Sabiq icra başçısı və onunla birgə mühakimə edilən şəxslə bağlı QƏRAR - TƏFƏRRÜAT
Şirvan Apellyasiya Məhkəməsində Neftçala Rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev və onunla birgə mühakimə olunan digər şəxslərin barəsindəki qərardan verilən barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Yaşar Həşimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib.
Xatırlatma: İsmayıl Vəliyev və digər vəzifəli şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən 2020-ci ilin fevralında həbs olunmuşdular. O zaman Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumatda qedy olunurdu ki, Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol vermələrinə dair məlumatlar əsasında kompleks araşdırma tədbirləri başlanılıb. Toplanılmış materiallarla rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin mütəmadi olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə edib təhsil, səhiyyə və digər yerli dövlət təsisatları rəhbərlərindən müxtəlif adlar altında şəxsən pul vəsaitləri tələb edərək almasına əsaslı şübhələr müəyyən olunub. Həmçinin, İsmayıl Vəliyevin şəxsən, habelə icra hakimiyyəti başçısının birinci müavini Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, tabeçiliyində olan digər vəzifəli şəxslər vasitəsi ilə rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına əsaslı şübhələr müəyyən edilib. İsmayıl Vəliyevin, Vurğun Əkbərovun, icra başçısının müavini Gültəkin Sadıqovanın, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərovun xidməti otaqlarına məhkəmənin qərarı əsasında keçirilən baxış zamanı müxtəlif yerli icra hakimiyyəti və digər yerli dövlət orqanlarının vəzifəli şəxslərindən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin öz əlyazmaları ilə tərtib olunmuş siyahıları, külli miqdarda pul vəsaitləri, sənədlər və iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər aşkar edilərək götürülüb. İstintaq orqanı tərəfindən İsmayıl Vəliyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə - bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı maddəsi ilə ittiham elan edilib. Bundan başqa, istintaq orqanı tərəfindən Neftçala rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev, icra hakimiyyəti başçısının birinci müavini Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidovun da barəsində Cinayət Məcəlləsinin 179.3.2, 308.2, 311.3.1, 311.3.2, 311.3.3 və 313-cü maddələri ilə ittiham olunmuşdular. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İsmayıl Vəliyev 10 il, Gültəkin Sadıqova 6 il 6 ay, Telman Zahidov 8 il 3 ay, Əjdər Kərimov, 8 il 6 ay, Anar Cəfərov 8 il, Vurğun Əkbərov 9 il, Vüqar Nağıyev isə 8 il azadlıqdan məhrum edilmişdilər. Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə İsmayıl Vəliyevin cəzası 10 ildən 9 il 6 aya, Gültəkin Sadıqovanın cəzası 6 il 6 aydan 6 ilə, Əjdər Kərimovun cəzası isə 8 il 6 aydan 8 ilə endirilib. Ali Məhkəmənin qərarına əsasən, İsmayıl Vəliyevin cəzası 6 il 2 aya, Telman Zahidovun cəzası 5 il 6 aya, Əjdər Kərimovun cəzası 5 il 10 aya, Anar Cəfərovun cəzası 5 il 6 aya, Vurğun Əkbərovun cəzası 6 ilə, Vüqar Nağıyevin cəzası isə 5 il 8 aya, Gültəkin Sadıqovanın cəzası isə 4 il 6 aya endirilib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Şəhid anası baş nazirdən GİLEY EDİR: `Məni məsxərəyə qoyur...` - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 11:33 |
|
|
|
• "Heç nəyi ərimdən gizlətmirəm, məşhur aparıcı da sevgi mesajı yazıb"
Bu gün, 11:29 |
|
|
|
• Rusiya Xarici Kəşfiyyat Xidməti: ABŞ Ermənistanı "intihar"a sürükləyir - TASS
Bu gün, 11:27 |
|
|
|
• Ucuz "makler evləri"nə ALDANMAYIN - ÇAĞIRIŞ
Bu gün, 11:25 |
|
|
|
• Nazir Orxan Kərimovu işdən çıxardı - ƏMR
Bu gün, 11:23 |
|
|
|
• “Zobik” kim idi? Qanuni oğru, ya Sürət Hüseynovun adamı?! - İLGİNC...
Bu gün, 11:05 |
|
|
|
• Milli Məclisin növbəti plenar iclası başlayıb, gündəlikdə 16 məsələ var
Bu gün, 11:03 |
|
|
|
• Donald Tramp niyə qalib gəldi? – Amerikalı professor səbəbi açıqladı
Bu gün, 11:01 |
|
|
|
• "Düz 1 aydır qalmışıq belə..." - GİLEY
Bu gün, 10:59 |
|
|
|
• “HAMAS-ı məhv etmişik” – İsrailin Bakıdakı səfiri DANIŞDI
Bu gün, 10:51 |
|
|
|
• Xaçmazın yolları BURMA-BURMADIR... - Görək, indi nə deyəcəklər...
Bu gün, 10:47 |
|
|
|
• AYNA qanunları nədən İCRA ETMİR? - AKTUAL
Bu gün, 10:39 |
|
|
|
• Çox həvəslə gözləyirdilər... - REPLİKA
Bu gün, 10:37 |
|
|
|
• Avropa Komissiyası reallıq hissini itirir - FAKT BUDUR!
Bu gün, 10:32 |
|
|
|
• "Vaxt olmayıb" - Xalq artisti
Bu gün, 10:26 |
|
|
|
• Azərbaycanda dollar yenidən BAHALAŞA BİLƏR... - NƏ BAŞ VERİR?
Bu gün, 10:16 |
|
|
|
• İşlədiyi evdən 91 min manatlıq oğurluq edən dayə və tanışı ilə bağlı QƏRAR
Bu gün, 10:13 |
|
|
|
• Paşinyan Avropa Siyasi Birliyinin sammitinə getdi
Bu gün, 10:10 |
|
|
|
• Ermənilər yenidən savaş ovqatında: AXI NƏYNƏN..? - AKTUAL
Bu gün, 10:09 |
|
|
|
• Nəcəfli ilə Talıbov arasında GİZLİ ANLAŞMA - Xüsusi nümayəndə VƏDİNİ POZUB...
Bu gün, 10:06 |
|
|
|
• Həbs edilən liseyin keçmiş direktoru şikayətini geri götürdü
Bu gün, 09:58 |
|
|
|
• Sonuncu sülh paketi İrəvana göndərildi: Bakı 11-ci dəfə... - Vitse-spiker açıqladı
Bu gün, 09:56 |
|
|
|
• Zaqatalada 1 həftə içində 2-ci KÖRPƏ ÖLÜMÜ
Bu gün, 09:55 |
|
|
|
• Qarabağ Universitetinə yeni prorektor təyin olunub - ƏMR
Bu gün, 09:53 |
|
|
|
• Saleh Məmmədovun yaxın adamı da BU YOLLA PUL ÇIXARIR... -İŞİ ARAŞDIRILIR...
Bu gün, 09:51 |
|
|
|
• “Aqrarkredit” BOKT bəzi əmlaklarını satışa çıxarır
Bu gün, 09:48 |
|
|
|
• Yardımlıda mağazalardan 4500 manatlıq oğurluq edən şəxs saxlanılıb
Bu gün, 09:42 |
|
|
|
• Böyük Qayıdışın kiçik xronologiyası... - İNCƏLƏMƏ
Bu gün, 09:40 |
|
|
|
• Naxçıvan təhsilində PULTUTMA QALMAQALI... - Əslində NƏ BAŞ VERİB?
Bu gün, 09:36 |
|
|
|
• Bakıda 2 milyon manatlıq şirkətə yeni sədr seçiləcək
Bu gün, 09:23 |
|
|
|
• Xocavəndə qayıdanda başçını burda qoyub gedək... - ÇÜNKİ...
Bu gün, 09:16 |
|
|
|
• “1 ay bundan əvvəl ona etibar etdim və bu hadisə baş verdi” - Xatun
Bu gün, 09:04 |
|
|
|
• Sabiq icra başçısı və onunla birgə mühakimə edilən şəxslə bağlı QƏRAR - TƏFƏRRÜAT
Bu gün, 09:03 |
|
|
|
• Tamilla İbrahimovanın şirkəti məhkəməyə verilib – adı qalmaqallı məmurun həbs işində keçirdi…
Bu gün, 09:00 |
|
|
|
• "Elə bir iş qurmaq lazımdır ki, onları ailəyə, nikaha meyilləndirsin" - ÇAĞIRIŞ
Bu gün, 08:57 |
|
|
|
• “Mən uzaqdayam, qayğısını çəkənlər var” - qızı Flora Kərimovanın səhhətindən danışdı
Bu gün, 08:51 |
|
|
|
• Baxçalıdan tarixi prezidentlik açıqlaması – Türkiyəni belə idarə etmək istəyirlər
Bu gün, 08:46 |
|
|
|
• İran Zəngəzura mütəxəssislər göndərdi: sürətli iş aparır - KİV
Bu gün, 08:44 |
|
|
|
• Qubada kəndli torpaqsız qalıb... - NARAZILIQ VAR...
Bu gün, 08:36 |
|
|
|
• Uşaq evində yayılan xəstəliklərlə bağlı kim məsuliyyət daşıyır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:22 |
|
|
|
• Ermənistanın COP29 ərəfəsində sülh manevri - Bakıdan reaksiya
Bu gün, 08:18 |
|
|
|
• Qalmaqallı iş adamı BU DƏFƏ İLİŞDİ - Baboşun sponsorundan SAXTAKARLIQ...
Bu gün, 08:17 |
|
|
|
• 2 saylı Bakı Baza Tibb Kollecinin ŞÜBHƏLİ ORTAĞI - TƏFƏRRÜAT
Bu gün, 08:15 |
|
|
|
• Azərbaycanda ev tikintisi azalır: Səbəb bu imiş - AKTUAL
Bu gün, 08:10 |
|
|
|
• Makron təşviş içində Şoltsa zəng etdi – Nə baş verir?
Bu gün, 07:05 |
|
|
|
• Ermənistanda Hakan Fidan üçün hazırlıq başladı - VİDEO
Bu gün, 07:03 |
|
|
|
• Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
Bu gün, 06:53 |
|
|
|
• "Xoşbəxtəm ki, övladım belə musiqiləri dinləmir..."
Bu gün, 06:27 |
|
|
|
• “Trampla bu barədə razılığa gəldik” - Zelenski
Bu gün, 06:25 |
|
|
|
• Bayden Trampın andiçməsinədək Ukraynaya silah üçün 6 milyard dollar xərcləməyi planlaşdırır - Politico
Bu gün, 06:21 |
|
|
|
|