Əsas Səhifə > Güney Press > "Qobu Park-2" yaşayış massivi suya həsrət qalıb
"Qobu Park-2" yaşayış massivi suya həsrət qalıbBu gün, 11:23 |
![]() Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park-2" yaşayış massivində içməli suyun verilişində fasilələr yaranıb. "DİA-AZ" oxu.az-a istinadən xəbər verir ki, vəziyyət artıq üç gündür ki, davam edir. Sakinlər qeyd edirlər ki, gün ərzində dörd-beş saat - təxminən saat 20:00-00:00 arasında içməli su verilir. Səbəb kimi isə Səngəçal-Qaradağ magistral su xəttində qəzanın baş verdiyi göstərilir. Geri qayıt |