“Hazırda Suriyanın Hələb şəhərində təxminən 8-10 min erməni mühasirədədir. Onların fiziki vəziyyəti yaxşıdır, lakin çox qorxurlar”. Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Demokratiya Partiyasının nümayəndəsi Vazgen Mesropyan deyib.
O bildirib ki, Hələbdə daxili telefon əlaqəsi tamamilə kəsilib:
“Deyirlər, türklərin əlaqə vasitəsi gətiriləcək. Məktəblər və iş yerləri bağlanıb. Hələb Milli Presviteriyası erməniləri çörəklə təmin edir, ehtiyaclarını qarşılayır. Onları şəhərdən təxliyə etmək üçün heç bir vasitə yoxdur. Sadəcə 25 nəfər ərazidən çıxa bilib, hazırda İrəvandadırlar”.