Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən əvvəl Qərb prezident Vololdimir Zelenskidən video-vəsiyyətnamə yazmasını istəyirdi. AzVision.az xəbər verir ki, Ukraynanın keçmiş Xarici İşlər naziri Dmitri Kuleba Olqa Koşelenkonun “ABŞ-UA: Ağ Evin gizli sənədləri” layihəsində belə sensasioan məlumatla bölüşüb.
“Ukraynanın böyük dostu olan bir nəfər mənə mesaj göndərdi. Mən qayıdacağımı bildirəndə dedi ki, Zelenskiyə video-vəsiyyət yazmaq lazımdır. ABŞ-nin vitse-prezidenti Kamala Harris Zelenskiyə mühacirətdə hökumətin yaradılmasına hazırlaşmağı, həmçinin Ukraynanı partizan müharibəsinə hazırlamaq üçün bəzi hərbi həll yolları axtarmağı tövsiyə edib”, - Kuleba vurğulayıb.
Onun sözlərinə görə, Qərbdə Ukrayna prezidenti Volodimir Zelenskinin həlak ola biləcəyini istisna etmirdilər.