“Xəstəxanalara tibbi sığorta ilə gələnləri qeydiyyat şöbəsində çox acıqlı şəkildə qarşılayırlar. Çünki onların vərdiş etdikləri, o nüans artıq yoxdur. Bildiniz, mən nəyi nəzərdə tuturam”.
Bizim.Media xəbər verir ki, bu sözləri deputat Səyyad Aran parlamentin noyabrın 1-i keçirilən iclasında deyib.
O bildirib ki, Azərbaycanda həkim çatışmazlığı var:
“İmişli Mərkəzi Xəstəxanasında cəmi 30 həkim işləyir. O boyda rayonda bir psixiatr var. Bəs camaat kimin üstünə getməlidir? Pensiya yaşına çatan kimi müəllimi məktəbdən çıxarırlar, yerinə yenisini gətirirlər. Lakin pensiya yaşı çatmış həkimlərlə müqavilənin vaxtını uzadaraq işləyirlər. Çünki həkim çatışmazlığı var”.