UNEC məzunları diplomlarını ala bilmədiklərini deyirlər - Rəsmilərsə deyir ki...
Tarix: 27-01-2025, 18:07 |
Çap et
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Dərbənd filialından 2024-cü ildə məzun olmuş bir qrup şəxs diplomlarını ala bilmədiklərini iddia edirlər.
Yeniavaz.com-a müraciət edən sözügedən şəxslər bildirirlər ki, universitet məzunları Elm və Təhsil Nazirliyinə, nazirlik isə universitetə yönləndirir.
Onların sözlərinə görə, nə universitet, nə də nazirlik məsələ ilə bağlı məzunlara, həmçinin ictimaiyyətə məlumat vermirlər.
Məsələ ilə bağlı UNEC-dən Yeniavaz.com-un müvafiq sorğsuna cavab olaraq bildirilib ki, Dərbənd filialının məzunlarına diplom blanklarının təqdim edilməsi ilə bağlı Elm və Təhsil Nazirliyinə universitet tərəfindən rəsmi məktub ünvanlanıb:
“Məsələnin həlli istiqamətində nazirliklə mütəmadi olaraq əlaqə saxlanılır və qısa müddət ərzində diplom blanklarının universitetə təqdim olunacağı bildirilib”.