“Aqrarkredit” BOKT auditor seçir
Tarix: 9-11-2024, 11:14 |
Çap et
“Aqrarkredit” QSC bank olmayan kredit təşkilatı (BOKT) 2024-cü il üzrə maliyyə hesablarının beynəlxalq standartlara uyğun auditi üçün kotirovka sorğusu elan edib.
“Report” xəbər verir ki, sorğuda iştirak haqqı 89 manatdır.
İddiaçılar təkliflərini noyabrın 27-nə qədər BOKT-un yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, 125 ünvanına təqdim edə bilərlər.
Təkliflərə noyabrın 27-də, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.