“Azərbaycan Avropanın xilaskarı oldu” - Bloomberg
Tarix: 1-11-2024, 15:05 |
Çap et
Təbii qaz idxalı ilə məşğul olan Avropa şirkətləri yaxın vaxtlarda bu regiona “mavi yanacağın” tədarükünə dair Azərbaycanla müqavilə bağlamağı planlaşdırırlar.
AzVision.az xəbər verir ki, bu məqamı diqqətə çatdıran “Bloomberg” agentliyi, eyni zamanda, Kiyevin Rusiyanın enerji resurslarının öz nəqli ilə bağlı müqaviləni yeniləməkdən imtina etməsinə baxmayaraq, Azərbaycanın təbii qazının məhz həmin kəmər vasitsəi ilə tədarük ediləcəyini bildirir.
Agentliyin dərc etdiyi materialda, həmçinin Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında sazişin Avropanın hazırda tranzit sazişi üzrə aldığı qazın bir hissəsinin kompensasiyasını nəzərdə tutduğu vurğulanır. Eyni zamanda, sazişə Azərbaycanla Rusiya arasında svop sazişi də daxil ediləcək.
Xatırladaq ki, iki həftə əvvəl “RBK Ukrayna” kanalı Azərbaycan qazının Ukrayna ərazisindən keçməklə Avropaya nəqli barədə Bakıya yeni sxem təklif etdiyini yazmışdı.