!["Qobu Park-2" yaşayış massivi suya həsrət qalıb "Qobu Park-2" yaşayış massivi suya həsrət qalıb](https://dia-az.info/uploads/posts/2025-02/thumbs/1739258631_0001.jpg)
Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park-2" yaşayış massivində içməli suyun verilişində fasilələr yaranıb.
"DİA-AZ" oxu.az-a istinadən xəbər verir ki, vəziyyət artıq üç gündür ki, davam edir.
Sakinlər qeyd edirlər ki, gün ərzində dörd-beş saat - təxminən saat 20:00-00:00 arasında içməli su verilir.
Səbəb kimi isə Səngəçal-Qaradağ magistral su xəttində qəzanın baş verdiyi göstərilir.