Sabiq icra başçısının oğlu ilə bağlı 2 milyon manatlıq qalmaqal: - "Bir ildir bizi girov saxlayırlar"
Zərdab və Mingəçevirin 14 il boyunca icra başçısı olmuş Lütvəli Babayevin oğlu Babəli Babazadə vergidən 1 milyon manat yayınmaqda suçlanır, hətta buna görə ölkədən qaçdığı iddia edilir.
Bu iddia onun zərərçəkmiş kimi adı keçən 2 milyon manatlıq dələduzluq işində yer alıb.
Həmin işdə təqsirləndirilən şəxs kimi həbs edilən isə B.Babazadənin öz dostu – "Uniklinika"nın baş həkimi Aruz Əliyevdir.
Bir ildir həbsdə olan A.Əliyevin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
O, Etiram Kərimovla birlikdə mühakimə edilir.
Hər iki şəxsə Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham verilib.
Cinayət işinin materiallarında iddia edilir ki, B.Babazadənin tikinti şirkətinin 1 milyon manatlıq vergi borcuna görə ona məktub gəlib.
Həkim-cərrah olan dostu A.Əliyev ona ölkədən getməsini məsləhət görüb.
B.Babayev Türkiyəyə qaçıb və Azərbaycandakı işlərinin yönəldilməsindən ötrü A.Əliyevə baş etibarnamə verib.
Türkiyədə olduğu müddətdə onun bir evi və bir obyekti satılıb.
İttihama görə, 2 milyon manatı təqsirləndirilən A.Əliyev və E.Kərimov mənimsəyib.
Təqsirləndirilən şəxslər bu ittihamı qəbul etmir, B.Babazadənin onları şərlədiyini deyirlər.
Bildirirlər ki, əmlakları sabiq icra başçısının oğlunun istəyi ilə satıb, pulu da özünə göndəriblər.
Orada xərcləyib, indi atasının qorxusundan yalan danışır.
Bu cinayət işi üzrə B.Babazadə zərərçəkmiş, atası da şahid kimi dindirilib.
"Niyə birdən-birə həbs-qətimkan tədbiri seçilsin?"
Oktyabrın 17-də məhkəmədə həm A.Əliyev, həm də E.Kərimovun vəkilləri onların hökm çıxarılanadək ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıblar.
A.Əliyevin vəkili deyir ki, müvəkkili baş həkimdir, onun iş yeri bəllidir. Çağırış göndərilmədən birbaşa axtarış elan olunub. Vəkilin fikrincə, məqsəd də istintaqdan yayınma görüntüsü yaradıb həbs qərarı çıxarılması olub: "Dəvət olunmayan, iş yeri bəlli, daimi yaşayış yeri olan adam haqqında niyə birdən-birə həbs-qətimkan tədbiri seçilsin? Onun həbsdə saxlanması üçün heç bir əsas yoxdur".
E.Kərimovun vəkili məhkəməyə fotolar təqdim edərək onların sübut kimi qəbul olunmasını istəyib: "Guya dindirməyə apararkən idarədə ayaqyolunun qarşısından qaçmaq istəyib. Bu, mümkün deyil. Oranın şəkillərini çəkmişik. Bu şəkilləri vəsatətimizə qoşma olaraq təqdim etmək istəyirik".
Vəkillər ittihamın bütövlükdə qurama olduğunu vurğulayıblar. Onlar bir sıra şəxslərin məhkəmədə əlavə şahid kimi dindirilməsini də istəyiblər.
"Heç bir sübut-dəlil olmadan bizə cinayət işi açıblar. Guya biz bu pulları mənimsəmişik. Əslində isə biz o pulları görməmişik. Qondarma ittihamla bizi bir ildir girov saxlayırlar", - təqsirləndirilən E.Kərimovun sözləridir.
Onların ev dustaqlığına buraxılması haqda qaldırılan vəsatətlər təmin edilməyib. Əlavə şahidlərin dindirilməsi məsələsi də baxılmamış saxlanılıb.
Oktyabrın 31-də keçiriləcək növbəti məhkəmə iclasında dindirmələr olacaq.
A.Əliyev və E.Kərimova ittiham verilən maddədə 14 ilədək həbs cəzası nəzərdə tutulub.
Xatırlatma
Lütvəli Babayev 2005–2007-ci illərdə Mingəçevirin, 2007–2019-cu illərdə isə Zərdabın icra başçısı vəzifəsində çalışıb.
Onun oğlu Azərbaycanda "BLB" MMC-nin rəhbəri olub. 2021-ci ildə Moskvada "Liqa-Stroy" MMC-ni təsis edib.
Keçmiş icra başçısının ailəsinə məxsus daha bir şirkətsə "Top Point" MMC-dir. Bu şirkət 2014-cü ildə L.Babayevin həyat yoldaşı Rübabə Babayevanın adına təsis olunub.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bakı və İrəvan ərizə verib, müsbət nəticə olacaq – Kopırkin
Bu gün, 12:00 |
|
|
|
• Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb - SİYAHI
Bu gün, 11:49 |
|
|
|
• Fars-molla rejimi İrandakı xalqları ZƏRBƏ ALTINDA QOYUR
Bu gün, 11:42 |
|
|
|
• Hərbi qulluqçular arasında atletika üzrə yarış keçirilib - VİDEO
Bu gün, 11:37 |
|
|
|
• Vasif Talıbovun malları müsadirə oluna bilər... - MƏHKƏMƏ
Bu gün, 11:27 |
|
|
|
• Cəbrayılı YEYƏ-YEYƏ TİKİRİK... - BU NƏDİ BELƏ?!
Bu gün, 11:20 |
|
|
|
• İsrail HƏMAS komandirini zərərəsizləşdirdi – Sinvarın mühafizəsinə cavabdeh idi
Bu gün, 11:16 |
|
|
|
• "Qadın ailənin aşpazı olmalıdır"
Bu gün, 11:10 |
|
|
|
• Gəncədə qadını şantaj edən şəxs saxlanılıb
Bu gün, 11:03 |
|
|
|
• İrəvan Bakıdan məktub gözləyir - yazışmaya davam, yoxsa tamam...
Bu gün, 10:54 |
|
|
|
• Qərargah rəisi azadlığa buraxılmadı, amma... - TƏFƏRRÜAT
Bu gün, 10:50 |
|
|
|
• Ucqar kənddə oxuyan şagirdlər niyə NƏZƏRƏ alınmır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:48 |
|
|
|
• “Erməni çörəyi”ni “otrabotka” etmək lazımdır... - hətta qumara vicdanlarını qoyublarsa belə...
Bu gün, 10:44 |
|
|
|
• "Qohumum "Trendyol"dan 5 ədəd məhsul sifariş verib, açanda görüb ki, 3 ədədi yoxdur" - Tahir Kərimli
Bu gün, 10:40 |
|
|
|
• "Bu, kimdir və nəyə hazırlaşır?.." - FOTO
Bu gün, 10:34 |
|
|
|
• İşəgötürən tərəfindən işçiyə əmək haqqının verilməməsi... - Ekspert danışır...
Bu gün, 10:25 |
|
|
|
• Daxili İşlər Nazirliyini məhkəməyə verən azərbaycanlının tələbi RƏDD EDİLDİ
Bu gün, 10:23 |
|
|
|
• Repetitor hazırlığı uşaqlarda stress yaradır - NƏ ETMƏLİ?
Bu gün, 10:22 |
|
|
|
• Sabiq icra başçısının oğlu ilə bağlı 2 milyon manatlıq qalmaqal: - "Bir ildir bizi girov saxlayırlar"
Bu gün, 10:20 |
|
|
|
• Hacıqabulu dünənə qədər ELƏ DAĞIDIBLAR Kİ... - Yeni başçının MENYUSUNA...
Bu gün, 10:15 |
|
|
|
• Ermənistan niyə uzaq mənzilli silahlar alır? - KİMİ VURACAQLAR?
Bu gün, 10:10 |
|
|
|
• Hər kəsi bizə qarşı qaldırsalar da... - YOLUMUZDAN DÖNƏ BİLMƏRİK...
Bu gün, 10:09 |
|
|
|
• “Demokratiyadan danışan Fransa müstəmləkəçilik siyasətini davam etdirir” - deputat
Bu gün, 10:08 |
|
|
|
• "Söz vermişdim ki, bir daha bu mağazaya ayağım dəyməyəcək, amma..." - "ÇOX PEŞMANAM!!!"
Bu gün, 10:03 |
|
|
|
• "Ermənistan Azərbaycana öz suveren ərazilərində nə edəcəyini demək haqqına sahib deyil" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:58 |
|
|
|
• "Kupça"sız evlər kütləvi satışda: Almaq qorxuludur? - AKTUAL
Bu gün, 09:54 |
|
|
|
• "Sonra mənə heç bir yerdə iş vermədilər" - NARAZILIQ VAR...
Bu gün, 09:51 |
|
|
|
• "2 ildir iş icraatdadır, icra olunmur..." - GİLEY
Bu gün, 09:45 |
|
|
|
• İstanbulda mühüm sülh və Zəngəzur müzakirələri - İNCƏLƏMƏ
Bu gün, 09:43 |
|
|
|
• Azərbaycan Dəmir Yollarında görün, nə işlər çevrilir... - Bir rəisin "yedikləri"...
Bu gün, 09:41 |
|
|
|
• Ermənilərin yalnız 2 faizi Putinin cani dostuna inanır... - Daha çoxu Paşinyanı dəstəkləyir...
Bu gün, 09:23 |
|
|
|
• Böyüklər dalaşır, arada Ermənistan qazanır - FAKT BUDUR!
Bu gün, 09:20 |
|
|
|
• Ermənistana yeni raketlər göndərildi: Lokal toqquşma qaçılmazdır – Polkovnik açıqladı
Bu gün, 09:18 |
|
|
|
• Sinvar öldü, İsrail üçün yeni dəhşət gəlir – İŞİD-ə divan tutan amansız qruplaşma
Bu gün, 09:15 |
|
|
|
• Heç zibil də onlara həvalə edilmir – Bələdiyyələrə səlahiyyət verin!
Bu gün, 09:12 |
|
|
|
• Bir ay sonra şərtlər dəyişir: Əliyev tələbi artıracaq! - GƏLİŞMƏ
Bu gün, 09:10 |
|
|
|
• "Müstəqilliyimizi bərpa etmişik, amma yenə də, Şimal - Quzey küləkləri əsməkdədir...” - Mirmahmud Mirəlioğlu
Bu gün, 00:10 |
|
|
|
• Növbə universitetlərdə: Müəllim və tələbələri nə gözləyir? - AKTUAL
Bu gün, 00:05 |
|
|
|
• NATO-nun Qərb ölkələri, xüsusilə ABŞ Ermənistanı dəstəkləyir - Görünəni odur ki...
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycan Avropa üçün yenə də maraqlı ölkədir - FAKT BUDUR!
Dünən, 19:00 |
|
|
|
• Qadınlar aliment almaq üçün boşanırlar? - AÇIQLAMA
Dünən, 18:56 |
|
|
|
• "Fransanın bunun əksini sübut edəcək heç bir dəlili yoxdur" - REAKSİYA
Dünən, 18:23 |
|
|
|
• Bərzaninin Ankara səfərinin SENSASİON DETALLARI - İrana görə Türkiyə və Azərbaycanla...
Dünən, 18:21 |
|
|
|
• Özəl neft-qaz şirkətinin rəhbərliyinə təyinat - DOSYE
Dünən, 18:04 |
|
|
|
• ARDNF-nin aktivləri 62 milyard dollara yaxınlaşır
Dünən, 18:02 |
|
|
|
• Avtoritetlərin "sxodka"sında iştirak edən saxlanıldı - FOTO
Dünən, 18:00 |
|
|
|
• Məhkəmə qapılarında jurnalistləri tapdalayanlar - AXI NİYƏ?
Dünən, 17:55 |
|
|
|
• Qərbi Azərbaycanlıların qaçqınlıq statusu yenidən bərpa oluna bilərmi? - AKTUAL
Dünən, 17:46 |
|
|
|
• Ermənistanın sülh blefi: - COP29-a qədər referendum keçirə biləcək?
Dünən, 17:43 |
|
|
|
• Bir qrup energetik təltif edilib - SƏRƏNCAM
Dünən, 17:41 |
|
|
|
|