Əsas Səhifə > Güney Press > “Aqrarkredit” BOKT auditor seçir

“Aqrarkredit” BOKT auditor seçir


9-11-2024, 11:14
“Aqrarkredit” BOKT auditor seçir
“Aqrarkredit” QSC bank olmayan kredit təşkilatı (BOKT) 2024-cü il üzrə maliyyə hesablarının beynəlxalq standartlara uyğun auditi üçün kotirovka sorğusu elan edib.

“Report” xəbər verir ki, sorğuda iştirak haqqı 89 manatdır.

İddiaçılar təkliflərini noyabrın 27-nə qədər BOKT-un yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, 125 ünvanına təqdim edə bilərlər.

Təkliflərə noyabrın 27-də, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.

Geri qayıt