Trampın qələbəsi Azərbaycana nə vəd edir? .....                     Azərbaycan-Ermənistan sülh danışıqları üçün .....                     Sülh müqaviləsinin bütün bəndləri razılaşdırılıb .....                     İrəvan COP29-da iştirakı ilə bağlı hələ də qərar verməyib .....                     Sabahdan Azərbaycanda altıgünlük bayram tətili başlayır .....                     “Oleq Bakinski” haqda .....                     “Toylarda geyinənlərə yox, soyunanlara çox pul verilir” .....                     Botanika İnstitutunda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib .....                     ABŞ Ədliyyə Nazirliyi Trampa qarşı cinayət işlərinə son qoymaq istəyir .....                     Ukrayna Azərbaycan və Türkmənistan qazını almaq istəyir .....                     Tovuzda EKOLOJİ TERROR: Kənd sakinləri susuz qaldı... .....                     Zəngəzur dəhlizinin açılmasını istəmirik .....                     İran Qarabağdan əl çəkmir: "ekspertləri" Ermənistanda... .....                     Azərbaycan Mərkəzi Bankı "Meqa Həyat Sığorta"ya müddətsiz lisenziya verdi! .....                     Nevroloq Natavan Mustafayevanın klinikasında nöqsanlar aşkarlandı .....                     Baş həkim iş adamına uduzdu .....                     Türkiyənin PKK çözümü İran-İraq-Suriya üçbucağında .....                     Səhər ayrı-ayrı yerlərdə zəif duman olacaq .....                     Azərbaycan Trampın qələbəsinə niyə sevinir? .....                     “Tramp məndən soruşdu ki, Mişa, yenidən prezidentliyə namizəd olsam...” .....                     5 gündür neftçilər nəqliyyatsız qalıb... .....                     Türkiyənin logistika şirkəti Azərbaycan bazarını tərk edir .....                     Xaricə səfər edən azərbaycanlı turistlərin bütün ölkələrdə evləri var .....                     Şəhid anası baş nazirdən GİLEY EDİR: `Məni məsxərəyə qoyur...` .....                     "Heç nəyi ərimdən gizlətmirəm, .....                     Rusiya Xarici Kəşfiyyat Xidməti: ABŞ Ermənistanı "intihar"a sürükləyir .....                     Ucuz "makler evləri"nə ALDANMAYIN .....                     Nazir Orxan Kərimovu işdən çıxardı .....                     “Zobik” kim idi? Qanuni oğru, ya Sürət Hüseynovun adamı?! .....                     Milli Məclisin növbəti plenar iclası başlayıb, .....                     Donald Tramp niyə qalib gəldi? .....                     "Düz 1 aydır qalmışıq belə..." .....                     “HAMAS-ı məhv etmişik” .....                     Xaçmazın yolları BURMA-BURMADIR... .....                     AYNA qanunları nədən İCRA ETMİR? .....                     Çox həvəslə gözləyirdilər... .....                     Avropa Komissiyası reallıq hissini itirir .....                     "Vaxt olmayıb" .....                     Azərbaycanda dollar yenidən BAHALAŞA BİLƏR... .....                     İşlədiyi evdən 91 min manatlıq oğurluq edən dayə və tanışı ilə bağlı .....                 

Türkiyənin PKK çözümü İran-İraq-Suriya üçbucağında - ŞOK DETALLAR
Tarix: Bu gün, 12:21 | Çap et
Türkiyənin PKK çözümü İran-İraq-Suriya üçbucağında
MHP başqanı Dövlət Baxçalının PKK lideri Abdullah Öcalana etdiyi təşkilatı ləğv etmə çağırışının ardından, Türkiyə ilə PKK arasında yeni bir prosesin başlama ehtimalı gündəmə gəldi. Bunun ardınca Öcalanın "Şərait yaransa, bu prosesi münaqişə və zorakılıq zəminindən hüquqi və siyasi müstəviyə çəkmək üçün nəzəri və praktiki gücə sahibəm"- kimi açıqlaması yayıldı. Prezident Rəcəb Tayyib Ərdoğan 30 oktyabr tarixində Baxçalının çağırışını "tarixi bir fürsət pəncərəsi" olaraq qiymətləndirməsi prosesə rəsmi münasibəti də ifadə etmiş oldu. Türkiyədə PKK ilə dövlət arasındakı münaqişələri bitirməyə yönələn son həll prosesi 2013-cü ildə başlamışdı.

Lakin bu cəmi iki il çəkdi və mülayimlik durumu yerini yenidən münaqişə mühitinə verdi. Hətta Milli Müdafiə Nazirliyi 2016-cı ildən etibarən terrorla mübarizədə əhatəli bir konsepsiya dəyişikliyinə getdiyini açıqladı. Bunun ardınca PKK ilə silahlı qarşıdurmalar Suriya və İraq ərazisinə keçdi. Bu müddətdə Türkiyə Suriya və İraqda PKK və ona bağlı qruplara, daxili siyasətdə isə Xalqların Birlik və Həmrəyli Partiyası (DEM) üzərindəaçıq üstünlük qazandı. Belə ki, terrorla həm hərbi, həm də siyasi mübarizənin nəticəsi olaraq DEM Partiya Türkiyə siyasətində təsirli bir faktor olmaqdan çıxarıldı, Suriyada terror ocaqları arası birliyə son verildi, Afrin boşaldıldı və İraqda da Türkiyə geniş bir sahədə çoxlu mövqeləri ələ keçirərək, onlarla post qurdu. Bir sözlə, Türkiyə dövlətinin maraqları baxımından uğurlu bir mühit formalaşmışdı.

Bəs Türkiyə ilə PKK arasındakı münaqişələri sonlandıra biləcək bu hadisələr niyə məhz indi baş verir?

Məsələnin gündəmə gəlməsində daxili hadisələr qədər Yaxın və Orta Şərqdə cəryan edən proseslər və mümkün geopolitik güc dəyişikliyinin təsiri böyükdür. 7 oktyabr hücumlarından sonra İsrailin Qəzzada başladığı əməliyyatlarla birlikdə, tək regiondakı durum deyil, həm də “kürd problemi” ilə bağlı mənzərə dəyişmiş oldu. Məhz bu dəyişikliyi Türkiyə dövlətinin gələcək üçün risk olaraq gördüyü vəziyyət yaratmasaydı, çox güman ki, Baxçalının çıxışı ilə başlayan yeni proses də olmayacaqdı.

İsrailin bölgədə apardığı hərbi əməliyyatlar təkcə Həmasın deyil, həm də İranın Livan, İraq və Suriyadakı nümayəndələrinin güc itirməsi ilə nəticələnib. Suriyada və İraqda İranın təsir dairəsinin zəifləməsi, PKK və Suriya Demokratik Gücləri kimi qrupların mövqelərinin güclənməsi deməkdir.

İranın bu güc itkisinin qarşısını kürdlərlə əməkdaşlığı möhkəmləndirəcəyi hesabına alacağı ehtimalı artır. İraqdakı kürdlərin ən böyük problemi Bağdadla güc bölgüsü məsələsidir. Tehran, Bağdad üzərindəki nüfuzundan istifadə edərək, Ərbil-Bağdad əlaqələrinin normallaşmasında çox mühüm rol oynaya bilər. Eyni zamanda, Tehran Suriyada Şam üzərindəki təsirindən istifadə edərək Rojavada kürdlərin siyasi maraqlarına xidmət edəcək qərarların qəbul edilməsində aktiv ola bilər.

Məhz bütün bunları hesablayan Ankara dəyişən qüvvə balansı ilə birlikdə Türkiyə üçün yeni risklər görür. Buna qədər Türkiyə, İran, İraq və Suriyada kürdlər üzərindəki status-kvonu öz aralarındakı rəqabətlə balanslayaraq qoruyub saxlamışdılar. İndi bu balansın pozulması ehtimalı artıb və Türkiyə yeni bir həll prosesi başlatmaqla bu yeni şəraitə uyğunlaşmağa çalışır. Eyni zamanda PKK və ona bağlı təşkilatlar, Orta Şərqdə mümkün bir güc boşluğunda Türkiyə ilə üz-üzə gəlmək istəmədikləri üçün yeni bir prosesə hazır ola bilərlər. Bəllidir ki, Orta Şərqdə münaqişə genişləndikcə, Türkiyənin bu münaqişəyə çəkilmə riski artır. Belə bir vəziyyətdə ölkənin zəif nöqtəsi hələ də həll edilməmiş Kürd məsələsi və silahlarını Türkiyəyə yönəltmiş PKK olacaq. Əvvəlki sülh prosesi uğursuz olsa da, Türkiyənin regiondakı münaqişələrdən minimum dərəcədə təsirlənməsini təmin etmişdi. Prosesin çökməsi ilə birlikdə müharibə Suriyadan Türkiyəyə sıçradı. Bu gün isə İsrail və İran arasında artan müharibə riski, yeni bir sülh prosesinə başlama motivasiyası verir.

Prezident Ərdoğanın "İsrail rəhbərliyinin, tamamilə dini fanatizmlə Fələstin və Livandan sonra gözünü dikəcəyi yer, açıq deyirəm, bizim vətən torpaqlarımız olacaqdır," bəyanatı da məhz bu reallıqlara hesablanmışdı. Amma görünən odur ki, Türkiyənin kürdlərlə edəcəyi əməkdaşlıq İsrailə deyil, İrana qarşı bir mövqe tutması deməkdir. Bu isə İsrailin potensial bir təhlükə deyil, potensial bir tərəfdaş kimi mövqe qazanmasına səbəb olar.

Yeni proses Ərdoğan komandası üçün həm daxildəki, həm də xaricdəki düyünlərin həllinə töhfə ver bilər. Ankara bir müddətdir ki, Suriya sərhədini təminat altına almaq və Suriyalı qaçqınların geri dönməsini təmin etmək məqsədilə Bəşər Əsəd hökumətinə dialoq çağırışı edir. PKK ilə atəşkəs vəziyyəti, Suriya ilə razılaşmanın da yolunu açmış olacaq. Prezident Ərdoğanın “Suriyanın şimalındakı bölücü terror təşkilatına, Qəndildəki qanla bəslənən terror qruplaşmasına heç bir çağırışımız yoxdur, ola da bilməz” ifadəsi məhz bu məqama işarədir. Yəni, Baxçalının silahları buraxmaq çağırışının ölkə xarici əməliyyatlardan kənar düşünmək olmaz. Başqa sözlə, dövlətin yeni geopolitik durum və şəraitə görə hər hansı siyasi strategiyasından asılı olmayaraq yekun təsdiq Türk ordusunun gücü ilə vurulacaq!

Nəsimi Şərəfxanlı
Musavat.com









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Trampın qələbəsi Azərbaycana nə vəd edir? - AKTUAL
Bu gün, 14:10
Azərbaycan-Ermənistan sülh danışıqları üçün hansı platforma daha səmərəlidir?
Bu gün, 14:02
Sülh müqaviləsinin bütün bəndləri razılaşdırılıb - Bir məsələ qalır
Bu gün, 14:00
İrəvan COP29-da iştirakı ilə bağlı hələ də qərar verməyib - KİV
Bu gün, 13:37
Sabahdan Azərbaycanda altıgünlük bayram tətili başlayır - DİQQƏT
Bu gün, 13:34
“Oleq Bakinski” haqda - Yeni qərar
Bu gün, 13:12
“Toylarda geyinənlərə yox, soyunanlara çox pul verilir”
Bu gün, 13:09
Botanika İnstitutunda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib - FOTO
Bu gün, 13:00
ABŞ Ədliyyə Nazirliyi Trampa qarşı cinayət işlərinə son qoymaq istəyir – NBC
Bu gün, 12:57
Ukrayna Azərbaycan və Türkmənistan qazını almaq istəyir - GƏLİŞMƏ
Bu gün, 12:49
Tovuzda EKOLOJİ TERROR: Kənd sakinləri susuz qaldı... - ÖZBAŞINALIQ...
Bu gün, 12:46
Zəngəzur dəhlizinin açılmasını istəmirik - Sübhani
Bu gün, 12:41
İran Qarabağdan əl çəkmir: "ekspertləri" Ermənistanda... - “Miran Press”
Bu gün, 12:38
Azərbaycan Mərkəzi Bankı "Meqa Həyat Sığorta"ya müddətsiz lisenziya verdi! - FOTO
Bu gün, 12:33
Nevroloq Natavan Mustafayevanın klinikasında nöqsanlar aşkarlandı - CƏRİMƏLƏNDİ
Bu gün, 12:30
Baş həkim iş adamına uduzdu - TƏFƏRRÜAT
Bu gün, 12:23
Türkiyənin PKK çözümü İran-İraq-Suriya üçbucağında - ŞOK DETALLAR
Bu gün, 12:21
Səhər ayrı-ayrı yerlərdə zəif duman olacaq - belə deyirlər...
Bu gün, 12:13
Azərbaycan Trampın qələbəsinə niyə sevinir? - “Eurasia.net”
Bu gün, 12:07
“Tramp məndən soruşdu ki, Mişa, yenidən prezidentliyə namizəd olsam...” - Saakaşvili
Bu gün, 12:04
5 gündür neftçilər nəqliyyatsız qalıb... - AXI NİYƏ?..
Bu gün, 11:59
Türkiyənin logistika şirkəti Azərbaycan bazarını tərk edir
Bu gün, 11:45
Xaricə səfər edən azərbaycanlı turistlərin bütün ölkələrdə evləri var - SİYAHI
Bu gün, 11:43
Şəhid anası baş nazirdən GİLEY EDİR: `Məni məsxərəyə qoyur...` - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 11:33
"Heç nəyi ərimdən gizlətmirəm, məşhur aparıcı da sevgi mesajı yazıb"
Bu gün, 11:29
Rusiya Xarici Kəşfiyyat Xidməti: ABŞ Ermənistanı "intihar"a sürükləyir - TASS
Bu gün, 11:27
Ucuz "makler evləri"nə ALDANMAYIN - ÇAĞIRIŞ
Bu gün, 11:25
Nazir Orxan Kərimovu işdən çıxardı - ƏMR
Bu gün, 11:23
“Zobik” kim idi? Qanuni oğru, ya Sürət Hüseynovun adamı?! - İLGİNC...
Bu gün, 11:05
Milli Məclisin növbəti plenar iclası başlayıb, gündəlikdə 16 məsələ var
Bu gün, 11:03
Donald Tramp niyə qalib gəldi? – Amerikalı professor səbəbi açıqladı
Bu gün, 11:01
"Düz 1 aydır qalmışıq belə..." - GİLEY
Bu gün, 10:59
“HAMAS-ı məhv etmişik” – İsrailin Bakıdakı səfiri DANIŞDI
Bu gün, 10:51
Xaçmazın yolları BURMA-BURMADIR... - Görək, indi nə deyəcəklər...
Bu gün, 10:47
AYNA qanunları nədən İCRA ETMİR? - AKTUAL
Bu gün, 10:39
Çox həvəslə gözləyirdilər... - REPLİKA
Bu gün, 10:37
Avropa Komissiyası reallıq hissini itirir - FAKT BUDUR!
Bu gün, 10:32
"Vaxt olmayıb" - Xalq artisti
Bu gün, 10:26
Azərbaycanda dollar yenidən BAHALAŞA BİLƏR... - NƏ BAŞ VERİR?
Bu gün, 10:16
İşlədiyi evdən 91 min manatlıq oğurluq edən dayə və tanışı ilə bağlı QƏRAR
Bu gün, 10:13
Paşinyan Avropa Siyasi Birliyinin sammitinə getdi
Bu gün, 10:10
Ermənilər yenidən savaş ovqatında: AXI NƏYNƏN..? - AKTUAL
Bu gün, 10:09
Nəcəfli ilə Talıbov arasında GİZLİ ANLAŞMA - Xüsusi nümayəndə VƏDİNİ POZUB...
Bu gün, 10:06
Həbs edilən liseyin keçmiş direktoru şikayətini geri götürdü
Bu gün, 09:58
Sonuncu sülh paketi İrəvana göndərildi: Bakı 11-ci dəfə... - Vitse-spiker açıqladı
Bu gün, 09:56
Zaqatalada 1 həftə içində 2-ci KÖRPƏ ÖLÜMÜ
Bu gün, 09:55
Qarabağ Universitetinə yeni prorektor təyin olunub - ƏMR
Bu gün, 09:53
Saleh Məmmədovun yaxın adamı da BU YOLLA PUL ÇIXARIR... -İŞİ ARAŞDIRILIR...
Bu gün, 09:51
“Aqrarkredit” BOKT bəzi əmlaklarını satışa çıxarır
Bu gün, 09:48
Yardımlıda mağazalardan 4500 manatlıq oğurluq edən şəxs saxlanılıb
Bu gün, 09:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru