|
|
| • Direktorun vəkilinin tələbi RƏDD EDİLDİ - Perinatal Mərkəzdəki YANĞIN İŞİ
Bu gün, 11:22 |
|
|
|
| • Kirayə qaldığı mənzildən vaxtından əvvəl çıxan şəxs döyüldü - TƏFƏRRÜAT
Bu gün, 11:18 |
|
|
|
| • Ətin qiyməti yenə bahalaşacaq! - BELƏ HARA GEDİRİK?
Bu gün, 11:13 |
|
|
|
| • Naxçıvanda sahibkarlar NARAHATDIR... - DƏYİŞƏN NƏ OLDU Kİ?
Bu gün, 11:08 |
|
|
|
| • Ukrayna Krım istiqamətində hücuma keçdi - Rusiya HHM-i işə saldı
Bu gün, 11:02 |
|
|
|
| • “Qarabağ”ın son və ən çətin SINAĞI – Qurban Qurbanov “Liverpula” hansı sürprizi HAZIRLAYIB?
Bu gün, 10:56 |
|
|
|
| • Sabiq icra başçısının əmisi oğluna yeni vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:48 |
|
|
|
| • “Azercell” 5 manatlıq paket üçün balansdan 12 manat çıxır - NARAZILIQ VAR...
Bu gün, 10:44 |
|
|
|
| • “Araz” supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir - VİDEO
Bu gün, 10:36 |
|
|
|
| • Səfirimiz erməni həmkarı ilə görüşdü - FOTO
Bu gün, 10:34 |
|
|
|
| • Abbas Abbasovun Bakıdakı mənzillərində axtarış aparılıb - YENİ GƏLİŞMƏ
Bu gün, 10:30 |
|
|
|
| • Paşinyan KTMT-dən narazılığını bildirdi - KİV
Bu gün, 10:22 |
|
|
|
| • Azərbaycanda 52 minlik şirkət - LƏĞV OLUNUR
Bu gün, 10:21 |
|
|
|
| • Aygün Kazımovanın ad günündə yarım milyon pul yığıldı
Bu gün, 10:17 |
|
|
|
| • Kəmaləddin Heydərov polkovniki rəis təyin etdi - ƏMR
Bu gün, 10:14 |
|
|
|
| • Dövlət agentliyi 100 min manata ofis icarəyə götürür - TENDER
Bu gün, 10:11 |
|
|
|
| • “Liman Sığorta və Təkrar Sığorta Brokeri”nə yeni direktor təyin olundu - BUNDAN SONRA...
Bu gün, 10:10 |
|
|
|
| • Azərbaycanda 112 min manat sərmayə ilə yeni şirkət yaradılıb
Bu gün, 10:06 |
|
|
|
| • Azərbaycan adı 1500 il əvvəl süryani dilində olan əlyazmalarda - FOTOFAKT
Bu gün, 10:05 |
|
|
|
| • “Qafqaz Putinin ərazisidir” bəyanatının kodları - İNCƏLƏMƏ
Bu gün, 10:01 |
|
|
|
| • Tramp sözünü tutmaq üçün İrana zərbə endirəcək - Əhməd Obalı
Bu gün, 09:59 |
|
|
|
| • Azərbaycanlı kirayəşinin "binanı yandıraram" iddiası polisi hərəkətə keçirdi - TƏFƏRRÜAT
Bu gün, 09:55 |
|
|
|
| • Paşinyan haqda “vanqasayağı” qorxulu proqnoz - ŞƏRH
Bu gün, 09:50 |
|
|
|
| • Azərbaycanla müharibə olmayacaq, lakin ordumuzu inkişaf etdirməyə davam edəcəyik - Paşinyan
Bu gün, 09:48 |
|
|
|
| • Maşınında 87 kilo narkotik çıxan sürücü necə bəraət aldı? - TƏFƏRRÜAT
Bu gün, 09:46 |
|
|
|
| • İsrail Xəzərə gəlir - SENSASİON DETALLAR
Bu gün, 09:42 |
|
|
|
| • Rəqsanə şou-biznesdə ən zəif bənddir... ONU YENMƏYƏ NƏ VAR Kİ... - "Bilirdiniz ki, onun problemləri var..."
Bu gün, 08:31 |
|
|
|
| • Biz gənclərimizlə fəxr edirik - MƏQALƏ
Bu gün, 08:16 |
|
|
|
| • Azərbaycan gənci qalib ölkənin vətəndaşıdır - İsrafil Kərimovun yazısı
Bu gün, 08:14 |
|
|
|
| • Tiflis GUAM-ı belə çökdürür - BU FAKTDIR!
Bu gün, 08:00 |
|
|
|
| • 'Siyəzənneft'də 'ÖLÜ CANLAR '... - İLGİNC İDDİA
Bu gün, 07:51 |
|
|
|
| • Tramp ABŞ-ın böyük hərbi qüvvələrinin İrana yaxınlaşdığını açıqlayıb
Bu gün, 07:24 |
|
|
|
| • Qusar icra hakimiyyəti NARAZILIĞINI GİZLƏTMƏDİ - FOTOFAKT
Bu gün, 07:22 |
|
|
|
| • Azərbaycan təhsilinin ÜZ QARASI... - FAKT BUDUR!
Bu gün, 07:16 |
|
|
|
| • Ermənistandan Azərbaycana dəvət: Bakının cavabı isə… - GƏLİŞMƏ
Bu gün, 07:12 |
|
|
|
| • İŞİD Azərbaycanda yenidən belə dirçəlir – DTX əməliyyatının üzə çıxardığı ACI GERÇƏK
Bu gün, 07:09 |
|
|
|
| • Vasif Talıbovdan qalma oliqarx-məmur... - dövlətə borclandı
Bu gün, 07:00 |
|
|
|
| • Yasamalda icra başçısı şoumenlik edir... - heç nəyə faydası olmayan "vətəndaş görüşləri"...
Bu gün, 06:57 |
|
|
|
| • Başçı da deyib ki, heç nə edə bilməz... - GİLEY
Bu gün, 06:50 |
|
|
|
| • Azərbaycan-Ermənistan yaxınlaşması Gürcüstanı məhvə aparır? - Saakaşvili həyəcan təbili çalır...
Bu gün, 06:41 |
|
|
|
| • Başı qalda olan Rəqsanə yenə efirdədir... - FOTOSESSİYA
Bu gün, 06:38 |
|
|
|
| • Bir damcı yağış bəs edir ki... - VİDEOFAKT
Bu gün, 06:33 |
|
|
|
| • İranın gələcəyi və Azərbaycan amili: Güney–Quzey xəttində formalaşan yeni geosiyasi reallıq - ARAŞDIRMA
Bu gün, 06:29 |
|
|
|
| • Azərbaycanın ehtiyatları azalır? - AKTUAL
Bu gün, 06:26 |
|
|
|
| • "Sülh Şurası" Azərbaycanı təsisçi üzv kimi salamlayıb - FOTO
Bu gün, 06:24 |
|
|
|
| • ABŞ rüsumlardan 600 milyard dollar gəlir əldə edib - Tramp belə deyir...
Bu gün, 06:19 |
|
|
|
| • Azərbaycan və Ermənistan dəmiryoluyla Rusiyadan sıxılmış qaz və bitum çatdırılması barədə razılığa gəlib - KİV
Dünən, 21:16 |
|
|
|
| • Azərbaycan teatrlarında 46 ştat ləğv edilib - TAM SİYAHI
Dünən, 21:14 |
|
|
|
|