Dənizdə çalışan neftçilərin nəqliyyat problemi hər zaman aktual olub. Və maləsəf ki, bu gün də - məsələnin bunca diqqətə gətirilməsinə, əlaqədar qurumların gərəkən imkanlara malik olmasına rəğmən problem yenə də qalmaqdadır.
"DİA-AZ" (dia-az.site) bildirir ki, bu dəfə də sözügedən məsələ ilə bağlı Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı yenə də açıqlama ilə çıxış edərək, əlaqədar qurumları hərəkətə keçməyə çağırıb.
NHMT sədri bildirib: " "Azneft" İstehsalat Birliyinin Neft Daşlarının səlahiyyətlilərinə sual olunur:
"Bu gün faktiki olaraq dalğanın hündürlüyü bir metrdir . Amma beş gündür ki, dənizdəki neftçilərin novbəsi dəyişmir... Niyə?"