Əhalinin depozitini geri çəkməsinə səbəb nədir? .....                     Ermənilərin Qarabağa qayıdışı məsələsi... .....                     Velosiped yolları kütləvi narazılıq yaradıb: .....                     Ermənistana `İNDEYSKİ` DƏSTƏK... .....                     Bakı və İrəvan ərizə verib, müsbət nəticə olacaq .....                     Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb .....                     Fars-molla rejimi İrandakı xalqları .....                     Hərbi qulluqçular arasında atletika üzrə yarış keçirilib .....                     Vasif Talıbovun malları müsadirə oluna bilər... .....                     Cəbrayılı YEYƏ-YEYƏ TİKİRİK... .....                     İsrail HƏMAS komandirini zərərəsizləşdirdi .....                     "Qadın ailənin aşpazı olmalıdır" .....                     Gəncədə qadını şantaj edən şəxs saxlanılıb .....                     İrəvan Bakıdan məktub gözləyir .....                     Qərargah rəisi azadlığa buraxılmadı, amma... .....                     Ucqar kənddə oxuyan şagirdlər niyə NƏZƏRƏ alınmır? .....                     “Erməni çörəyi”ni “otrabotka” etmək lazımdır... .....                     "Qohumum "Trendyol"dan 5 ədəd məhsul sifariş verib, açanda görüb ki, 3 ədədi yoxdur" .....                     "Bu, kimdir və nəyə hazırlaşır?.." .....                     İşəgötürən tərəfindən işçiyə əmək haqqının verilməməsi... .....                     Daxili İşlər Nazirliyini məhkəməyə verən azərbaycanlının tələbi .....                     Repetitor hazırlığı uşaqlarda stress yaradır .....                     Sabiq icra başçısının oğlu ilə bağlı 2 milyon manatlıq qalmaqal: .....                     Hacıqabulu dünənə qədər ELƏ DAĞIDIBLAR Kİ... .....                     Ermənistan niyə uzaq mənzilli silahlar alır? .....                     Hər kəsi bizə qarşı qaldırsalar da... .....                     “Demokratiyadan danışan Fransa müstəmləkəçilik siyasətini davam etdirir” .....                     "Söz vermişdim ki, bir daha bu mağazaya ayağım dəyməyəcək, amma..." .....                     "Ermənistan Azərbaycana öz suveren ərazilərində nə edəcəyini demək haqqına sahib deyil" .....                     "Kupça"sız evlər kütləvi satışda: Almaq qorxuludur? .....                     "Sonra mənə heç bir yerdə iş vermədilər" .....                     "2 ildir iş icraatdadır, icra olunmur..." .....                     İstanbulda mühüm sülh və Zəngəzur müzakirələri .....                     Azərbaycan Dəmir Yollarında görün, nə işlər çevrilir... .....                     Ermənilərin yalnız 2 faizi Putinin cani dostuna inanır... .....                     Böyüklər dalaşır, arada Ermənistan qazanır .....                     Ermənistana yeni raketlər göndərildi: Lokal toqquşma qaçılmazdır .....                     Sinvar öldü, İsrail üçün yeni dəhşət gəlir .....                     Heç zibil də onlara həvalə edilmir .....                     Bir ay sonra şərtlər dəyişir: Əliyev tələbi artıracaq! .....                 

Velosiped yolları kütləvi narazılıq yaradıb: - Əslində velozolaqlar necə çəkilməlidir?
Tarix: Bu gün, 14:00 | Çap et
Velosiped yolları kütləvi narazılıq yaradıb:
"Bakıda mikromobillik zolaqları qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla layihələndirilir. Layihələndirmə zamanı prioritetləşdirmə piyadalar, velosipedçilər və ictimai nəqliyyat ardıcıllığı ilə müəyyən olunur.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib.
Qeyd edək ki, velosiped yollarının çəkilməsi ilə bağlı narazılıqlar artır. Bugünlərdə deputat Zahid Oruc çıxışında bildirib ki, Bakıda velosiped üçün yollar yaradılsa da, velosiped sürən yoxdur.
"Avtobuslar üçün zolaqlar yaratmışıq, avtobus qalıb bir tərəfdə, bütün zolaqlar zəbt olunub. Velosiped yolları yaratmışıq, ancaq velosiped sürən varmı? Yox", deyə millət vəkili bildirib.
Digər şikayətlərdən biri isə velosiped yollarının nizamsız çəkilməsi ilə bağlıdır. Vətəndaşlar sosial şəbəkələrdə bildiriblər ki, Yusif Səfərov küçəsində çəkilən velosiped yolu dayanacağın qarşısından keçir. Hansı ki, bu yolu avtobus dayanacağının arxasından çəkmək olardı. Səslənən iradlardan biri də, avtomobil yollarının daraldılması hesabına velosiped yollarının çəkilməsindəndir.
AYNA-dan isə bildirilib ki, son dövrlərdə əhali arasında velosiped və skuterlərdən istifadə edənlərin sayı artıb.
"Bu nəqliyyat növünün geniş istifadəsi mikromobillik, şəhər mühitinin inkişafı, tıxac və sıxlığın azaldılması, ətraf mühitin qorunması, fiziki fəallığın artırılması və sağlam həyat baxımından çox əhəmiyyətlidir. Artıq AYNA tərəfindən Bakı şəhərində mikromobillik infrastrukturunun inkişaf etdirilməsi məqsədilə 20 km məsafəni əhatə edən mikromobillik zolağı təşkil edilib. Bu işlər davam etdirilir", soröuya cavabda bildirilib.
Ekspertlərin isə paytaxtda mobilliyin təmin olunması məqsədilə çəkilən velosiped yolları barədə fikirləri fərqlidir.
Nəqliyyat məsələləri üzrə ekspert, hüquqşunas Ərşad Hüseynov deyir ki, mobilliyin transformasiyası təkcə küçə və prospektlərdə hərəkət hissəsinin bölüşdürülməsindən ibarət deyil. Bunun qarşılığında ictimai nəqliyyat daha sürətlə inkişaf etməlidir.
Ekspert bildirir ki, bir prospektdə digər nəqliyyat vasitələri üçün cəmi bir zolağın saxlanılması da sual yaradır. Çünki oradan avtobus marşrurtları da keçir, həm onlara, həm də digər nəqliyyat vasitələrinə qaydalar çərçivəsində hərəkət etmək baxımından problemlər yaranır.
Ə. Hüseynovun sözlərinə görə, velosiped zolaqları həm də bir-biri ilə əlaqələndirilməlidir. Onun sözlərinə görə, velosiped yolları kəsintisiz təşkil olunmalıdır ki, problemsiz hərəkət etmək mümkün olsun.
O, velosiped zolağının yolun hərəkət hissəsinin sol tərəfində olması təhlükəli və arzuolunmaz hal olduğunu söyləyib. Bildirib ki, paytaxtda bəzi yerlərdə velosiped yollarının yolun hərəkət hissəsinin sol hissəsi ilə çəkilməsi ciddi səhvdir.
"Çünki şəhər mühitində hərəkət sürəti nə qədər mülayim olsa da, sol tərəfdən ötmə və digər manevrlər üçün də istifadə edilir. Ona görə də yolun sol hissəsi daha riskli ərazidir. Dünya təcrübəsində bir qayda olaraq velosiped zolağı səki ilə paralel çəkilir, yəni yolun hərəkət hissəsinin sağında".
Memar Cahid Həsənov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Bakı şəhəri ərazisində çəkilən velosiped yolları onsuzda sıx olan yolları daha da sıxlaşdırmasına səbəb olur.
"Velosiped yolları onsuzda uzun məsafəli olmayacaq. Əslində velosiped yolları qırıq-qırıq çəkilməməlidir. Bakıda şəhərin bir nöqtəsindən digər nöqtəsinə, kəsintisiz velosiped yolu çəkmək mümkün deyil. Məsələn, Mətbuat prospektində velosiped yolu çəkilib. Amma bu prospektin müəyyən hissəsindən sonra velosiped yolu yoxdur. Sual yaranır ki, velosipedlə işə gedən paytaxt sakini velozolaq qurtarandan sonra haradan getməlidir? Əgər yenə avtomobil yolu ilə gedəcəksə, şəhərin müəyyən hissəsində velosiped yolu çəkməyin bir mənası qalmır", deyə memar bildirib.
Memar söyləyib ki, hazırda Bakıda velosiped yolları mərkəzi və digər parkların kənar sərhədlərındən çəkilə bilər. Onun sözlərinə görə, inzibati binalara gediş-gəliş üçün velosiped zolaqları yararlı deyil: "Bu onsuz da dar olan yolları daha da daralacaq, tıxacı artıracaq".
C.Həsənov deyir ki, velosiped yollarının çəkilişinə şəhərsalma memarları da cəlb olunmalıdır. Memarın qənaətinə görə, uzun məsafəli velosiped yolları şəhərin içində deyil, enli zolaqlı yollarda olmalıdır. Həmçinin A nöqtəsindən və B nöqtəsinə velosiped dayanacaqları təşkil olunmalıdır.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin Nəqliyyat və Logistika Kafedrasının baş müəllimi Bulud Bağırov isə deyir ki, Bakıda velosiped yollarını avtomobil yollarını daraltmamaqla çəkmək mümkün deyil. Əgər velosiped yolları üçün ayrıca zolaqlar çəkilərsə, Bakıda binaları, tikililəri sökmək lazım gələcək.
Müsahibimiz bildirib ki, yearaltı nəqliyyatda sıxlığı aradan qaldırmaq günün əsas tələbidir. Bunun üçün yerüstü nəqliyyat vasitələri inkişaf etdirilməlidir. Velosiped yollarını kənardan çəkmək üçün binalar və digər tikililər sökülməlidir. Bu isə çətindir. Ona görə də kənardan velosiped yolu çəkmək üçün gözləməkdənsə, mövcud yol infrastrukturundan istifadə etməklə velozolaqlar çəkilməlidir".
Kafedranın baş müəllimi hesab edir ki, dördzolaqlı prospektlərdə həm velosiped yolu olmalıdır, həm də avtobus və tramvay üçün zolaqlar ayrılmalıdır. Yolun yalnız bir zolağından minik avtomobili üçün istifadə edilməlidir:
"Şəhəri insanyönümlü etmək istəyiriksə, bunu etməliyik. Velosiped yolları tədricən velosiped istifadə edənlərin sayını artıracaq. Müəyyən çatışmazlıqlar olacaq, bunlar da aradan qaldırılmalıdır".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əhalinin depozitini geri çəkməsinə səbəb nədir? - NƏ BAŞ VERİR?
Bu gün, 15:00
Ermənilərin Qarabağa qayıdışı məsələsi... - ŞƏRH
Bu gün, 14:02
Velosiped yolları kütləvi narazılıq yaradıb: - Əslində velozolaqlar necə çəkilməlidir?
Bu gün, 14:00
Ermənistana `İNDEYSKİ` DƏSTƏK... - 44 gün nə etdilər ki?..
Bu gün, 13:56
Bakı və İrəvan ərizə verib, müsbət nəticə olacaq – Kopırkin
Bu gün, 12:00
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb - SİYAHI
Bu gün, 11:49
Fars-molla rejimi İrandakı xalqları ZƏRBƏ ALTINDA QOYUR
Bu gün, 11:42
Hərbi qulluqçular arasında atletika üzrə yarış keçirilib - VİDEO
Bu gün, 11:37
Vasif Talıbovun malları müsadirə oluna bilər... - MƏHKƏMƏ
Bu gün, 11:27
Cəbrayılı YEYƏ-YEYƏ TİKİRİK... - BU NƏDİ BELƏ?!
Bu gün, 11:20
İsrail HƏMAS komandirini zərərəsizləşdirdi – Sinvarın mühafizəsinə cavabdeh idi
Bu gün, 11:16
"Qadın ailənin aşpazı olmalıdır"
Bu gün, 11:10
Gəncədə qadını şantaj edən şəxs saxlanılıb
Bu gün, 11:03
İrəvan Bakıdan məktub gözləyir - yazışmaya davam, yoxsa tamam...
Bu gün, 10:54
Qərargah rəisi azadlığa buraxılmadı, amma... - TƏFƏRRÜAT
Bu gün, 10:50
Ucqar kənddə oxuyan şagirdlər niyə NƏZƏRƏ alınmır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:48
“Erməni çörəyi”ni “otrabotka” etmək lazımdır... - hətta qumara vicdanlarını qoyublarsa belə...
Bu gün, 10:44
"Qohumum "Trendyol"dan 5 ədəd məhsul sifariş verib, açanda görüb ki, 3 ədədi yoxdur" - Tahir Kərimli
Bu gün, 10:40
"Bu, kimdir və nəyə hazırlaşır?.." - FOTO
Bu gün, 10:34
İşəgötürən tərəfindən işçiyə əmək haqqının verilməməsi... - Ekspert danışır...
Bu gün, 10:25
Daxili İşlər Nazirliyini məhkəməyə verən azərbaycanlının tələbi RƏDD EDİLDİ
Bu gün, 10:23
Repetitor hazırlığı uşaqlarda stress yaradır - NƏ ETMƏLİ?
Bu gün, 10:22
Sabiq icra başçısının oğlu ilə bağlı 2 milyon manatlıq qalmaqal: - "Bir ildir bizi girov saxlayırlar"
Bu gün, 10:20
Hacıqabulu dünənə qədər ELƏ DAĞIDIBLAR Kİ... - Yeni başçının MENYUSUNA...
Bu gün, 10:15
Ermənistan niyə uzaq mənzilli silahlar alır? - KİMİ VURACAQLAR?
Bu gün, 10:10
Hər kəsi bizə qarşı qaldırsalar da... - YOLUMUZDAN DÖNƏ BİLMƏRİK...
Bu gün, 10:09
“Demokratiyadan danışan Fransa müstəmləkəçilik siyasətini davam etdirir” - deputat
Bu gün, 10:08
"Söz vermişdim ki, bir daha bu mağazaya ayağım dəyməyəcək, amma..." - "ÇOX PEŞMANAM!!!"
Bu gün, 10:03
"Ermənistan Azərbaycana öz suveren ərazilərində nə edəcəyini demək haqqına sahib deyil" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:58
"Kupça"sız evlər kütləvi satışda: Almaq qorxuludur? - AKTUAL
Bu gün, 09:54
"Sonra mənə heç bir yerdə iş vermədilər" - NARAZILIQ VAR...
Bu gün, 09:51
"2 ildir iş icraatdadır, icra olunmur..." - GİLEY
Bu gün, 09:45
İstanbulda mühüm sülh və Zəngəzur müzakirələri - İNCƏLƏMƏ
Bu gün, 09:43
Azərbaycan Dəmir Yollarında görün, nə işlər çevrilir... - Bir rəisin "yedikləri"...
Bu gün, 09:41
Ermənilərin yalnız 2 faizi Putinin cani dostuna inanır... - Daha çoxu Paşinyanı dəstəkləyir...
Bu gün, 09:23
Böyüklər dalaşır, arada Ermənistan qazanır - FAKT BUDUR!
Bu gün, 09:20
Ermənistana yeni raketlər göndərildi: Lokal toqquşma qaçılmazdır – Polkovnik açıqladı
Bu gün, 09:18
Sinvar öldü, İsrail üçün yeni dəhşət gəlir – İŞİD-ə divan tutan amansız qruplaşma
Bu gün, 09:15
Heç zibil də onlara həvalə edilmir – Bələdiyyələrə səlahiyyət verin!
Bu gün, 09:12
Bir ay sonra şərtlər dəyişir: Əliyev tələbi artıracaq! - GƏLİŞMƏ
Bu gün, 09:10
"Müstəqilliyimizi bərpa etmişik, amma yenə də, Şimal - Quzey küləkləri əsməkdədir...” - Mirmahmud Mirəlioğlu
Bu gün, 00:10
Növbə universitetlərdə: Müəllim və tələbələri nə gözləyir? - AKTUAL
Bu gün, 00:05
NATO-nun Qərb ölkələri, xüsusilə ABŞ Ermənistanı dəstəkləyir - Görünəni odur ki...
Bu gün, 00:02
Azərbaycan Avropa üçün yenə də maraqlı ölkədir - FAKT BUDUR!
Dünən, 19:00
Qadınlar aliment almaq üçün boşanırlar? - AÇIQLAMA
Dünən, 18:56
"Fransanın bunun əksini sübut edəcək heç bir dəlili yoxdur" - REAKSİYA
Dünən, 18:23
Bərzaninin Ankara səfərinin SENSASİON DETALLARI - İrana görə Türkiyə və Azərbaycanla...
Dünən, 18:21
Özəl neft-qaz şirkətinin rəhbərliyinə təyinat - DOSYE
Dünən, 18:04
ARDNF-nin aktivləri 62 milyard dollara yaxınlaşır
Dünən, 18:02
Avtoritetlərin "sxodka"sında iştirak edən saxlanıldı - FOTO
Dünən, 18:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru