“Azərbaycanla Ermənistanın münasibətləri yaxın zamanda normallaşa bilər”.
Globalinfo.az xəbər verir ki, bu sözləri Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin deyib.
Səfir BRİKS-ə üzvlüyün İrəvana ciddi üzvlük qazandıracağını bildirib:
“Təşkilatda Ermənistanın Rusiya, Hindistan, İran, Çin və BƏƏ kimi tərəfdaşları var. Qonşu Azərbaycan və Türkiyənin də üzvlük üçün ərizə verməsi az əhəmiyyət kəsb etmir. Gələcəkdə Bakı və İrəvanın BRİKS-ə üzvlüyü iki ölkə arasında münasibətlərin normallaşması prosesinə müsbət təsir göstərə bilər”.