Gələn il dövlət büdcəsindən hansı rayonlara maliyyə yardımı ayrılacaq?
Gələn il Azərbaycanda cəmi 5 rayona dövlət büdcəsindən maliyyə vəsaiti ayrılacaq. 2025-ci ildə Azərbaycanda 67 şəhər və rayondan 62-si xərclərini dövlət büdcəsindən maliyyə yardımı (dotasiya) almadan öz gəlirləri hesabına təmin edəcək. "Azərbaycanın 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə əsasən, həmin 5 rayona yerli gəlir və xərcləri tənzimləmək üçün dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən 5,2 milyon manat maliyyə yardımının ayrılması nəzərdə tutulur. Bu, cari illə müqayisədə 4 milyon manat və ya 44 faiz azdır. Məsələ ilə bağlı Milli Məclisin deputatı Vüqar Bayramov Sputnik Azərbaycan-a bildirib ki, son illər dövlət büdcəsindən vəsait alan rayonların sayının azaldığını müşahidə edirik: "Bu da birbaşa onunla bağlıdır ki, rayonların maliyyə müstəqilliyi artıb, rayonlar öz gəlirləri hesabına xərclərini ödəyirlər. Bu, dövlət büdcəsindən vəsaitin ayrılmasına ehtiyacı azaldıb. Ümumiyyətlə, məqsəd rayonların dövlət büdcəsindən maliyyə asılılığını aradan qaldırmaqdır".
Deputat diqqətə çatdırıb ki, burada əsas meyar rayonun gəlir və xərclərinin münasibətidir: "Əgər xərclər gəlirlərdən çoxdursa, həmin rayona dövlət büdcəsindən vəsait ayrılır. Yardımlı rayonunun dövlət büdcəsindən vəsait alması onun xərclərinin gəlirlərlə müqayisədə daha çox olmasıdır. Yardımlının relyefi, coğrafi mövqeyi hələlik bu rayona dövlət büdcəsindən dəstəyin göstərilməsini zəruri edir. Amma gələcəkdə 5 rayonun gəlirləri xərclərindən çox olarsa, həmin rayonlar da öz gəlirləri hesabına xərclərini qarşılayacaq". Büdcədən vəsait alacaq 5 rayonun 4-ü Qarabağ və Şərqi Zəngəzurda yerləşir Qeyd edək ki, "Azərbaycanın 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə əsasən, gələn ilin dövlət büdcəsindən Yardımlı 1,3 milyon manat, Kəlbəcər 1,1 milyon manat, Xocavənd 1 milyon manat, Xocalı 0,99 milyon manat, Cəbrayıl 0,68 milyon manat vəsait ala biləcək. Gələn il büdcədən vəsait alacaq 5 rayonun 4-ü Qarabağ və Şərqi Zəngəzurda yerləşir. İşğaldan azad olunan ərazilərimizdən kənarda sadəcə Yardımlı rayonu dövlət büdcəsindən dəstək ala biləcək. Bu il isə dövlət büdcəsindən cəmi 7 rayona maliyyə vəsaiti ayrılıb. Xatırladaq ki, oktyabrın 15-də Prezident İlham Əliyev "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsini Milli Məclisin müzakirəsinə təqdim edib. Maliyyə Nazirliyinin məlumatına görə, gələn il büdcə gəlirlərinin 38,3 milyard manat, xərclərinin isə 41,3 milyard manat olacağı gözlənilir. Bu, 2024-cü ilin təsdiq olunmuş gəlir və xərc proqnozlarına nisbətən müvafiq olaraq 5,3 faiz və 4,1 faiz çoxdur.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Tərtər işi” bağlı QALMAQAL BÖYÜYÜR: “Yeni həbslər olacaq” - KİMLƏR HƏDƏFDƏDİR?
Bu gün, 16:31 |
|
|
|
• Təzyiq altındayam, mənə hücumlar edilir – Hərbi ekspert ad çəkdi
Bu gün, 16:28 |
|
|
|
• “Ermənilər COP29 ərəfəsində təxribata hazırlaşır, amma...” - Partiya sədri
Bu gün, 16:14 |
|
|
|
• Qulinin "tac"landırmadığı "qanuni oğru" özünü binadan atdı - KİV
Bu gün, 16:08 |
|
|
|
• Lavrov Rusiyanın Ermənistana hərbi texnika satdığını “unudub” - GÖRÜNƏNİ BUDUR
Bu gün, 16:04 |
|
|
|
• Nazir BŞTİ-ni Anar Qədiməliyevə tapşırır - Nərminə Hüseynova əvvəlki vəzifəsinə qaytarılır
Bu gün, 16:01 |
|
|
|
• Gürcüstan gözləmədə: cəmiyyət həm məyus, həm inamlıdır - GƏLİŞMƏ
Bu gün, 15:59 |
|
|
|
• Toyda nalayiq danışdı - Şəhid atasının şikayəti ilə tutuldu
Bu gün, 15:52 |
|
|
|
• Naxçıvanda yeddi təhsil müəssisəsinə direktor təyin olunub - SİYAHI
Bu gün, 15:49 |
|
|
|
• Qarabağın deputatları üçün də ev TİKİLİR?
Bu gün, 15:41 |
|
|
|
• BOKT-nin İdarə Heyətinə YENİ TƏYİNAT
Bu gün, 15:34 |
|
|
|
• ƏSGƏRLİYƏ GETMƏK ÜÇÜN PREZİDENTƏ MÜRACİƏT ETDİ - İsmayıllı sakini hərbi xidmətə yararsız olmadığını iddia edir
Bu gün, 15:30 |
|
|
|
• Yəhudi alim İsraili nasist Almaniyasına bənzədir - “Guardian”
Bu gün, 15:15 |
|
|
|
• Absurd qərara Ali Məclisdən Talıbovsayağı cavab və ya Fuad Nəcəfliyə bir neçə sual
Bu gün, 15:09 |
|
|
|
• İrəvanın “erməni soyqırımı”ndan imtinasının ƏSL SƏBƏBİ
Bu gün, 15:06 |
|
|
|
• “Azərbaycan Avropanın xilaskarı oldu” - Bloomberg
Bu gün, 15:05 |
|
|
|
• Ermənistanda təşviş: - Tramp seçilsə, dərhal...
Bu gün, 15:01 |
|
|
|
• Ermənistan ordusunda özbaşınalıq artıb: - Zabit çatışmamazlığı var
Bu gün, 14:57 |
|
|
|
• Əli Həsənovun baldızının müsadirə olunan obyektini alan yoxdur – 11-ci dəfə hərraca çıxarılır
Bu gün, 14:47 |
|
|
|
• "Pulun 2450 manatını Elm və Təhsil Nazirliyinin şöbə müdirinə vermişəm" - TƏFƏRRÜAT
Bu gün, 14:38 |
|
|
|
• Qızılın qiyməti nə qədər artıb? - AKTUAL
Bu gün, 14:33 |
|
|
|
• Hacıbala Abutalıbov yağış sularına təslim olan Bakıdan danışmaq istəmədi - "Bakı haqqında mən heç nə deməyəcəm"
Bu gün, 14:29 |
|
|
|
• YEMƏYİN: “Hicaz 313”ün də TƏRKİBİ TƏHLÜKƏLİDİR... - Dövlət CƏZA KƏSDİ
Bu gün, 14:24 |
|
|
|
• Dövlətin verdiyi evi əxlaqsızlıq yuvasına çevirən kişiyə bu cəza verildi
Bu gün, 14:18 |
|
|
|
• “Gürcü Arzusu” müxalifəti seçkiləri saxtalaşdırmaqda ittiham edir
Bu gün, 14:15 |
|
|
|
• "Uzunqulaq" yoxsa "Fil": - Kimin prezidentliyi məqbuldur?
Bu gün, 14:10 |
|
|
|
• Gələn il dövlət büdcəsindən hansı rayonlara maliyyə yardımı ayrılacaq?
Bu gün, 14:02 |
|
|
|
• İran özünü erməni dövləti kimi aparır - FAKT BUDUR!
Bu gün, 14:00 |
|
|
|
• Qarabağ Universitetində 10 milyonluq təmir işlərini bu şirkətlər görəcək
Bu gün, 13:56 |
|
|
|
• İcra başçının müavini övladımın əlimdən alınmasını istəyir - İTTİHAM VAR...
Bu gün, 13:30 |
|
|
|
• "Mənə Rusiyanın dostu deyənlər xəstədirlər!" - Tramp
Bu gün, 13:19 |
|
|
|
• Azərbaycanda “Caspel”dən başqa İT şirkəti yoxdur? - SABİQ NAZİRİN “TENDER KRALI”NA ÇEVRİLƏN ŞİRKƏTİ...
Bu gün, 13:17 |
|
|
|
• "Hökumətin fəlakətli səhvlərindən biri Rusiya qoşunlarını Ermənistan-Türkiyə sərhədindən çəkmək olacaq"
Bu gün, 13:06 |
|
|
|
• Qırğızıstan da dəhliz prosesinə qoşuldu – Ermənistanla anlaşdılar
Bu gün, 13:04 |
|
|
|
• Ali Məhkəmənin hakimi təqaüdə göndərilib - FOTO
Bu gün, 13:00 |
|
|
|
• Dəyişilməz oyunçu Dilarə Kazımova! - FOTO
Bu gün, 12:59 |
|
|
|
• Mülayim cənub-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:55 |
|
|
|
• Keçmişdə qalan münaqişə - MƏQALƏ
Bu gün, 12:47 |
|
|
|
• "Tərtər işi": bu hərbçilərlə bağlı qərar verildi - Elşən Qasımov və Lətif Lətifovun şikayəti təmin olunmayıb
Bu gün, 12:45 |
|
|
|
• Saakaşvilidən Zurabişviliyə: - “Xoşuma gəldin, məni əfv eləsən...”
Bu gün, 12:37 |
|
|
|
• Tanınmış aktyor niyə seriallara ÇƏKİLMİR? – “Elə köhnə hamam, köhnə tas...”
Bu gün, 12:36 |
|
|
|
• “SOCAR Polymer”də yeni təyinat - FOTO
Bu gün, 12:34 |
|
|
|
• Razi Nurullayevdən hökumətə təklif: “Onlayn iş rejiminə keçilsin” - "COP29-la bağlı gələcək qonaqlarımız üçün də yollar rahat olar..."
Bu gün, 12:26 |
|
|
|
• Kartdan karta pul köçürmək qadağan deyil - Qadağan olan başqa haldır
Bu gün, 12:17 |
|
|
|
• Alimpaşa Məmmədovun Apellyasiya Məhkəməsində son qərar verilib - TƏFƏRRÜAT
Bu gün, 12:14 |
|
|
|
• Naxçıvanda yeni qadağa NARAZILIQ YARADIR... - "Gör nə günə qaldın, ay Naxçıvan..."
Bu gün, 12:12 |
|
|
|
• “Tibbi sığorta ilə xəstəxanaya gələnləri acıqla qarşılayırlar” - Deputatdan ETİRAZ
Bu gün, 12:06 |
|
|
|
• Qarabağ Universitetinin təmirinə 12 milyon manat xərclənib - SİYAHI
Bu gün, 12:01 |
|
|
|
• "Məmurlar istənilən an, istənilən obyekti qanunsuz elan edib sökürlər" - AXI NİYƏ?..
Bu gün, 11:56 |
|
|
|
• Qərb Zelenskiyə video-vəsiyyət yazmağı tövsiyyə edibmiş
Bu gün, 11:51 |
|
|
|
|