Türkiyə bu ordunun sistemini tam sıradan çıxardı! .....                     'Kargolux' müştərilərə problem yaradır .....                     “Sülhlə bağlı eyforiyaya qapılmaq təhlükəlidir...” .....                     Kremlin duel təklifində iki məqsəd .....                     Keçmiş prezidentlərdən .....                     Paşinyan əl çəkmir .....                     O tərbiyəsizliyə sponsorluq edən kimlərdir? .....                     "İstilikenerjitikintiquraşdırma" yenidən təşkil olunur .....                     Qalib KOMANDAN... .....                     Azərbaycanda ilk dəfə: .....                     Bu bayramın İrəvanda qeyd olunması... .....                     Azərbaycanda Aİ-92 markalı benzin və dizel yanacağı qıtlığı var? .....                     Nazirlikdəki əməliyyat zamanı bu həkimlər saxlanılıb .....                     Makron Fransanın yeni hökumətinin tərkibini təsdiqləyib .....                     Gözəlləşmək üçün həyatını riskə atanlar .....                     Tiktokerlər saxlanıldı: Aralarında Azər Zahid də var .....                     Veysəloğlu Şirkətlər Qrupu “V-FEST 2024” adlı 30 illik yubiley və Yeni il tədbirini keçirdi .....                     Sənubər İsgəndərli də dələduzların hədəfi olub .....                     Paşinyan Sərkisyan və Köçəryanı debata çağırdı .....                     Səhiyyə Nazirliyində əməliyyat nəticəsində 6 nəfər saxlanılıb .....                     İcra Hakimiyyəti 23 min manata yolka alır .....                     Ermənistan tezliklə bu əraziləri itirəcək .....                     Ayxan Hacızadə ABŞ səfirliyinə cavab verib .....                     “Onun missiyası Gürcüstanda xaos yaratmaqdır” .....                     Bu nazirlikdə əməliyyat keçirilir: saxlanılanlar var .....                     "Paşinyanın vaxt uzatmaq və ya vaxt "qazanmaq"la təxribata hazırlıq cəhdi .....                     Sosial şəbəkələr “yumşaq güc” amilinin əsas istifadə arenasına çevrilir .....                     “Onların məqsədi Azərbaycanda gərginlik yaratmaqdır” .....                     Polad Həşimovun anası Mübariz Mənsimovun qonağı olub .....                     ABŞ hələ də PKK-ya bağlı qruplara dəstək verir .....                     Respublika Fənn Olimpiadalarında suallarla bağlı problemlər yaşanıb .....                     Doğuşdan 15 gün sonra xərçəng xəstəsi olduğu bilindi: Müalicəsinə 60 min lazımdır .....                     Əfv və ya amnistiya olacaq? .....                     Almaniyanın fobiyası REALLIĞA ÇEVRİLİR .....                     Azərbaycanda qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir .....                     Baydendən növbəti əfv qərarı .....                     4 gün əvvəl həbsdən çıxan Qafar Dəmirçi yenidən məhkəmə qarşısında .....                     “Xəstəliyində yanında olmadığım üçün peşmanam” .....                     “Pul qazanan qadınlar haqqında başqa sözlər deyirlər" .....                     Vəzifəli şəxs hamamda yıxılıb öldü .....                 

Qarabağın deputatları üçün də ev TİKİLİR?
Tarix: 1-11-2024, 15:41 | Çap et
Qarabağın deputatları üçün də
Azərbaycan işğaldan azad edilmiş ərazilərə qayıdışla bağlı böyük addımlar atır. Bu istiqamətdə görülən işlər nəticəsində 30 ilə yaxın yurd həsrəti çəkən insanlar öz doğma torpaqlarına, evlərinə qayıdır. Bu prosesin – Böyük Qayıdışın təməli hələ 2016-cı ildə qoyulub.

2020-ci ildə Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad olundu, ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Rəşadətli Ordumuzun 2023-cü il sentyabrın 19-da Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirləri hərb tariximizə daha bir parlaq səhifə kimi yazıldı, qarşıya qoyulan hədəflərə 24 saatdan da az müddətdə nail olundu.

Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsindəki tarixi Qələbəmizdən dərhal sonra işğal dövründə Ermənistan tərəfindən vandallığa məruz qalan doğma ərazilərimizdə bərpa və yenidənqurma işlərinin həyata keçirilməsinə başlanıldı. 2022-ci il noyabrın 16-da Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzaladı.

Bu gün təkcə Xankəndi şəhərində 6 mindən çox insan yaşayır. Onlardan 1300-dən çoxu Qarabağ Universitetində çalışır və ya təhsil alır. Daha 500 nəfər isə Nizami Gəncəvi adına Xankəndi şəhər tam orta məktəbində işləyənlər və təhsil alanlardır. Ümumiyyətlə, azad edilmiş ərazilərdə həyata keçirilən işlərdə 20 min nəfərdən çox insan çalışır. Qeyd olunan rəqəmləri ümumiləşdirsək, belə bir nəticəyə gəlmək olar ki, hazırda azad olunmuş ərazilərdə təqribən 30 min insan məskunlaşıb.

Qarabağ və Şərqi Zəngəzurda böyük tikinti-quruculuq işləri gedir. Bütün rayonların sakinləri üçün mənzillər tikilir, tezliklə keçmiş məcburi köçkünlərin hamısını qayıdışı təmin olunacaq.

Qeyd edək ki, keçmiş məcburi köçkünlər arasında Milli Məclisin deputatları da var. Bir neçə gün əvvəl əslən Xocalıdan olan deputat Elman Məmmədov bildirib ki, dövlət onun üçün ev tikir. O, ata-baba yurdunun zamanında ermənilər tərəfindən viran edildiyini bildirib: “Səbirsizliklə gözləyirəm ki, mənim də evim tikilsin. Artıq bünövrə qoyulub, müəyyən səbəblərdən tikinti ləngiyir. İnşallah, özüm də evimizə köçəcəm. Mən o evdə yaşamışam, böyümüşəm”.

Modern.az mövzu ilə bağlı Milli Məclisin Füzuli rayonunun Aşağı Güzlək kəndində anadan olan Vüqar Bayramovla və Cəbrayıl rayonunun Şükürbəyli kəndində anadan olan Ceyhun Məmmədovla həmsöhbət olub.

Millət vəkili Vüqar Bayramov bildirib ki, Füzuli rayonunun işğaldan azad olunmuş ərazilərində, Füzuli şəhərində məskunlaşma həyata keçirilib:

“Rayon mərkəzində 3000-dən artıq vətəndaşımız məskunlaşıb. Rayon mərkəzi ilə yanaşı Dövlətyarlı və Pirəhmədli kəndlərində də inşaat və yenidənqurma işlərinə start verilmək üzrədir. Həmin kəndlərdə də növbəti dövrdə məskunlaşma keçiriləcəyi gözlənilir. Mənim doğulub boya-başa çatdığım və orta məktəb təhsilimi aldığım Aşağı Güzlək kəndi həmin coğrafiyada yerləşən digər 6 kəndlə birləşəcək. Bu kəndlərin birləşməsi ilə daha böyük infrastrukturu olan bir kəndin inşa edilməsi nəzərdə tutulur. Füzuli rayonunda mərhələli şəkildə məskunlaşmanın həyata keçiriləcəyi gözlənilir. Ona görə də bizim kənd sakinləri üçün də məskunlaşma təbii ki, həyata keçiriləcək. Amma nəzərə alsaq ki, Azərbaycan öz daxili maliyyə məsələlərini öz vəsaitləri hesabına həyata keçirir və 2-ci Qarabağ müharibəsindən sonra dövlət büdcəsindən Qarabağ və Şərqi Zəngəzurun bərpasına 18 milyard manata yaxın vəsait ayrılıb, bu proses mərhələli şəkildə aparılır. 2026-cı ilədək işğaldan azad olnmuş ərazilərimizdə 140 min vətəndaşımızın məskunlaşacağı gözlənilir. Təbii ki, bütün məcburi köçkünlər öz ata-baba yurdlarına qayıdacaq. O cümlədən biz də öz ata-baba yurdumuza qayıdacağıq. Bunun nə zaman olması isə birbaşa mərhələli şəkildə aparılan bərpa və yenidənqurma işlərindən asılı olacaq. İntensiv şəkildə proses gedir. Əminik ki, növbəti ildə Qarabağ və Şərqi Zəngəzura daha intensiv şəkildə keçmiş məcburi köçkünlərin qayıdışı müşahidə olunacaq”.

Millət vəkili Ceyhun Məmmədov qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə evlər hamı üçün tikilir.

"Doğma yerlərinə qayıdan hər kəs üçün tikilir. Konkret olaraq öz bölgəmiz barədə deyə bilərəm ki, bizdə belə bir məsələ yoxdur. Mən də bununla bağlı heç bir müraciət etməmişəm. Nəzərə alaraq ki, on minlərlə insan bu gün ev gözləyir və müəyyən sayda da insanlarımız çətin şəraitdə yaşayır, diqqət həmin insanlar üçün evlərin tikilməsinə yönəlməlidir. Bütün insanlarımız evlə təmin olunduqdan, ağır şəraitdə yaşayan insanlarımızın mənzil şəraitinə baxıldıqdan, şərait yaradıldıqdan sonra digər məsələlərə baxıla bilər. Ümumilikdə isə bu məsələyə fərdi yox, ümumi qaydada baxılmalı və hamıya bərabər münasibət göstərilməlidir. Hesab edirəm ki, məsələyə bu formada yanaşmaq daha doğrudur".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Türkiyə bu ordunun sistemini tam sıradan çıxardı! - Fransa
Bu gün, 07:29
'Kargolux' müştərilərə problem yaradır - VƏTƏNDAŞ BU ŞİRKƏTDƏN ŞİKAYƏTÇİDİR...
Bu gün, 01:39
“Sülhlə bağlı eyforiyaya qapılmaq təhlükəlidir...” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 01:34
Kremlin duel təklifində iki məqsəd - Avropa reaksiya verəcək, ABŞ isə...
Bu gün, 01:31
Keçmiş prezidentlərdən Paşinyanın debat çağırışına CAVAB
Bu gün, 01:26
Paşinyan əl çəkmir - Köçəryan və Sərkisyana yeni müraciət
Bu gün, 01:23
O tərbiyəsizliyə sponsorluq edən kimlərdir? - FOTO
Bu gün, 01:19
"İstilikenerjitikintiquraşdırma" yenidən təşkil olunur - TƏRKİBİNDƏN 2 ŞİRKƏT AYRILIR
Bu gün, 00:05
Qalib KOMANDAN... - Bu gün onun doğum günüdür...
Bu gün, 00:04
Azərbaycanda ilk dəfə: - ŞİRKƏTİN BORCU SATIŞA ÇIXARILDI
Bu gün, 00:02
Bu bayramın İrəvanda qeyd olunması... - Sübhani
Dünən, 23:36
Azərbaycanda Aİ-92 markalı benzin və dizel yanacağı qıtlığı var? - NƏ BAŞ VERİR?
Dünən, 23:11
Nazirlikdəki əməliyyat zamanı bu həkimlər saxlanılıb - ADLARI
Dünən, 23:01
Makron Fransanın yeni hökumətinin tərkibini təsdiqləyib
Dünən, 22:58
Gözəlləşmək üçün həyatını riskə atanlar - Bəziləri 10-15 dəfə əməliyyat etdirir…
Dünən, 22:55
Tiktokerlər saxlanıldı: Aralarında Azər Zahid də var - TƏFƏRRÜAT
Dünən, 22:49
Veysəloğlu Şirkətlər Qrupu “V-FEST 2024” adlı 30 illik yubiley və Yeni il tədbirini keçirdi - FOTO
Dünən, 22:18
Sənubər İsgəndərli də dələduzların hədəfi olub - FOTO
Dünən, 22:05
Paşinyan Sərkisyan və Köçəryanı debata çağırdı - KİV
Dünən, 22:01
Səhiyyə Nazirliyində əməliyyat nəticəsində 6 nəfər saxlanılıb - onlardan biri...
Dünən, 22:00
İcra Hakimiyyəti 23 min manata yolka alır
Dünən, 20:29
Ermənistan tezliklə bu əraziləri itirəcək – Gevondyan
Dünən, 20:25
Ayxan Hacızadə ABŞ səfirliyinə cavab verib
Dünən, 20:21
“Onun missiyası Gürcüstanda xaos yaratmaqdır” - ŞƏRH
Dünən, 19:31
Bu nazirlikdə əməliyyat keçirilir: saxlanılanlar var - TƏFƏRRÜAT
Dünən, 19:25
"Paşinyanın vaxt uzatmaq və ya vaxt "qazanmaq"la təxribata hazırlıq cəhdi Ermənistana təhlükə yaradır"
Dünən, 19:02
Sosial şəbəkələr “yumşaq güc” amilinin əsas istifadə arenasına çevrilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:00
“Onların məqsədi Azərbaycanda gərginlik yaratmaqdır” - deputat
Dünən, 18:58
Polad Həşimovun anası Mübariz Mənsimovun qonağı olub - FOTO
Dünən, 18:24
ABŞ hələ də PKK-ya bağlı qruplara dəstək verir - FAKT BUDUR!
Dünən, 18:21
Respublika Fənn Olimpiadalarında suallarla bağlı problemlər yaşanıb - Uşaqların, müəllimlərin əsəbini pozurlar...
Dünən, 18:16
Doğuşdan 15 gün sonra xərçəng xəstəsi olduğu bilindi: Müalicəsinə 60 min lazımdır - VİDEO
Dünən, 18:14
Əfv və ya amnistiya olacaq? - AKTUAL
Dünən, 18:11
Almaniyanın fobiyası REALLIĞA ÇEVRİLİR – Rusiyanın növbəti hədəfi KİM OLACAQ?
Dünən, 18:10
Azərbaycanda qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir - SƏRƏNCAM
Dünən, 17:55
Baydendən növbəti əfv qərarı
Dünən, 17:51
4 gün əvvəl həbsdən çıxan Qafar Dəmirçi yenidən məhkəmə qarşısında - DETALLAR
Dünən, 17:47
“Xəstəliyində yanında olmadığım üçün peşmanam”
Dünən, 17:45
“Pul qazanan qadınlar haqqında başqa sözlər deyirlər" - Nadir Qafarzadə
Dünən, 17:38
Vəzifəli şəxs hamamda yıxılıb öldü - TƏFƏRRÜAT
Dünən, 17:35
Cavid Qurbanov hələ də HÖKM KEÇİRİR? - İLGİNC İDDİALAR
Dünən, 17:26
Saleh Məmmədovun bu dəbdəbəli villasının qiyməti nə qədərdir? - VİDEO
Dünən, 17:19
Jurnalistə qarşı dələduzluqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb
Dünən, 17:14
Novxanıda bələdiyyə sədri Gəray Əsədov küçəsində yolu satıb - sakinlər dad edir...
Dünən, 17:11
Şagirdlər niyə təhsillərini davam etdirmək istəmir? – Səbəblər, problemlər, hüquqsuz müəllimlər…
Dünən, 17:04
Sosial müavinətlərin və təqaüdlərin məbləğləri artırılacaq - SƏRƏNCAM
Dünən, 16:59
Əmək pensiyasının minimum məbləği 320 manata çatdırılacaq
Dünən, 16:58
Minimum aylıq əməkhaqqının məbləği 400 manat müəyyən edilib - SƏRƏNCAM
Dünən, 16:57
Müharibə və qırğınlar dayanmayacaq… – 2025-ci illə bağlı bədbin proqnoz
Dünən, 16:52
Ermənistan sülhlə bağlı SƏSİNİ ÇIXARMIR: - “Manipulyativ xarakterlidir”
Dünən, 16:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru